ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə48/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   44   45   46   47   48   49   50   51   ...   106

 
105 
uyğun  olanlara  daha  çox  meyl  göstərirdilər.  Vəhhabilik  dəqiq  şəkildə 
belə bir məsləkdir: Məhəmməd ibn Əbdül-Vəhhabın bu sözü, yəni yalnız 
vəhhabilərin müsəlman olub qalanların kafir olması və qətlinin vacibliyi 
səhrada  köçəri  həyat  tərzi  ilə  yaşayan  sadəlövh,  kobud  xasiyyətli,  qan 
axıdan, bədəvi və eyni zamanda ac-yalavac ərəblərin arasında birdən-birə 
partlayış  yaratdı.  Nəcdin  köçəri  ərəbləri  Məhəmməd  ibn  Əbdül-
Vəhhabın  rəvac  verdiyi  şeylərə  tam  mənada  möhtac  idilər.  Onlar  uzun 
müddət idi ki, vəhdət yaradan bir qanuni ideologiyanın varlığına ehtiyac 
duyur  və  fəqirlik,  aclıq,  sonu  görünməyən  qəbilə  arası  müharibələrin 
odunda yanırdılar. Buna görə də onun çağırışını cani-dildən qəbul edərək 
çox  böyük  bir  dəşhətli  və  qorxulu  qüvvəyə  çevrildilər  ki,  uzun  müddət 
rahat  yuxunu  müsəlmanlara  haram  etmişdir.”
1
    Beləliklə,  vəhhabiyyət 
Nəcd  bədəvilərini  onların  ən  mühüm  zati  xüsusiyyəti  olan  müharibə  və 
qan  axıtmağa  təhrik  etdi  və  Ali-Səud  da  vəhhabilərlə  birləşərək  xüsusi 
qüdrət kəsb edə bildilər. 
Ümumiyyətlə,  vəhhabilər  öz  zatlarında  hətta  ilkin  xalis  ideologiyanın 
təşkil olunmasında belə, müsbət bir məcmuə deyildi. Həqiqətdə onların 
etiqad və əqidə prinsiplərinin təyin olunması və yaranmasının əsas amili 
“onların  müsəlmanların  islamdan  əldə  etdiyi  şeylər  içərisində,  öz 
xoşlarına gəlməyən bir qismini inkar etmək” idi.
2
 Vəhhabilərin düşüncəsi 
İslamın  əzəmətini,  mürəkkəbliyini  və  Quranın  həqiqətini  dərk  etməyə 
qadir deyildi. Çünki, onların inanclarına görə İslamı həqiqi mənada və öz 
formasında tanıyan yalnız vəhhabilərdir. Cənab Məscid Camei bu barədə 
yazır:  “Hər  halda  bu  xüsusiyyətlərin  məcmusu  onun  mənəvi  yönlərinin 
ya  tamamilə  nəzərə  alınmamasına,  yaxud  da  özlərinin  xüsusi  zövq  və 
istəklərinə  uyğun  təhrif  olunmasına  səbəb  oldu.  Vəhhabilər  digər 
müsəlmanlara,  xüsusilə  İslamın  mənəvi  yönlərini  nəzərə  alan 
müsəlmanlara  qarşı  çox  kobud  və  amansız  müharibə  aparmağı  özləri 
üçün  böyük  dini  vəzifə  hesab  etdiklərindən,  bu  qəddarlıqları  şiələrə, 
sünnülər arasında da sufi firqələrinə qarşı yönəltdilər. Bu da onların tarix 
boyu  davam  edən  yanlış  təfəkkürlərindən  irəli  gəlirdi.  Onlar  İslamın 
zahiri  mənalarından  başqa  hər  növ  düşüncəni  küfr  və  mürtədlik  hesab 
edirlər.”
3
  
Qeyd  olunanların  hamısına  diqqət  yetirməklə  belə  bir  sual  yaranır: 
Görəsən, vəhhabilik Nəcddən başqa bir mühitdə,  eləcə də Nəcdin sosial 
və  coğrafi  şəraitindən  başqa  bir  şəraitdə  zahir  olsaydı,  yenə  də  Nəcddə 
onlara  nəsib  olan  inkişafdan  faydalanacaqdılarmı?  Bu  sualın  cavabını 
                                                 
1
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətül-Ərəb”, “Əbrar” qəzeti 
2
 Həmin mənbə, səh.4 
3
 Həmin mənbə 


 
106 
“Vəhhabiyyət”  kitabının  müəllifi  belə  bəyan  edir:  “...  Zahirən  cavab 
mənfidir.  Çünki...  vəhhabi  ideologiyası  Nəcddən  başqa  bir  neçə 
məntəqəyə  də  nüfuz  etdi  və  çox  tanınmış  insanlar  onu  yaymağa  səy 
göstərdilər. Hətta vəhhabi dəvətçiləri Hindistanın Pəncab diyarında Şeyx 
Məhəmmədin  və  onun  tabelərinin  Nəcddə  seçdikləri  üslubdan  istifadə 
etdilər. Amma bu səylərdən heç biri kifayət qədər nəticə vermədi.”
1
  
Deməli,  Ərəbistanın,  xüsusilə  vəhhabiliyin  kök  saldığı  məntəqələrin 
(Nəcd diyarının təqribən yarısının) xüsusi coğrafi mövqeyi və şəraiti yeni 
vəhhabi  məsləkinin  yaranıb  inkişaf  etməsinə  və  yayılmasına  daha  çox 
təsir göstərdi və tədricən digər məntəqələrə də yayıldı. 
HƏRİMƏLƏ, ÜYƏYNƏ VƏ DİRİYYƏ MƏHƏMMƏD İBN ƏBDÜL-
VƏHHABIN ƏQİDƏSİNİN YAYILDIĞI İLK YERLƏR 
Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynə 
şəhərində  dünyaya  gəlmiş,  Hənbəli  məzhəbli  bir  ailədə  böyüyüb  boya-
başa çatmış və bu məzhəbin əqidələri ilə müəyyən qədər tanış olmuşdu. 
O, Müsəyləməyi Kəzzab və s. kimi peyğəmbərlik iddiası edənlərin nəzər 
və  rəylərini  mütaliə  etmişdi.  Elə  cavanlığının  ilk  dövrlərindən  etibarən 
dində dəyişiklik yaratmaq sövdası onun başında dolanırdı. 
Nəcd  əyalətinin  (əvvəllər  oranın  xüsusi  coğrafi  və  ictimai  mövqeyi 
barədə  müəyyən  qədər  bəhs  olundu)  Hərimələ,  Üyeynə,  Diriyyə,  Riyaz 
və  sair  kimi  mühüm  şəhərləri  vardı.  Bunlar  (xüsusilə  Diriyyə  və  Riyaz 
şəhərləri)  vəhhabiliyin  yaranıb  genişlənməsində  çox  mühüm  rol  ifa 
etmişdi. 
Adı  çəkilən  şəhərlərin  əhalisi  qəbilə  icması  və  tayfa  şəklində 
yaşayırdılar.  Qəbilə  mədəniyyəti  onların  həyatının  əsasını  təşkil  edirdi. 
Qəbilə  icmasında  qəbilə  rəisi və  tayfa başçısı  qüdrətin  başında  dururdu. 
Onun  əmr  və  göstərişlərini  icra  etmək  vacib  idi.  Qəbilə  üzvləri  də 
aralarında mövcud olan adət-ənənələrə çox ciddi şəkildə riayət edirdilər. 
Qəbilələrin  ən  mühüm  xüsusiyyətləri  müharibə  və  qarətçilikdən  ibarət 
idi.  Onlar  öz  güzəranını  təmin  etmək  üçün  bu  iki  mühüm  məsələni  icra 
etməyə məcbur idilər. 
Nəcd  şəhərlərinin  əhalisi  mədəniyyət  baxımından  çox  da  yüksək 
səviyyədə  deyildi.  Səbəbi  də  oranın  xüsusi  coğrafi  mövqeyə  malik 
olması  idi.  Geniş  səhralar,  kəskin  iqlim,  mədəniyyət  mərkəzindən  uzaq 
olmaq,  qonşu  ölkələrdəki  mədəniyyətlərdən  birbaşa,  yaxud  müəyyən 
yollarla  bəhrələnməmək,  münasib  iqtisadi  qüdrətə  malik  olmamaq, 
özlərinin  xüsusi  məişət  çətinlikləri  və  s.  qəbilələrin  mədəniyyət 
səviyyəsinin çox aşağı olmasında xüsusi rol oynayırdı. Elə bu məsələ də, 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabiha”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.147 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə