ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə41/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   37   38   39   40   41   42   43   44   ...   106

 
91 
göstərməsinin  səbəbini  anlamaq  olar.  Səudilər  vəhhabiləri  onların  əməl 
və  tədbirlərinə  qanuni  don  geyindirdiklərinə,  onların  hədəflərinə 
çatmaqda  dini  arxaları  olduqlarına  görə  qəbul  etdilər.  Məhəmməd  ibn 
Əbdül-Vəhhabın  ailəsi  ilə  sıx  əlaqə  və  ailəvi  münasibət  qurduqlarına 
görə özləri  üçün  böyük  dini-siyasi  mövqe  kəsb  edə bildilər. “Siyasət  və 
hökumət  dər  Ərəbistani  Səudi”  kitabının  müəllifi  bu  barədə  belə  yazır: 
“...Səudilər  sülaləsi  həmişə  özünü  elə  qələmə  verirdi  ki,  sanki,  İslam 
dəyərlərinin  keşikçisi  və  İslam  hökmlərinin  icraçısıdır.
1
  Sultan  Əbdül-
Əziz  və  Səudiyyə  Ərəbistanının  banisi  qərara  almışdılar  ki,  özünün 
Qurandan  və  İslam  qanunlarından  bildiyi  əsasda  hökmranlıq  etsin. 
“Cəmiyyətin  Quran  qanunları  əsasında  idarə  olunması”  Səudi 
sultanlarının ilk əvvəldən indiyə qədər müştərək şüarları olmuşdur. Buna 
baxmayaraq,  hər  bir  zamanda  onun  barəsində  şəxsi  zövqlər  və  xüsusi 
məfhumları təqdim etmişlər.”
2
  
Bu 
bəhsin 
axırında 
xarici 
yazıçılardan 
birinin 
Ali-Səudun 
vəhhabilikdən,  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  övladlarının  da 
səudilərdən  necə  istifadə  etməsi  barəsindəki  nəzərini  diqqətinizə 
çatdırırıq. O, bu barədə yazır: “... Səudiyyə rejimi çox ayıqlıqla siyasi və 
məzhəbi  qüdrətə  arxalanmışdı.  Səudiyyə  padşahları  ilk  növbədə  qəbilə 
başçıları  idilər  ki,  onlar  qüdrət  mühafizləri  ittihadının  köməyi  ilə,  eləcə 
də  sair  məsul  şəxslərin  ailələri  ilə  evlənmək  və  münasibət  qurmaq 
əsasında hökmranlıq edirdilər... Əsas etibarı ilə  Məhəmməd ibn  Əbdül-
Vəhhabın  nəslindən  olan  ölkə  ruhaniləri  səltənət  və  padşah  ailələri  ilə 
evlənirdilər,  dövlət  tərəfindən  də  onlara  maddi  yardım  olunurdu. 
Həmçinin, hökumət məclislərində güclü nüfuza malik idilər.”
3
  
                                                 
1
 Mühüm məsələ budur ki, Ali-Səudun İslamı nə üçün istəməsi düzgün şəkildə dərk 
olunsun və bu üslubun səbəbi aydınlaşsın. Xüsusilə buna diqqət yetirək ki, Səudilərin 
çoxlunun sünnü alimlərinin nəzərində ehtiramla  yad edilməsinin səbəbi onların İslamı 
vasitə  qərar  vermələridir.  Bu  məsələ  Ərəbistan  sərhədlərindən  uzaqda,  xüsusilə 
Pakistanda  –  şiələrin  geniş  və  dərin  köklərə  malik  olduğu  bu  ölkədə  gözəl  şəkildə 
müşahidə  olunur...  Hələ  də  Səudiyyə  rejimini  müdafiə  etməyin  lazım  olmasına 
inananlar  bu  barədəki  nəzərlərini  imandan  artıq  daha  çox  siyasi  xarakter  daşıyan  və 
sünnülərin əqidəvi çərçivəsində güclü bir mərkəziyyətin olmasının zəruri olması barədə 
nəzərlər  və  ikinci  dərəcəli  fikirlər,  o  cümlədən  siyasi,  hərbi,  iqtisadi  məsləhətlər, 
İslamın  zahirinə  əməl  edən  şərif  hərəmlərdə  və  ərəblərin  solçu  və  marksist 
hökumətlərin qarşısında nisbətən güclü bir qüdrət olduğuna görə onu müdafiə edirlər. 
(“Siyasət və hökumət dər Ərəbistani Səudi”, səh.42-43) 
2
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.42 
3
  Lapirus  İram,  “Tarixi  cəvamei  İslami  dər  qüruni-nuzdəhom  və  bistom”  (Möhsün 
Müdir Şanəçinin tərcüməsi), İntişarati Asitani Qüdsi Rəzəvi, 1-ci çap 1376, səh.161 


 
92 
OSMANLI İMPERATORLUĞUNUN HİCAZ VƏ NƏCD 
HAKİMİYYƏTİ 
Osmanlı  silsiləsinin  zahir  olması  və  onun  Avropa-Asiya  ölkələrindən 
çoxuna  hökmranlıq  etməsi  ən  mühüm  tarixi  hadisələrdən  biri  idi. 
Monqolların  İslam  ölkələrinə  hücumundan,  daha  sonra  isə  həmin 
ölkələrdə  mövqelərinin  zəifləməsindən  sonra  Osmanlı  imperiyası 
yarandı.  Bu barədə Corc Zeydan belə  yazır:  “...Onlar (monqollar) İslam 
ölkələrinə  müsəlmanların  franklar,  gürcülər  və  ermənilərin  hücumları 
nəticəsində son dərəcə zəiflədikləri zaman hücum etmişdilər. Monqollar 
belə  bir  siyasi  şəraitdə  müsəlmanlara  həmlə  edərək  Bağdadda  Abbasi 
xilafətini məğlub etdilər, İslam ölkələrini ölümcül vəziyyətə saldılar. Bir 
müddət müsəlmanların  arasından heç kəs  qalxıb onların pərakəndəliyini 
nizama  salmadı.  Nəhayət  bir  tərəfdən  Osmanlı  sultanları,  digər  tərəfdən 
isə  Səfəvi  sultanları  zahir  olaraq  yeni  sünnü-şiə  İslam  hökumətlərini 
təşkil  etdilər.”
1
  Osmanlıların  qüdrətə  çatmaları  hicri  tarixi  ilə  VIII  əsrə 
(miladi  XIII)  təsadüf  edir.  Bu  imperatorluq,  Bizans  (şərqi  Roma) 
imperiyasının  dağıldığı  bir  dövrdə  Anadoluda  və  Balkan  yarımadasında 
quruldu.  “Onlar  iki  əsrlik  hakimiyyətləri  dövründə  təkcə  əvvəlki 
imperatorluğun  ölkələrinə  deyil  –  yəni  Bizansda,  Avropanın  cənubunda 
və Anadoluda yerləşən ölkələrin cənubunda – üstəlik Macarıstan və Ərəb 
dünyasına  da  hakim  oldu.”
2
    Aydındır  ki,  Osmanlı  imperatorluğu 
hökuməti  bərqərar  etdikdən  və  öz  əsaslarını  möhkəmləndirdikdən  sonra 
(cənubi-şərqi  Avropa  və  Anadoludan  əlavə)  şərq  ərəb  dövlətlərinə  və 
əvvəlcə müsəlman olan şimali Afrikaya da hakim kəsildi.
3
  
Osmanlı 
dövləti 
qüdrətə 
çatdıqdan 
sonra 
öz 
sərhədlərini 
genişləndirməyə  başladı.  “Sultan  Səlim  923-cü  h.q  (1517-ci  miladi) 
                                                 
1
  Corc  Zeydan,  “Tarixi  təməddüni  İslam”,  Əli  Cəvahir  Kəlamın  tərcüməsi,  “Əmir 
Kəbir” nəşriyyatı, Tehran, 8-ci çap, 1373, 861-ci, səh. 
2
  Stanford,  “Tarixi  imperatoriye  Osmani  və  Türkiyeyi  cədid”  (Mahmud 
Ramazanzadənin tərcüməsi), İntişarati Astani Qüdsi Rəzəvi, 1-ci çap 1370, səh.19 
3
  Osmanlı  imperatorluğu  1326-cı  miladi  ilində  vəfat  edən  Birinci  Osmanın  adı  ilə 
bağlıdır. Onun canişini olan osmanlılar ölkə sərhədlərini genişləndirdilər. Nəhayət XVI 
əsrdə  öz  qüdrətlərinin  ən  yüksək  səviyyəsinə  çatdılar.  Bu  xilafət  Macarıstan,  Krım, 
Qara  dəniz  sahilləri,  Balkan,  o  cümlədən  bu  günkü  Yuqoslaviyanın  böyük  bir  hissəsi 
(Yuqoslaviyanın  dağılmasından  əvvəlki  sərhədləri),  Çexoslovakiya  (Çex  və  Slovak), 
Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Kipir, Əlcəzair, Tunis, Tripoli, Misir və 
həmçinin 1900-cu ilə qədər əllərində saxladıqları orta şərqin böyük bir hissəsini əhatə 
edirdi. Hətta 1822-ci ildə Misrin İngilislər tərəfindən işğal edilməsindən sonra Türkiyə 
hələ  də  o  dövrdə  qalib  bir  ölkə  sayılırdı.  (Lisi  Robert,  “Sərzəmini  səlatin”,  110-cu 
səhifəsinin vərəqaltı çıxarımından)  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə