ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə39/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   35   36   37   38   39   40   41   42   ...   106

 
87 
Vəhhabiyyət  məhz  bu  şəhərdə  kök  saldı  və  öz  əsaslarını 
möhkəmləndirdi.  Diriyyədə  hökumət  Məhəmməd  İbn  Səudun  rəhbərliyi 
ilə Ənizə (yaxud Üneyzə) qəbiləsinin ixtiyarında idi. “Nizami Ali Səud” 
kitabının  müəllifi  qeyd  edir  ki,  Ali-Səud,  Səud  ibn  Məhəmməd  ibn 
Müqrinə  mənsubdur.
1
   O, 1148-ci  h.q. (1735-ci  miladi)  ilində  Ərəbistan 
yarımadasının  bir  hissəsinə  hakim  olmuşdur.  Ali-Səud  sülaləsi  iddia 
edirdi ki, ondan yarım əsr qabaq Hani ibn Rəbiul Muridi və onun tayfası 
Nəcdə gəlmiş və bu məntəqədə (Diriyyədə) sakin olmuşdur. Amma Ali-
Səudun tarixi və qeyri sənədlərdə əsər-əlaməti görünən ilk şəxsi Səud ibn 
Məhəmməddir.  O,  özü  üçün  Diriyyədə  kiçik  bir  hakimiyyət  yarada 
bilmişdi.”
2
  
Ali-Səud  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  oraya  gəlişindən  əvvəl 
Diriyyədə  Nəcdin  sair  qəbilələri  və  bədəvi  ərəblər  kimi  yaşayırdılar. 
Başqa sözlə desək, “Səud sülaləsi Nəcdin əkinçiləri və şəhərlilərin çoxu 
kimi  nisbətən  şeyxliliyə  yönələnlər  idi.  Xurma  ticarəti  və  bəlkə  də  bir 
qədər  at  bəsləməklə  rahat  həyat  sürürdülər.  Qüdrətli  olduqlarını  hiss 
etdikləri  zaman  səhrada  yaşayan  qəbilələrə  qəfildən  hücum  edirdilər. 
Halbuki, zəif olduqları vaxt bir guşəyə pənah aparırdılar. Onlar nisbətən 
müstəqil idilər və qətiyyən imperatorluq təşkil etmək fikrində deyildilər. 
Az  ehtimal  verilir  ki,  onların  öz  mürşidləri  ilə  əlaqəsi  olmadan  dünya 
onların  barəsində  bir  şey  eşitməmişdi.  Lakin  Məhəmməd  ibn  Əbdül-
Vəhhab  Səud  sülaləsini  yeni  bir  istiqamətə  doğru  çəkdi.”
3
    Amma 
Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə o zaman daxil oldu ki, oranın 
hökmranı  Məhəmməd  İbn  Səud  idi  və  o,  “Nəcd  və  Hicaz  mühitlərində 
təklikdə  öz  dəvətini  yaya  bilmədiyindən  bu  yolda  yaranan  əlaqələr  ona 
                                                 
1
  “İn  əst  ayini  vəhhabiyyət”  kitabında  Ali-Səudun  əsil-nəsəbi  və  kökləri  belə  qeyd 
olunur:  “Miladın  15-ci  əsrində  Ehsa  şəhərində  Ənizə  qəbiləsində  Mane  adlı  bir  kişi 
yaşayırdı. Onun Nəcdin Mənfuh adlı bir kəndində Dir` adlı bir əmioğlusu var idi. Dir` 
var-dövlətli  bir  şəxs  idi  və  qəbilə  rəisi  sayılırdı.  İllərin  birində  Mane  əmioğlusunu 
görmək üçün Ehsadan Nəcdə yola düşdü. Dir` öz torpaq sahələrindən iki böyük hissəni 
öz əmioğlusu Maneyə bağışladı, Mane bütün ailəsini Ehsadan Nəcdə köçürtdü və ona 
hədiyyə olunan torpaq sahəsində əkinçiliklə məşğul oldu. Bu şəxs Səudilərin əcdadları 
sayılır. Manenin vəfatından sonra oğlu Rəbiə onun əmlakının  varisi oldu və camaatın 
torpaq sahələrindən bə`zilərini alaraq öz əmlakına qatdı, camaatı öz əmri altına keçirtdi 
və  çox  kiçik  bir  hökumət  təşkil  etdi.  Rəbiədən  sonra  Musa,  Musadan  da  sonra  onun 
oğlanları  İbrahim  və  Fərhat  tərtiblə  atasının  yerində  oturdular.  Fərhatın  Rəbiə  və 
Müqrin  adlı  iki  oğlu  var  idi.  Müqrindən  sonra  Məhəmməd  və  Məhəmmədən  də  Səud 
adlı bir uşaq doğuldu. O da Səudiyyə sülaləsini başçısıdır. 
2
 Fuiye Təlud. “Nizami Ali-Səud”, Nuriddin Şirazinin tərcüməsi, İntişarati fərəndiş, 
payız 1367, 1-ci çap, səh.20 
3
 Leysi Rabert, Həmin mənbə, səh.85-86 


 
88 
kömək etdi və bu da Ali-Səudun onunla beyət etməsi idi.”
1
  Bununla da 
Diriyyə  şəhərində  Məhəmməd  ibn  Əbdül-Vəhhabla  Ali-Səud  arasında 
ittihad müqaviləsi bağlandı. Cənab Əmininin yazdığı kimi: “Məhəmməd 
və  Səudun  hər  biri  özünü  digərinin  vasitəsi  ilə  gücləndirirdi:  Səud  öz 
hökumətini  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  dininə  tabe  olmaqla, 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  isə  öz  məzhəbini  Səud  hökumətinin 
qılıncı  ilə.”
2
    Bu  müqavilə  1158-ci  h.q  (1740-cı  miladi)  ildə  bağlandı. 
Onun  mühüm  maddələrindən  biri  bu  idi  ki,  Məhəmməd  ibn  Əbdül-
Vəhhab  başqa  bir  əmirin  himayəsi  altında  olmasın.”
3
    Həqiqətdə  bu 
müqavilənin bağlanmasında əsas məqsəd və hədəf onların xüsusi mənafe 
və  hədəflərini  təmin  etmək  idi.  Xüsusilə,  “Nəcd  camaatı  qarət  etməyə 
məşğul olan və öz iş üslublarını müharibə və qan tökmək əsasında quran 
əmirləri onunla (Məhəmməd ibn Əbdül-Vəhhabla) bir ittifaq qurdular ki, 
özlərinin  məqam  və  şan-şöhrət  arzularına  daha  yaxşı  çata  bilsinlər.”
4
  
Beləliklə,  iki  Məhəmmədin  arasında  ittihad  müqaviləsi  bağlandı  və  hər 
biri  digərinə  kömək  etməyi  öz  öhdəsinə  aldı.  Xüsusilə,  Ali-Səud  bu 
müqavilənin bağlanmasından və vəhhabiliyi qəbul etməkdən istifadə edə 
bildi.  Vəhhabilərin  ideoloji  köməyindən  özlərinin  ərazi  iddialarına  və 
hücumlarına  qanuniyyət  kəsb  etməklə  yanaşı,  bu  işlərə  dini  pərdə 
vurdular. Ustad Cəfər Sübhani öz kitabının bir hissəsində Ali-Səudun bu 
işdən  necə  gözəl  bəhrələnməsini  xatırladaraq  deyir:  “İbn  Səud  Şeyxlə 
bağladığı müqaviləsindən son dərəcə xoşhal idi. Lakin onun üçün iki şərt 
irəli sürüldü: 
1. Əgər biz səninlə köməkləşib ölkələri fəth etsək qorxuruq ki, bizi tərk 
edərək başqa bir məntəqədə yaşayasan! 
2.  Biz  meyvələrin  yetişdiyi  zaman  Diriyyə  camaatından  vergi 
toplayacağıq. Qorxuruq ki, siz vergini qadağan edəsiniz. 
Şeyx  İbn  Səudun  cavabında  dedi:  “Mən  heç  vaxt  səni  başqasına 
dəyişmərəm.  Allahın  bizə  nəsib  etdiyi  fəthlərdən  çoxlu  qənimətlər 
gələcək və səni bu vergilərdən ehtiyacsız edəcəkdir.” 
Sonralar,  bu  iki  ailənin  arasındakı  əlaqələrin  möhkəmlənməsi  üçün 
Diriyyənin  əmiri  şeyxin  qızını  öz  oğlu  Əbdül-Əzizə  aldı  və  bununla  da 
iki  ailə  arasında  qohumluq  münasibətləri  bərqərar  oldu.  Bu  əlaqələr 
indiyə qədər geniş səviyyədə qorunmuşdur.
5
  
                                                 
1
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.283 
2
 Əmini Məhəmməd Hadi. “Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), səh.168 
3
 Həmin mənbə, səh.75 
4
  Behişti  Əhməd.  “Şəxsiyyət  və  əndişehayi  Kaşiful-ğita”,  kanuni  nəşri  əndişeyi 
islami, Qum, 1370, 1-ci çap, səh.78 
5
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.57-58 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə