ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə23/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

 
53 
olmasını  arşdırmaq  lazımdır.  İbn  Qəyyim  “Ət-turuqul-hikmətiyyə” 
kitabını  məhz  buna  görə  yazmışdı  ki,  çoxlu  şahidlər  gətirməklə  keçmiş 
insanların  camaatın  hüququnu  dirçəltmək  üçün  məhkəmə  məqamında, 
cəmiyyətdəki  işlərin  idarə  olunmasında  və  müsəlmanların  ümumi 
mənfəətinin  təmin  olunmasında  əqli  tədbirlərdən  necə  istifadə 
olunmasını  göstərsin.  O,  kitab  və  sünnədə  gələn  və  icazə  verilən 
üslubları məhdud hesab etmirdi. 
İbn  Qəyyimin  əqidə  və  rəylərindən  biri  onun  başqa  məqsədlə  deyil, 
yalnız  ziyarət  məqsədi  ilə  səfərə  getməyin  inkar  edilməsi  barəsində 
nəzəriyyəsini  qeyd  etmək  olar.  Belə  ki,  yuxarıda  da  qeyd  edildiyi  kimi, 
bu  nəzəri  bildirdiyinə  görə  onu  həbs  etmişdilər.  O  həm  də  inanırdı  ki, 
qəbirlərin üzərində məscid və məqbərə tikmək əsla rəva deyildir.
1
  
FƏLSƏFƏ, HİKMƏT VƏ SUFİLİK 
“Üsuli-dində  və  şəriət  haqqında  fəlsəfi  düşüncə  İbn  Qəyyimin 
dövründəki fikri və ideoloji ənənələrdən biri idi ki, o da həmin fikirlərlə 
mübarizə  aparmış  və  onu  qeyri-dini  fikir  və  ənənələr  kimi  qələmə 
vermişdi.  O,  hikmətdə  İbn  Teymiyyənin  əsər  və  rəylərinin  təsiri  altına 
düşmüş,  fəlsəfi  rəylərin  inkar  olunmasında  ustadının  fəlsəfəçilərin 
sözlərini  və  məlumatlarını  batil  etmək  üçün  çox  da  təsiri  olmayan 
sözlərinə  nəzər  salmışdır.  İbn  Qəyyimin  təsəvvürünə  görə  fəlsəfənin 
mənşəyi  elə  bir  dövrə  gedib  çatır  ki,  İblisin  şübhələri  ilə  əql  və  nəqlin 
müarifəsindən 
(qarşılıqlı 
olaraq 
bir-birini 
təqdim  etməsindən) 
başlanmışdır.  İbn  Qəyyim  görkəmli  yunan  filosoflarından  olan  Sokratın 
tövhidçi,  Allahın  sifətləri  ilə  tanış  olan  və  məada  inanan  bir  şəxs 
olduğunu  qəbul  edirdi.  O,  bütlərə  ibadət  etməyi  inkar  edərək  aləmin 
hadis  olmasına  inanan  Əflatunu  da  qəbul  edirdi.  Lakin  yunan  əqli 
elmlərini  rədd  etdiyinə  görə  əksər  hallarda  Ərəstuya  (Aristotelə)  nəzər 
yetirirdi  ki,  İbn  Qəyyimin  nəzərinə  görə  o  aləmi  qədim  hesab  etmiş, 
lakin,  başqa  fəlsəfənin  təsiri  altına  düşmüşdür.  O,  Ərəstunun  sözlərinə 
etina  edən,  onu  “birinci  müəllim”  adlandıran  və  onun  məntiqini  əqli 
istidlalın  meyarı  hesab  edən  filosofların  çoxunu  mülhidlər  (dinsizlər) 
sırasında hesab edirdi.”
2
  
“İbn  Qəyyimin  fəlsəfə,  eləcə  də  Farabi,  İbn  Sina,  Məhəmməd  ibn 
Zəkəriyya  Razi  və  xüsusilə  Xacə  Nəsirəddin  Tusi  kimi  filosoflar 
barəsində  səthi  yanaşmasına  baxmayaraq,  onun  sufiliklə,  xanəgah 
(şeyxlərin və dərvişlərin oturub-durduğu evlər) ədəbləri, eləcə də fəlsəfi 
irfanla qarşılaşması halları onun malik olduğu məlumata görə daha artıq 
                                                 
1
 Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.500 
2
 Həmin mənbə, səh.501 


 
54 
baş  verirdi.  Onun  bu  barədə  də  təhqiqatçı  və  kamil  mərifətdən 
faydalanmadığına  baxmayaraq,  onu  mərifət  əhlinin  elminə  agah  olan, 
irfanın dəqiq məsələlərini anlayan, sufiliyin mətnlərini və sufinin böyük 
şəxsiyyətlərini tanıyan bir arif hesab etmişdilər... 
Onun sözlərinin məzmunundan aydın olur ki, o,  təsdiq olunması kitab 
və  sünnədə  görünməyən,  yaxud  sələfilər  tərəfindən  təsdiq  edilməyən 
irfani  təsəvvürləri  və  xanəgah  ədəblərini  qəbul  etmir,  hətta  iddia  edirdi 
ki, sufilərin vəziyyətlərini və məlumatlarını əməllə qarşılaşdırmaq, onun 
düz olub-olmamağını isə elm yolu ilə öyrənmək lazımdır. 
İbn  Qəyyimin  xanəgah  öyüd-nəsihətlərinə  yazdığı  tənqidlər  və  rədlər, 
eləcə  də  onun  vəhdəti-vücuda  inananlarla  apardığı  mübarizə  o  vaxt 
qüvvətləndi  ki,  İbn  Teymiyyənin  bu  barədə  yazdığı  əsərləri  üzərində 
fikirləşməyə başladı. Onun sufi öyüd-nəsihətlərinə irad tutmasına, onları 
xəvaricdən  və  mötəzilə  sinfindən  saymasına  baxmayaraq,  sufilərin 
inanclarına,  ixtilaflarına  və  adətlərinin  bəzilərinə  edilən  tənqidləri  haqlı 
bilirdi. Çünki onlar kef əhlidir və sufiliyə aşiqcəsinə bağlıdırlar. 
Lakin,  məcmu  etibarı  ilə  İbn  Qəyyimin  sözünün  məğzi  əslində  xələf 
xanəgahların  ardıcıllarına  yönəlir  və  onları  cəhalətdə  ittiham  edirdi. 
Amma  Cüneyd,  Bayəzid  Bəstami,  Səri  Səqəti  kimi  sələf  sufilər  onun 
nəzərində  Qurana  və  sünnəyə  riayət  edərək  bu  ikisinin  arasında  seyri-
süluk edən ariflərdən hesab olunuru.”
1
  
İBN QƏYYİM COVZİYYƏNİN ƏSƏRLƏRİ 
İbn Qəyyim bir çox elmi və etiqadi əsərlər yazmışdır. “Səxavi onun 52 
əsərini  qeydə  almışdır.”
2
    Amma  onun  nə  qədər  yazı  və  əsər  yazması 
barəsində  ixtilaf  mövcuddur.  Şübhəsiz,  “İbn  Qəyyimin  əsərlərində  bir 
neçə məsələyə diqqət yetirməliyik. Biri bundan ibarətdir ki, onun əsərləri 
dini-məzhəbi  mübahisələri  əhatə  etdiyinə  görə  son  yüz  illiklərdə  onun 
tərəfdarları,  xüsusilə  onun  rəylərindən  istinbat  edən  sələfilər  qəsdən 
təhrifə  yol  vermişlər.  Buna  görə  də  onun  əqidə  və  rəylərinin  düzgün 
şəkildə araşdırılıb tənqid edilməsi gərək onun  əsərlərinə  yazılan tənqidi 
düzəlişlər,  yaxud  əsl  nüxsələr  əsasında  baş  versin.  Digəri  bundan 
ibarətdir  ki,  onun  dini-mədəni  nəzərlərinin  və  rəylərinin  mənşəyi  İbn 
Cövzi və İbn Teymiyyə kimi sələfilərin əsərləri olduğundan bu iki şəxsin 
əsərlərini İbn Qəyyimdən qabaqkı hənbəlilər də araşdırıb təftiş etmək və 
hətta  düzəliş  aparma  nəticəsində  kifayət  qədər  istifadə  etmiş  olsunlar. 
Eləcə  də,  İbn  Qəyyimin  məşğul  olduğu  mövzuların  təkrar  və  müştərək 
olması,  (ona  çox  əhəmiyyət  verdiyinə  görə)  onun  əsərlərinin 
                                                 
1
 Böyük İslam Enskilopediyası”, 4-cü cild, ssəh.51 
2
 Həmin mənbə 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə