ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə55/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

 
119 
gedirdi.  Yalnız  belə  şəraitlərdə  osmanlı  hökuməti  birbaşa  müdaxilə 
edirdi...  Bu  dövrdə  Suriyadakı  qulların  məşhur  rəhbəri  Əhməd  Cəzar 
Paşa idi (1804-cü ildə vəfat edib). O, əslində Əlibəy Kəbirin qullarından 
biri  idi  ki,  sonralar  İstanbulda  osmanlıların  xidmətinə  keçmişdi.  Cəzar 
Paşa  Dəməşq  və  Əkkanın  hökmranlığını  ələ  keçirmiş  və  orada  yerli 
qiyamçıları  məğlub  etdikdən  sonra  öz  nüfuz  dairəsini  Suriyaya,  Livana 
və  Fələstinə  doğru  genişləndirmişdi.  Bu  şəraitdə  yalnız  Livan 
dağlarındakı  muxtariyyətin  rəhbərləri  tam  müvəffəqiyyətlə  onun 
iqtidarının genişlənməsinin qarşısında dayana bildilər.  İraqlılar da Ömər 
Paşanın  (1764-70)  və  Süleyman  paşa  Kəbirin  (1780-1802)  rəhbərliyi 
altında  öz  istiqlaliyyətlərini  davam  etdirə  bildilər.  Onların  hər  ikisi 
bədəvi  tayfalarını  İraqdan  qovub  çıxardılar.  Sonra  heç  bir  daxili 
düşmənlə  qarşılaşmadan  öz  hökmranlığını  davam  etdirdilər.  Onlar  öz 
əyalətlərinin  azacıq  gəliri  kimi  müəyyən  məbləği  İstanbula  göndərir  və 
sultanın  onları  məğlub  etməsi  ilə  əlaqədar  göstərdiyi  bütün  səylər 
qarşısında ciddi müqavimət göstərirdilər.
1
  
Bu  şəraitlərin  nəticəsində  XVI  əsrin  sonunda  Osmanlı  imperatorluğu 
daxili qiyamlara və iğtişaşlara düçar oldu ki, hamısı da ölkənin daxili və 
xarici  şəraitindən  irəli  gəlirdi.  Həqiqətdə  hərbi  məğlubiyyətlər,  Osmanlı 
imperatorluğunda  yaşayan  məsihilərin  avropalılarla  olan  əlaqələrinin 
günbəgün  artması  və  avropalıların  da  oraya  hücum  gətirməsi  Osmanlı 
imperatorluğunun 
dövlət 
müxaliflərinin 
siyasi 
fəaliyyətlərini 
kəskinləşdirdi.  Belə  ki,  bu  dövlətin  əleyhinə  baş  verən  qiyamların 
əksəriyyəti ictimai və iqtisadi narazılıqlar  idi ki, əksər hallarda milli və 
dini  reaksiyalarla  da  qarışmışdı.  Bunlardan  biri  də  XVIII  miladi  əsrinin 
ortalarında  mövcud  şəraitin  əleyhinə  olan  üsyankar  vəhhabi  hərəkatı  idi 
və  bu  da  Osmanlı  imperatorluğunun  qərb  əyalətlərində  bir  sıra 
dəyişikliklərin mənşəyi olmuşdu. 
Qeyd  olunanlara  diqqət  yetirməklə  demək  olar  ki,  XVII  əsrin  sona 
çatması  ilə  beynəlxalq  aləmdə  əsaslı  və  ciddi  siyasi  dəyişikliklər  baş 
verdi.  XVIII  əsrin  axırlarında  Rusiya,  İsveçrə  və  Fransa  osmanlılarla 
müharibə  aparırdı.  İngiltərə  və  Prus  osmanlı  hakimlərinin  əli  ilə  islahat 
işləri  görülməsini  istəyir  və  onların  ərazi  genişləndirmək  məqsədləri 
müqabilində  rəqib  sayılırdı.  Çünki,  ingilislərin  nəzərinə  görə 
osmanlıların  yalnız  ərazi  bütövlüyü  rusların  nüfuzu  müqabilində  böyük 
bir istehkam və İngilis əmtəələrinin satışı üçün də yaxşı bir ticarət bazarı 
sayılırdı.  XVIII  əsrin  axırlarında  dünyaya  hakim  olan  şərait  barəsində 
Stanford belə yazır:  
                                                 
1
  Stanford,  “Tarixi  imperatoriye  Osmani  və  Türkiyeyi  cədid”  (Mahmud 
Ramazanzadənin tərcüməsi),, 1-ci cild, səh.436-438 


 
120 
“...1789-1790-cı  illərin  qışında  osmanlılarla  müharibədə  olan  bütün 
Avropa  ölkələri  onlarla  sülh  müqaviləsi  bağlamaq  istəyirdilər.  Katerina 
İsveçrənin  Finlandiya  ilə  qarşılıqlı  hücumuna  girişmişdi.  İsveçrənin 
padşahı  ikinci  Jozef  Hollandiyanın  və  Macarıstanın  milli-azadlıq 
hərəkatlarını  boğmaq  əmri  vermişdi.  Bundan  əlavə,  Fransa  inqlabının 
başlanması  səbəb  oldu  ki,  üçlük  təşkil  edən  ittihadiyyə  şərqdə 
müharibənin  dayandırılmasını  tələb  etsin  ki,  İsveçrə  Avropadakı 
inqilabla  mübarizə  aparmaq  üçün  tədbir  həyata  keçirə  bilsin  və  eyni 
zamanda  Polşa  Rusiyanın  qərbə  doğru  irəliləməsi  qarşısında  bir  sədd 
kimi özünün keçmiş mövqeyini qoruya bilsin. (Bütün bu hadisələr elə bir 
halda  baş  verirdi  ki,  osmanlıların  paytaxtı  olan  İstanbulun  işğal 
olunmasını  daha  tezləşdirirdi.  Lakin  imperatorluq  hələ  tam  süqut 
etməmişdi)... 1787-1792-ci illərdə baş verən saysız-hesabsız müharibələr 
həqiqətdə  hökuməti  öz  çatışmazlıqlarını  təmin  etmək  üçün  günbəgün 
anadolu  və  ərəb  vilayətlərinin  ordu  məqamlarından  asılı  edir  və  bunun 
müqabilində  rəsmi  məqamları  onlara  tapşırırdı.  Yaranan  yeni  şəraitlər 
onlara 
öz 
qüdrətlərini 
möhkəmləndirərək, 
ölkə 
sərhədlərini 
genişləndirmək  imkanı  vermirdi...  “Yasi”  sülh  müqaviləsi  bağlandıqdan 
sonra  Avropa  sülhnaməsi  altı  ilə  qədər  (1792-1798)  davam  etdi.  Sultan 
Səlim  yaranan  bu  şəraitdən  –  Polşanın  ikinci  və  üçüncü  dəfə  olaraq 
bölüşdürülməsindən  (əvvəlcə  1793-cü  ildə,  sonra  isə  1795-ci  ildə), 
həmçinin, Fransada baş verən inqilabdan öz xeyrinə istifadə etdi.
1
  
Fransa  inqilabının  (1789-cu  ildə)  qələbə  çalmasına  baxmayaraq 
Osmanlı  imperatorluğu  dünyada  baş  verən  hadisələr  qarşısında  yenə  də 
məlumatsız idi. O, yalnız özünün xüsusi mənafeyini nəzərə alırdı. Fransa 
inqilabı  Sultan  Səlim  Osmanlının  dövründə  baş  vermişdi.  Lakin  o,  və 
onun həmfikirləri əsas etibarı ilə inqilab məfhumundan heç bir təsəvvürə 
malik  olmadıqlarından 
XVIII  əsrdə  baş  verən  belə  bir  böyük  bir 
hadisədən heç də qorxuya düşməmişdilər. 
Fransa 
inqilabından 
sonra 
Napoleon 
Bonapart 
burjuaziyanın 
mənafeyini  qoruyan  bir  nümayəndə  kimi  Fransız  qoşunlarının  başında 
olaraq  Avropanın  ətraf  məntəqələrinə,  eləcə  də  Misirə  qoşun  yeritdi. 
İnqilabın başqa ölkələrə keçməsi ilə yanaşı olan bu hücumlar İngiltərə və 
Rusiyanı  öz  mənafeyinin  fransızlar  tərəfindən  təhlükəyə  düşməsindən 
qorxutmuşdu.  Qərb  dövlətlərinin  Fransanın  (böyük  inqilabdan  sonra) 
istilaçılıq  siyasətləri  ilə  müxalifət  etmələri  Fransanın  ziyanına  tamam 
olmasına  baxmayaraq,  osmanlıların  da  xeyrinə  deyildi  və  yalnız  bu 
dövrdə Osmanlı imperatorluğunun parçalanmasının qarşısını müvvəqqəti 
olaraq aldı. 
                                                 
1
 Həmin mənbə, 1-ci cild, səh.448-460-461 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə