ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə3/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   2   3   4   5   6   7   8   9   ...   106

 

edir və qiyasa ehtiyac yoxdur.”
1
  
Əshabi-hədis beş firqədən ibarətdir: 
1. Davudiyyə 
2. Şafeiyyə 
3. Malikiyyə 
4. Əşəriyyə 
5. Hənbəliyyə 
 
Davudiyyə.  Bu  firqə  Davud  ibn  Əli  İsfəhaninin  ardıcıllarına  deyilir. 
Onlar  “əhli-zahir”  də  adlanırlar.  Çünki,  onlar  rəvayətlərin  və  hədislərin 
zahiri mənalarına inanır və ona əməl edərək qiyası inkar edirdilər. 
Şafeiyyə.  Əbdüllah  ibn  İdris  Şafeinin  ardıcıllarına  deyilir.  Şafei 
Suriyanın  Qəzzə  şəhərində  Əbu  Hənifənin  vəfat  etdiyi  ildə  (150-ci  h.q 
ilində)  dünyaya  gəlmiş  və  204-cü  h.q  ilində  (819-cu  miladi  ilində) 
Məmunun  xilafəti  dövründə  vəfat  etmişdir.  O,  İmam  Əli  ibn  Musa 
Rizanın (ə) müasiri idi.”
2
  
O, sünnülərin dörd məzhəblərindən birinin imamı və Şafei məzhəbinin 
müftisi  idi.  Onun  ardıcılları  üsuli-dində  və  tövhiddə  bu  məzhəbdən 
istifadə  edirlər.  Onların  əqidələrinə  görə  imanın  düzlüyünün  üç  şərti 
vardır: 
a)  Dildə  iqrar  etmək.  b)  Qəlbdə  təsdiq  etmək.  v)  Ərkanla  (əzalarla) 
əməl  etmək  (əlbəttə,  şiələr  də  bu  üç  şərti  qəbul  edirlər)  .  Qeyd  etmək 
lazımdır ki, onların arasında əsaslı fərqlər də vardır. “Şafeilərin əqidələri 
ümumiyətlə  Şimali  Afrikada,  müəyyən  qədər  Misirdə,  Cənubi 
Ərəbistanda, Malaya və Seylon müsəlmanları arasında yayılıb.”
3
  
Malikiyyə.  Onlar  Malik  ibn  Ənəs  ibn  Malikin,  yəni  İmam  Əbu 
Əbdillah Malik ibn Ənəs ibn Əbi Amir ibn Ürvə Əl-haris ibn Nəmianın 
ardıcıllarıdır.
4
    “Bəyanül-ədyan”  kitabının  müəllifinin  yazdığına  görə  o, 
İraqın  imamı  və  “Müvəttəə”  kitabının  sahibi  idi.  Onun  məzhəbinin 
Yəməndə daha çox ardıcılları vardır. “Vəfəyatul-əyan” kitabının müəllifi 
yazır:  «O,  Mədinənin  imamlarından  idi.  Onu  dövrün  alimlərindən  biri 
hesab etmişlər. İmam Əbu Əbdillah qiraəti Nafe ibn Əbu Nəimdən, elmi 
isə Rəbiədən öyrənmişdi. Bu məzhəb ardıcılları ümumi halda Şeyxeynin 
(Əbu  Bəkrlə  Ömərin)  vilayətinə  inanır,  Həzrət  Əlini  (ə)  isə  dördüncü 
                                                 
1
 Həmin mənbə, səh.18 
2
  Əmir  Əli,  “Tarixi  siyasi  və  ictimaiye  İslam”,  İrəc  Rəzzaqi  və  Məhəmməd  Məhdi 
Heydərpurun tərcümələri, Məşhəd, “Astani Qüds” nəşriyatı, 1371, səh.318 
3
 Həmin mənbə, səh.318 
4
 Şəhristani, “Əl-miləlu vən-nihəl”, səh.20 


 

xəlifə hesab edirlər
1

Malik  ibn  Ənəs  İslamın  əvvəllərindəki  müsəlmanların  sözlərinə,  əməl 
və  rəftarlarına  əhəmiyyət  verirdi.  Hətta  əgər  Mədinə  əhalisinin  ona 
uyğun əməl etmədiyi bir hədis tapsaydı o da bir söz deməzdi.
2
  O, 179-cu 
h.q ilində Harun Ər-Rəşidin xilafəti dövründə vəfat etmişdir. 
Əşəriyyə.  Əbu  Musa  Əşərinin  nəvələrindən  olan  Əli  ibn  İsmail 
Əşərinin  ardıcıllarına  deyilir.  İbn  Xülləkan  özünün  “Vəfəyat”  kitabında 
bu tayfanın əqidəsi barəsində belə yazır: “Onların bəziləri inanırdılar ki, 
Qurandakı  möcüzələr  məqsədin  həyata  keçirilməsi  üçündür.  O  həm  də 
deyirdi ki, imamət nəsb və təyin edilmə yolu ilə deyil, ixttiyar və ittifaqla 
həyata keçir. Quranı da qədim hesab edirdi...”
3
  
Hənbəlilər. Əhməd ibn Hənbəlin ardıcıllarına deyilir. Sonrakı bölmədə 
onun barəsində geniş şəkildə söhbət olunacaqdır. 
ƏHLİ-HƏDİSİN TARİXİNƏ BİR BAXIŞ 
Əvvəldə qeyd olunduğu kimi, Əshabi-hədis Hicaz əhli idi. Onların da 
müqabilində  əhli-hədis  ilə  müxalif  olan  İranın  və  İraqın  əhli-rəy 
səhabələri  dayanırdı.  Bununla  belə  əshabi-hədis  Hicazda  qalmamış, 
tədricən İran və İraqa nüfuz edərək digər qrupların müqabilində özlərini 
sünnülərin rəsmi nümayəndəsi kimi təqdim edə bilmişlər. 
Əhməd  ibn  Hənbəlin  rəhbərliyindən  qabaq  sünnülər  əqidə  və  üsul 
məsələləri  baxımından  eyni  fikirdə  deyildilər  və  müxtəlif  qruplara 
bölünmüşdülər.  Əhli-hədisin  mühəddisləri  müxtəlif  üsullara  tabe  idilər, 
lakin onların arasında mürciə, nasibi, xarici, qədəri, cühəmi və şiə çox idi 
və hamılıqla əhli-hədis kimi tanınaraq bu ünvan altında müəyyən məqam 
və mövqeyə malik idilər.
4
  
Həqiqətdə  əhli-hədis  öz  daxilində  məhdud  cərəyanlara  şamil  olan 
sünnü məzhəbini vahid bir etiqada malik olan firqə şəklinə saldı. 
“Bu  cərəyanı  təşkil  edənlər  əsas  etibarı  ilə  ikinci  hicri  əsrinin 
ortalarından  üçüncü  hicri  əsrinə  qədərki  dövrdə  Mədinədə  və  Bağdadda 
yaşayan  bir  sıra  mühəddislərdən  ibarət  idi.  Onların  tanınmış 
şəxsiyyətlərindən  ibn  Mübarək  (181-ci  ildə  vəfat  edib),  Nəim  ibn 
Həmmad Mərvəzi (228-ci ildə vəfat edib), ibn Rahvəyh (238-ci ildə vəfat 
edib),  Osman  ibn  Səid  Darəmi  (280-ci  ildə  vəfat  edib)  və  onların 
                                                 
1
 Həmin mənbə, səh.20 
2
  Əbdül-möhsün  Mişkatül  Dini  “İslamda  ideoloji  istuplar  fərqi”,  “Məcəlleyi 
ədəbiyyat və ülumi insani”, Məşhəd, 2-ci nömrə, 1351-ci il yay, səh.509 
3
 Şəhristani, “Əl-miləlu vən-nihəl”, səh.129 
4
  Cə`fər  Sübhani,  “Fərhəngi  əqaid  və  məzahibi  İslami”,  “Nəşri  Tövhid”,  Qum, 
azərmah, 1371, birinci çap, 1-ci cild, səh.273 


 

hamısından  da  mühüm  Əhməd  ibn  Hənbəldir  (241-ci  ildə  vəfat  edib)  . 
Onların  bu  firqə  barəsində  yazdıqları  kitablardan  “Ərrəddu  ələl-
cuhəmiyyəti vəz-zənadiqə” və “Kitabus-sünnə”ni qeyd etmək olar.
1
  
Bu  firqə  əqidə  və  fiqhdə  hədisə  meyl  edir,  nəql  olunan  rəvayətləri 
qəbul  edir,  əqlin  rolunu  hər  bir  halda  inkar  edir,  rəy  ilə  zidd  mövqedə 
dayanır və mövcud hədislərdə hər növ irad tutulması ilə müxalif idilər.
2
  
“Həqiqətdə  əhli-hədisin  ilkin  nəsli  fiqhi  istinbatlardan  da  uzaq  gəzir  və 
əsas  etibarı  ilə  özlərini  “mühəddis”  kimi  qələmə  verirdilər.  Bu  məsələ 
Əhməd ibn Hənbəlin barəsində tamamilə doğrudur. Zamanın keçməsi ilə 
əhli-hədis  öz  nəzəriyyələrində  də  Hənbəli  oldular.  Əlbəttə,  əhli-hədis 
müstəqil bir qrup şəklində yalnız dördüncü əsrə qədər davam gətirə bildi. 
Beşinci  əsrdən  etibarən  sair  sünnü  qurpları  tərəfindən  təzyiqlərə  məruz 
qaldılar. Əşairə, mürciə, hətta mötəzilə də özünə məxsus olan əhli-hədis 
nəzəriyyələrindən  müəyyən  qədər  ayrılaraq  özünə  yeni  bir  sima  aldı. 
Sünnülərin arasındakı çəkişmələr v əsrə qədər əsasən kəlami məsələlərlə 
əlaqədar idi. Amma tədricən fiqhi yönə malik olan çəkişmələrə çevrildi. 
Sonralar da İbn Teymiyyə və İbn Qəyyimin şagirdlərindən bir neçəsinin 
tutduğu yoldan əlavə əhli-hədisin Ərəbistana hakim olduğu son dövrlərə 
qədər heç kəs onların ifratçı nəzərlərini qəbul etmədi.”
3
  
III hicri əsrində əhli-hədisin əqidəsində iki məsələ daha çox əhəmiyyət 
kəsb edirdi: Onların biri hədisləri qeydsiz-şərtsiz qəbul etmək, digəri isə 
hər növ ictihad olsa belə, əql və şəxsi rəydən uzaq olmaqdır.
4
 * Hədislər 
barəsində  də  yalnız  özlərinin  etimad  etdikləri  mühəddislərin  nəql 
etdikləri rəvayətləri qəbul edirdilər. Şiəliyə,  yaxud mötəziləçiliyə azacıq 
meyli  olan  rəvayətlərə  əsla  etimad  etmirdilər.  “Hənbəlilər  bu  işdə 
diqqətli  olmaq  üçün  rical  elmində  geniş  səviyyəli  təhqiqata  başladılar. 
Özləri  ilə  müxalif  olanların  hamısını  “hədislərin  zəifliyi”,  “nəql  etmədə 
zəiflik” və “qondarma olması” ilə müttəhim etdilər. Onlar kufəli ravilərə 
                                                 
1
 Vəliyyi-fəqihin həcc və ziyarət işlərindəki nümayəndəliyi, Həmin mənbə, səh.108 
2
 Həmin mənbə, səh.110 
3
 Həmin mənbə, səh.110 
4
  *Sünnülərin  arasında  əql  və  fəqahətin  ziddinə  hərəkatlar  mövcud  olduğu  kimi, 
şiələrin  arasında  da  bunun  oxşarı  olmuşdur.  “Əxbarilik”  nəzəriyyəsi  ictihad  və 
fəqahətin  müqabilində  olan  bir  məktəb  kimi  zühur  etdi.  Onlar  Allahın  kitabı  və 
Peyğəmbər (s) sünnəsinin zahiri mə`nalarını inkar edir, əql və icmanı höccət bilmir və 
həm  də  ictihad  və  təqlidi  haram  hesab  edirdilər.  Əxbarilik  Məhəmməd  Əmin 
Əstərabadinin vasitəsilə 10-cu hicri əsrinin əvvəllərində tə`sis olunmuşdur. Əxbarilər də 
sünnülərin Hənbəli məzhəbi kimi yalnız sünnəni əsil və hökmlərin istixrac olunmasına 
qabil  olan  bir  mənbə  hesab  edir  və  kitab,  əql  və  icma  kimi  sair  mənbələri  qəbul 
etmirdilər. 
Seyyid Mirağa Möhsininin “Nəqdi bər əxbarigəri” kitabından, səh.134  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə