ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə2/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   2   3   4   5   6   7   8   9   ...   106

 

dəyişikliklərə məruz qaldı. Həmin dəyişikliklər bu məzhəbə hər zamanda 
xüsusi  bir  forma  verib  müxtəlif  cərəyanlar  yaratdı.  Qeyd  olunan 
cərəyanların  müştərək  və  fərqli  cəhətləri  onların  arasında  müəyyən 
təzadlar  və  anlaşılmazlıqlar  yaratdı.  Bunlar  da  əsas  etibarı  ilə  əqidə 
bölməsində  özünü  daha  qabarıq  şəkildə  göstərir  və  müəyyən  hallarda 
fiqh və şəriət hökmlərində də büruz edirdi. 
Qeyd  olunan  cərəyanların  təkcə  onların  ideoloji  məsələləri  əsasında 
deyil,  həm  də  onların  tarixi  seyri  və  hər  bir  dövrdə  tutduqları  mövqe 
əsasında  araşdırılması  bu  məsələlərin  düzgün  şəkildə  başa  düşülməsinə 
lazımi  kömək  edir.  Şiələrdən  fərqli  olaraq  mötəzilə  və  xəvaricin  sair 
müsəlmanlarla  ixtilaflı  və  ya  müttəfiq  olmaları  iki  mühüm  məsələ 
əsasında  cərəyan  edirdi:  Onlardan  biri  hansı  şəhərdə  yaşamaları,  digəri 
isə hakim rejimlə hansı münasibətdə olmaları, bəzi hallarda isə məntəqə 
daxilində baş verən qiyamlara münasibətləri idi. Onların Mədinə, Məkkə, 
Kufə,  Bəsrə  və  Şamda  yaşamaqları  həmin  yerlərdəki  dini  mərcəyə  tabe 
olmaları  ilə  yanaşı  idi.  Bu  şəhərlərdən  hər  biri  səhabələrdən  bəzilərinin 
orada  olmasına,  eləcə  də  siyasi  məsələlərə  diqqət  yetirməklə  özlərinin 
məxsus  fiqhi  və  dini  nəzəriyələrini  təqdim  edirdilər.  Şəhərlərarası 
münasibətlərin  genişlənməsi,  elmi  hövzələrin  formalaşması  ilə  eyni 
zamanda  bu  təzadlar  daha  kəskinləşir,  digər  tərəfdən  şəhərlərə  hakim 
olan  təfəkkürlər  arasında  bir  növ  ünsiyyət  yaranırdı.  Belə  ki,  həm 
Mədinədə  olan  bir  şəxsin  İraq  əhli  kimi  düşünməsi,  həm  də  bunun  əksi 
mümkün  idi.  Bununla  eyni  zamanda  III  əsrə qədər  yerli mərcəiyyət  son 
dövrlərdə  əhli-sünnə  və  cəmaət  kimi  tanınan  şəxslərin  arasında 
əksəriyyət təşkil edən məzhəb idi.”
1
 Yerli mərcəiyyət  əsas etibarı ilə iki 
müxalif cərəyanın əsasını qoydu: 
1.Hicaz əhli olan hədis səhabələri.
2
  
2.Rəy  səhabələri.  Onların  çoxu  İraqlı  idilər,  sonralar  İranın  da  bəzi 
şəhərlərində  özlərinə  çoxlu  tərəfdar  toplaya  bilmişdilər.  Sanki,  əhli-
                                                                                                                                  
Əhli-beyt  (ə)  bu  əqidə  ilə  müxalif  idi.  Onlar  hədislərin  yazılmasına  dair  göstəriş 
verməkdən  əlavə,  hədisləri  də  bir  yerə  toplayıb  saxlayırdılar.  Şiələr  arasında  ilk  dəfə 
Həzrət  Əmirəl-mö`minin  Əliyyibni  Əbitalib  (ə)  bu  işi  görmüş  və  hədisləri  bir  yerə 
toplamışdır.” 
“Hədisi-ma”, Əli Əkbər Musəvi, səh.26 və “Elmul-hədis”, Şanəçi, səh.47 
1
  “Şenaxti-Ərəbistan”,  Vəliyyi-fəqihin  həcc  və  ziyarət  işlərindəki  nümayəndəliyi, 
Məşhəd nəşri, bi.ta, bi.ca, səh.107-108 
2
  Əhli-hədisin  mərkəzi  əsas  e`tibarı  ilə  Ərəbistan,  xüsusilə  Məkkə  və  Mədinə 
şəhərləri  idi.  Seyyid  Davud  Ağayinin  yazdığı  “Siyasət  və  hökumət  dər  Ərəbistani 
Səudi” kitabı, səh.31 
Əbul-fəth  Məhəmməd  ibn  Əbdülkərim  Şəhristani,  “Əl-miləlu  vən-nihəl”,  Seyyid 
Rza Naininin tərcüməsi, İqbal, bi.ca, deymah, 1350-ci il, birinci çap, səh.162 


 

hədisin müqabilində geniş yayılmış termin “əhli-kəlam” idi.
1
  
Bu məsələnin daha aydın olması üçün əhli-hədislə əhli-rəyin hər birini 
ayrı-ayrılıqda şərh edirik. 
ƏSHABİ-RƏY 
Doktor Xosrovşahi əshabi-rəyi belə izah edir: 
Əshabi-rəy  İraq  əhli  olub  İmam  Əbu  Hənifə  Nöman  ibn  Sabit  ibn 
Mərziban Kufi Farisinin ardıcıllarıdır (80-ci hicri ilində Kufədə dünyaya 
gəlmiş və 150-ci hicri ilində elə orada vəfat etmişdir). O, İmam Sadiqin 
(ə)  şagirdlərindən  idi  və  fiqhi  məsələləri  istinbat  edirdi.  Fiqh  sahəsində 
çoxlu kitablar yazmışdı. Əbu Yusif Yəqub ibn Məhəmməd Qazi (182-ci 
ildə vəfat edib), Məhəmməd ibn Həsən Şeybani (189-cu ildə vəfat edib), 
Cəfər  ibn  Hüzeyr  (158-ci  ildə  vəfat  edib),  Əbumut  onun  şagirdlərindən 
idi.  Bu  firqəyə  ona  görö  “əshabi-rəy”  adı  vermişlər  ki,  hər  hansı  bir 
məsələni  müəyyən  qədər  müqayisə  etməklə  əldə  edir,  bəzi  hallarda  da 
aşkar qiyası (müqayisəni) əhkamdan irəli keçirirdilər. Amma Əbu Hənifə 
əslən iranlı olmaqla İraqın mərcəyi idi və əksər hallarda deyirdi ki, “bu 
mənim rəyimdir və əldə etdiyim rəylərin ən yaxşısıdır. Hər kəs başqa bir 
rəy göstərsə mən  yenə də öz rəyimdə sabit qalaram...” Bu öz məzhəbini 
“cəliyy”  və  “xəfiyy”  qiyas  (müqayisə),  eləcə  də  əhkamların  mənalarını 
istinbat  etmək  əsasında  təşkil  etdi.  Buna  görə  də  onun  səhabələrinə 
əshabi-qiyas (müqayisə səhabələri) deyilir. Əbu Hənifə deyirdi: “Mənim 
elmim rəy ilədir və rəy qüdrət tələb edən işlərin ən yaxşısıdır
2

ƏSHABİ-HƏDİS 
Əshabi-hədis  Hicaz  əhli  olub  Malik  ibn  Ənəsin  ardıcıllarıdır  (179-cu 
ildə  vəfat  edib).  Məhəmməd  ibn  İdris  Şafei  (204-cü  ildə  vəfat  edib), 
Süfyan  Suri  və  Əhməd  ibn  Hənbəl  (241-ci  ildə  vəfat  edib),  Davud  ibn 
Əli  ibn  Məhəmməd  İsfəhani  Malik  ibn  Ənəsin  ardıcıllarındandır
.
3
 
 
Onların  əhli-hədis  adlanmasının  səbəbi  hədis  əldə  edərək  rəvayətləri 
tərtibə salmaları və nəss (aşkar, heç bir  yerə  yozula bilməyən) əsasında 
olan  hökmlərə  malik  olmaları,  əsər  və  xəbəri  tapmağa  qadir  olduqları 
vaxta qədər “xəfiyy” və  “cəliyy” qiyası (müqayisəni) inkar etmələridir.
4
 
Şafei  deyir:  “Mənim  məzhəbim  xəbəri  əhatə  edən  məzhəbdir.”  Məşhur 
alimlərdən  olan  Şatibi  deyir:  “Nəsslərin  sözləri  bütün  əhkamları  ifadə 
                                                 
1
 Vəliyyi-fəqihin həcc və ziyarət işlərindəki nümayəndəliyi, Həmin mənbə, səh.108 
2
 Xosrof Şahi, Həmin mənbə, səh.16 
3
 Şəhristani, “Əl-miləlu vən-nihəl”, səh.162 
4
 Xosrof Şahi, Həmin mənbə, səh.17 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə