ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə9/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

 
24 
“Əl-İfza” kitabında da gözə dəyir (560-cı h.q).
1
  
Şübhəsiz,  Əhməd  ibn  Hənbəl  150  ildən  artıq  bir  müddət  ərzində 
sünnülərin,  xüsusilə  əhli-hədisin  əqidəvi  rəhbəri  olmuşdu.  Sünnə  və 
bidətin  əsas  meyarı  Əhmədin  sözləri  sayılırdı.  Onun  əhli-hədis  üçün 
tərtib  etdiyi  üsul  (prinsiplər)  sayəsində  təcəssüm  (Allahı  cisim  hesab 
etmək)  və  təşbih  (Allahı  məxluqata  oxşatmaq)  əqidələrinə  olan  meyllər 
daha  da  artmağa  başladı.  “Allahın  müəyyən  bir  məkanda  yerləşməsi”, 
“Öz ərşində qərar tutması”, “oradan ərşinin aşağısına baxması” və s. bu 
əqidələrin  bir  qismi  hesab  olunurdu.  Belə  ki,  hənbəli  məktəbinin  əsası 
hədis  barəsində  təəssüb  hədinə  qədər  tərəfdarlıq,  eləcə  də  şəri  və  fiqhi 
hökmlərin  əldə  edilməsində  rəy  və  qiyasdan  istifadə  olunması  ilə 
müxalifət əsasında qurulmuşdu. 
Əlbəttə,  əhli-hədis  müstəqil  bir  qrup  şəklində  yalnız  IV  əsrə  kimi 
davam  gətirə  bildi  və  V  hicri  əsrindən  bu  tərəfə  sair  sünnü  qrupları,  o 
cümlədən,  əşairə,  mürciə  və  hətta  mötəzilə  də  müəyyən  qədər  əhli-
hədisin  nəzərlərindən  ayrıldı  və  özünə  yeni  sima  aldı.  Bütün  bunlarla 
belə,  hənbəli  məktəbinin  (sair  sünnü  firqə  və  ideologiyaları  ilə 
müqayisədə) həmişə azlıqda olmasının və heç vaxt onlar qədər rəvac və 
əhəmiyyət  tapa  bilməməsinin  səbəbi  bu  idi  ki,  “bu  məzhəbin  ardıcılları 
hədisə, Peyğəmbər (s) sünnəsinə və səhabələrin əməl və rəftarlarına qarşı 
ciddi  təəssübə  malik  olduqlarına  görə  müəyyən  qədər  azad  fikirləşən, 
onlar  qədər  təəssübə  malik  olmayan,  öz  məzhəblərində  istidlal  və 
yenilikçiliyə  meyl  edən  hər  hansı  islami  məzhəb  və  firqələrlə  müxalifət 
edir,  sair  məzhəblərin,  o  cümlədən  şafeilərə  və  şiələrə  maneçilik 
törətməklə, əzab-əziyyət verməklə onlarla mübarizə aparırdılar.”
2
  
“Ümumiyyətlə, hənbəlilərin ifratçı təəssüblərə, çox donuq təfəkkürlərə 
malik  olmaları,  kəlamın  zahiri  mənalarını  əsas  götürüb  ona  istinad 
etmələri,  əqidələrinin  səthi  olması,  eləcə  də  onların  fiqhi  məktəblərinin 
tarixi reallıqlardan uzaq düşməsi, həyatda və ictimaiyyətdə mövcud olan 
gündəlik  hadisələrdən  uzaq  qalmaları  üst-üstə  toplanaraq  bu  məzhəbin 
süquta, tənəzzülə uğramasına səbəb oldu.  Buna  görə də sair məzhəblərə 
nisbətən tərəfdarı az oldu.”
3
  
Həqiqətdə  Əhməd  ibn  Hənbəlin  (241-ci  h.q  ilində)  ölümündən  sonra 
təqribən  bir  əsr  müddətində  onun  düşüncə  və  fikirləri  sünnə  ilə  bidətin 
ayırd  edilməsində  əsas  meyar  sayılırdı.  Amma  əşəri  məzhəbinin 
yayılması  ilə  Əhmədin  əqaidi  tədriclə  səhnədən  çıxarıldı  və  sələfiçilik 
unuduldu.  Ustad  Cəfər  Sübhani  bu  barədə  belə  yazır:  “(İbn  Hənbəlin 
                                                 
1
 Həmin mənbə, səh.726 728 
2
 Fəzai, Yusif, “Münazirati imam Fəxr Razi”, səh.207 
3
 Həmin mənbə, səh.208-209 


 
25 
düşüncələrinin  rövnəqlənməsinin  ardınca)  mütəfəkkirlər  bu  məsələyə 
yenidən  baxdılar,  yəhudilərdən  məsihilərdən  bu  məzhəbə  irs  keçən 
bidətlərdən təmizlənməsi sürətləndi. (Nəhayət Əbül Həsən Əşəri hənbəli 
məktəbinə  yaxınlaşmaqla  onda  əsaslı  dəyişikliklər  aparmağa  çalışdı.) 
Hər  bir  halda,  əşəri  məzhəbinin  yaranması  ilə  sələfiçilik,  təcəssüm  və 
təşbihə təzahür etmək unuduldu.”
1
  
Dördüncü  hicri  əsrində  Əbu  Məhəmməd  Həsən  ibn  Əli  ibn  Xələf 
Bərbəharinin  sələfi  məzhəbinin  dirçəldilməsi  uğrunda  ciddiyyətlə 
çalışmasına  baxmayaraq,  camaatın  onun  əleyhinə  olan  qiyamları 
müqabilində heç bir tədbir görə bilmədi.
2
  
Cənab  Ənsari  Lari  onun  barəsində  belə  yazır:  “Bərbəhari  Bağdad 
hənbəlilərinin  rəisi  və  xüsusi  rəylərə  malik  idi.  Özünün  düşüncə  və 
əqidələri ilə müxalifətçilik edən hər bir şəxsi şiddətlə döyüb yaralayır və 
öz tərafdarlarını camaatla kobud rəftara vadar edirdi. Bərbəhari və onun 
tərəfdarlarının  Quran  ayələrinin  zahiri  və  səthi  mənalarını  əxz  edərək 
dərin  mənalarına  nəzər  salmamaq,  zehni  çıxarlara  və  inanclara 
arxalanmaq, yersiz qürur, cəhalət və təəssübü onların yaydığı fitnə-fəsad 
səviyyəsinin  genişlənməsinə,  cəmiyyətin  asudəlik  və  asayişinin 
pozulmasına  səbəb  oldu  və  camaat  da  onların  əleyhinə  qiyam  edərək 
onlarla həmişəlik çarpışırdılar.”
3
  
Sonralar,  VII  əsrin  axırlarında  və  VIII  əsrin  əvvəllərində  əvvəlcə  İbn 
Teymiyyə,  daha  sonra  isə  İbn  Qəyyim  Coziyyənin  şagirdləri  hənbəli 
əqidələrini  daha  artıq  ifratçılıqla  dirçəltdilər.  “XII  hicri  əsrində  hənbəli 
məzhəbi Məhəmməd ibn Ədül Vəhhabın təbliği və Ali-Səudun qılıncı ilə 
daha  geniş  səviyyədə  yayıldı  və  “Vəhhabi  məzhəbi”  adı  ilə  bu  ölkənin 
(Ərəbistanın) qanuni və rəsmi məzhəbinə çevrildi. Tədricən Fars körfəzi 
ölkələrində və Misirdə yayıldı.”
4
  Hazırkı dövrdə Məhəmməd ibn Əbdül-
Vəhhabın  törəmələri  vəhhabiliyin  İslama  zidd  olan  əqidələrini  dünya 
                                                 
1
 Cə`fər Sübhani, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.279-280 
2
  *4-cü  hicri  əsrinin  əvvəllərində  İraqda  və  Bağdadda  mürtəce  fikirli  hənbəllilərin 
güclənməsinin amillərindən biri mö`təzilə firqəsinin əqli və istidlali məktəbinin məğlub 
olması  idi.  Bu  da  Mütəvəkkil  Abbasinin  xilafəti  dövründən  başlanmışdır.  Mütəvəkkil 
əshabi-hədisin  və  Əhli-sünnənin  avamcasına  və  ümumi  mə`nasında  onlarla  bir  fikirdə 
olmayan sair islami məzhəb ardıcılları ilə (əsasən mö`təzilə və şiələrlə) mübarizə edir, 
onları tə`qib edərək işgəncəyə mə`ruz qoyurdu. Buna görə də İslam firqələri arasında ən 
çox  təəssübkeş,  ciddiyyətli  və  sünnəyə  həddindən  artıq  meyl  edən  hənbəli  məzhəbi 
ardıcılları o zamanda Hənbəlilərdən başqalarına maneçilik törədirdi. 
“Münazirati imam Fəxr Razi”, səh.208 
3
 Ənsari Lari, Məhəmməd İbrahim, “Pişineyi siyasi və fikriye vəhhabiyyət”, bünyadi 
məarifi İslami, Qum, mehrmah, 1369, səh.25 
4
 Məşkur, Həmin mənbə, səh.169 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə