ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə11/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

 
29 
sələfiyyəni icad etdilər.
1
  
IV  hicri  əsrində  bu  qrupun  böyüklərindən  biri  olan  Bərbəhari,  ondan 
sonra  da  VII  əsrin  axırlarında  İbn  Teymiyyə  bu  məsləkin  tərəfdarı  və 
havadarı oldu. Biz sonrakı bölmədə İbn Teymiyyə və onun əqidə əsasları 
barəsində söhbət açacağıq. 
ƏHMƏD İBN TEYMİYYƏ 
Əhməd  İbn  Teymiyyə  hənbəli  məzhəbinin  fəqihi,  mühəddisi  və 
mütəkəllimi  idi  və  hər  növ  azad  düşüncəliklə  və  yenilikçiliklə 
mübarizəyə  qalxmışdı.  Onun  gördüyü  mürtəce  fikir  və  tədbirlər  hənbəli 
məzhəbinin tədrici olaraq geridə qalıb tənəzzülə uğramasına səbəb oldu. 
Belə  ki,  “Münazirati  imam  Fəxr  Razi  dər  bareyi  məzahibi  əhli-sünnə” 
kitabında  yazılır  ki,  İbn  Teymiyyənin  əsri  “fəlsəfi  təfəkkürün,  məntiqi 
istidlalın  süstlüyə  və  tənəzzülə  uğraması,  onun  əsrində  sünnü  və  ya  şiə 
olmasından  asılı  olmayaraq,  bütün  müsəlmanların  dinin  zahiri 
mənalarına,  quru  maarif  və  məzhəbin  səthi  mənalarına  üz  gətirməsi” 
dövrüdür.
2
 Həqiqətdə bu əsrdə “səthi təfəkkürə malik olan bəzi fəqih və 
mütəkəllimlər,  hənbəli  kimi  “özlərinin  xüsusi  məzhəbi  əqidələrini  və 
dinlərini  müdafiə  etmək”  adı  ilə  öz  məzhəblərinə  hərtərəfli  bəraət 
qazandırmağa  başladılar.  Bu  məqsədin  həyata  keçməsi  üçün  bəzi 
hallarda  elm  və  fəlsəfənin  əleyhinə  qiyam  etdilər.  İbn  Teymiyyə  də 
hənbəli məzhəbində qiyam edənlərdən biri və onun müdafiəçisi kimi sair 
İslam  məzhəbləri  ilə  mübarizə  edirdi.  O,  “hənbəli  əqidəsinin 
dirçəldilməsi”  ünvanı  ilə  yazdığı  çoxlu  kitablarda  öz  əqidəsini  bəyan 
etmişdir.”
3
  
TƏRCÜMEYİ-HALI 
Təqiyuddin  Əbul  Abbas  Əhməd  ibn  Şəhabuddin  Əbdül  Həlim  ibn 
Məcduddin Əbdüs  Salam ibn  Əbdüllah ibn  Əbil  Qasim  Məhəmməd  ibn 
Xizr  ibn  Məhəmməd  ibn  Xizr  Hərrani  Dəməşqi  Hənbəli  661-ci  h.q  il 
(1263-cü  miladi  il)  rəbiyül-əvvəl  ayının  onunda  Abbasi  xillafətinin 
                                                                                                                                  
məzhəbinə  tabe  olan  sufilərin  bid`əti.  Onlar  sələf  və  sələfi  kəlmələrini  öz  məzhəbləri 
üçün təbliğ edir, bununla da camaata demək istəyirlər ki, vəhhabi məzhəbinin təfəkkür 
və  düşüncələri  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  malik  olduğu  əqidələrlə 
məhdudlanmır,  əksinə  “bunların  hamısı  sələflərə  qayıdır!”  (Rəmazan  Əl-bəvəti, 
“Sələfiyyə,  bid`ət,  məzhəb”,  səh.259-260).  Biz  sonrakı  bəhsdə,  vəhhəbiyyətin  banisi 
barəsində  söhbət  edərkən  sələfiyyə  və  onun  ardıcılları  barəsində  daha  çox  bəhs 
edəcəyik. 
1
  Rəmazan  Əl-bəvəti,  Məhəmməd  Səid.  “Sələfiyyə  bid`ət  ya  məzhəb”,  Həsən 
Sabirinin tərcüməsi, “Astani qüdsi Rəzəvi”, Məşhəd, 1373, 1-ci çap, səh.277 
2
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.211  
3
 Həmin mənbə, səh.148  


 
30 
Bağdaddakı  süqutundan  beş  il  sonra  Şamın  Hərran  məntəqəsində 
dünyaya  gəldi.
1
    Bu  şəhər  İbn  Teymiyyənin  təvəllüdündən  qabaqkı 
illərdə,  eləcə  də  onun  uşaqlıq  dövrlərində  həmişə  monqol-tatarlar 
tərəfindən  hücuma  məruz  qalırdı.  Buna  görə  də  şəhər  əhalisi,  o 
cümlədən,  Əbdül  Həlim  (İbn  Teymiyyənin  atası)  bu  şəhəri  tərk  edib 
Dəməşqə  getməyə məcbur oldu (667-ci h.q, 1269-cu miladi). Bu zaman 
İbn Teymiyyənin yaşı altıdan artıq deyildi. 
Onun  nə  üçün  İbn  Teymiyyə  adlandırılması  barəsində  “Böyük  İslam 
Enskilopediyasında”  belə  qeyd  olunur:  “VI-VII  hicri  (XII-XIII  miladi) 
əsrlərində  Hərran  şəhərində  İbn  Teymiyyənin  ailəsindən  hənbəli 
məzhəbli görkəmli şəxsiyyətlər çıxmışdı. Bu sülalənin İbn Teymiyyə adı 
ilə məşhurlaşan ilk şəxsi Fəxrud-din Xətib Məhəmməd ibn Xizr idi (542-
621-22  hicri,  1147-1225  miladi).  Onun  nə  üçün  belə  adlandırılması 
barəsində deyilmişdir ki, onun atası, yaxud ana tərəfdən olan babası həcc 
səfərində  Teyma  adlı  yerdən  keçəndə  gözəl  bir  qızı  görür.  O,  həcc 
səfərindən qayıdanda öz körpə qızının Teymadakı qıza oxşadığını görüb 
onu  Teymiyyə  adlandırır.  O  qızın  övladları  da  İbn  Teymiyyə  adı  ilə 
məşhurlaşırlar. İbn Fəxruddin də Məcduddin İbn Teymiyyənin babasının 
əmisidir  (590-622-ci  h.q,  1194-1252-ci  miladi).  O,  hənbəlilərin  böyük 
fəqihlərindən  olmuş  və  çoxlu  kitab  yazmışdır.  Məcduddinin  oğlu 
Şəhabuddin  Əbdül  Həlim  (627-682-ci  h.q,  1230-1283-cü  miladi) 
Təqiyuddin  İbn  Teymiyyənin  atasıdır  ki,  o  da  Hərranın  məşhur 
fəqihlərindən biri – Şeyxül-bələd, o yerin xətibi və hakimi sayılırdı.”
2
  
İbn Teymiyyənin atası Əbdül Həlimin hənbəli əqidələri səbəb oldu ki, 
onun  öz  övladlarını  Dəməşqin  hənbəli  mədrəsələrinə  göndərsin  və 
hənbəli  fiqhini  öyrənməsinə  səbəb  olsun.  Buna  əsasən,  Təqiyuddin  İbn 
Teymiyyə  özünün  elmi  və  dini  məlumatlarını  ilk  əvvəldən  Dəməşqin 
hənbəli alimlərinin yanında təkmilləşdirdi və tədricən o dövrdə keçirilən 
elmlərdən,  o  cümlədən,  fiqh,  hədis,  üsul,  kəlam,  təfsir,  fəlsəfə, 
riyaziyyat, coğrafiya, eləcə də sair dinlərin əqidələri, xüsusilə məsihiyyət 
və yəhudiyyət əqidələri barəsində məlumatlar kəsb etdi. 
“O,  hənbəli  fiqhində  ictihad  dərəcəsinə  çatdı,  sair  fiqhi  məzhəblər 
barəsində dərin tədqiqat və araşdırmalar apardıqdan sonra dördlük təşkil 
edən  məzhəbin  fətvaları  ilə  müxalif  olan  müəyyən  fətvalar  verdi  və 
                                                 
1
 Yaqutun dediyinə görə, Hərran şəhəri Misirin bir qəsəbəsidir və Şam-Musil-Roma 
yolu  üzərində  (kiçik  Asiyada)  Cülab  adlı  şəhərin  kənarında  yerləşir.  Oradan  Ruha 
(Urfe)  şəhərinə  qədər  bir  günlük,  Rüqqə  şəhərinə  qədər  isə  iki  günlük  yoldur.  Hərran 
hal-hazırda  Türkiyənin  xarabalığa  dönmüş  şəhərlərindəndir.  Keçmiş  dövrlərdə  çox 
əzəmətli mədəniyyətə malik olan bir şəhər olmuşdur. (“Böyük İslam Enskilopediyası”, 
3-cü cild, səh.171)  
2
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.171-172.  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə