ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə35/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

 
78 
olduqları fəqirliyə və yoxsulluğa görə bu çətinliklərdən çıxmaq üçün bir 
yol  axtarırdılar)  Nəcdin  itaətsizlik  edən  qəbilələrinin  əleyhinə  müharibə 
göstərişi verdi. “O, Nəcd əhalisi ilə təkrar döyüşdü, nəhayət onları şeyxin 
(Məhəmməd ibn Əbdül-Vəhhabın) itaətinə gətirdi və Ali-Səud Nəcdə və 
sair qəbilə sakinlərinə qələbə çaldı.”
1
 
 
Sonrakı fəsillərdə vəhhabilərin müxtəlif dövrlərdə keçirdikləri tədbirlər 
barəsində  söhbət  olunacaqdır.  “Vəhhabilərin  sair  İslami  firqələrə, 
xüsusilə  şiələrə  göstərdikləri  qürur  və  çoxlu  bədbinliklər  onların  İslam 
cəmiyyətində geri qalmasının ən mühüm amili oldu.”
2
  
VƏHHABİLİYİN MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB 
ÖVLADLARININ DÖVRÜNDƏKİ CİDDİ TƏDBİRLƏRİ 
Məhəmməd  ibn  Əbdül-Vəhhab,  Məhəmməd  İbn  Səud  ilə  birləşdikdən 
sonra  Diriyyə  camatını  sair  Nəcd  və  Hicaz  əhalilərinə  hücum  etməyə 
dəvət  etdi.  Vəhhabilərin  malik  olduqları  əqidəni  nəzərə  almaqla  (yalnız 
özlərini  tövhid  əhli  bilib,  sair  müsəlmanları  kafir  hesab  edərək  qətlini 
vacib  bilmələri)  müsəlmanlara  qarşı  olan  hücumlarına  bəraət 
qazandırırdılar. Sonra Məhəmməd ibn Əbdül-Vəhhabla Ali-Səud sülaləsi 
arasında «siyasi evlənmək» baş verdi. Bununla da o ikisi bir-birinə daha 
artıq yaxınlaşdılar və vəhhabiyyətin  genişlənməsi üçün çox ciddi cəhdlə 
çalışmağa başladılar. 
Vəhhabilər  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  sağlığında  Nəcdin  sair 
məntəqələrinə tədriclə hakim kəsildi və Hicazın əmirlərini də tədhid edib 
qorxutdular.  Onlar  1202-ci  h.q  ilində  Hicaz  məntəqəsinə  təhdid  və 
həmlələrini əməli olaraq həyata keçirdilər  və siyasi mənafe əldə etmək, 
hakimiyyət  dairəsini  genişləndirmək  və  sair  müsəlmanları  səhnədən 
çıxarmaq üçün ciddi səy göstərməyə başladılar. Nəhayət, Məhəmməd ibn 
Əbdül-Vəhhab  1206-cı  h.q  ilində,  92  il  zülm,  İslama  və  müsəlmanlara 
xəyanət,  irticaçılara  və  istismarçılara  xidmət  etdikdən  sonra  öldü  və 
özündən  elə  bir  məzhəb  qoydu  ki,  o,  müsəlmanlar  arasında  yalnız 
düşmənçilik,  kin-küdurət  və  təfriqənin  mənşəyi  oldu,  islam  ölkələrinə 
çoxlu  təcavüzlərin  və  kütləvi  qırğınların  əsasını  qoydu.  Məhəmməd  ibn 
Əbdül-Vəhhabın  ölümündən  sonra  onun  dörd  oğlu  –  Əbdüllah,  Həsən, 
Hüseyn  və  Əli  “Övladi-Şeyx”  adı  ilə  məşhurlaşdı  və  atasından  sonra, 
Ali-Səudun  köməyi  ilə  vəhhabiliyin  yayılıb  təbliğ  edilməsində,  Ali-
Səuda  dini-siyasi  qanunilik  verməkdə  və  onun  tədbirlərinə  haqq 
qazandırmaqda təsirli  rol  ifa  etdilər. Ayətullah  Qəzvini bu  barədə  yazır: 
“Məhəmməd  ibn  Əbdül-Vəhhabın  oğlanları  və  nəvələri  öz  əsərlərində 
                                                 
1
 Fəqihi, Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.154 
2
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.247  


 
79 
atasının  və  cəddinin  yenicə  qurulmuş  məzhəb  və  məslək  fikirlərini 
yaymaq,  onları  izah,  təfsir  və  şərh  etməkdə  çox  ciddi  səy  göstərdilər. 
Yəmən  əmirlərindən  və  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  müasiri  olan 
Məhəmməd  ibn  İsmail  Sənai  özünün  “Təthirul-etiqad”  risaləsində, 
Seyyid Məhmud Alusi “Nəcd tarixi” kitabında, Şokani və başqaları da öz 
kitablarında onun dəvətini yaymaqda ciddi çalışır və vəhhabi məsləkinin 
genişlənməsinə səbəb olurdular.”
1
   
Məhəmməd  ibn  Əbdül  Vəhhabın  ölümündən  sonra  “böyük  oğlu 
Əbdüllah onun proqramlarını davam etdirdi. Ondan sonra da Süleyman 
və  Əbdürrəhman  növbə  ilə  onun  canişini  oldular.
2
    Xüsusilə,  Süleyman 
son dərəcə təəssübkeş adam idi.”
3
  
Aydındır ki, bu dövrdə vəhhabilər öz məzhəblərinin yayılması və təbliğ 
olunması  üçün  çox  təəssüblə  səy  göstərirdilər.  Şeyxin  övladları  da  bu 
barədə  sair  İslami  məzhəblərə,  xüsusilə  şiələrə  qarşı  həddən  artıq 
amansız idilər. Məhz onlar 1216-cı ildə vəhhabiləri İraqa hücum etməyə 
təşviq  etdilər.  Özlərinin  təəssüb  dolu  fətvaları  ilə  (bu  da  onların 
zahirpərəstliyə  və  quru  müqəddəsliyə  əsaslanan  əqidələrindən  irəli 
gəlirdi)  vəhhabilərin  şiə  rəhbərlərinin  mübarək  qəbirlərinə  və  şəhadət 
yerlərinə  –  Kərbəlada  və  Nəcəfdə  həmlələrinə  qanuniyyət  verdilər  və 
özləri  də  bu  ordunun  önündə  hərəkət  etdilər.  Şiələrin  üçüncü  imamı 
İmam  Hüseynin  (ə)  pak  qəbrinə  qarşı  son  dərəcə  hörmətsizlik  göstərib 
özlərindən insanlığa  sığmayan  yırtıcılıq  və nadanlıq  göstərdilər.  Onların 
nəzərinə  görə  onlardan  başqa  bütün  müsəlmanlar  kafir  və  müşrikdirlər. 
Onların  bütün  əqidələri,  adətləri,  qayda-qanunları  şirk  və  bütpərəstlik 
hesab  olunur.  Onlar  İraqdan  əlavə,  Hicaza  da  hücum  etdilər.  Sair 
müsəlmanları  həcc  əməlindən  məhrum  etməkdən,  “Bəqi”də  Peyğəmbər 
(s)  övladlarının  və  imamların  qəbirlərini  və  salehlərin  məqbərələrini 
dağıtmaqdan 
əlavə, 
Məkkeyi-Mükərrəmə-Mədineyi-Münəvvərədə 
kütləvi  qırğınlar,  vəhşiliklər  törətdilər.  Onların  tarixdəki  cinayətləri 
malik  olduqları  cahiliyyət  və  təəssüblərinin  son  həddini  göstərir  ki,  bu 
hadisələr  İslamiyyətdən  neçə  əsrlər  öncə  Ərəbistanda  baş  verən 
hadisələri  xatırlatdırdı.  Bu  barədə  unudulmaz  mətləb  –  Şeyxin 
övladlarının  vəhhabilərin  yırtıcılıq  və  təəssübkeşlik  əsasında  olan 
                                                 
1
 Qəzvini Məhəmməd Hüseyn. “Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.30 
2
  Şeyx  Əbdür-rəhmanın  dediyinə  əsasən  o,  Şeyx  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
canişinlərindən  idi  və  onun  sözünə  görə  Peyğəmbər  (s)  hədislərinə  əsasən  qəbirlərin 
yanında  çıraq  yandıran,  yaxud  qəbrin  üzərinə  bir  şey  yazan  və  ya  məqbərə  düzəldən 
şəxslərə  lə`nət  olur.  Hərçənd  ki,  həmin  fətvanın  hansı  mənbədən  istixrac  olunduğu 
mə`lum  olmur.  Eləcə  də  qəbir  əhlinin  ziyarətinə  getməyi,  böyük  din  şəxsiyyətlərinin 
tə`kid etdiyi halda, hansı əsasda qadağan etmələri də mə`lum deyildir. 
3
 Əl-əmin Möhsin. “Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, səh.4 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə