ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə28/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

 
64 
hissəsi  olmayan  bir  şeyi  dinə  daxil  etməyə  deyilir”  və  həqiqətdə 
müsəlman  alimlərinin  və  rəhbərlərinin  hamısı  bidəti  haram  hesab 
etmişdir. Belə ki, bir hədisdə belə qeyd olunur: 
“Kullu  bidətin  zəlalətun  və  kullu  zəlalətin  finnar”  (Hər  bidət 
azğınlıq və hər azğınlıq cəhənnəm odunda olacaqdır.”) 
Biz elə bu bölmədə (Məhəmməd ibn Əbdül-Vəhhabın fəaliyyət üslubu 
və  seçdiyi  yol  bölməsində)  vəhhabilərin  bidət  adlandırdığı  və  elə  buna 
görə də onu yerinə yetirənlərin əməl və hərəkətlərini şirk və küfr, özlərini 
isə  müşrik  və  kafir  hesab  etdikləri  əməl  və  rəftarları  bəyan  edəcəyik. 
Amma  hər  şeydən  əvvəl  bunu  qeyd  etmək  lazımdır  ki,  bidətin  mənşəyi 
aydınlaşdırılmalıdır.  Seyyid  Möhsün  Əminin  təbiri  ilə  desək  «Bidətin 
mənşəyi  ya  bu  ola  bilər  ki,  bir  məsələnin  necəliyində  xəta  üz  vermiş 
olsun.  Yəni  hər  hansı  bir  şəri  məsələ  filan  mövzuya  aid  olub-olmaya 
bilər.  Yaxud  da  bidət  qoyan  şəxsə  təqlid  olunur  və  camaat  onun 
barəsində  xoş  gümanda  olub  onun  işini  sünnə  hesab  edir.  Beləliklə  də 
sünnə  bidətlə  qarışıq  düşür.  Sünnənin  bidətə  qarışmasının  üçüncü  bir 
amili  də  budur  ki,  bəziləri  hər  bir  mövzu  və  məsələ  barəsində  şəriət 
tərəfindən aşkar və xüsusi bir bəyan verilməli olduğunu güman etmişlər. 
Bu  sözü  deyənlər  bunu  nəzərə  almamışlar  ki,  barəsində  xüsusi  bəyan 
gəlib  çatmayan  həmin  məsələ  şəriət  sahibinin  ya  mütləq,  ya  ümumi, 
yaxud  da  külli  bəyanlarının  içərisində  mövcud  ola  bilər.  Buna  görə  də 
biz  hər  hansı  bir  əməli  o  vaxt  bidət  hesab  edirik  ki,  o  əməl  din 
təlimlərinin  bir  hissəsi  olmadığı  halda  dini  məqsədlə  yerinə  yetirilir. 
Vəhhabilər  deyirlər  ki,  zikr  demək  və  rəhmət  göndərmək  ona  görə 
bidətdir  ki,  Peyğəmbərin  (s)  dövründə  belə  bir  şey  olmamışdır!  (Bu  da 
bir  növ  bidətdir.)  Biz  isə  deyirik  ki,  bu  əməlin  şəri  qanun  olmasında 
təkcə  bunu  qeyd  etmək  kifayətdir  ki,  Allahı  zikr  etməyin,  Peyğəmbərə 
(s) salavat göndərməyin, dua etməyin və sair kimi şeylərin şəriətdə üstün 
və bəyənilən bir əməl olmasını nəzərə alsaq, bu halda hər bir  yerdə, hər 
bir zamanda şəri qayda olmadığını dedikdə bidət hesab olunmayacaqdır. 
Vəhhabilərin  bidət  saydıqları  çox  şeylər  də  buna  misal  ola  bilər.”
1
  Sair 
müsəlmanların  (vəhhabilərdən  başqa)  arasında  mövcud  olan  və 
vəhhabilərin nəzərində bidət sayılan əməllər sonradan bəyan olunacaqdır. 
Şübhəsiz,  Məhəmməd  ibn  Əbdül-Vəhhab,  İbn  Hənbəlin,  xüsusilə  İbn 
Teymiyyənin,  İbn  Qəyyimin  və  İbn  Əbdül-Hadinin  rəy  və  fikirlərini 
araşdırıb mütaliə etməklə onlardan təsirlənmiş, İslama zidd olan vəhhabi 
firqəsinin əsasını  Ərəbistanın Nəcd  əyalətində  qoymuşdur. (Adları  qeyd 
olunanlar  vəhhabiliyin  ideoloji  rəhbərləri  hesab  olunur).  Sonralar  bu 
                                                 
1
  Əl-əmin  Möhsün.  “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”, 
tərcümə Seyyid İbrahim Seyid Ələvi, İntişarati Əmir Kəbir, Tehran, 1365, səh.115-117 


 
65 
əqidə tədricən bütün Ərəbistan yarımadasını əhatə etdi.  
Burada “vəhhabi” məzhəbinin nə üçün belə adlandırıldığı və Məhəmməd ibn 
Əbdül-Vəhhabın  qondarma  firqəsinə  belə  ad  qoyulduğu  bəyan  edilməlidir. 
“Vəhhabilər”  kitabının  müəllifi  bu  barədə  yazır:  “Vəhhabi  kəlməsi  vəhhabi 
firqəsinin  banisinin  atasına,  yəni  Əbdül-Vəhhaba  mənsub  edilir,  lakin 
vəhhabilərin  özləri  bu  mənsubiyyəti  düzgün  hesab  etmirlər.  Seyyid  Mahmud 
Şukri  Alusi  (o,  vəhhabi  məzhəbinin  tərəfdarlarındandır)  deyir  ki,  “vəhhabi 
mənsubiyyəti”ni  vəhhabi  düşmənləri  onlara  aid  etmişlər!  Bu  mənsubiyyət 
düzgün  deyil.  Onun  rəhbərinin  adı  olan  Məhəmmədə  mənsub  edilməli  və 
Məhəmmədiyyə  adlandırılmalıdır...  Misirin  məşhur  yazıçısı  Əhməd  Əmin  bu 
barədə  deyir:
 
“Məhəmməd  ibn  Əbdül-Vəhhab  və  onun  ardıcılları  özlərini 
“müvəhhid”  (tövhidçi)  adlandırır  və  “vəhhabi”  adını  da  düşmənləri  onlara 
vermişlər.  Sonralar  bu  ad  dillərə  düşmüşdür...  Vəhhabilərin  özləri  vəhhabi 
məzhəbini  təzə  bir  məzhəb  hesab  etmir,  əksinə  deyirlər  ki,  bu  məzhəb  saleh 
sələflərin  məzhəbidir.  Buna  görə  də  özlərini  sələfilər  adlandırırlar...  Bunun 
səbəbi də budur ki, özlərinin əməl, rəftar və etiqadlarında saleh sələflərin, yəni 
Peyğəmbəri-Əkrəmin  (s),  səhabələrin  və  tabeinin  ardıcılları  olduğunu 
deyirlər.”
1
 
 
Cənab  Ramazan  Əl-Buti  sələfiyyə  və  onun  yaranması  barəsində  belə 
deyir:  “Sələfilik  təqribən  son  əsrlərdə  yaranmış  yeni  bir  cərəyandır  ki, 
müsəlmançılıq iddiasını yalnız özlərinə aid olduğunu deyir və özlərindən 
başqa  hamını  kafir  hesab  edirlər.  Onlar  özləri  özlərinə  bu  adı  verərək 
saleh  sələflərə  mənsubiyyət  paltarını  geyir,  məzhəbsizlik  fəzasında 
vəhdət  iddiası  edirlər!  Halbuki,  vəhdətin  əsasları  ilə  müxalifdirlər. 
Sələfiyyət, yəni vəhhabiyyətin zəminəsi olan şəxslər iddia edirlər ki, heç 
bir  məzhəb  mövcud  deyildir  və  sələflərin,  yəni  səhabələrin,  tabeinlərin 
və tabeinlərin tabeinlərinin dövrünə qayıtmaq lazımdır. Məzhəblərin əldə 
etdiyi bütün sərmayələri, yəni müxtəlif firqə alimlərinin uzun əsrlər boyu 
göstərdiyi  yorulmaz səylərin nəticəsini,  İslamın  müxtəlif sahələrdə olan 
mədəniyyət  xəzinələrini,  İslami  fiqh  vasitəsilə  yığıb  topladıqları  və  hər 
bir  əsrin  ehtiyaclarına  cavab  verdikləri  məsələləri  kənara  qoymaq 
lazımdır.  Bununla  da  onlar  məzhəbsiz  bir  İslamı  seçmək  istəyirlər. 
Sələfilər  hamını  dəvət  edərək  bir  tərəfdən  “Gəlin  bütün  məzhəbləri  bir 
kənara qoyaq, vəhdətə doğru gedək” deyirlər. Digər tərəfdən isə, camaatı 
kafir 
adlandırmaqla 
qılınclarını 
siyirərək 
başqalarını 
İslam 
cəmiyyətindən  çıxarmaq  və  onları  kafirlər  dəstəsinə  qoşmaqla  iddia 
edirlər  ki,  İslam  cəmiyyətini  vəhdət  halına  salırıq...  Bu  kimi 
“məzhəbsizliyə  doğru  dəvət”  pərdəsi  altında  öz  növbəsində  bir  məzhəb 
gizlənmişdir.  Hətta  bu  dəvətin  özü  də  bir  növ  məzhəbdir.  Bu  da 
donuşluğun  əlində  giriftar  olan  İslamı  hərəkətsiz,  ruhsuz,  naqis, 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.19-24 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə