84
kitabında bu kitabların bəzilərinin adlarını qeyd etmişdir. O cümlədən:
1.“Əl-ovraqul-Bağdadiyyə”, Şeyx İbrahim Ravi Əraqi.
2.“Dəlili vaqei”.
3.“Sülhü ixvan”, Şeyx Davud Nəqşbəndi Bağdadi.
4.“Əl-mənqəhul-vəhbiyyə”.
5.“Əl-ayatul-bəyyinat”.
6.“Ər-rəddu ələl-vəhhabiyyə”, Şeyx Məhəmməd Cavad Bəlaği.
1
Ümumiyyətlə, Məhəmməd ibn Əbdül-Vəhhabın həyatı və onun
gördüyü işləri araşdırmaqla müsəlmanların və İslamın ziddinə olan
vəhhabi məzhəbinin törətdiyi faciələrin nə qədər böyük olduğu aydın
olur. Əmini bu barədə qeyd edir: “Tarixçilərin yazılarından belə aydın
olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz həyatı boyu hər növ fitnə-
fəsadın, qətl və cinayətin mənşəyi olmuş və müsəlmanlar arasında fitnə
odunun şölələnməsində, düşmənçilik və çəkişmələrin qızışdırılmasında
bir an olsun belə soyumamışdı. O, həqiqətdə bütün İslam dəyərlərinin və
insani keyfiyyətlərin təxribatçısı idi, mömin, şərafətli və alicənab
insanların hökumətini qəbul etməyən, dindən, bütün yaxşılıq və
fəzilətlərdən ayrı düşən insanlar ona, öz hədəfində kömək etdilər
.”
2
Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Məhəmməd ibn Əbdül-
Vəhhab İslama laqeyd və xain olan bir ünsür idi. Onun yaratdığı məslək
İslamın, Quranın və şəriətin ziddinə idi. Belə ki, “Vəhhabilərin batil sözləri və
əqidələri səbəbilə İslam barəsində onların nəzərindən təhqiqat aparıb araşdıran
şəxslərin bəziləri İslam dinini quru və donuq, bütün zamanlara cavab verə
bilməyən bir din kimi tanıtdırdılar.”
3
Bəli, bu kimi anlaşılmazlıq və sui-
istifadələr bir sıra dinsiz, rəyasətpərəst, şan-şöhrət aşiqi, həvayi-nəfsə tabe olan
və İslam dininə xəyanət edən bir neçə ünsürün qurduğu hiyləgərlik planları idi
ki, onlar istismarçılara xidmət edib onların məramlarını irəli aparmaqda kömək
etmişlər.
1
Vəliyyi fəqihin nümayəndəliyi, Həmin mənbə, səh.124-125
2
Əl-əmin Möhsin. “Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”,
səh.171
3
Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, səh.31
85
İKİNCİ HİSSƏ
VƏHHABİLİYİN YARANMASI VƏ İNKŞAF ETMƏSİ AMİLLƏRİ
Birinci fəsildə vəhhabi firqəsinin ideoloji rəhbərləri, bu firqənin
banisinin şəxsiyyəti haqqında, eləcə də vəhhabi məsləkinin necə
yaranması, onun əqidə və üsullarının bir qismi ətraflı şəkildə bəyan
olundu. Bundan qabaq qeyd olunanlara diqqət yetirməklə başa düşmək
olar ki, Məhəmməd ibn Əbdül-Vəhhab sünnü məzhəbinin hənbəli
firqəsinə tabe olan bir ailədə böyümüş, münasib şəraitlərdən istifadə
edərək Ərəbistanda (Nəcddə) vəhhabi firqəsinin əsasını qoya bilmişdir.
Bu fəsildə isə vəhhabiliyin yaranıb inkşaf etməsində təsirli olan
müxtəlif amilləri, bütün siyasi, iqtisadi, mədəni, ictimai yönlərdən, eləcə
də coğrafi zona və beynəlminəl baxımdan araşdıracağıq.
İslam tarixi boyunda həmişə bəzi şəxslər, yaxud qruplar meydana
gəlirdi ki, İslamı dərk edib başa düşməkdə təəssübə və donuşluğa meyl
edirdilər. Peyğəmbəri-Əkrəmin (s) dövründə Mədineyi-Münəvvərədə
bəziləri var idi ki, İslam barəsində özlərinin dar düşüncələri əsasında
nəzər verir, hətta Peyğəmbərin (s) müqabilində belə dayanırdılar.
Sonralar da Həzrət Əlinin (ə) xilafəti dövründə yaranan xəvaric də həmin
dar düşüncəli və quru, yalançı müqəddəslər idi ki, o dövrün xüsusi
şəraitinin tələbi ilə çox ağır cinayətlər törədib özlərindən vəsfəgəlməz
qəsavət və daşürəklilik göstərirdilər. Bu da onların İslamın əhatəliyi
ruhundan uzaq düşərək yalnız bir istiqamətdə nəzər salmalarından xəbər
verirdi.
Xəvaric əməvilərin süqutundan sonra (132-ci h.q.) əməldə artıq nəzərə
çarpacaq səviyyədə deyildilər. Amma onların quru təəssübləri və dar
düşüncələri yenə də davam etməkdə idi.
Bir qədər dərindən diqqət yetirməklə demək olar ki, əshabi-hədis
(əlbəttə, sünnülərin çərçivəsində) müəyyən qədər bu dəstənin
içərisindədir. Onlar ayə və hədislərin zahiri mənalarını əldə etməyə çox
ciddiyyət göstərir və daha artıq məlumat əldə edilməsilə nəticələnən
fikirlərlə müxalifət edirdilər. Əhli-hədisin mərkəzi əsas etibarı ilə
Ərəbistan, xüsusilə Məkkeyi-Mükərrəmə və Mədinə idi. Onların
ardıcılları əsasən Ərəbistanın mərkəz və cənub nahiyələrində idilər.
Sünnülərin fiqh imamlarından ikisi, yəni, Malik ibn Ənəs və Əhməd ibn
Hənbəl, eləcə də “Sihahi-sittə”nin müəlliflərindən bir qrupu onların
bünövrəsini qoymuşdular. Amma məlum səbəblərə görə Əhməd ibn
Hənbəl onların arasında qəhrəman sayılır. Bu silsilə həmişə davam etmiş,
Bəsrə, Kufə və Yəməni öz təsiri altına almışdır. İbn Həcər, İbn
Teymiyyə, İbn Covziyyə, İbn Ərəbi (“Əl-qəvasimu minəl-qəvasim”
86
kitabının müəllifi) onların parlaq şəxsiyyətləridir. Onların hamısı şiəliklə
kəskin mübarizə aparırdılar.
Başçısı Məhəmməd ibn Əbdül-Vəhhab olan vəhhabi firqəsi həmin
tarixi cərəyanların məhsuludur. Əlbəttə, Əbdül-Vəhhab özünün sələf
rəhbərlərinin elmi qüdrətinə və təcrübəsinə malik deyildi. Amma tarixi,
təbii, ictimai və siyasi şəraitin tələbi ilə belə bir təfəkkürün binasını qoya
bilmişdi.
Bu müqəddiməyə diqqət yetirməklə vəhhabi firqəsinin yaranıb inkşaf
etməsinin müxtəlif amillərini araşdıracağıq ki, bəhs olunan mövzu gözəl
şəkildə aydınlaşsın.
VƏHHABİLƏRİN YARANIB İNKŞAF ETMƏSİNDƏ ZONAL
AMİLLƏR
ALİ-SƏUD SÜLALƏSİNİN ÖZÜNƏ QANUNİYYƏT QAZANMAQ
ÜÇÜN VƏHHABİYYƏTDƏN FAYDALANMASI
Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab müxtəlif
şəhərlərə etdiyi səfərlərdən sonra 1143-cü h.q ilində öz dəvətini
Hərimələdə aşkar etdi. Bundan sonra onun məsləkini qəbul etmək üçün
şərait münasib olmadığına görə o məntəqənin əhalisi onun əleyhinə
qiyam etdilər və onu öldürmək istədilər. Məhəmməd ibn Əbdül-Vəhhab
məcbur qalıb öz vətəni Üyeynəyə köçdü. Üyeynə öz şəraitinə görə
nisbətən münasib olduğundan, burada dəvətini aşkar etdi (bu şərait və
vəziyyətlər barəsində bu fəsildə söhbət açılacaq). Amma Məhəmməd ibn
Əbdül-Vəhhabın bu şəhərdə müvəffəqiyyət qazanmasına baxmayaraq
onun öz əqidəsilə əlaqədar məlumat və xəbərlər Ehsa hakiminə çatdıqda
1
o da Nəcddəki mənafeyinin təhlükəyə düşdüyünü gördü və Üyeynə
əmirindən istədi ki, Məhəmməd ibn Əbdül-Vəhhaba kömək etməsin və
mümkün olan yollarla onu qətlə yetirsin. (Üyeynə və Nəcdin başqa
şəhərləri də Ehsa hakiminin hakimiyyəti altında idi; əlbəttə bu
hakimiyyət sadəcə olaraq oradakı qəbilələrin bəzisindən bac-xərac almaq
üçün təşkil olunmuşdu və Ehsanın həmişəlik hakimi deyildi).
Vəhhabiliyin banisi Üyeynəni özü üçün və məsləki üçün əmin-amanlıq
bir yer olmadığını gördükdə Riyaz şəhərinin 20 kilometrliyində yerləşən
Dirriyyə şəhərinə köçdü.
1
Əl-hisa yaxud Hisa çoxlu sulara və xurma bağlarına malik olan kiçik bir ərazidir.
O, Qətifin cənub-qərbində iki mənzillik yolda yerləşir. Onun xurma bağları Dəməşqin
Ğutəsi qədərdir. “Əl-müştərək” kitabında qeyd olunur ki, Ehsa – hisa kəlməsinin cəm
formasıdır, hisa da suyun batdığı qumluq yerə deyilir. Belə ki, su həmin qumluqda
batdıqdan sonra bərk topraq qatında toplaşıb yığılır. Ərəblər o qumları qazıb su
çıxarırdılar. (Əbul Fidanın “Təqvimul-bildan” kitabı, Əbdül-Həmid Ayətinin
tərcüməsi, Bunyadi-fərhəngi-İran nəşriyyatı, Tehran, 1349 h.ş, səh.135)
Dostları ilə paylaş: |