ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə40/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   36   37   38   39   40   41   42   43   ...   106

 
89 
İki  Məhəmmədin  arasında  baş  verən  danışıqlara  və  söhbətlərə  diqqət 
yetirməklə onların əsas məqsədlərini anlamaq olar. O da bundan ibarətdir 
ki,  Ali-Səud  vəhhabiliyə  və  onun  banisinə  özünə  qanunilik  bağışlamaq 
üçün  bir  vasitə  kimi  baxırdı. O  bu  məsləki  və  onun  banisini məhz  buna 
görə  himayə  edirdi.  Bütün  çətinliklərə  baxmayaraq,  o,  hər  bir  zaman 
xüsusilə öz maddi və iqtisadi mənafeyini bu ittifaqda axtarırdı. Diriyyədə 
Ali-Səudun  özü  və  öz  məzhəbi  üçün  təhlükəsiz  bir  sığınacaq  olduğunu 
görən Məhəmməd ibn Əbdül-Vəhhab onlara iltizam və təminat verdi ki, 
öz  məzhəbi  himayə  və  köməklərini  heç  vaxt  onlardan  kəsməyəgəkdir 
(onların  işinə  qanunilik  verməkdə,  eləcə  də  yeni-yeni  hücumlarına  və 
işğallarına  dini  don  geyindirməkdə).  Başqa  sözlə  desək,  Ali-Səud 
məzhəbinin əsas bünövrəsi vəhhabilik olacaqdı. 
Beləliklə,  Məhəmməd  İbn  Səud  vəhhabiliyi  qəbul  etməklə  siyasi  və 
hərbi  qüdrətə  çatdı.  Qüdrətin  onun  əlində  təmərküzləşməsi  ilə 
Məhəmməd  ibn  Əbdül-Vəhhaba  söz  verdi  ki,  onun  məsləkinin 
yayılmasında bütün imkanlardan istifadə etsin. O da  İbn Səuda zəmanət 
verdi  ki,  bu  halda  daha  artıq  qüdrət  və  sərvət  əldə  edəcəkdir.  Qeyd 
olunanları  nəzərə  almaqla,  “vəhhabiliyin  Nəcddə  və  Hicazda  yayılıb 
nüfuz  etməsinin  ən  mühüm  amili  Ali-Səud  oldu, onlar  hətta  vəhhabiliyi 
öz  ölkəsinin  rəsmi  məzhəbi  seçdi  və  bu  əqidənin  icrası  üçün  heç  bir 
maneənin qarşısında diz çökmədi.”
1
  
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  Diriyyəyə  daxil  olmasından 
başlayaraq Səudilərlə vəhhabilər arasında bağlılıq yarandı və bu bağlılıq 
o  qədər  möhkəmlənmişdi  ki,  Ali-Səudun  tarixi  boyu  (vəhhabiliyi  qəbul 
etdikdən sonra) onlarla vəhhabilərin arasında heç bir fərq gözə çapmırdı. 
Buna görə də bundan sonrakı mənbələrdə səudilərin adları və gördükləri 
tədbirlər vəhhabilərin adları və gördükləri tədbirlərlə yanaşı qeyd olunur. 
Seyyid  Davud  Ağayi  “nə  üçün  Səudi  rejimi  vəhhabiləri  öz  ardınca 
çəkir?” - deyə verilən sualın cavabında yazır: 
“Vəhhabilik Səudiyyə rejiminin “ömür şüşəsi” hesab olunur. Onsuz öz 
ayağı  üstündə  dayanıb,  müstəqil  ola  bilməz.  Necə  ki,  marksizm 
kommunist  rejimlərinin  davam  gətirmə  və  ömür  səbəbi  idi.  Səudi 
rejiminin  vəhhabilərlə  olan  münasibəti  də  eynilə  belədir.  Onlar 
vəhhabilikdən heç vaxt üz çevirə bilməzlər. Amma onu, dövrün tələbinə 
görə öz fikir və səliqələrinə uyğun təfsir edə bilərlər.”
2
  
Üçüncü fəsildə qeyd edəcəyik ki, Ali-Səud vəhhabiliyi dövrün şəraitinə 
və  zamanın  tələbinə  uyğun  olaraq  necə  dəyişdirdi  və  öz  məqsədlərini 
həyata keçirmək üçün ondan necə istifadə etdi. 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.27 
2
 Həmin mənbə, səh.44 


 
90 
Burada  qeyd  olunmalı  məsələ  budur  ki,  “vəhhabiliyin  dini-siyasi 
təfəkküründə  qüdrət  əsas  rol  ifa  etdiyinə  görə  qüdrət  sahiblərinin,  hətta 
İslamın ictimai həqiqətlərə tətbiq olunmasında belə xüsusi ixtiyarlardan 
istifadə  etmələrinə  səbəb  olmuşdur.”
1
    Həqiqətdə  Ərəbistanda  qüdrət 
ədalətdən daha artıq əhəmiyyət kəsb edir. Bunu da nəzərə almaq lazımdır 
ki, orada qüdrət nisbətən iftixar yaradan və qürur gətirəndir. “Bunlardan 
yaxşı şəkildə anlamaq olar ki, onlar İslama əsas etibarı ilə həyatın bütün 
sahələrinə nəzarət edən ideoloji bir sistem kimi baxmırlar.”
2
 Onlar üçün 
hakimin  və  rəhbərin  kim  olması,  hansı  şərtlərə  malik  olması  çox  da 
əhəmiyyət kəsb etmir. Çünki, onların nəzərində əhəmiyyətli şey qüdrətin 
forması  deyil,  onun  özüdür...  (Onların  nəzərində)  ən  mühüm  olan  şey 
budur  ki,  xalq  arasında  İslamdan  söhbət  getsin,  ictimaiyyətdə  İslamın 
zahiri qayda-qanunlarına riayət edilsin və islamiyyət donunda görünsün. 
Amma  əgər  qüdrət  sahibləri  zalım,  fasiq  və  İslama  etinasız  olsalar, 
xüsusilə  yadlar  ölkə  işlərinə  dəxalət  edib  istilalar  üçün  şərait  yaratsalar, 
bunun çox da əhəmiyyəti yoxdur... 
Vəhhabiyyətin  zahirdə  quru  və  sərt  olmasına  baxmayaraq,  hakim 
qüdrətə o qədər ixtiyarlar vermişdir ki, onlar əməli olaraq özlərinin fiqhi 
etiqadlarını və üsullarını görməzliyə vururlar. Yəni, rəy – sultanın rəyi və 
ictihad  da  onun  qüdrəti  əlindədir.
3
    Vəhhabilərin  rəhbər  və  rəhbərlik 
barəsində  təfəkkür  tərzi  və  ideologiyasının  araşdırılmasından  səudilərin 
bu  məsləki  qəbul  etməsi  və  onun  qalıb  davam  etməsində  ciddi  səy 
                                                 
1
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb”, Əbrar qəzeti, 25-ci 
fərvərdin, 1365-ci il 165-ci nömrə, səh.4 
2
 Səudiyyə hakimləri Əbdül-Əzizin dövründən indiyə qədər İslama yalnız öz qüdrət 
və  mövqelərini  möhkəmləndirilməsi  və  qoruyub  saxlanması  üçün  bir  vasitə  kimi 
baxmışlar.  Bu  məqsədlərinə  çatmaq  üçün  ən  yaxşı  yol  bu  olmuşdur  ki,  İslamı 
vəhhabiyyət  çərçivəsində  və  əsl  dini  me`yarlardan  xaricdə  təqdim  etsinlər. 
Vəhhabiyyətə  istinad  etməyin  səbəbi  təkcə  bu  deyildi  ki,  özləri  onun  əsasını  qoyub 
yaysınlar. Əksinə buna  görə idi ki, ondan daha  yaxşı vasitə seçmək  mümkün deyildi. 
Xüsusilə, bunu nəzərə alaq ki, bu ayin “sultan” və “vəliyyi-əmr” ünvanı, hətta “imam” 
adı  ilə  onları  tam  ixtiyarlı  etmiş  və  sərbəst  buraxmışdı.  Nəcd  alimlərinin  gömrükü, 
teleqrafı  tə`mir  etmək  və  sultan  Əbdül-Əzizlə  müxalifət  etməmək  barəsindəki  tarixi 
fətvalarında  o  imam  kimi  tanıtdırılmışdır.  (“Əbrar”  qəzeti,  27  fərvərdin  1365,  168-ci 
nömrə, səh.4 
3
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.38-39 
*Hal-hazırda  vəziyyət  elə  deyildir  ki,  hicazlı,  yaxud  Səudi  rejiminin  tərəfdarı  olan 
alimlər  bu  ölkənin  daxilində  və  xaricində  Səudi  hakimlərinin  xaricə  bağlılığı,  zülm, 
təcavüzkarlıqlar, fisq-fücur, eybəcərlik və əyyaşlıqlarından xəbərsiz olmasınlar. Amma 
bütün  bunlara  baxmayaraq,  yenə  də  onların  tərəfini  saxlayır,  heç  olmazsa  razılıq 
əlaməti  olaraq  sükut  edirlər.  Çünki  onların  çoxu  bu  qurumun  öz  sülalələrinin  qalıb 
davam  etməsini  zəruri  hesab  edir,  bə`ziləri  də  qüdrət  qarşısındakı  zərurətə  əsasən 
onlara boyun əyirlər. (“Siyasət və hökumət dər Ərəbistani Səudi”, səh.39)  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə