ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə17/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

 
41 
şəkildə  himayəçisi  və  ardıcılı  idi.  Belə  ki,  onun  əqidələrinin  həm  onun 
həyatında, həm də ölümündən sonra nəşr olunub yayılmasını öz öhdəsinə 
almışdı. Buna  görə ona  şallaq vurulmuş, dəvəyə  mindirilərək şəhərlərdə 
gəzdirilmişdir.  O,  İbn  Teymiyyə  ilə  birlikdə  Dəməşq  qalasında  həbs 
edilmişdi.  O,  712-ci  h.q  ilindən  (1312  miladi)  İbn  Teymiyyənin  öldüyü 
vaxta  qədər  həmişə  onunla  yanaşı  olmuş  və  onun  müxalifləri  ilə,  o 
cümlədən, Təqiyuddin Səbki ilə mübarizə aparmışdır.
1
  
İbn  Teymiyyənin  müəyyən  qədər  müxalif  və  tərəfdarları  olmasına 
baxmayaraq, müvafiqləri onu tərifləməkdə həddi aşmışlar. Nümunə üçün 
“Nəzəriyyatu  şeyxül-İslam  İbn  Teymiyyə  fis-siyasəti  vəl-ictima”  adlı 
kitabın  müəllifi  Hanri  Laost  onu  “İslamın  böyük  mücahidlərindən  biri” 
adlandıraraq, onun monqollar qarşısında İslamı müdafiə edib müqavimət 
göstərməsini  tərifləmişdir.”
2
    Bunun  əvəzində  də  müxalifləri  onun 
yaratdığı  batil  fikirləri,  bidətləri  və  ideoloji  azğınlıqları  tənqid  atəşinə 
tutaraq onu məzəmmət etmişlər. Amma şübhəsiz, Əhməd İbn Teymiyyə 
hənbəli mütəkəllimi, mühəddisi və fəqihi kimi tanınmış, “yenilikçiliyə və 
azad  düşüncəyə  qarşı  qiyam  etmiş,  həm  hənbəli  firqəsi,  həm  sair 
məktəblər barəsində müxtəlif kitablar yazmışdır.”
3
  Dehxudanın dediyinə 
görə
4
  o,  sələfilikdən  başqa  bütün  İslam  firqələri  ilə,  əşairələrlə, 
filosoflarla,  sufilərlə  mübarizə  aparmış  və  hamısını  batil  hesab  etmiş, 
Allah  övliyalarının  qəbirlərini  ziyarət  etməyi  bidət  saymışdır.  Onu  bu 
məsələdə Vəhhabilərin rəhbəri hesab etmək olar. 
Aydındır  ki,  İbn  Teymiyyə  əqaiddə  kəskin  təəssübə,  məntiqsizliyə  və 
donuqluqa malik idi. Onun sair həmfikirləri də (İbn Qəyyim, İbn Fərəm, 
İbn  Bəttə,  Bərbəhari,  İbn  Numərət  və  İbn  Covzi)  zahirə  meyl  etməyin, 
donu  nəzərlərin  və  səthi  məlumatların  əsiri  idilər.  Onun  təfəkkürü  çox 
səthi və ibtidai olub fəlsəfi meyarlardan uzaq idi. “İbn Teymiyyə bir növ 
incə  dini  materialist  təfəkkürə  meyl  etmiş  və  zahirpərəstliyin, 
materializmə yönəlmənin dəşhətli uçurumuna düşmüşdü.”
5
  
Doktor  Himməti  yuxarıdakı  mətləbləri  qeyd  etdikdən  sonra  tam 
yəqinliklə  deyir:  “...  Fəlsəfə  elmi  ilə  tanış  olmaq,  İslam  hikmətinin 
dərinliklərinə  varmaq,  əqli  elmlərlə  məşğul  olmaq  və  İbn  Teymiyyənin 
əsər və kitablarını araşdırmaqla aydın olur ki, o,  fəlsəfi məsələləri dərk 
edə  bilməmiş,  ən  ibtidai  məntiqi  məsələlərdə  ilişib  qalmış,  tövhiddə  və 
ilahiyyatda  çox  süst,  möhkəm  olmayan  addımlarla  irəliləmişdir. 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.177-178 
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.53 
3
 Çahardəhi Nuriddin,  “Vəhhabiyyət  və rişehayi an”, sazimani çap və intişati fəthi, 
Tehran, payız 1363, 1-ci çap, səh.27 
4
 Dehxuda Əli, “Lüğətnamə”, səh.297 
5
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.54 


 
42 
Həmçinin hiss üzvlərinə meyl edənlər və aya pərəstiş edənlər kimi Allahı 
cisim  təsəvvür  edərək  Onun  cism  olduğuna  inanırlar.  O,  İslam 
dünyasında  məntiq,  fəlsəfə  və  irfanla  mübarizə  aparan  məşhur 
adamlardandır.  Biz  bu  kimi  şəxslər  timsalında  dərindən  düşünə  biləcək 
bir  şəxs  görməmişik.  Əqli  elmlərdə,  hikmət  və  irfanda  dərin  məlumatı 
olmayan  bəzi  sadəlövhlər  onun  barəsində  mübaliğəyə,  şişirtməyə  yol 
vermişlər.  Amma  bizim  nəzərimizə  görə  bu  cür  mühakimə  yürütmək 
ifratçı  səviyyədədir.  Əgər  İbn  Teymiyyənin  rəy  və  düşüncələrinə  İslam 
təfəkkürünün  hərtərəfliliyi  və  külliyyatı  baxımından,  xüsusilə  şiəliyin 
dərin  nəzəriyyələri  və  ali  İslam  meyarları  ilə  nəzər  salsaq,  onun  zahirə 
nəzər  salan  və  səthi  yönlü  fikir  sahibi  olduğunu,  donuq,  təəssübkeş  və 
puç xəyalların əsiri, söyüş söyən, yalnız özünü haq bilən, sofistliyin əsiri, 
müğalitəçi (hər şeydə və hər kəsdə səhv tutan) və ən ibtidai, elementar və 
zəruri  məsələləri  belə  inkar  edən  adam  olduğunu,  eləcə  də  əql  və 
düşüncənin  dəyərini  aşkar  şəkildə  nəzərə  almadığını,  əqli  hörmətdən 
saldığını görürük.”
1
  
İBN TEYMİYYƏNİN ƏSƏRLƏRİ 
İbn  Teymiyyənin  hənbəli  məzhəbindən  son  dərəcə  ciddiyyətlə 
tərəfdarlıq  etdiyini  nəzərə  alaraq  qeyd  etmək  lazımdır  ki,  o,  əksər 
hallarda sair İslam məzhəblərini və onların fəlsəfi əqidələrini rədd etmək 
yolunda  çalışmış, nəhayət  onların  hamısını  batil kimi  qələmə  vermişdir. 
Belə ki, o özünün “Minnahüs-sünnə fir-rəddiş-şiə” adlı kitabını məhz şiə 
məzhəbinin batil olduğunu isbat etmək üçün yazmışdır.  
İbn  Teymiyyənin  İslam  maarifində  çoxlu  risalə  (traktat)  və  kitabları 
vardır  (Quran  təfsiri,  fiqh,  hədis,  kəlam  və  sair).  Onların  sayı  üç  yüz 
cildə  çatır  və  əksəriyyəti  də  təxribatçılıq  yönünə  və  mənfi  məqsədlərə 
malikdir.
2
    Bu  kitablarda  bütün  İslam  alimlərinin,  xüsusilə  şiələrin 
qarşısında çox səthi və təəssübkeşlik əsasında olan nəzəriyyələrini bəyan 
edib. Onun yazdığı kitablardan bəziləri aşğıda qeyd olunur: 
“Əs-siyasətuş-şəriyyə”,  “Əl-fətava”,  “Əl-iman”,  “Əl-cəmu  beynən-
nəqli  vəl-əql”,  “Minnacüs-sünnə”,  “Əl-fürqanu  beynə  övliyaillah  və 
övliyayiş-şeytan”,  “Əl-vasitətu  beynəl-həqqi  vəl-xəlq”,  “Əs-sarimul-
məslulu  əla  şatimir-Rəsul”,  “Məcmu  rəsail”,  “Nəzəriyyətul-əqd”,  “Ər-
rəddu  ələl-Bəkri”,  “Ər-rəddu  ələl-əfnayi”,  “Rəful-məlal  ənil-əimmətil-
əlam”,  “Şərhül-əqidətil-isfəhaniyyə”,  “Əl-qəvaidun-nuraniyyə”,  “Əl-
fəqih”,  “Məcmumətur-rəsaili  vəl-  məsail”,  “Ət-təvəssəlu  vəl-vəsilə”, 
“Nəqzul-məntiq” və bu barədə yazdığı çoxlu başqa risalələr və kitabların 
                                                 
1
 Həmin mənbə, səh.54-55 
2
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.214 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə