ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə32/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

 
72 
Ümumiyyətlə,  Hərimələdə  vəhhabi  dəvətini  qəbul  etmək  o  şəhərin 
qəbilə icması şəklində  yaşayan cəmiyyəti üçün ağır idi. Amma, vəhhabi 
yazıçıları 
İbn 
Əbdül-Vəhhabın 
Hərimələdə 
müvəffəqiyyət 
qazanmamasının səbəbini Həmyan qəbiləsinin əmr be mərufa və nəhy əz 
münkərə  dəvət  etməsi hesab  edirlər! (Bu qəbilə  Hərimələdə  yaşayan  iki 
qəbilədən biridir ki, çox yaramaz və əxlaqsız işlərlə məşğuldurlar.) Buna 
görə  də  onu  qətlə  yetirməyi  qərara  aldılar  və  o,  bu  hadisədən  xəbər 
tutaraq  şəhərdən  qaçdı.
1
    Amma  “Hərimələ  şəhərinin  qəbilə  rəisləri  iki 
qəbilədən  olub  hər  biri  də  rəyasət  iddiası  etdiyindən
2
  “o,  bu  mərhələdə 
siyasi-dini  baxımdan  müvəffəqiyyət  qazana  bilmədi.  Həqiqətdə  qəbilə 
icması  həyatında  camaat  öz  rəislərinə  tabe  olaraq  hər  bir  işi  görür,  rəis 
istəməzsə o işi yerinə yetirməzlər. Hər bir qəbilə rəhbəri öz qəbilələrinin 
qüdrətinin başında dayanır, o, hər nə əmr edərdisə icrası vacib olurdu.  
Digər  mühüm  məsələ  budur  ki,  o,  Hərimələdə  sakin  olan  qəbilələrin 
heç  birindən  deyildi.  Buna  görə  də  oranın  əhalisi  onun  özü,  rəyləri  və 
nəzərlərindən tam agah deyildilər. 
Buna  görə də  İbn Əbdül-Vəhhab  yerini dəyişməyə  məcbur oldu və öz 
məsləkini  təbliğ  etməkdə  fəaliyyətini  davam  etdirmək  üçün  yeni  bir 
şəhəri  –  Üyeynə  şəhərini  seçdi.  Bu  şəhərin  seçilməsi  onun  üçün  üç 
cəhətdən əhəmiyyət daşıyırdı. Biri bu idi ki, bura onun ilkin vətəni hesab 
olunurdu.  Buna  görə  də  camaat  onun  özü  və  ailəsi  ilə  müəyyən  qədər 
tanış  idilər.  Həmçinin  o,  Üyeynədə  sakin  olan  qəbilənin  üzvü  idi  və 
oranın həyat, mühit, təfəkkür tərzi və siyasi məsələləri ilə yaxşı tanış idi. 
İkincisi, atasının Üyeynədə malik olduğu mənsəb – yəni hənbəli fiqhini 
tədris  etməsinə  və  qəzavət  kürsüsündə  olmasına  görə,  camaat  Əbdül-
Vəhhab ailəsinə hörmət göstərirdi. Üçüncü məsələ budur ki, İbn Əbdül-
Vəhhab  Üyeynənin  siyasi  mövqeyi  ilə  tanış  idi  və  Ehsa  hakiminin 
nəzarəti  altında  idi,  oranın  əmiri  Osman  ibn  Əhməd  zahirdə  camaata 
hökmranlıq etdiyinə görə Üyeynə şəhərini seçdi. O çalışırdı ki, mümkün 
olan  hər  bir  vasitə  ilə  oranın  əmirini  özünün  ixtira  etdiyi  məsləki  qəbul 
etməyə vadar etsin. Bununla da çox güclü arxaya malik olsun və Ehsanın 
əmirinin nəzarətindən xaric olsun. 
Üyeynədə Məhəmməd İbn Əbdül-Vəhhabın dəvətinin davam etməsinə 
görə  “o  bu  dövrdə  müsəlmanların  xüsusi  və  ümumi  təbəqələrindən 
həvayi-nəfsə tabe olan çoxlarını özü ilə həmfikir və həməqidə edə bildi... 
Buna  görə  də  onun  şan-şöhrəti  yayılmağa  başladı:  hər  bir  yerdə  və  dini 
məclislərdə,  hətta  siyasi  məclislərdə  belə  ondan  və  onun  işlərindən 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.120-
121 
2
 Həmin mənbə, səh.120 


 
73 
söhbət  gedirdi.”
1
  Onun  şöhrətinin  artmasına  və  işinin  rövnəqlənməsinə 
səbəb  olan  ardıcıllarının  və  havadarlarının  çoxluğu  Ehsa  hakiminin 
nigarançılığına səbəb oldu. Buna görə də o, Üyeynənin əmiri Osman ibn 
Əhməd ibn Müəmməri ibn Əbdül-Vəhhabı öz yolu üzərindən götürməyə 
vadar  etdi.  Məhəmməd  ibn  Əbdül-Vəhhab  Nəcdə  tam  hakimiyyət 
vədəsini  (onunla  həmkarlıq  edəcəyi  təqdirdə)  Osmana  verməsinə 
baxmayaraq, o, hər  an Üyeynəyə  hücum etməsi  gözlənən Ehsa əmirinin 
qorxusundan Məhəmmədi bu şəhəri (Üyeynəni) tərk etməyə məcbur etdi. 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  daha  sonra  Diriyyə  şəhərinə  getdi 
(Nəcd şəhərlərindən biridir). Oraya Ali-Səud sülaləsi hakim idi və oranın 
həyatı qəbilə və tayfa qayda-qanunları və mədəniyyəti əsasında cərəyan 
edirdi. Qeyd etmək lazımdır ki, qəbilə icmasında qəbilə üzvləri öz hakim 
və rəislərinə itaət edir, müharibə fərmanı, sülh bağlanması, yer dəyişmə, 
mühakimə  və  qəbilənin  ən  çox  siyasi  və  ictimai  məsələləri  rəisin 
öhdəsinədir  və  bundan  əlavə,  o  hər  hansı  ayini  və  məsləki  qəbul  edərsə 
və  qəbilə  üzvlərini  də  onu  qəbul  etməyə  təşviq  edərsə  qəbilə  üzvləri  də 
bunu alqışla qəbul edirdilər. 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  da  qəbilə  icmasına  hakim  olan  qayda-
qanunları  bildiyindən,  qəbilə  və  onun  rəisinin  vəziyyətindən  agah 
olduğuna  görə öz hədəfini  həyata  keçirmək  üçün  Diriyyəyə  yola düşdü. 
O,  özünün  şöhrətpərəstlik  və  rəyasət  kimi  hədəflərinə  çatmaq  üçün 
Diriyyəyə daxil olan kimi oranın hakimi Məhəmməd İbn Səudun yanına 
getdi və onu vəhhabiyyət dinini qəbul etməyə təşviq etdi. Bununla yanaşı 
onun  Nəcdə  və  Ərəbistanın  və  sair  məntəqələrinə  hakim  olacağını  vəd 
etdi. Fəqihi  bu  barədə  yazır:  «Məhəmməd ibn  Əbdül-Vəhhab Diriyyəyə 
gəlib  Məhəmməd  İbn  Səudla  razılaşdığı  zaman  Diriyyə  əhalisi  son 
dərəcə  yoxsulluq  və  ehtiyac  içində  yaşayır,  güzəranlarını  təmin  etmək 
üçün  qan-tər  içində  işləyirdilər..”
2
  O,  Diriyyə  camaatının  vəziyyətindən 
agah olub Ali-Səudla razılaşmaya gəldiyinə görə özünün ixtira etdiyi dini 
təbliğ  etmək  üçün  münasib  şərait  yarandığını  gördü  və  Ali-Səudla 
razılaşıb  öz  dəvətini  Diriyyədən  başladı.  O,  həmin  şəhəri  vəhhabiliyi 
Nəcdin  sair  məntəqələrininə  və  Ərəbistan  yarımadasının  digər  yerlərinə 
yaymaq üçün bir dayaq məntəqəsi kimi seçdi. 
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN FƏALİYYƏT ÜSLUBU 
Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin, İbn Qəyyimin və İbn 
Əbdül-Hadinin  rəy  və  fikirlərindən  təsirlənərək  vəhhabi  məsləkini  icad 
                                                 
1
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.226 
2
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.151 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə