ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə15/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

 
37 
kimi  giriftarçılığa  düçar  oldu.  Təqribən  716-cı  h.q  ilinin  axırlarında  İbn 
Teymiyyə  “Minhacüs-sünnətin-Nəbəviyyə”  kitabını  yazaraq
1
    “bu 
kitabda  Əllamə  Hilliyə  həmlə  etdi.  Bununla  belə,  onun  azadlıq  dövrü 
gəlib çatdı, 718-ci h.q ilində sultandan bir fərman gəldi. Bu fərman  İbn 
Teymiyyəni  hənbəli  məzhəbindəki  etiqadlarla  müxalif  olan  təlaq 
barəsində  hər  növ  fətva  verməkdən  çəkindirirdi.  İbn  Teymiyyəyə  irad 
tuturdular  ki,  o  bir  məclisdə  üç  təlaqın  səhih  olmağını  inkar  edir  və 
onunla  təlaq  vermək  qəsdi  ilə  yanaşı  olmadığı  halda  təlağa  dair  and 
içməyi  mötəbər  saymırdı.  Bu  xüsusda  Tənkəzin  rəyasəti  ilə  718-719-cu 
illərdə iki məhkəmə məclisi təşkil olundu. Üçüncü məclis 720-ci il rəcəb 
ayının 20-də təşkil olundu və İbn Teymiyyə sultanın əmr və fərmanlarına 
itaət  etməməkdə  müttəhim  olunaraq  həbsə  məhkum  edildi.  Məmurlar 
dərhal  İbn  Teymiyyəni  tutaraq  Dəməşqin  “Ərk”  zindanına  saldılar. 
Orada  5  aydan  çox  qaldı,  məhərrəmin  10-da  Məlik  Nasirin  fərmanı  ilə 
azad  edildi.  726-cı  il  şəban  ayının  16-da  heç  bir  məhkəmə  hökmü 
olmadan İbn Teymiyyə bir daha tutuldu və sultanın “Əməvi” məscidində 
hamı üçün  oxunan  əmri  əsasında  fətva vermək səlahiyyətindən  məhrum 
edildi. Onun yazdığı “Ziyarətül-qubur” kitabına irad tuturdular. Çünki, o 
bu kitabda ilahi övliyaları müqəddəs saymağı haram bir iş hesab etmişdi. 
Onunla  yanaşı şagirdlərindən də bir neçəsini zindana saldılar. Lakin İbn 
Qəyyim Covziyyədən başqa onların hamısı az bir müddətdən sonra azad 
edildilər...”
2
  
Cənab  Fəzai  İbn  Teymiyyənin  Dəməşqin  hakiminin  əli  ilə  zindana 
salınmasının  səbəbini  belə  bəyan  edir:  “İbn  Teymiyyə  müsəlmanların, 
eləcə  də  öz  havadarlarının  və  şagirdlərinin  arasında  malik  olduğu  elmi 
şöhrətə  görə  özünə  çoxlu  tərəfdar  toplaya  bilmişdi.  Həmçinin,  mövcud 
siyasətə  və  məzhəbi  əqidələrə  qarşı  etirazlı  və  tənqidçi  fikirlərə  malik 
olduğuna  görə  Dəməşqin  hakimi  onun  özündən,  həmçinin  ardıcıllarının 
və  etirazçı  fikirlərinin  çoxluğundan  qorxurdu.  Buna  görə  də  ona  əzab-
əziyyət verib ağır təzyiqlərə məruz qoydu. Sonra da bir müddət onu həbs 
edib Dəməşqin zindanına saldı...”
3
  
“Böyük İslam Enskilopediyası”nda qeyd olunanlara əsasən, “bu dövrdə 
İbn  Teymiyyənin  zindana  salınmasının  əsas  səbəbi  onun  şagirdi  İbn 
                                                 
1
  İbn  Teymiyyə  “Minhacüs-sünnə”  kitabını  Əllamə  Hillinin  yazdığı  “Minhacül-
kəramə” kitabını rədd etmək üçün  yazmışdır. Vəhhabilərin əndişə və tə`limlərinin əsil 
mənbəyi  də  məhz  həmin  kitabdır.  Xüsusilə  onda  təvəssül,  şəfaət,  ziyarət,  dua  və  sair 
kimi  məsələlər  barəsində  söhbət  gedir  və  bu  da  İbn  Teymiyyənin  fiqhindən  əxz 
olunmuşdur. (Doktor Himmətinin “Vəhhabigəri” kitabının 119-cu səhifəsinin vərəqaltı 
haşiyəsindən)  
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.49 
3
 Fəzai, “Təhqiq dər tarix və fəlsəfe məzhəbi əhli sünnə” 


 
38 
Qəyyim  Covziyyə  və  onun  öz  ustadından  öyrəndiyi fikir və  düşüncələri 
idi. Məqrizinin yazdığına görə “sultanın fərman verməsinin səbəbi bu idi 
ki,  İbn  Teymiyyənin  tanınmış  şagirdi  olan  Şəmsəddin  İbn  Qəyyim 
Covziyyə  Qüds  şəhərində  şəfaət  və  peyğəmbərlərə  təvəssül  məsələsi 
barəsində danışmışdı. Yəni ustadı İbn Teymiyyənin fətvasına əsasən onu 
caiz  hesab  etdi  və  o  Həzrətin  (s)  məscidini  nəzərə  almadan  sadəcə  o 
Həzrətin  (s)  qəbrinə  üz  gətirməyi  inkar  etdi.  Beytül-müqəddəsin  əhalisi 
bu  fətvadan  narahat  oldular  və  Dəməşqin  qazil-qüzatı  Cəlaləddin 
Məhəmməd Qəzviniyə məktub yazdılar. Bu xəbər sultan Məlik Nasir ibn 
Qəlavuna  çatdı.  O  da  məsələni  hənəfilərin  qazil-qüzatı  Şəmsuddin 
Məhmməd  ibn  Osman  Həriri  Hənəfiyəyə  göndərdi.  Qazil-qüzat  Hənəfi 
də İbn Teymiyyəni bərk məzəmmət etdi və Məlik Nasir də onun tutulub 
zindana salınmasına dair hökm verdi. 
İbn  Rəcəb  “Təqabatul–hənabilə”  adlı  kitabında  qeyd  edir  ki,  Misirdə 
həva-həvəs  (nəfsani  istəklər)  əhlindən  18  nəfər  İbn  Teymiyyənin 
əleyhinə  fətva  verdilər.  Onların  da  başında  maliki  qazil-qüzatı 
Təqiyuddin  Məhəmməd  ibn  Əbubəkr  ibn  İsa  ibn  Bədran  Əqnai  (750-ci 
h.q,  1349-cu  miladi)  idi.  Misirin  dörd  məzhəbinin  hər  birinin  qazisi  də 
onun həbs olunmasına dair fətva verdi.”
1
  
İbn Teymiyyə  728-ci ilə qədər Dəməşq  zindanında qaldı və elə orada 
da  kitab  yazıb  fətva  verməsini  davam  etdirdi.  O,  üsuli-fiqh  barəsindəki 
“Məaricül-vüsul”,  eləcə  də  “Rəful-məlam”  və  “Ər-rəddü  ələl-əfnai” 
kitablarını  bu  dövrdə  yazmışdı.  Onun  bu  dövrdəki  ən  qatı 
müxaliflərindən  biri  Qahirədə  maliki  qazil-qüzatı  Təqiyüddin  Əfnai  və 
Dəməşqdə  şafei  qazil-qüzatı  Əlauddin  Qunəvi  (İbn  Ərəbinin 
şagirdlərindəndir)  idi.  “Əfnai  sultana  şikayət  etdi.  Sultanın  fərmanı  ilə 
İbn  Teymiyyəni  728-ci  hicri  ili  camadiyül-axır  ayının  9-da  kitab,  kağız 
və  qələmdən  məhrum  etdilər.”  Beş  aydan  sonra,  zil-qədə  ayının  20-də 
İbn  Teymiyyə  “Ərk”  zindanında  öldü  və  böyük  bir  kütlə  tərəfindən 
Dəməşqin “Sufiyyə” qəbristanlığında dəfn edildi”.
2
  
Cənab  Fəqihi  İbn  Teymiyyənin  ölümü  barəsində  belə  yazır:  “...İbn 
Teymiyyənin dəfn mərasimində iştirak edənlərin sayını iki yüz min nəfər 
qeyd  etmişlər.  Bəziləri  onun  meyyit  qüslunun  suyunu  təbərrük  olaraq 
içir,  ona  aid  olan  hər  bir  şeyə  ehtiram  göstərirdilər.  Bununla  da  demək 
olar  ki,  İbn  Teymiyyənin  tərəfdarlarından  bir  qrupu  Şamda  qaldı. 
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  dövrünə  qədər  də  onun  ardıcılları 
Şamda  olmuşlar.  Ehtimal  üzrə  Məhəmməd  ibn  Əbdül-Vəhhab  öz 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.176 
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.52 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə