ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə4/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   2   3   4   5   6   7   8   9   ...   106

 
10 
həmin  meyllərə  malik  olmasına  görə  etinasız  yanaşır  və  oranı  “Darul-
Hərbil-Hədis” adlandırırdılar. Əhli-hədisin digər bir əqidəsi də budur ki, 
Peyğəmbəri-Əkrəmin  (s)  səhabələrinin  hamısı,  heç  bir  istisna  olmadan 
tam  ədalətli  hesab  olunmalıdır.  Onların  hamısı  adildir  və  onların  heç 
birinə tənə vurmaq olmaz.”
1
  
Sonrakı bölmədə Vəhhabiliyin ideoloji rəhbərləri (Əhməd ibn Hənbəl, 
Əhməd İbn Teymiyyə və sairə...) barəsində söhbət olunacaqdır. 
VƏHHAB İLƏRİN İDEOLOJİ RƏHBƏRLƏRİ 
ƏHMƏD İBN HƏNBƏL (164-241 HİCRİ QƏMƏRİ)*
2
  
Tərcümeyi-halı: 
Hənbəli  firqəsinin  banisi  Əbu  Əbdillah  Əhməd  ibn  Mhəmməd  ibn 
Hənbəl  ibn  Hilal  Şeybanidir.  O,  əshabi-hədisin  ideoloji  rəhbərlərindən 
sayılır.  “O,  nəinki  əhli-hədisin  tutduğu  yolu  əvvəlkilərdən  irs 
aparmamışdı  üstəlik  onu  bir  daha  dirçəltmiş,  özünün  təqdim  etdiyi 
təlimləri  ilə  onların  ideoloji  bünövrələrini  möhkəmlətməyə  çalışmışdır. 
Buna görə də ondan sonra əshabi-hədis öz fikirlərini əsaslandırmaq üçün 
hamıdan artıq onun yazı və sözlərini dəlil olaraq gətirmişdir.”
3
  
Əhməd  ibn  Hənbəli  onun  öz  şagirdi  İbn  Teymiyyənin  vasitəçiliyi  ilə 
Vəhhabi  məzhəbinin  rəhbəri  və  müəyyən  qədər  sələfilərin  mühafizəkar 
məzhəb  və  hərəkatına  ilham  verən  bir  şəxs  hesab  etmək  olar
4
.  Əliəkbər 
Dehxuda onun əsil-nəsəbi barəsində belə yazır: “Əhməd ibn Məhəmməd 
ibn  Hənbəl  ibn  Hilal  ibn  Əsəd  ibn  İdris  ibn  Əbdüllah  ibn  Həyyan  ibn 
Əbdüllah  ibn  Ənəs  ibn  Ovf  ibn  Qasit  ibn  Mazin  ibn  Şeyban  ibn  Zühəl 
ibn  Sələbə  ibn  Əkabət  ibn  Səb  ibn  Əli  ibn  Bəkr  ibn  Vail  ibn  Qasit  ibn 
Hənəb ibn Əqsa ibn Dəmi ibn Cüdeylə ibn Əsəd ibn Rəbiə ibn Nəzar ibn 
                                                 
1
 Həmin mənbə, səh.112 
2
  *Əhməd  ibn  Hənbəlin  tərcümeyi-halına  nəzər  yetirdikdə,  aydın  olur  ki  o,  öz 
təfəkkürünü  elə  bir  vaxtda  təqdim  edirdi  ki,  artıq  Abbasi  xəlifələri  əməvilərin  yerinə 
keçərək qüdrəti əllərinə almışdılar. “Təhqiq dər tarixi fəlsəfə və məzahibi Əhli-sünnə” 
kitabının  müəllifi  bu  dövrün  ictimai  və  mədəni  şəraiti  ilə  əlaqədar  qələmə  aldığı 
kitabının  184-185-ci  səhifələrində  belə  yazır: “Abbasi  xilafətinin  başlanması  ilə  İslam 
mədəniyyətində  böyük  bir  hərəkat  və  dərin  dəyişiklik  yarandı  Müsəlmanların  ideoloji 
və  ictimai  axarlarında  böyük  təkamül  baş  verdi.  Müxtəlif  İslam  ölkələrində,  xüsusilə 
İraqda, Misirdə, İranda hər bir əqidəvi, fiqhi, tarixi mövzularda mütəkəllimlər, fəqihlər, 
tarixçilər  və  müxtəlif  məsələlərdə  təhqiqat  apardılar.  Nəticədə  İslam  ölkələrində 
müxtəlif fiqhi məzhəblər və təriqətlər yarandı. 
3
  “Böyük  İslam  Enskilopediyası”,  Kazim  Musəvi  Bocnurdinin  nəzarəti  altında, 
Tehran, 1373, 6-cı cild, səh.718 
4
 “Danişnameyi İran və İslam”, Ehsan Yarşatirin nəzarəti altında, “Bonqahi tərcümə 
və kitab” nəşriyyəsi, Tehran, 1357, 9-cu cild, səh.1240  


 
11 
Məhəmməd  ibn  İrfan  əş-Şeybani  əl-Mərvəziyyul-əsl  Əl-mükənna  ibn 
Əbiəbdillah...”
1
  
Milliyyətcə  ərəb  olan  Əhməd  ibn  Hənbəl  İraq  və  Xorasanın  fəthində 
mühüm  rol  oynayan  Bənu-Şeyban  qəbiləsindən  (Rəbieyi  Ədnani)  idi. 
Onun nəsli əvvəlcə Bəsrədə yaşamış və sonra onun əcdadı Hənbəl Hilal 
Mərvə  getmişdi.  Əhmədin  cəddə-babası  əməvilərin  xilafətində  Sərəxsin 
valisi təyin edilmişdi və bəni-Abbasın xilafət iddiaçılarından birincisi idi. 
Əhməd ibn Hənbəl 164-cü h.q ilinin rəbiül-əvvəl ayında (780-cı miladi 
ilində),  atası  Məhəmməd  ibn  Hənbəl  (o  Xorasan  ordusunun  tərkibində 
idi) Bağdada köçəndən sonra dünyaya gəlmiş
2
 və orada da qalmışdır. “O, 
179-cu  ilin  axırlarında  əvvəlcə  Əbu  Yusifin,  sonra  Həşimin  (Həşim  ibn 
Bəşir)  yanında  hədis  dinləmiş  və  elə  həmin  ildə  də  Əli  ibn  Haşim  ibn 
Bəriddən də hədis öyrənmişdir.”
3
  
Əhməd  ibn  Hənbəl  çox  səfər  edən  bir  fəqih  idi.  O,  elm  və  hədis 
öyrənmək  üçün  Şama,  Hicaza,  Yəmənə,  Kufəyə  və  Bəsrəyə  səfərlər 
edərək  çoxlu  hədis  toplamış,  onları  “Müsnədi-Əhməd  ibn  Hənbəl”  adlı 
bir kitab şəklinə salmışdır.”
4
  Əhmədin fiqhdə və hədisdə çoxlu ustadları 
olmuşdur.  Belə  ki,  “İbn  Xülləkan  onu  imam  Şafeinin  xüsusi 
tələbələrindən hesab edirdi.”
5
  
O,  özünün  ilk  elmi  səfərində  Kufəyə  gedərək  Vəki  ibn  Cərrahın 
yanında  hədis  öyrəndi.  Sonra  Bəsrədə  Mötəmər  ibn  Süleymandan  və 
Yəhya  İbn  Səud  Qəttandan,  Vasitdə  isə  Yəzid  ibn  Harundan  hədis 
öyrəndi.  187-ci  h.q  ilində  Məkkəyə  səfər  edib  Süfyan  ibn  Üyəynədən, 
199-cu  ildə  isə  Əbdürrəzzaq  ibn  Həmmam  Sənaninin  yanında  (Səna 
şəhərində) hədis öyrəndi. O, Şama və Cəzirəyə də səfərlər etmiş (209-cu 
h.q)  və  həmin  ölkələrin  məşhur  hədis  alimlərindən  elm  öyrənmişdi.
6
 
Amma  İbn  Teymiyyənin  “Minhacüs-sünnə”  kitabında  qeyd  etdiyi  kimi, 
onun fiqhi təlimlərinin əsası “hədis məktəbi və Hicazdan idi.”
7
  
Əhməd  ibn  Hənbəl  öz  elmi  səfərləri,  fiqh  və  hədisin  öyrənilməsində 
göstərdiyi səylər nəticəsində çox erkən fiqh və hədis tədrisində bir mərcə 
kimi  tanındı.  Xəbərlərdə  qeyd  olunduğu  kimi  o,  hələ  Süfyan  ibn 
Üyeynənin  sağlığında  Məkkədə  fiqh  və  hədis  öyrənir  və  fətva  verirdi. 
                                                 
1
  Dehxuda  Əli,  “Lüğətnamə”,  İntişarati  daneşgahe  Tehran,  1325  hicri-qəməri,  1-ci 
çap, səh.1291 
2
 “Danişnameyi İran və İslam”, 9-cu cild, səh.1240 
3
 “Böyük İslam Enskilopediyası”, 3-ci cild, səh.719 
4
 Məşkur, Məhəmməd Cavad, “Tarixi şiə və firqəhayi islami”, Tehran, 1362, səh.102  
5
 Fəzai, Yusif, “Münazirati imam Fəxr Razi”, səh.187  
6
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.718-719 
7
 Ehsan Yarşatir, Həmin mənbə, səh.124  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə