ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə43/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

 
95 
hakim olan idarə sistemi qəbilə icması və tayfa hakimiyyəti idi və onların 
qüdrət  və  iqtidarına  əsaslanırdı.  Nəcd  diyarı  xüsusi  coğrafi  mövqeyə 
malik  olduğuna,  əksər  hissəsini  səhralar  və  əkinçilik  üçün  münbit 
olmayan  ərazilər  təşkil  etdiyinə,  eləcə  də  onda  çoxlu  qəbilələrin 
yaşadığına  görə  müstəqil  hakimiyyətə  malik  deyildi.  Bu  məsələ  də 
oranın  idarə  olunmasını  Osmanlı  dövləti  üçün  çətinləşdirirdi.  Buna 
əsasən, əvvəlcə də bəyan edildiyi kimi, Osmanlı sultanının Nəcdə hakim 
kəsilməsi onun və qəbilələrin qüdrət və ya zəifliyinə bağlı idi. 
Səudilər sülaləsi hətta vəhhabiliyin  yaranmasından öncə belə, qəfildən 
hücum  edərək  başqa  qəbilələri  öz  istilası  altına  alırdı.  Qəbilələrin 
(xüsusilə  Nəcdə  hakim  olan  qəbilələrin)  ən  mühüm  xüsusiyyətləri 
müharibə  və  qan  axıtmaq  idi.  Onlar  öz  həyatını  məhz  bu  yolla  davam 
etdirirdilər.  Amma  vəhhabiliyin  yaranmasından,  Səudiyyə  sülaləsinin 
onu  qəbul  etməsindən  sonra  Nəcdin  vəziyyəti  dəyişdi.  Vəhhabi-Səudi 
dini-siyasi  ittihadının  yaranması  da  sair  nahiyələrin  işğal  olunması  və 
qəbilə həyatının aradan qaldırılması üçün münasib şərait yaratdı. Belə ki, 
xarici  yazıçılardan  biri  bu  məsələyə  işarə  edərək  yazır:  “...(Bu 
ittihadiyyə)  pərakəndə  vəziyyətdə  olan  qəbilə  qruplarını  müttəhid  bir 
hərəkat  formasına  saldı  və  onlar  Ərəbistanın  böyük  bir  hissəsini 
(Ərəbistan yarımadasını) öz ixtiyarlarına keçirdilər...”
1
  
Osmanlı  imperatorluğunda  bir  sıra  dəyişikliklərin  yaranmasına  və 
islahatların  aparılmasına  səbəb  olan  bir  dinin  (vəhhabiliyin)  bu 
imperatorluğun müəyyən nöqtələrində  yaranması osmanlıların Ərəbistan 
yarımadasına  hakim  kəsildiyi  vəziyyətindən  xəbər  verirdi.  Bir  tərəfdən 
Nəcdə  hakim  olan  qəbilə  quruluşu,  digər  tərəfdən  də  Nəcddəki  bədəvi 
ərəblərin adət-ənənələri (sonralar buna işarə ediləcəkdir) Məhəmməd ibn 
Əbdül-Vəhhabın  və  İbn  Səudun  ondan  öz  xeyrinə  istifadə  edərək  işə 
başlamalarına  səbəb  oldu.  Onlar  Nəcdin  bir  çox  yerlərinə  hakim 
kəsilməkdən əlavə Osmanlı imperatorluğunun sair məntəqələrinə hücum 
etdilər.  Osmanlı  imperatorluğunun,  vahhabilərin  meydana  gəldiyi  və 
Vəhhabi-Səudi  ittihadiyyəsinin  yarandığı  dövrdəki  vəziyyətini  nəzərə 
almadan bu kimi amillərin araşdırılması qeyri-mümkündür. 
Şübhəsiz,  ərazilərin  genişliyi,  cəmiyyətin  günbəgün  artması,  iqtisadi 
iflaslar, 
Osmanlı 
nümayəndələrinin 
müxtəlif 
məntəqələrdəki 
ləyaqətsizlikləri  və  s.  kimi  amillər  imperatorluğun  bir  çox  yerlərində 
qiyam və iğtişaşların yaranmasına, Osmanlı sarayında münasib olamayan 
vəziyyət  və  s.  kimi  bütün  amillər  də  Osmanlı  imperatorluğunun 
zəifləməsinə  səbəb  oldu.  Bu  imperatorluğun  XVII-XVIII  əsrlərdəki 
                                                 
1
  Lapirus  İram,  “Tarixi  cəvamei  İslami  dər  qüruni-nuzdəhom  və  bistom”  (Möhsün 
Müdir Şanəçinin tərcüməsi), səh.28 


 
96 
münasib  olmayan  vəziyyəti  ilə  əlaqədar  “Tarixi-cəvamei-İslami” 
kitabının  müəllifi  belə  yazır:  “XVII-XVIII  miladi  əsrində  Osmanlı 
imperatorluğunda  dərin  dəyişikliklər  yarandı,  qüdrətin  mərkəzdə 
təmərküzləşməsi  yavaş-yavaş  aradan  qalxdı.  Osmanlı  imperatorluğunun 
genişlənməsinə son qoyulması ilə yanaşı, dövlət təşkilatları özünün idarə 
və  hərbi  imkanlarını  əldən  verdi.  Xalq  kütlələrinin  qiyamı,  iqtisadi 
tənəzzül  və  hərbi  məğlubiyyətlər  imperatorluğu  aciz  etmişdi.  Yerli  və 
tanınmış  şəxsiyyətlər  arasında  vergi  verən  cəmiyyətlərin  nəzarəti  ilə 
əlaqədar  keçmişdə  baş  verən  örtülü  mübarizələr  artıq  aşkar  oldu  və 
qüdrət mərkəzi hökumətdən yeniçərilərə, alimlərə və Osmanlı sülaləsinə 
keçdi ki, onlar da vilayətlərdə özlərinə yer tuta bildilər.”
1
  
Aydındır  ki,  “Osmanlı  hökumətinin  mürəkkəb  quruluşu  Süleymanın 
səltənətinin  ortalarından  daha  geniş  səviyyədə  dağılmağa  başladı  və 
təqribən XII hicri əsrinin axırlarına (XVIII miladi əsri) qədər davam etdi. 
Bu  dövr  ərzində  imperatorluğun  qüdrəti  get-gedə  zəifləməyə  başladı  və 
müəyyən  ölkələr  imperatorluğun  nəzarəti  altından  xaric  oldu,  xarici 
imperializmin  istilası  artmağa  başladı  və  nəhayət  XIX  miladi  əsrinin 
başlanğıcına  yaxın  bir  ərəfədə  bu  imperatorluq  elə  bir  vəziyyətə  düçar 
oldu ki, “Avropanın xəstə adamı” kimi məşhurlaşdı.”
2
 
 
Həqiqətdə  osmanlılar  Ərəbistan  yarımadasına  qalib  gəldikdən  sonra 
məntəqədə baş verən bəlkə də ən mühüm hadisə Avropa, xüsusilə İngilis 
tacirlərinin Fars körfəzi ölkələrinə və Hind okeanına daxil olması idi ki, 
bu  da  öz  növbəsində  ingilislərin  Fars  körfəzi  ölkələrinə  hakim  olub 
onları  Fransa  və  Çar  Rusiyasının  nüfuzu  dairəsindən  çıxarması  ilə 
nəticələndi;  sonralar  Ərəbistan  yarımadasının  müqəddəratının  həll 
edilməsində  ümdə  rol  oynadı.  Haşimi  əyan-əşrafları  Osmanlı 
xəlifələrinin naib təyin etməsi ilə Hicaza hakim olmalarına baxmayaraq, 
Ərəbistan  yarımadasının  müəyyən  məntəqələrində  bəziləri  Osmanlı 
xəlifəsinin əmrlərindən imtina etdilər və istiqlaliyyət fikrinə düşdülər. Bu 
barədə  “Böyük  İslam  Enskilopediyası”nda  belə  qeyd  olunur:  “...İsmaili 
məzhəbində  olan  Məkrəmi  sülaləsi  Yəmənin  şimal  sərhədlərinin 
yaxınlığında  yerləşən  Nəhiran  dərəsində,  imam  Zeydi  Yəmən  bu 
məntəqənin  yüksəkliklərində,  xəvaric  Əmmanda  və  Bəni-xalid  qəbiləsi 
Qətərin  qərb  nahiyələrində  və  Fars  körfəzinin  sahillərində  istiqlaliyyət 
fikrinə  düşmüşdülər.  Bu  zaman  Ənzət  ərəblərinin  Məsalix  qəbiləsindən 
olan Səud  ibn  Məhəmməd ibn  Miqrin  ibn  Mərcan  ibn  İbrahim (1137-ci 
h.q. 1724-cü miladi) tədricən Diriyyədə və ətrafdakı kiçik məntəqələrdə 
                                                 
1
 Həmin mənbə, səh.442-443 
2
  Stanford,  “Tarixi  imperatoriye  Osmani  və  Türkiyeyi  cədid”  (Mahmud 
Ramazanzadənin tərcüməsi), səh.291 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə