ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə54/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   50   51   52   53   54   55   56   57   ...   106

 
117 
görə  öz  daxilində  bir  çox  çətinliklər  və  inzibatsızlıqlarla  qarşılaşdı. 
Osmanlı  dövləti  hərbiçi  qəbilə  başçıları  vasitəsi  ilə  idarə  olunurdu  və 
imperatorluğa  çevrilən  zaman  bu  quruluş  yerli  əşrafiyyət  əsasında  olan 
bürokratiyaya  çevrildi.  Kobud  bürokratizim  ticarətçi  iqtisad  yolunda  bir 
vasitə,  vətəndaşların  təhlükəzlik  və  azadlığına  isə  maniə  idi.  Bu  məsələ 
qərb  kapitalizminin  və  əmtəələrin  osmanlı  ölkəsinə  nüfuz  etməsinin 
dəqiq  şəkildə  araşdırıldığı  zaman  daha  da  aydın  olur.  Kapitalizmin 
Osmanlı imperatorluğuna nüfuz etməsi nəticəsində əkinçilər mülkədarlar 
tərəfindən  daha  artıq  istismar  olunmağa  başladı.  Çünki,  qərbin  istehlak 
mallarının  və  bəzək  əşyalarının  məsrəf  olunmasından  daha  çox  pula 
ehtiyacı  var  idi  və  bu  da  kəndlilərə  qoyulan  vergilər,  eləcə  də  əyalət  və 
vilayətlərin vətəndaşlarına göstərilən təzyiqlərlə təmin olunurdu. 
Osmanlı  imperatorluğunda  baş  verən  inzibatsızlıqlardan  biri  də 
türklərlə qeyri-türklər arasında bərabərsizliyin, ayrı-sekçiliyin olması idi. 
Belə  ki,  məsihilər  və  türk  olmayan  müsəlmanlar  ölkənin  idarə 
olunmasında heç bir rola malik deyildilər. 
Sonralar  bu  dövlətin  əleyhinə  milli-azadlıq  hərəkatlarının  və  çoxlu 
qiyamların  yaranmasına  şərait  yaradan  ümdə  çətinliklərdən  biri  dil,  irq 
və dini baxımdan vəhdətin olmaması, başqa sözlə, bu imperatorluğun bir 
neçə  milliyyətdən  təşkil  olunması  idi.  Bəlkə  də  həmin  bu  amil  Osmanlı 
imperatorluğunun uzun müddət davam gətirməməsinə səbəb olmuşdu. 
Bununla  əlaqədar  diqqət  yetirilməli  digər  bir  məsələ  hadisənin  hərbi 
yönü idi. Belə ki, Osmanlı ordusu özünün hərbi təchizat sistemində yeni 
üslublara  malik  olmaması,  müasir  dövrdəki  müharibələrdə  istifadəyə 
yararlı  olmayan  silahlardan  istifadə  etməsi  və  modern  silahlardan 
(xüsusilə  digər  dövlətlərlə  qarşılaşmada)  məhrum  olması  səbəbilə 
müharibələrdə çox da üstün hesab olunmurdu. 
Bütün  bu  mənfi  hallarla  yanaşı,  eləcə  də  osmanlı  dövlətinin  qərbin 
inkişafını hiss etdiyinə baxmayaraq mövcud vəziyyətin yaxşılaşdırılması 
üçün islahata münasib şərait yaranmadı. Bu barədə “Tarixi imperatori və 
Türkiyeyi-cədid” kitabının müəllifi yazır: “Bu dövrün bütün vaxtlarında 
(1747-1768)  osmanlı  padşahları  müxtəlif  cinahlar  arasında  baş  verən 
siyasi  rəqabətlərdən  istifadə  etməklə,  hökumətin  əsl  məqamlarına  çox 
sürətli  dəyişiklik  etməklə  öz  qüdrətini  qoruyub-saxlaya  bildilər.  Amma 
xarici  hücumların  olmaması  baş  verən  islahatların  çoxunun  (ondan 
əvvəlki üç on illik ərzində) get-gedə təsirsizləşib aradan getməsinə səbəb 
oldu.  Əvvəlki  sui-istifadələr  yenidən  başlandı.  Dövlət  məqamlarının 
satılması,  rüşvətxorluq  yayıldı  və  nəhayət,  dərin  köklərə  malik  olan 
infiliyasiya  kimi  çətinliklər,  taun  xəstəliyinin  yayılması,  yeyinti 
məsullarının  çatışmazlığı,  şəhərlərdə  əhalinin  çoxalması,  işsizlik, 
qiyamçıların yaratdığı iğtişaşlar, ali rütbəli məqamların öz vəzifələrindən 


 
118 
imtina  etməsi  və  s.  hallar  imperatorluğun  hər  bir  yerinə  hakim  idi.  Bu 
şəraitdə  Misir,  Suriya,  İraq  və  Afrikanın  şimalındakı  əyalətlərdə  yerli 
hərbi  dəstələr  qiyam  etdi  və  onların  əksəriyyəti  özləri  üçün  müstəqil 
hökumət təşkil etdilər. Hakim təbəqənin üzvləri yenə də bu şəraitdən öz 
xeyirlərinə  istifadə  etdiklərinə  görə  ehtimal  üzrə  onların  nəzərdə 
tutduqları  mənfəəti  təhlükə  ilə  qarşılaşdıran  hər  növ  dəyişiklik  və 
islahatla  müxalifət  edirdilər.  Bəzən  qiymətlərin  sabitləşdirilməsi,  yeni 
mühacirlərin  öz  vətənlərinə  qaytarılması  kimi  bəzi  fəaliyyətlər  də 
şəhərdəki mövcud çətinlikləri həll etmək məqsədilə baş verirdi. Bəzən də 
dövlət  məsullarının,  vəziyyətin  daha  da  ağırlaşmasının  qarşısını  almaq 
üçün  gördükləri  tədbirlər  pərakəndə  vəziyyətdə  olduğuna  görə  çox  da 
müvəffəqiyyət qazana bilmirdi.
1
  
Digər  tərəfdən,  osmanlı  hakimlərinin  əyalət  və  vilayətlərin  hərbi 
köməyinə  ehtiyac  duyması  da  öz  ardınca  bir  çox  çətinliklər  gətirirdi. 
Sultan  Əbdül-Həmidin  (1774-1789)  dövründə  ölkə  daxili  çətinliklərin 
əsası  hökumətin  əyalətlərin  yüksək  məqamlı  əyan-əşrafları  üzərindəki 
iqtidarının  əldən  getməsi  idi.  Onlar  hökumətin  əyalətlərdə  hərbi 
köməyinə olan ehtiyacından istifadə edərək Rusiya ilə müharibədə özləri 
üçün  xəzinə  toplamış,  ordu  və  müstəqil  idarə  təşkilatları  yaratmışdılar. 
Onlar, həqiqətdə sultanın iqtidarın zahiri barəsinə məlumatlarının əksinə 
olaraq  mərkəzi  hökumətdən  ayrıca,  müstəqil  şəkildə  əməl  edirdilər. 
Anadoluda vilayətin ən yüksək və iqtidarlı fərdi Qara Osmanoğlu idi. O, 
cənub və qərb məntəqələrində böyük bir əraziyə nəzarət edirdi. Digəri isə 
fəlat  mərkəzdəki  nahiyələrinin  çoxuna  nəzarət  edən  Çapanoğlu  idi. 
Canikli Əli Paşa oğlu adlı bir şəxs də şimal-şərq nahiyələrinə hökmranlıq 
edirdi.  Osmanlıların  Misir,  Suriya,  İraq,  Ərəbistan  kimi  məntəqələrdə 
iqtidarının olmamasından törənən siyasi boşluq əsas etibarı ilə camaatın 
köməyi  ilə  deyil,  bəzən  osmanlı  məqamlarının  özünün  ölkələrdəki 
qullarının köməyi ilə, bəzən də mövcud şəraitdən istifadə edərək mərkəzi 
dövlətdən  ayrılmaq  və  müstəqil  bir  qüdrət  təşkil  etmək  fikrində  olan 
bədəvi qəbilələrin vasitəsi ilə təmin olunurdu. Misir qulları 1681-ci ildən 
sonra  qiyam  edərək  hərbi  və  idarə  məqamlarının  çoxunu  ələ  keçirdilər. 
Onlara  hakim  olan  cinah  rəhbərləri,  yəni  qeyri-qanuni  məqam  olan 
Şeyxül-Bələd  (şəhərin  rəisi)  ölkənin  həqiqi  hökmranlığını  öhdəsinə 
alırdı.  Halbuki,  osmanlı  hakimləri  mərkəzi  dövlətin  göstərişinə  əsasən, 
bacardıqları  qədər  müxtəlif  cinahlar  arasında  təfriqə  salmağa  və 
düşmənçilik yaratmağa çalışırdılar. Qullardan təşkil olunan hər hansı bir 
cinahın  ölkəni  tam  ələ  keçirməyə  və  öz  düşmənini  aradan  qaldırmağa 
müvəffəq  olduğu  bir  dövrdə  Osmanlı  hakimiyyəti  tamamilə  aradan 
                                                 
1
 Həmin mənbə, 1-ci cild, səh.425-426 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə