ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə6/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   2   3   4   5   6   7   8   9   ...   106

 
15 
etiqadi  məsələlərində  imamət  məqamına  çatdı  və  onun  öz  nəzərində 
mötəbər  sayılan  rəvayətlər  əsasında  sünnülərin  əqidələrini  yaya  bildi. 
Bünövrəsini  qoyduğu  məktəb  onun  öz  adı  ilə–”Hənbəli”  məzhəbi  kimi 
tanındı.  Bu  məktəb  5  əsas  üzərində  qurulmuşdu:  “Quran,  sünnə, 
səhabələrin  fətvaları,  Quran  və  sünnə  ilə  müvafiq  olduğu  halda  bəzi 
səhabələrin sözləri. Eləcə də bütün mürsəl və zəif rəvayətlər.”
1
 Can Nas 
Hənbəli  məktəbini  yerdə  qalan  üç  məktəbdən,  yəni  Hənəfi,  Maliki  və 
Şafei məktəbindən “daha zahir”, “daha quru” təqdim etmişdir.
2
  
Tədqiqatçı  alimlərin  bəyan  etdiklərinə  əsasən,  Əhməd  ibn  Hənbəl 
yalnız bir mühəddis idi. O, fiqhi istinbatlardan uzaq gəzirdi. “Deməli, o, 
istinbat  nəzərindən  Əbu  Hənifənin  və  Şafeinin  səviyyəsində  deyildi  ki, 
ictihad  nəticəsində  üsuldan  fürunu  istixrac  edə  bilsin.  Şübhəsiz  ki, 
Əhməd fətva verib halal-haramı bəyan etməkdən çəkinirdi. Əgər zərurət 
tələb  etsəydi,  yalnız  açıq-aşkar  hökmün  mövcud  olduğu  hallarda  fətva 
verirdi.”
3
  
“Fərhəngi əqaid və məzahibi İslami” kitabının müəllifi bu barədə belə 
yazır:  “Zəhəbinin  “Siyərü  əlamin-nübəla”  kitabındakı  geniş  bəyanından 
məlum  olur  ki,  Əhməd  bir  fiqh  yazmamış  dünyadan  getmişdi.  Onun 
şagirdlərindən  biri  olan  Əbu  Bəkr  Xəllal  Əhmədin  nəzər  və  fətvalarını 
bir yerə toplamışdı. Əbu Bəkr onun fətvalarını ayırd etməkdə onun səhih 
rəvayətlər və onların sənədləri barəsindəki sözlərinə müraciət edərək, bu 
məsələ  barəsindəki  nəzəriyyəsini  əldə  etdi.  O,  bu  məqsədlə  müxtəlif 
məntəqələrə  səfər  edərək  Əhmədin  tanışlarından  yüz  nəfərlə  görüşdü. 
Onun  sahabə,  köməçi  və  dostlarından  müəyyən  mətləbləri  öyrəndi  və 
hamısını  tərtibə  saldı.  Sonra  hər  biri  3  cilddə  tənzim  olunan  “Elm”, 
“İləl”, “Sünnə” kitablarını yazdı.”
4
  
Etiraf etmək lazımdır ki, “Əhmədin vəfatından sonra onun məzhəbinin 
yayılmasının  iki  əsas  amili  olmuşdur:  İbn  Hənbəlin  xilafət  tərəfindən 
işgəncələrə  məruz  qalmasından  əlavə,  mötəzilə  ilə  müxalifətçiliyi  və 
əshabi-hədisə  tərafdar  olması  onun  başqalarından  daha  artıq  diqqət 
mərkəzində  olmasına  səbəb  oldu.  Buna  görə  də  onun  yaratdığı  məktəb 
sünnü  müsəlmanları  içərisində  avam  kütlələr  tərəfindən  qəbul  olundu. 
Sonradan  Abbasi  xəlifələri  də  bunu  qəbul  edərək  İslam  ölkələrində 
                                                 
1
 Mübəlliği Abadani, Əbdüllah. “Tarixi ədyan və məzahibi cahan”, “Məntiq” (Sina) 
İntişaratı, Qum, yay, 1373, 1-ci çap, 3-cü cild, səh.1193  
2
  Nas  Can,  “Tarixi  camieyi  ədyan”,  Əliəsğər  Hikmətin  tərcüməsi,  “İslam  inqilabı 
İntişaratı”, Tehran, 1370, 4-cü çap, səh.754  
3
 Sübhani, Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.277 
4
 Həmin mənbə, səh.277 


 
16 
yaydılar. Əhmədin vəfatından sonra onun fiqhi məzhəbinin yayılmasının 
iki  səbəbinin  birincisi  onun  şagirdləri  və  tərəfdarları,  digəri  isə  onun 
İslam  fiqh  rəvayətlərini  və  hədisləri  ehtiva  edən  “Əl-Müsnəd”  adlı 
mühüm kitabıdır.”
1
  
 
 
 
 
 
 
ƏHMƏD İBN HƏNBƏLİN ELMİ VƏ İCTİMAİ MÖVQEYİ 
Əhməd  ibn  Hənbəl  öz  müasiri  olan  böyük  alimlərin  çoxundan 
bəhrələnmişdir. Əvvəldə onların bəzilərinin adını qeyd etdik. “Əhmədin, 
adları  bundan  əvvəl  qeyd  olunmayan  ən  qədim  ustadlarından  bəziləri: 
Məhəmməd ibn Həmid Yəşkuri, Ziyad ibn Əbdüllah Bəkkayi, İbadullah 
ibn  Əvamm,  Məhəmməd  ibn  Sübeyh  ibn  Səmmak  və  Yusif  ibn  Yəqub 
Macişun.”
2
  
Onun  şagirdləri  və  raviləri  də  çoxdur.  Onlardan  Əhmədin  fikir  və 
əsərlərini  sonrakı  nəsillərə  nəql  edənlərdən  ən  mühümlərinin  adlarını 
qeyd  edirik:  “Əbul  Abbas  Əhməd  ibn  Cəfər  İstəxri,  Əhməd  ibn 
Əbixəsimə,  Züheyr  ibn  Hərb,  Əbuyəla  Musili,  Əbu  Bəkr  Əhməd  ibn 
Məhəmməd  ibn  Həccac  Məzudi,  Əbu  Bəkr  Əsrəm,  Əbul  Abbas  Sələb, 
İbrahim Hərbi, Əbu İshaq İbrahim ibn Hani Nişapuri və sair.”
3
  
Əhməd  ibn  Hənbəl  hədis  elmində  və  bununla  bağlı  sair  elmlərdə 
yüksək  məqama  malik  idi.  “Müsnəd”  adlı  kitabı  və  sair  əsərlərinin 
araşdırılması  onun  bu  barədəki  mövqeyini  göstərə  bilər.  Əbu  Zərə 
Razinin  yazdığına  görə  o,  minlərlə  hədis  əzbərləmişdi.  Əhmədin 
özündən də rəvayət olunur ki, o bu qədər hədisi əli ilə yazmışdı. Hələ bu, 
başqalarının  onun  üçün  yazdığı  hədislərdən  tamamilə  ayrı  olan 
hədislərdir...  Əhməd  rical  elminə,  ravilərin  tanınmasına,  həmçinin 
hədisin  səbəblərinə  bələd  idi.  Xüsusilə  onun  rical  elmindəki  rəyləri 
həmişə ricalşünasların diqqət mərkəzində olmuşdur. O, qiraət elmində də 
dərin biliyə malik idi”
4
 . 
Əhmədin  şagirdləri  və  ardıcılları  onun  elmi  məqamı  və  əxlaqi 
                                                 
1
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.191  
2
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.721 
3
 Həmin mənbə 
4
 Həmin mənbə 


 
17 
xüsusiyyətləri  barəsində  çoxlu  mətləblər  nəql  etmişlər.  Onun  yaxın 
adamları  və  onunla  eyni  səviyyədə  olan  böyük  dini  şəxsiyyətlərdən  də 
müxtəlif cür təriflər nəql olunmuşdur. Bu təriflərin hamısı əksər hallarda 
mübaliğə  və  şişirtmə  ilə  yanaşı  olmuşdur.  Belə  ki,  “Böyük  İslam 
Enskilopediyası” kitabında bu barədə belə qeyd olunur: “Aydındır ki, bu 
cür  hekayələrin  yazılıb  yayılmasında  və  nəql  olunmasında  dini 
məqsədlər  və  məzhəbi  təəssüblər  çox  təsir  qoymuşdur.  Əhmədin 
“Möhnə”  hadisəsində  Quranın  məxluq  olmasını  qəbul  etmək  qarşısında 
göstərdiyi  imtina  ilə  əlaqədar  məruz  qaldığı  əzab-əziyyətlər  vasitəsi  ilə 
yaranan  sevimliliyi  və  hədis  səhabələri  arasında  qazandığı  məhəbbət 
təbii  bir  iş  idi.  Xüsusilə  o,  bəzilərinin  yanında  əsrlər  boyu  həmin 
ehtirama layiq görülməmişdi. Hənbəlilər onun məqam və qüdrətinə təzim 
etmək üçün bu cür rəvayətləri quraşdırırdılar.”
1
  
ƏHMƏD İBN HƏNBƏLİN ETİQADLARI 
Əhməd  ibn  Hənbəl  barəsində  müxtəlif  kitablarda  yaradılan  təsəvvür 
adətən bu mehvər əsasında cərəyan edir: onu sünnəyə meyl edən, fəqahət 
və  ictihadın  əksinə  olan  bir  mühəddis  hesab  etmişlər.  O,  rəyə  istinad 
etməmiş,  yalnız  Allahın  kitabına  və  hədislərə  istinad  etmişdir.  Hədisə 
istinad  edərkən  çox  şişirtməyə  yol  verdiyindən  İslamın  böyük 
şəxsiyyətlərindən  bəziləri,  o  cümlədən,  Məhəmməd  ibn  Cərir  Təbəri, 
Məhəmməd ibn İshaq Ənnədim onu İslam müctehidlərindən deyil, hədis 
imamlarından  hesab  etmişlər.  Amma  bunu  heç  vaxt  unutmaq  olmaz  ki, 
İbn  Hənbəl  heç  olmazsa  hədis  məsələsi  çərçivəsində  müstəqil  bir 
müctehid  olmuş  və  İbn  Teymiyyənin  dediyinə  görə  böyük  hədis 
toplumu,  eləcə  də  ustadlarından  öyrəndiyi  çoxlu  rəylərin  arasından  özü 
üçün xüsusi bir yol seçmişdir.
2
  
İbn  Hənbəl  görkəmli  bir  mühəddis  və  əshabi-hədis  təriqətinin  ardıcılı 
kimi, Quran ayələri və Peyğəmbərə (s) mənsub edilən hədislər üçün hər 
hansı  bir  təvil  (yozum)  ilə  müxalif  idi.  Rəy  səhabələrinin  böyükləri  ilə 
müxalifətçilik edirdi. 
Məlum  olur  ki,  Hənbəli  məzhəbi  sünnülərin  sair  məzhəbləri  ilə, 
xüsusilə  Maliki  məzhəbi  ilə  müqayisədə  hədis  ilə  əlaqədar  daha  ciddi 
təəssüblərə  malik  olmuşdur.  Məşkur  bu  barədə  belə  yazır:  “Hənbəli 
məzhəbi 5 prinsip üzərində möhkəmlənmişdir: 1.Allahın kitabı. 2.Sünnə. 
3.Peyğəmbəri-Əkrəm  (s)  səhabələrinin  fətvaları.  4.Allahın  kitabı  və 
sünnə  ilə  müvafiq  olduğu  təqdirdə  bəzi  sahabələrin  sözləri.  5.Bütün 
                                                 
1
 Həmin mənbə, səh.722 
2
 Ehsan Yarişatir, Həmin mənbə, səh.1242-1243  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə