ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə10/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

 
26 
müsəlmanlarına qəbul etdirmək istəyirlər. 
Əsas  bəhsin  davam  etdirilməsindən  və  vəhhabiliyin  ideoloji 
rəhbərlərinin  işinin  gedişatını  araşdırmazdan  əvvəl  “sələfiyyə”  sözünün 
lüğət  və  istilahdakı  (termin  kimi)  mənasını  bəyan  etməyi  zəruri  hesab 
edirik. Bundan sonra sələfilərin etiqad üsulları barəsində müəyyən qədər 
bəhs  aparacağıq  ki,  VII  əsrin  axırlarında  və  VIII  əsrin  əvvəllərində 
hənbəli  fiqhini  və  sələfiçiliyi  yeniləşdirən  İbn  Teymiyyə  ilə  əlaqədar 
bəhslərə zəmin yaransın. 
SƏLƏFİLİYİN LÜĞƏTDƏKİ VƏ İSTİLAHDAKI MƏNASI 
Sələfi  sözünün  lüğətdəki  mənası  “köhnəpərəst  və  mühafizəkar 
müsəlmanlar”,  bu  günkü  istilahda  isə  “ölüb  gedənlərə  təqlid  etmək”, 
“ölülərə  təqliddə  qalmaq”  mənasını  verir.
1
    Amma  onun  istilahdakı 
mənasına gəldikdə isə “IV hicri əsrində yaranan hənbəlilərdən bir qrupu 
özlərini  sələfi  adlandırırdılar.  Çünki,  onlar  özlərini  saleh  sələflərin 
ardıcılları  hesab  edir  və  etiqad,  əməl  və  fellərində  Peyğəmbərə  (s), 
səhabəyə  və  tabeinə  tabe  olduqlarını  iddia  edirdilər.
2
    “Sələfilər  öz 
sözlərində  Əhməd  ibn  Hənbələ  istinad  edirdilər.  Lakin  bu  xüsusda 
hənbəlilərin  fəzilətli  adamlarından  bir  qrupu  bu  sözlərin  Əhməd  ibn 
Hənbələ  aid  edilməsi  xüsusunda  onlarla  münaqişəyə  girişdi.  Bu  zaman 
sələfilərlə  əşərilər  arasında  şiddətli  mübahisə  və  münaqişələr  başlandı. 
Bu iki firqədən hər biri özlərinin saleh sələflərin yoluna dəvət etdiklərini 
iddia edirdilər.  
Sələfilər mötəzililərin tutduğu yol ilə müxalif idilər. Çünki, mötəzililər 
İslam  əqidələrinin  bəyan  olunmasında  yunan  məntiqindən  əldə  olunan 
fəlsəfi  yolla  gedirdilər.  “Sələfilər  İslam  əqidələrini  səhabə  və  tabeinin 
əsrində  mövcud  olan  qaydada  bəyan  etmək,  yəni  İslam  əqaidindən 
istədikləri  şeyi  Kitab  və  sünnədən  öyrənmək  istəyirdilər.  Eləcə  də 
alimlərin  Quran  dəlillərindən  başqa  dəlillər  barədə  fikirləşməkdən 
məhrum edilmələrinin tərəfdarı idilər. Sələfilər əqli və məntiqi üslublara 
ümumiyyətlə  etiqad  bəsləmir,  yalnız  Quranın  və  hədisin  aşkar 
göstərdiyinə  inanır,  Quranın  nəssindən  (aşkar,  heç  bir  yerə  yozula 
bilməyən bəyanlarından) başa düşülən dəlillərə istinad edirdilər.”
3
 Onlar 
deyirdilər  ki,  “dini  əqidələri  və  hökmləri  əldə  etmək  üçün  istər  icmal, 
istərsə də təfsil yolu ilə, eləcə də istər etiqad, istərsə də istidlal ilə Quran 
və  Quran  əsasında  olan  sünnədən  başqa,  eləcə  də  Quran  və  sünnə 
                                                 
1
 Mişkatud-dini, Həmin mənbə, səh.509  
2
 Ənsari Lari, Məhəmməd İbrahim, Həmin mənbə, səh.23 
3
 Fəqihi, Əliəsğər. “Vəhhabilər”, “İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.20  


 
27 
əsasında olan üslubdan başqa bir yol mövcud deyildir.”
1
  
Məhəmməd  Əbu  Zöhrə  “Tarixül-məzahibil-İslamiyyə”  kitabının  245-
248-ci  səhifələrində  yazır:  “Başçıları  İbn  Teymiyyə  olan  sələfilər 
deyirlər:  “Hər  bir  əməl  Peyğəmbərin  (s)  dövründə  mövcud  olmayıb, 
yerinə yetirilməyibsə sonralar da yerinə yetirilməməlidir.” İbn Teymiyyə 
bu ümumi qanundan digər üç qanunu da əldə edirdi: 
a) “Heç bir yaxşı əməl sahibini, yaxud Allah dostlarından olan bir şəxsi 
Allah dərgahına yaxınlaşmaq üçün vasitə qərar vermək olmaz.” 
b)  “Heç  bir  diriyə  və  yaxud  ölüyə  pənah  aparmaq,  heç  bir  şəxsdən 
kömək istəmək olmaz.” 
v)  “Heç  bir  peyğəmbərin,  yaxud  əməli  saleh  şəxsin  qəbrinə  təbərrük 
etmək, təzim göstərmək olmaz.”
2
  
SƏLƏFİLƏRİN_NƏZƏRİNDƏ_TÖVHİD'>SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ TÖVHİD 
Sələfilər  sair  İslam  firqələri  kimi,  tövhidi  İslamın  ilkin  bünövrəsi  və 
əsası  hesab  edirlər.  Lakin  müəyyən  işlərin  tövhidlə  zidd  olduğuna 
inanırlar.  Başqa  islam  firqələri  də  onların  bu  əqidəsini  qəbul  etmirlər. 
Məsələn,  məxluqlardan  hər  hansı  birinin  vəsitəsilə  Allaha  təvəssül 
etmək,  Peyğəmbərin  (s)  rövzəsini  ayaq  üstə  və  ona  dayanaraq  ziyarət 
etmək, rövzənin ətrafında İslam şüarları bərqərar etmək, peyğəmbərlərin, 
ilahi  övliyaların  qəbirlərinə  doğru  dayanıb  bir  şey  oxumaq  və  bu  kimi 
işləri  tövhidlə  zidd  hesab  edir  və  inanırdılar  ki,  bu  işləri  tövhidlə 
ziddiyyətli  hesab  etmək  saleh  sələflərin  məzhəbidir.  Bundan  başqa 
deyilən hər bir söz tövhid məfhumuna zərər yetirən bidətlərdir.”
3
  
SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ SÜBUTİ VƏ SƏLBİ SİFƏTLƏR 
Sələfilər  deyirlər:  “Alimlərin  Allah-təalanın  səlbiyyə  və  sübutiyyə 
sifətləri  barəsində  olan  ixtilafları
4
  həqiqətdə  nəzər  və  fikirdə  olan 
ixtilafdır  və  bu  məsələ  də  müxtəlif  firqələrin  bir-birini  kafirlikdə 
müttəhim etmələrinə səbəb olmamalıdır.”  
Onlar  Allah-təalanın  sifətləri  xüsusunda  yalnız  Quranda  və  sünnədə 
gələnlərə etiqad bəsləyirlər. Buna əsasən, mütəal Allahın höccət, qəzəb, 
razı  olmaq,  nida  etmək  və  danışmasına  inanırlar.  Həmçinin  Allah-
təalanın  buludlardan  olan  kölgələr  üzərində  çıxıb  camaatın  arasına 
gəlməsinə,  Özünün  ərşdə  qərar  tutmasına,  Allahın  üz  və  əli  olduğuna 
inanırlar.  Halbuki,  onlar  ayələrin  yalnız  zahirinə  baxır,  yaxud  təvil  və 
                                                 
1
 Həmin mənbə, səh.20 21 
2
 Mişkatut-dini, Həmin mənbə, səh.510  
3
 Həmin mənbə 
4
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.21  


 
28 
təfsirə  isə  etina  etmirlər.  Amma  bununla  eyni  zamanda  Allah-təalanın 
zatını  bu  dünyadakı  məxluqlar  kimi  olmaqdan,  məxluqatın  malik 
olduqları üz və ələ malik olmasından pak və münəzzəh bilirlər.
1
  
SƏLƏFİLƏRİN ƏMƏL  RƏFTARLARI 
IV  hicri  əsrində  sələfilər  çox  böyük  qüdrətdən  faydalandılar  və 
əhəmiyyətli fürsət əldə etdilər. İbn Əsirin sözü ilə desək, camaat arasında 
meaneçilik  törədir,  küçə-bazarda  gəzirdilər.  Misal  üçün,  əgər  bir  kəsin 
əlində  musiqi  aləti  görsəydilər  onu  zorla  alıb  sındırır,  sahibini  də  bərk-
bərk  kötəkləyirdilər.  Sair  məzhəb  ardıcıllarına  çoxlu  əzab-əziyyətlər, 
müxtəlif  növ  işgəncələr  verir,  camaatın  şəxsi  işlərinə  dəxalət  edirdilər. 
Ümumiyyətlə,  onlar  cəmiyyətdə  vəhşətli  və  boğunuq  bir  irtica  fəzası 
yaratmışdılar. Onlar öz təfəkkürlərindən başqa heç bir şeyə dözmür, hər 
növ  yenilikçilik  və  yeni  fikirlərlə  müxalifətçilik  edirdilər.  Əgər  bir  kəs 
onların fikirləri ilə müxalifətçilik etsəydi onu döyərək yaralayırdılar.  
Mətləbin  aydın  olması  üçün  bu  tayfa  ilə  qarşılaşan  Məhəmməd  ibn 
Cərir  Təbəridən  bir  hadisəni  nəql  edirik.  Təbəri  məşhur  bir  tarixçi  kimi 
Təbəristandan  Bağdada  etdiyi  ikinci  səfərində  bu  şəhərin  “Came” 
məscidində  hənbəlilərin  (sələfilərin)  bir  qrupu  ilə  elmi  mübahisəyə 
başladı. O, Allahın ərş üzərində oturmasını qeyri-mümkün hesab etdi və 
bu  xüsusda  hənbəlilərin  əqidələrini  rədd  etdi.  Nəticədə  əshabi-hədis  və 
sələfilər ona hücum edərək onun yaşadığı evi o qədər daş-qalaq elədilər 
ki, evinin qarşısında daşlardan böyük bir təpə yarandı.
2
  
Qeyd  etdiymiz  kimi,  sələfi  məsləkinin  yarandığı  zamanda  onlarla 
müasir  olan  məzhəb  ardıcılları  onlarla  müxalifətə  başlayırdılar.  Misal 
üçün,  əşairə  qruplarını  qeyd  etmək  olar.  Bu  hadisə  müasir  dövrə  qədər 
davam  etməkdədir  və  indiki  dövrdə  də  müəyyən  şəxslər  sələfi  əqidə  və 
təfəkkürlərini  tənqid  edirlər.  Hal-hazırda  Suriyanın  böyük  alimlərindən 
olan  Məhəmməd  Səid  Ramazan  Əl-bəvəti  onların  təfəkkürlərini  tənqid 
etmək  məqsədi  ilə  “Sələfiyyə,  bidət,  yoxsa  məzhəb?!”  adlı  bir  kitab 
yazmışdır. O bu kitabda yazır: “Müsəlmanlar arasında ən çirkin bidət və 
bütün  fitnələrin,  pisliklərin  ən  mühüm  amili  olan  iş  budur  ki,  bir  qrup 
adam  dini  hökmlər  və  üsul  hövzəsində  müəyyən  rəylər  və  ictihadlardan 
ibarət  olan  bir  məcmuəni  bir  yerə  toplayıb  ondan  bir  məzhəb 
düzəltmişlər
3
*  və  sonra  saleh  sələflərin  onunla  heç  bir  əlaqəsi  olmayan 
                                                 
1
 Həmin mənbə 
2
 Ənsari Lari, Məhəmməd İbrahim, “Pişineyi siyasi və fikriye vəhhabiyyət”, səh.24  
3
  *Sələfi  adlı  bir  məzhəbi  seçmək  bid`ətdir  ki,  bundan  əvvəl  onun  misli 
görünməmişdir. Ramazan Əl-bəvəti bu mətləbi qeyd etməklə buna işarə edir ki, vəhhabi 
məzhəbi ilə Misirdəki “dini islahat də`vəti” arasında bə`zi müştərək cəhətlər var. Onlar 
aşağıdakılardan  ibarətdir:  bid`ətlərlə,  xurafatlarla  müharibə,  xüsusilə  vəhhabi 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə