ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə7/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   2   3   4   5   6   7   8   9   10   ...   106

 
18 
mürsəl və zəif hədislər.”
1
  
İbn  Hənbəl  Kufənin,  Bağdadın,  Şamın  və  sair  İslam  məntəqələrinin 
hədis  sahabələrini  münhərif  və  azğın  adlandıranlarla  düşmənçilik  edir, 
cühəmiyyə, mötəzilə, qədəriyyə və şiələrlə daha artıq mübarizə aparırdı. 
Həqiqətdə  Əhməd  və  onun  etiqadiyyatı  “əshabi-hədisin  bu  qruplarla 
müxalifətlərinin tarixində dönüş nöqtəsi hesab olunur.”
2
  
Əhməd Peyğəmbəri-Əkrəm (s) sünnəsinə daha artıq əhəmiyyət verirdi. 
Onun ideoloji əsaslarını Qurandan sonra Peyğəmbəri-Əkrəm (s) sünnəsi, 
səhabə  və  tabeinlərin  sözləri  hesab  etmək  olar.  O,  sünnə  ilə  müxalifəti 
bidət  adlandırır.  Həvayi-nəfs  və  bidət  əhli  ilə  müxalifətçilik  edir,  kəlam 
elmindəki elmi mübahisələrə də qarşı çıxırdı.
3
  
Əhməd  ibn  Hənbəlin  bəzi  əqidələrini  “Böyük  İslam  Enskilopediyası” 
kitabından  nəql  edirik:  “Məhəmməd  ibn  Himyər  Əndərabinin  nəql 
etdiyinə  görə,  Əhməd  sünnə  və  cəmaət  əhlindən  olan  möminin 
xüsusiyyətlərini  belə  dəyərləndirir  ki,  mömin  şəxs  gərək  Allahın 
yeganəliyinə, 
Peyğəmbərin 
(s) 
risalətinə 
iman 
gətirsin,  ilahi 
peyğəmbərlərin  dəvət  etdikləri  şeylərə  inansın.  Peyğəmbərin  (s)  bütün 
səhabələrinə  ehtiram  qoyub  fəzilətlərinə  inansın,  onların  arasında  baş 
verən  ixtilaf  və  münaqişələrlə  əlaqədar  heç  bir  söz  deməsin,  cümə  və 
camaat  namazını  hər  bir  əmirlə  –  facir  və  günahkar  olsa  belə,  qılsın. 
Mömin  şəxs  Quranı  Allahın  kəlamı  və  qeyri-məxluq  hesab  etməli  və 
inanmalıdır  ki,  iman  sözdən  və  əməldən  ibarətdir,  artıb  azalmağa  da 
qabildir.  (Mömin)  inanmalıdır  ki,  cənnət  əhli  qiyamətdə  Pərvərdigarı 
görəcək. 
(Əhməd  Müsəddəd  ibn  Müsərhədə  yazdığı  risaləsində  mühüm 
məsələlərə işarə edir və, o cümlədən, inanırdı ki, ) rafizilər, yəni Əlini (ə) 
Əbubəkrdən  fəzilətli  hesab  edənlər,  eləcə  də  Əlinin  (ə)  İslamı 
Əbubəkrdən  qabaq  qəbul  etdiyinə  inananlar  Allahın  kitabı  və 
Peyğəmbəri-Əkrəm  (s)  sünnəsi  ilə  müxalifət  etmişdir...  Səhabələrdən 
birinin  digərindən  üstün  olmasında  yalnız  bunu  demək  olar  ki,  onların 
arasında  Əbubəkr,  Ömər  və  Osman  biri  digərindən  sonra  ən 
fəzilətlidirlər.” O, Həzrət Əlinin (ə) fəziləti barəsində isə sukut etmişdir. 
Çünki,  Əbdüllah  ibn  Ömərdən  rəvayət  olunan  hədisə  əsasən 
Peyğəmbərin (s)  dövründə  ümmətin  ən  fəzilətlisi  Əbubəkr,  ondan sonra 
Ömər,  ondan  sonra  isə  Osman  idi.  Bu  rəvayətdə  Həzrət  Əlinin  (ə)  adı 
çəkilməmişdir.  Onun  nəzərinə  görə  Peyğəmbəri-Əkrəm  (s)  sünnəsinə 
inanmaq  müsəlmanların  imamlarına  itaət  etməyi  gərəkli  edir  və  mömin 
                                                 
1
 Məşkur, Həmin mənbə, səh.104 
2
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.722 
3
 Həmin mənbə 


 
19 
şəxs  hədis  səhabələrinin  tutduğu  yola  inanmalıdır.  O,  deyir:  “Hər  kəs 
xəlifə, yaxud möminlərin əmiri olsa, camaat da onun hakimiyyəti barədə 
yekdil fikirdə olsalar, yaxud zorla və qılınc gücünə xilafətə çatsa ümmət 
ona  itaət  etməlidir.  Ona  itaət  etmək  sünnətdir.  Belə  bir  əmir  əgər 
günahkar da olsa onunla çiyin-çiyinə döyüşmək və cümə namazı qılmaq 
lazımdır.”  Əhməd  təkid  edirdi  ki,  hər  kəs  xəlifənin  əleyhinə  qiyam  etsə 
müsəlmanların birliyini pozmuşdur və belə bir şəxs cahiliyyət ölümü ilə 
öləcəkdir...  (Bundan  əlavə)  Əhməd  Quranın  və  hədisin  nəssinə  xüsusi 
diqqət yetirir və bu xüsusda təvil və yozumu caiz hesab etmirdi...”
1
  
Şübhəsiz,  Əhməd  dini  işlərlə  əlaqədar  ciddi  təəssübkeş  və  dünyəvi 
işlərdə isə nisbətən mülayim idi. 
İBN HƏNBƏLİN ƏSƏRLƏRİ 
Əbu  Hənifənin  və  Şafeinin  əksinə  olaraq,  Əhməd  üsuli  və  fiqhi 
məsələlərin  yazılmasını  dini  baxımdan  caiz  hesab  etmir,  yalnız  hədis 
yazılmasını  mübah  bilirdi.  Onun  kitab  yazılması  barədə  nəzəri  bir  o 
qədər də müsbət deyildi. Öz ardıcıllarını da onun fətvalarını və müxtəlif 
məsələlər  barəsində  suallara  verdiyi  cavabları  yazmaqdan  çəkindirirdi. 
Bununla  belə  hədis,  əqaid,  Quran  və  rical  elmində  müxtəlif  əsərlər 
yazmışdır. Çoxları “Əhməd ibn Hənbəlin məsələləri” adı altında fiqh və 
əqaid məsələlərindəki fətva və rəylərini yazmışlar.
2
  Əhmədin ən məşhur 
kitabı  “Müsnəd”  kitabıdır.  İbn  Cozinin  dediyinə  görə  bu  kitab  otuz  min 
hədisi əhatə edir. Əmədin özü də bu kitaba müstəsna əhəmiyyət verirdi. 
Əmədin  çap  olunan  və  əsas  etibarı  ilə  öz  oğlu  Əbdüllahın  rəvayəti 
əsasında yazılan əsərləri aşağıdakılardan ibarətdir: 
1.Əhkamun-nisa 
2.Əl-əsami vəl-kuna 
3.Əl-əşribə 
4.Ər-rədu ələl-cühəmiyyə 
5.Əz-zuhd 
6.Əs-səlat 
7.Əl-iləlu və mərifətür-rical 
8.Fəzailüs-səhabə 
9.Əlvərə
3
 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, səh.722-723 
2
 Həmin mənbə, 6-cı cild, səh.624 
3
 Həmin mənbə 


 
20 
ƏHMƏD İBN HƏNBƏLİN FİQHİ 
ƏHMƏD İBN HƏNBƏLİN ÜSULİ-FİQHİ 
Şafeinin  əksinə  olaraq  Əhməd  ibn  Hənbəl  üsuli-fiqh  elmində  heç  bir 
kitab  yazmamışdır.  Ondan  sonra  başqa  üslubda  yazılan  məktəbin,  eləcə 
də başqa əsərlərinin də onun təfəkkür tərzinin dəqiq göstəricisi olmasını 
iddia etmək olmaz. Buna əsasən, “onun fiqhi nəzəriyyələri barədə ümumi 
bir  görüş  əldə  etməyin  yeganə  yolu  şagirdlərindən  nəql  olunan  fikirləri 
təhlil etməkdir.”
1
  
Aydındır  ki,  Əhmədin  şagirdlərinin  ondan  nəql  etdikləri  məsələlər 
hənbəlilərin sonrakı nəsillərinin əsərlərində çap olunmuşdur. Əhməd ibn 
Hənbəldən  müxtəlif  məsələlər  barəsində  bir-biri  ilə  təzadlı  olan  rəylər 
nəql olunmuşdur və bu məsələ də Əhməd ibn Hənbəlin öz nəzəriyyələri 
ilə  hənbəli  fiqhi  arasında  gözə  çarpan  fərqləri  göstərə  bilər.  Əhmədin 
fiqhi  və  Hənbəli  fiqhi  çərçivəsində  Əbu  Yəla  ibn  Fərra,  Əbul-Xəttab 
Kəluzani,  İbn  Teymiyyə  və  İbn  Qəyyim  Coziyyə  kimi  alimlər  təhqiqat 
aparmışlar.  Buna  baxmayaraq,  Əbu  Hənifə,  Malik  və  Şafei  fiqhinin 
əksinə olaraq Əhmədin fiqhinin əsas bünövrəsi barəsində bir neçə rəyin 
arasından qəbul olunası bir təhlil əldə etmək çox çətindir.
2
  
1. NƏQLİ DƏLİLLƏR 
a) Kitab.  
“Əhməd ibn Hənbəlin fiqhində sünnə, Quranın bəyanedicisi kimi əsaslı 
təfəkkür olaraq daha artıq təkidlə irəli çəkilir. O, “Ərrəddu əla mən əxəzə 
bizahiril-Quran  və  tərəkəs-sünnə”  adlı  əsərində  Peyğəmbəri-Əkrəm  (s) 
sünnəsini  Quranın  zahir  və  batini,  ümum  və  xüsusu,  nasix  və 
mənsuxundan  Allahın  əsas  məqsədinin  bəyanedicisi  hesab  etmiş  və 
bunun  ardınca  Peyğəmbərə  (s)  itaət  etməyin  vacib  olduğunu  göstərən 
Quran ayələrini qeyd etmişdir.”
3
  
b) Sünnə.  
“Peyğəmbəri-Əkrəm (s) sünnəsinə itaət etmək əshabi-hədisin fiqhində 
ümumi  və  Əhmədin  fiqhində  xüsusi  şəkildə  yüksək  məqama  malikdir. 
Həqiqətdə  bu  məktəb  ardıcılları  çox  hallarda  hədisi  öz  rəylərindən  irəli 
keçirdiklərinə  görə  “əshabi-hədis”  adı  ilə  məşhurlaşmışlar.  Əhməd  ibn 
Hənbəlin  risaləsində  qeyd  olunur  ki:  “Bizim  nəzərimizdə  sünnə  Allah 
Rəsulunun  əsəridir...”  “Sünnədə  qiyasa  və  təmsilə  yer  yoxdur,  əql  və 
həva  (nəfsin  istəyi)  ilə  dərk  olunmaz.  Əksinə  bu,  ona  itaət  etmək  və 
                                                 
1
 Həmin mənbə, 6-cı cild, səh.728 
2
 Həmin mənbə 
3
 Həmin mənbə 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə