87
Vəhhabiyyət məhz bu şəhərdə kök saldı və öz əsaslarını
möhkəmləndirdi. Diriyyədə hökumət Məhəmməd İbn Səudun rəhbərliyi
ilə Ənizə (yaxud Üneyzə) qəbiləsinin ixtiyarında idi. “Nizami Ali Səud”
kitabının müəllifi qeyd edir ki, Ali-Səud, Səud ibn Məhəmməd ibn
Müqrinə mənsubdur.
1
O, 1148-ci h.q. (1735-ci miladi) ilində Ərəbistan
yarımadasının bir hissəsinə hakim olmuşdur. Ali-Səud sülaləsi iddia
edirdi ki, ondan yarım əsr qabaq Hani ibn Rəbiul Muridi və onun tayfası
Nəcdə gəlmiş və bu məntəqədə (Diriyyədə) sakin olmuşdur. Amma Ali-
Səudun tarixi və qeyri sənədlərdə əsər-əlaməti görünən ilk şəxsi Səud ibn
Məhəmməddir. O, özü üçün Diriyyədə kiçik bir hakimiyyət yarada
bilmişdi.”
2
Ali-Səud Məhəmməd ibn Əbdül-Vəhhabın oraya gəlişindən əvvəl
Diriyyədə Nəcdin sair qəbilələri və bədəvi ərəblər kimi yaşayırdılar.
Başqa sözlə desək, “Səud sülaləsi Nəcdin əkinçiləri və şəhərlilərin çoxu
kimi nisbətən şeyxliliyə yönələnlər idi. Xurma ticarəti və bəlkə də bir
qədər at bəsləməklə rahat həyat sürürdülər. Qüdrətli olduqlarını hiss
etdikləri zaman səhrada yaşayan qəbilələrə qəfildən hücum edirdilər.
Halbuki, zəif olduqları vaxt bir guşəyə pənah aparırdılar. Onlar nisbətən
müstəqil idilər və qətiyyən imperatorluq təşkil etmək fikrində deyildilər.
Az ehtimal verilir ki, onların öz mürşidləri ilə əlaqəsi olmadan dünya
onların barəsində bir şey eşitməmişdi. Lakin Məhəmməd ibn Əbdül-
Vəhhab Səud sülaləsini yeni bir istiqamətə doğru çəkdi.”
3
Amma
Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə o zaman daxil oldu ki, oranın
hökmranı Məhəmməd İbn Səud idi və o, “Nəcd və Hicaz mühitlərində
təklikdə öz dəvətini yaya bilmədiyindən bu yolda yaranan əlaqələr ona
1
“İn əst ayini vəhhabiyyət” kitabında Ali-Səudun əsil-nəsəbi və kökləri belə qeyd
olunur: “Miladın 15-ci əsrində Ehsa şəhərində Ənizə qəbiləsində Mane adlı bir kişi
yaşayırdı. Onun Nəcdin Mənfuh adlı bir kəndində Dir` adlı bir əmioğlusu var idi. Dir`
var-dövlətli bir şəxs idi və qəbilə rəisi sayılırdı. İllərin birində Mane əmioğlusunu
görmək üçün Ehsadan Nəcdə yola düşdü. Dir` öz torpaq sahələrindən iki böyük hissəni
öz əmioğlusu Maneyə bağışladı, Mane bütün ailəsini Ehsadan Nəcdə köçürtdü və ona
hədiyyə olunan torpaq sahəsində əkinçiliklə məşğul oldu. Bu şəxs Səudilərin əcdadları
sayılır. Manenin vəfatından sonra oğlu Rəbiə onun əmlakının varisi oldu və camaatın
torpaq sahələrindən bə`zilərini alaraq öz əmlakına qatdı, camaatı öz əmri altına keçirtdi
və çox kiçik bir hökumət təşkil etdi. Rəbiədən sonra Musa, Musadan da sonra onun
oğlanları İbrahim və Fərhat tərtiblə atasının yerində oturdular. Fərhatın Rəbiə və
Müqrin adlı iki oğlu var idi. Müqrindən sonra Məhəmməd və Məhəmmədən də Səud
adlı bir uşaq doğuldu. O da Səudiyyə sülaləsini başçısıdır.
2
Fuiye Təlud. “Nizami Ali-Səud”, Nuriddin Şirazinin tərcüməsi, İntişarati fərəndiş,
payız 1367, 1-ci çap, səh.20
3
Leysi Rabert, Həmin mənbə, səh.85-86
88
kömək etdi və bu da Ali-Səudun onunla beyət etməsi idi.”
1
Bununla da
Diriyyə şəhərində Məhəmməd ibn Əbdül-Vəhhabla Ali-Səud arasında
ittihad müqaviləsi bağlandı. Cənab Əmininin yazdığı kimi: “Məhəmməd
və Səudun hər biri özünü digərinin vasitəsi ilə gücləndirirdi: Səud öz
hökumətini Məhəmməd ibn Əbdül-Vəhhabın dininə tabe olmaqla,
Məhəmməd ibn Əbdül-Vəhhab isə öz məzhəbini Səud hökumətinin
qılıncı ilə.”
2
Bu müqavilə 1158-ci h.q (1740-cı miladi) ildə bağlandı.
Onun mühüm maddələrindən biri bu idi ki, Məhəmməd ibn Əbdül-
Vəhhab başqa bir əmirin himayəsi altında olmasın.”
3
Həqiqətdə bu
müqavilənin bağlanmasında əsas məqsəd və hədəf onların xüsusi mənafe
və hədəflərini təmin etmək idi. Xüsusilə, “Nəcd camaatı qarət etməyə
məşğul olan və öz iş üslublarını müharibə və qan tökmək əsasında quran
əmirləri onunla (Məhəmməd ibn Əbdül-Vəhhabla) bir ittifaq qurdular ki,
özlərinin məqam və şan-şöhrət arzularına daha yaxşı çata bilsinlər.”
4
Beləliklə, iki Məhəmmədin arasında ittihad müqaviləsi bağlandı və hər
biri digərinə kömək etməyi öz öhdəsinə aldı. Xüsusilə, Ali-Səud bu
müqavilənin bağlanmasından və vəhhabiliyi qəbul etməkdən istifadə edə
bildi. Vəhhabilərin ideoloji köməyindən özlərinin ərazi iddialarına və
hücumlarına qanuniyyət kəsb etməklə yanaşı, bu işlərə dini pərdə
vurdular. Ustad Cəfər Sübhani öz kitabının bir hissəsində Ali-Səudun bu
işdən necə gözəl bəhrələnməsini xatırladaraq deyir: “İbn Səud Şeyxlə
bağladığı müqaviləsindən son dərəcə xoşhal idi. Lakin onun üçün iki şərt
irəli sürüldü:
1. Əgər biz səninlə köməkləşib ölkələri fəth etsək qorxuruq ki, bizi tərk
edərək başqa bir məntəqədə yaşayasan!
2. Biz meyvələrin yetişdiyi zaman Diriyyə camaatından vergi
toplayacağıq. Qorxuruq ki, siz vergini qadağan edəsiniz.
Şeyx İbn Səudun cavabında dedi: “Mən heç vaxt səni başqasına
dəyişmərəm. Allahın bizə nəsib etdiyi fəthlərdən çoxlu qənimətlər
gələcək və səni bu vergilərdən ehtiyacsız edəcəkdir.”
Sonralar, bu iki ailənin arasındakı əlaqələrin möhkəmlənməsi üçün
Diriyyənin əmiri şeyxin qızını öz oğlu Əbdül-Əzizə aldı və bununla da
iki ailə arasında qohumluq münasibətləri bərqərar oldu. Bu əlaqələr
indiyə qədər geniş səviyyədə qorunmuşdur.
5
1
Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.283
2
Əmini Məhəmməd Hadi. “Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), səh.168
3
Həmin mənbə, səh.75
4
Behişti Əhməd. “Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, kanuni nəşri əndişeyi
islami, Qum, 1370, 1-ci çap, səh.78
5
Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.57-58
Dostları ilə paylaş: |