ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə36/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

 
80 
tədbirlərində fəal iştirak etmələri idi. 
Vəhhabilərin hücumları və təhdidləri Osmanlı sultanını məcbur etdi ki, 
Məhəmməd  Əli  Paşadan  onların  qarşısına  çıxmağı  istəsin.  Ayətullah 
Qəzvini  öz  kitabının  bir  hissəsində  şeyxin  övladlarının  misirlilərin 
(Osmanlı  sultanının  əmri  ilə)  həmləsindən  sonrakı  taleyi  barədə  yazır: 
“...Tərəflər  (İbrahim  Paşa  ilə  vəhhabilər)  arasında  baş  verən 
müharibələrdə,  xüsusilə  Diriyyə  şəhərinin  mühasirə  olunub  işğal 
olunmasında  Ali-Səudun  və  Şeyx  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
adamlarından bir qrupu öldürüldü, yaxud edam edildi. O cümlədən, Şeyx 
Süleyman  ibn  Əbdüllah  ibn  şeyx  Məhəmməd  ibn  Əbdüllah,  İbrahim 
Paşanın  Diriyyə  əhli  ilə  sazişindən  sonra  təhdidlə  onu  tələb  etdi  (ona 
görə  ki,  o  təhqir  olunmuşdu)  və  göstəriş  verdi  ki,  bir  neçə  nəfər  onun 
qarşısında  musiqi  çalsınlar.  Sonra  onu  oxlatdırıb  öldürdü.  İbrahim  Paşa 
təqribən  doqquz  ay  Diriyyədə  qaldı.  Bu  müddət  ərzində  Ali-Səudun  və 
Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın nəslinin bütünlüklə Misirə sürgün 
edilməsinə  dair  hökm  çıxardı.  Onun  fərmanı  həyata  keçirildi  və  bu  iki 
sülalənin  təqribən  400  nəfərdən  ibarət  olan  üzvləri  –  qadın,  kişi  və 
uşaqları  həbs  olunaraq  Misrə  aparıldı.  Onların  çoxu  da  həmin  yerdə 
edam olundular.”
1
  
Nəhayət, misirli qüvvələrin (İbrahim Paşanın rəhbərliyi ilə) Diriyyədən 
çıxmasından sonra Məhəmməd ibn Əbdül-Vəhhabın, Əli ibn Hüseyn ibn 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  adlı  nəvəsi  (o  Qətərə  və  Əmmana 
qaçmışdı)  Diriyyəyə  qayıtdı  və  yenidən  vəhhabi  məsləkini  dirçəldib 
yaymağa  başladı.  Bundan  əlavə,  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  oğlu 
Həsəndən Əbdürrəhman adlı bir oğlan qalmışdı ki, vəhhabilər Məkkeyi-
Mükərrəməni işğal etdikləri vaxt o, şəhərin qazisi vəzifəsində çalışırdı və 
çox  uzun  (təqribən  100  il)  ömür  sürmüşdü.  Onun  Əbdül-lətif  adlı  bir 
oğlu da qalmışdı. 
Sonralar  da  vəhhabilik  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  və  Ali-Səud 
sülaləsinin  əli  ilə  Ərəbistanda  təbliğ  olunub  yayıldı  və  bu  din  həmin 
məntəqəyə  hakim  kəsildi  ki,  hal-hazırda  da  davam  etməkdədir.  Şeyxin 
övladları barəsində son sözü Robet Lisinin sözlərindən qeyd edirik: 
Məhəmməd ibn Əbdül-Vəhhabın övladları onun ölümündən sonra Ali-
Şeyx  (yəni  şeyxin  ailəsi)  adı  ilə  tanındı  və  bu  günkü  günə  qədər 
Ərəbistanın  sultanlar  yaşayan  məntəqəsində  öz  əsil-nəsəbini  qoruyub 
saxlamışdır. Onlar Ali-Səudun onlarla qohum olduğu dörd ailədən biridir 
və alimlərin arasında böyük nüfuza malikdirlər. Onlar Ali-Səuddan sonra 
vəzirlər şurasında hamıdan irəlidirlər. Bu şurada 1981-ci ilin iyun ayında 
                                                 
1
  Qəzvini  Məhəmməd  Hüseyn.  “Firqeyi  vəhhabi  və  pasoxe  şübhəhaye  anha”, 
səh.48-49 


 
81 
Ali  təhsil  nazirliyi, prokurolluq və  əkinçilik  nazirliyi  Ali  şeyxdən  ibarət 
idi.  Bu  ailə  həmçinin  ordu  və  polis  qüvvələrində  də  mühüm  postları 
əllərində saxlamışlar.
1
  
SÜNNÜ VƏ ŞİƏ ALİMLƏRİNİN VƏHHABİYYƏT ƏLEYHİNƏ 
TƏNQİDLƏRİ 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  öz  əqidələrini  aşkar  və  camaatı  ona 
dəvət  etdikdən  sonra  alimlərdən  böyük  bir  qrupu  onunla  müxalifətə 
qalxdılar.  Əvvəldə  qeyd  etdik  ki,  Məhəmmədin  azğınçılıqları  aşkar 
olduqdan  sonra  əvvəlcə  atası  onunla  müxalifətə  başladı  və  ata-oğul 
arasında  ixtilaf  meydana  gəldi.  Amma  o,  vəhhabilik  dəvətini  aşkar 
etdikdən  sonra  onun  qardaşı  və  hənbəli  alimlərindən  sayılan  Süleyman 
ibn  Əbdül-Vəhhab  onun  əqidələrini  rədd  etmək  üçün  “Əs-səvaqiqul-
ilahiyyə  fir-rəddi  ələl-vəhhabiyyə”  adlı  bir  kitab  yazdı.  Bu,  sünnü 
alimləri  tərəfindən  vəhhabi  əqidəsini  rədd  etmək  üçün  yazılan  ilk  kitab 
idi. Süleyman bu kitabda yazırdı: “Vəhhabilərin şirk və küfrə səbəb olan 
şey  hesab  etdikləri  Əhməd  ibn  Hənbəldən  qabaq  və  İslam  imamlarının 
dövründə  yaranmışdı.  Çoxları  onu  inkar  etmişlər.  Lakin  İslam 
imamlarından  eşidilməmiş  və  ya  rəvayət  edilməmişdir  ki,  bu  əməllərə 
mürtəkib olanlar kafir, yaxud mürtəd hesab olunsun və onlara qarşı cihad 
hökmü verilsin.”
2
  
Cənab Fəqihi, Məhəmməd ibn Əbdül-Vəhhab və onun əqidələrini rədd 
etmək  üçün  yazılan  kitablar  barəsində  deyir:  “Məhəmməd  ibn  Əbdül-
Vəhhabın  müasirləri  və  ondan  sonrakı  alimlər  onun  əqidələrini  rədd 
etmək, yaxud ona nəsihət vermək üçün çoxlu kitablar yazmışlar.”
3
 * 
                                                 
1
 Lisi Robert, “Sərzəmini səlatin”, 3-cü çap, isfənd 1367, səh.91 
2
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.239 
3
  *  Əbu  Hamid  ibn  Mərzuq  Məkkə  alimlərindən  idi.  O,  “Əttəvəssulu  ilən-Nəbiyyi 
və  cəhələtul-vəhhabiyyin”  kitabında  Məhəmməd  ibn  Əbdül-Vəhhab  ilə  müasir  olan 
sünnü alimlərinin onun əqidə və kitablarını rədd etməklə əlaqədar yazdıqları 40 kitabın 
adını qeyd edir. Onlardan aşağdakıları qeyd edə bilərik: 
1-«Əssəvaiqul-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə», Məhəmməd ibn Əbdül-Vəhhabın 
qardaşı Şeyx Süleyman İbn Əbdül-Vəhhabın yazdığı kitabdır. 
2-Məhəmməd  ibn  Əbdül-Vəhhabın  Mədinədəki  ustadı  Şeyx  Məhəmməd  ibn 
Süleyman  Kürdinin  yazdığı  məqalə  o  İbn  Əbdül-Vəhhabın  qardaşı  Şeyx  Süleymanın 
kitabına təqriz yazmışdır. 
3-«Təcridu  seyfil-cihad  limuddəil-ictihad»  Bu,  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
ustadı  Əbdüllah  ibn  Əbdül-Lətif  Şafeinin  kitabıdır.  Kitabın  adından  da  göründüyü 
kimi,  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  ustadı  onu  nəzər  sahibi  olan  müctehid  hesab 
etmir. 
4-«Əssəvaiqu vər-rəud» Əfifuddin Əbdüllah ibn Davud Hənbəlinindir. 
5-Əhməd ibn Əli Bəsri Şafeinin risaləsi. 
6-Əbdül-Vəhhab ibn Əhməd Bərəkat Şafei Məkkinin risaləsi. 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə