ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə26/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   22   23   24   25   26   27   28   29   ...   106

 
59 
başqalarından  hədis  rəvayət  etmişdir.  O,  öz  dövrünün  ən  böyük 
müsnədçilərindən sayılırdı. 
6.  İmaduddin  ibn  Əbdül-Həmid  Məhəmməd  ibn  Əbdül-Həmid  (660-
707-ci h.q. 1262-1308-ci miladi). O, ibn  Əbdüd-Daimdən  hədis  eşitmiş, 
rəvayət etmişdir. O, hənbəlilərin hakim və imamı idi. 
7. Muhibbuddin Əbu Məhəmməd Əbdüllah ibn Məhəmməd ibn Əbdül-
Həmid  (651-707-ci  h.q.  1253-1307-ci  miladi).  O,  xətib  Murdadan, 
İbrahim  ibn  Xəlildən,  Əhməd  ibn  Əbdüd-daimdən,  Kermanidən  və 
başqalarından hədis eşitmişdir. 
8. Təqiyuddin Əbu Məhəmməd Əbdüllah ibn Əyyub ibn Yusif (735-ci 
h.q.  1335-ci  miladi).  O,  Əbul  Fərəc  ibn  Əbu  Ömərdən,  Əbdür-Rəhman 
ibn Zeyndən, Fəxr ibn Buxaridən və başqalarından hədis eşitmişdir. O öz 
ömrünü  elm  öyrənmək,  kitab  nüxsəsi  yazmaq  və  şahidlik  etməklə 
keçirmişdir. 
9. Şəmsuddin Məhəmməd ibn Əhməd ibn Əbdül-Hadi (705-744-cü h.q. 
1306-1343-cü  miladi).  O,  atasından  və  qazi  Təqiyuddin  Süleymandan, 
İbn Əbdüd-daimdən, İsa Mütimdən, Əhməd ibn Həccardan, Məhəmməd 
Zərraddan  və  başqalarından  hədis  eşitmişdir.  Qazi  Şəmsuddin  ibn 
Müslimin, Təqiyuddin İbn Teymiyyənin yanında fiqhi öyrənmişdir. Ərəb 
dilini  Əbul  Əbbas  Əndərşinin,  qiraəti  ibn  Bəshiyanın  yanında 
öyrənmişdir.  “Sədriyyə”  və  “Ziyaiyyə”  mədrəsələrində  dərs  deyirdi. 
Hədisdə,  fiqhdə,  təfsirdə,  rical  elmində,  lüğətdə  mahir  bir  şəxs  idi  və 
fətva  verirdi.  Öldükdən  sonra  Qasiyyunun  ətəyində,  Seyfuddin  ibn 
Məcdin  yanında  dəfn  edildi.  Şəmsəddinin  yazdığı  çoxlu  kitablardan  bir 
neçəsi hal-hazırda da mövcuddur. 
10. Əbdür-Rəhman ibn Məhəmməd ibn Əbdül-Həmid (656-749-cu h.q. 
1285-1349-cu  miladi).  O,  İbn  Əbdüd-daimdən,  Ömər  Kermanidən, 
Əbdül-Vəhhab  ibn  Nasehdən,  ibn  Əbi  Ömərdən,  Fəxrdən,  İsmail  ibn 
Əqlanidən və başqalarından hədis eşitmişdir. Bağdadın vəziri onu Misrə 
göndərdi və o, yol əsnasında “Səhihi Müslüm”ü rəvayət etdi. Buna görə 
də  çoxları  ondan hədis  rəvayət etmişlər.  Sonra  Şama qayıtdı və  nəhayət 
Salehiyyədə vəfat etdi. 
11.  İmaduddin  Əhməd  ibn  Əbdül-Hadi  ibn  Əbdül-Həmid  (672-752-ci 
h.q.  1273-1351-ci  miladi).  O,  Əbdür-Rəhman  ibn  Ömərdən,  İbn 
Buxaridən,  İbn  Şeybandan,  Zeynəb  binti  Məkkidən  və  başqalarından 
hədis  eşidib  rəvayət  etmişdir.  Onun  oğlu  Şəmsuddin  Məhəmməd,  İbn 
Rafe, Hüseyni və başqaları ondan rəvayət nəql etmişlər. Səftəri yazır ki, 
730-cu  h.q  ilində  (1330-cu  miladi)  Dəməşqdə  öz  yazısı  ilə  mənə  icazə 
verdi. 
12.  Şəmsuddin  Əbu  Əbdillah  Məhəmməd  ibn  Əbdüllah  ibn 
Məhəmməd (688-769-cu h.q. 1289-1368-ci miladi). O, Fəxrdən və Seyf 


 
60 
Əli  ibn  Rəzidən  hədis  eşitmişdir.  691-ci  h.q  ilində  (1291-ci  miladi)  və 
ondan sonra bir qrup ona hədis demək icazəsi verdi və İbn Şəraici və İbn 
Həcərin ustadı Əraqi, eləcə də Əbu Zərə ondan rəvayət nəql etmişlər. 
13.  Zeynuddin  Əbdür-Rəhman  ibn  Əhməd  (779-cu  h.q.  1377-cu 
miladi).  O,  Təqiyuddin  Süleymandan,  Əbi  Nəsir  ibn  Şirazidən, 
Həccardan və başqalarından hədis eşidib rəvayət etmişdir. 
14. Şəhabuddin Əbul Əbbas Əhməd ibn Əbdül-Həmid (707-797 h.q = 
1307-1395-cu  miladi).  O,  İbnul  İzz  adı  ilə  məşhurdur.  O  Qasiyyunun 
ətəyində  dünyaya  gəlmiş  və  qazi  Süleymandan,  İsa  Mütimdən,  Fatimə 
binti Covhərdən, Təqiyuddin ibn Teymiyyədən, Hədiyyə binti Əsgərdən 
və  başqalarından  hədis  eşitmişdir.  Fəxr  Tuzəri  və  Məkkədən  digər  bir 
qrup,  Qüdsdən  Zeynəb  binti  Şəkər,  Misirdən  İsmail  ibn  Ələm,  Əbul 
Qasim ibn Rəşiq və başqaları, Dəməşqdən Qasim ibn Akir, İbn Şirazi və 
başqaları  Bağdaddan  İbn  Dəvalibi  və  başqaları  ona  icazə  vermişlər. 
Nəhayət  fiqh  öyrənib  fətva  icazəsi  aldı  və  Dəməşqin  böyük 
müsnədlərindən oldu. İbn Həcər də ondan icazə almışdır. 
15.  İmaduddin  Əbu  Bəkr  ibn  Əhməd  ibn  Əbdül-Hadi  (799-cu  h.q. 
1369-cu  miladi).  O,  Niyabiş  ibn  İmaduddin  Əmali  ibn  Həsən  ibn 
Zərqəveyhin yanında hədis öyrənmiş və Hicazda hədis rəvayət etmişdir. 
O, ibn Həcərə hədis rəvayət etmək icazəsi vermişdir. 
16. Bürhanuddin İbrahim ibn Əhməd ibn Əbdül-Hadi (726-800-ci h.q. 
1326-1398-ci  miladi).  O,  Qazi  adı  ilə  məşhurdur.  Dörd  yaşında  ikən 
Həccarın  dərslərində  iştirak  etmiş  və  Əhməd  ibn  Əli  Məriridən,  Ayişə 
binti Müslümdən, Zeynəb binti Kamaldan hədis eşitmişdir. Xutəni, Vani 
və Misirdən başqa bir qrup ona icazə vemişlər. 
17. Məhəmməd ibn Əbdül-Hadinin qızı Fatimə (720-803-cü h.q. 1320-
1401-ci miladi). O, Həccardan çoxlu hədis eşitmişdir. Şamdan Əbu Nəsir 
ibn Şirazi, Əbu Məhəmməd ibn Əsakir və başqaları Hələbdən Əbu Bəkr 
ibn  Əbdüllətif  və  başqaları,  Hümatdan  Şərəf  Barəzi,  Həmsdən  Əli  ibn 
Əbdüllah ibn Məktum, Misirdən Hüseyn Kürdi və Əbdür-Rəhim Minşavi 
ona icazə vermişlər. O, 80 yaşında vəfat etmişdir. 
18. Zeynuddin Ömər ibn Məhəmməd ibn Əhməd (803-cü h.q. 1400-cü 
miladi). O, Kamalın qızı Zeynəbdən, Əhməd ibn Əli Cəzəridən, Əbdür-
Rəhim  ibn  Əbu  Seyrdən  hədis  eşitmişdir.  İbn  Həcər  Zeynəb  binti 
Kəmalın  mürafiqələrini  onun  yanında  oxumuşdur.  O  Teymurun 
fitnəsində vəfat etmiş və Qasiyyunun ətəyində torpağa tapşırılmışdır. 
19.  Məhəmməd  ibn  Əbdül-Hadinin  qızı  Ayişə  (723-816-cı  h.q.  1323-
1413-cü  miladi).  O,  dörd  yaşında  ikən  Əbul  Abbas  Həccarın  dərsində 
iştirak etmişdir. “Səhihi Buxari”ni, Əbil Cəhimin hissəsini, Əmalini, İbn 
Əffanın  qiraətini  və  başqa  hədisləri  Həccardan  dinləmişdir.  Həmçininn 
“Səhihi  Müslüm”ü  Şərəfuddin  Əbdillah  İbn  Həsəndən  və  “Sireyi  ibn 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə