10. 2. Xarici investisiya sahəsində dövlət siyasəti.
Bazar münasibətlərinin inkişafına və iqtisadi tərəqqiyə təkan verən mühüm amillərdən biri Azərbaycanın qısa müddət ərzində beynəlxalq kapital hərəkətində fəal iştirak etməyə başlamasıdır. Kapitalın beynəlxalq miqrasiyası dövrümüzün xarakterik xüsusiyyətini təşkil etməklə, təsərrüfat həyatının beynəlmiləlləşməsinin dərinləşməsində və istehsalın səmərəliliyinin yüksəldilməsində mühüm ünsür olmasına baxmayaraq, ölkəmiz inzibati-amirlik sistemi dövründə bu prosesdən tamamilə kənarda qalmışdır.
Məlum olduğu kimi müasir mərhələdə qlobal təsərrüfata qoşulmanın səmərəliliyi əhəmiyyətli dərəcədə ölkənin beynəlxalq rəqabət qabiliyyətinə nə dərəcədə malik olmasından asılıdır. Amerikan iqtisadçısı M. Porterin təklif etdiyi sxemdən istifadə etsək, aydın olar ki, uzun müddət Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət gücü əsas etibarilə istehsal amillərindən istifadəyə əsaslanmışdır.
Azərbaycan ixracatının 9/10-nun uzun müddət yanacaq-energetika kompleksi məhsullarından ibarət olması o deməkdir ki, ölkəmizin dünya bazarında tutduğu birtərəfli mövqe yerli istehsalçıların təbii ehtiyatlarının verdiyi üstünlüklərdən istifadə etməsindən irəli gəlir. Dünya dövlətlərinin təcrübəsi isə göstərir ki, belə bir üstünlük daimi deyildir. Dünya bazarlarında ölkənin zəmanətli üstünlüyünü isə investisiya və innovasiyalar əsasında təmin etmək mümkündür. Bu yol inkişaf etmiş sənaye ölkələrinin lider vəziyyətinə gəlməsində, postsənaye cəmiyyətinin yaranmasında əsas rol oynamışdır. İnvestisiya yolu ilə rəqabət gücünün inkişaf etdirilməsi milli firmaları müasir texnika və texnologiya, lisenziyaların əldə edilməsi və müştərək müəssisələrin yaradılması üçün investisiya qoyuluşlarına vadar edir. Firma və müəssisələr texnika və texnologiyanı idxal etməklə onların yerli şəraitə uyğunlaşdırılmasına çalışmalıdırlar. Lakin inkişaf etmiş ölkələrdə bu proses artıq arxada qalmış bir mərhələdir. Həyat bütün kəskinliyi ilə yeni texnikanın yalnız idxalını deyil, öz qüvvəsi ilə yaradılmasını da tələb edir.
Təbiidir ki, müstəqillik əldə edildikdən sonrakı ilk illərdə ağır texniki-iqtisadi və maliyyə vəziyyətində olan Azərbaycan müəssisələri yüksək kapitaltutumlu həmin məsələlərin həllini öz qarşısına qoymaq üçün kifayət qədər potensiala malik deyildilər. Lakin investisiya və innovasiyalar hesabına rəqabət üstünlüyünə keçmək üçün onların belə bir şəraitdə xarici tərəfdaşların fəaliyyətinin bu və ya digər ünsürlərindən faydalanmaları olduqca vacibdir. Neft gəlirləri ilə yanaşı bu ünsürlərdən ən mühümü xarici investisiyaların cəlb olunmasıdır.
Hər şeydən əvvəl Azərbaycanın geopolitik mövqeyi, onun Avropa və Asiya qovşağında beynəlxalq biznesə qoşulmaq baxımından cəlbedicidir. Avropa-Asiya tranzit nəqliyyat yollarının Azərbaycan ərazisindən keçməsi, Xəzər dənizinə yaxınlıq, ölkədə və regionda səmərəli və perspektivli bazarların olması istər istehsal olunan, istərsə də ölkəyə gətirilən əmtəələrin satış imkanlarını genişləndirir. TRACECA proqramı çərçivəsində qədim İpək Yolunun bərpası istiqamətində işlərin sürətlənməsi nəhəng xarici investorların, kredit təşkilatlarının ölkəyə marağını artırır.
Məlum olduğu kimi, Azərbaycan zəngin təbii xammal ehtiyatlarına malikdir. Təsadüfi deyil ki, son illərdə karbohidrogen yataqlarının kəşfiyyatı, işlənilməsi və istismarı üzrə 15 ölkənin 33 şirkətinin iştirakı ilə 23 beynəlxalq müqavilə imzalanmışdır. Bu müqavilələr üzrə 1997-2007-ci illər ərzində neft sektoruna 24413. 1 milyon ABŞ dolları investisiya qoyulub və bütövlükdə 60 milyard dolların qoyulması nəzərdə tutulur. Lakin neft Azərbaycanın malik olduğu yeganə təbii ehtiyat deyildir. Ölkəmiz digər mineral resurslarla da zəngindir. Kifayət qədər inkişaf etmiş sənaye potensialına, ucuz və keyfiyyətli əmək ehtiyatlarına malikdir.
Xarici investisiyaların cəlb edilməsi yolu ilə beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi xüsusən Azərbaycan kimi keçid iqtisadiyyatı ölkələrində müstəqillik əldə edildikdən sonrakı ilk illərdə onsuz da ağır maliyyə vəziyyətində olan təsərrüfat subyektləri tərəfindən müstəqil olaraq həll edilə bilməzdi. Bu prosesin həyata keçməsi və sürətlənməsinə dövlətin ciddi müdaxiləsi neft gəlirlərinin ilk növbədə bu məqsədə yönəldilməsi və təşkilatçılıq tədbirlərini əhatə edən məqsədyönlü hökumət siyasəti tələb olunur.
Keçid iqtisadiyyatı ölkələrində dövlət orqanları qarşısında bu sahədə duran başlıca vəzifə milli və xarici investorlar qarşısında milli maraqlara uyğun əlverişli investisiya mühitinin yaradılmasından və bu yolla elmi-texniki potensialın dəstəklənməsi və inkişafına yardım edilməsindən ibarətdir.
Məlumdur ki, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndirilmədən ölkə iqtisadiyyatının inkişafında qlobal dönüş mümkün deyildir. Xarici kapital, texnika, texnologiya və digər istehsal amillərinin Respublikaya gətirilməsi bu məsələdə müstəsna əhəmiyyət kəsb edir.
Respublika istiqlaliyyət əldə etdikdən dərhal sonra müstəqil sürətdə xarici kapital cəlb olunması üçün geniş tədbirlər həyata keçirməyə başlamışdır. 15 yanvar 1992-ci ildə qəbul edilmiş "Xarici investisiyanın qorunması" haqqında Azərbaycan Respublikasının Qanunu ilə Respublika ərazisində xarici investisiya qoyuluşunun hüququ və iqtisadi prinsipləri müəyyən edilmişdir. Qanun iqtisadiyyatda xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə olunmasına yönəldilmişdir və xarici investisiyaların hüquqlarının müdafiəsinə təminat verir.
Azərbaycan Respublikası ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə müvafiq qanunvericilik aktları ilə təmin olunur. Eyni zamanda xarici investisiya Respublikada qanunericiliyin dəyişdirilməsi ilə bağlı hallarda da bəzi təminatlar alır. Belə ki, sonrakı qanunvericiliklər investisiya qoyuluşu şəraitini pisləşdirərsə on il ərzində xarici investora investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir. Qanunda milliləşdirmə və regvizisiya ilə bağlı təminatlar da müəyyən edilir. Qərara alınmışdır ki, xarici investisiya xalqa və dövlət mənafeyinə zərər vuran hallar istisna olmaqla, rekvizisiya edilmir. Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə xarici investora dərhal müqabil və səmərəli kompensasiya ödənilir. Kompensasiya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər.
Qanunla xarici investisiyalar, həm müştərək müəssisələrin, həm də 100% xarici kapitala malik müəssisələrin yaradılması üçün cəlb edilə bilər. Xarici fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının ərazisində mövcud olan bütün müəssisələrin səhm və digər qiymətli kağızlarını satın ala bilər, dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsində iştirak edə bilər, xarici bankların təsisçisi ola bilər. Belə bankların fəaliyyətinin lisenziyalaşdırılması qaydası müəyyən edilmişdir. Onlar birləşib assosiasiyalar, konsernlər, konsorsiumlar və başqa birliklər yarada bilərlər.
Xarici kapitalın iştirakı ilə yaradılmış müştərək müəssisələrə öz fəaliyyətini həyata keçirmək üçün "Azərbaycan Respublikasının Torpaq məcəlləsi"(12 fevral 1992-ci il) əsasında torpaq daimi istifadəyə verilə bilər. Xarici investorlar təbii ehtiyatlardan istifadə etmək hüququnu konsessiya əsasında əldə edə bilərlər.
"Xarici İnvestisiyanın Qorunması" haqqında Qanunla [15] müvafiq vergi və rüsumlar ödənildikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəkilində əldə etdikləri gəlir və başqa məbləğləri, o cümlədən kompensasiya və zərərin ödənilməsi məbləğlərinin xaricə köçürülməsinə təminat verilir. Azərbaycan Respublikası ərazisində xarici investorların götürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoya bilər (reinvestisiya), Azərbaycan Respublikasının banklarında saxlana bilər, Milli Bankın müəyyən etdiyi qaydada xarici valyuta almaq üçün sərf edilə bilər.
Xarici investisiyalı müəssisə istehsal etdiyi məhsula (işlərə, xidmətlərə) qiymət qoymaq, ölkənin daxili bazarında onun satışı şərtlərini müəyyən etmək, bu bazardan məhsul (işlərə, xidmətlərə) göndərənləri seçmək ixtiyarına malikdir. Tamamilə xarici investora məxsus müəssisələr və nizamnamə fondunun 30 faizindən çoxu xarici investisiyadan ibarət olan müəssisələr öz istehsal etdikləri məhsulu (işləri, xidmətləri) lisenziyasız ixrac edə bilərlər.
Birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Respublikaya gətirilən əmlak gömrük rüsumundan azad edilir. Xarici investisiyalı müəssisəni əcnəbi işçilərinin öz ehtiyacları üçün gətirdikləri əmlak gömrük rüsumundan azad edilir.
Beləliklə, xarici investisiyalar haqqında qanunvericilik bazasının təhlili göstərir ki, ölkədə müstəqillik əldə edildikdən sonra geniş normativ baza yaradılmışdır. İnvestisiya fəaliyyəti aşağıdakı mühüm zəmanətlər verilməsi yolu ilə təşviq edilir:
- əmlakın milliləşdirilməsi və müsadirəsi əleyhinə zəmanətlər;
- qanunvericilikdə dəyişikliyə qarşı zəmanət;
- ölkəyə əmtəələrin rüsumsuz idxalı üzrə zəmanət;
- əsassız yoxlamalara qarşı zəmanət;
- əldə edilmiş mənfəətin xaricə azad çıxarılması haqqında zəmanət;
- investorun şəxsiyyətinin və onun əmlakının təhlükəsizliyinə zəmanət;
- ikiqat vergitutmaya yol verilməyəcəyi haqqında zəmanət.
Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir ki, investisiya qoyuluşu sahəsində xarici investorların fəaliyyətinin hüququ rejimi Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının əmlakı, əmlak hüquqları, habelə investisiya fəaliyyəti üçün yaradılmış rejimdən az əlverişli ola bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 fevral 2008-ci ildə Macarıstanda səfərdə olarkən qeyd etmişdir: “ Xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə birinci sıralardadır. Azərbaycanda bütün investisiyalar, o cümlədən xarici investisiyalar çox etibarlı şəkildə qorunur. Bizim üçün strateji olan layihələr, hətta qanun kimi qəbul edilir və beləliklə, həm investorlarda, həm də yerli qurumlarda tam əminlik var ki, bu sazişlərə, layihələrə, razılaşmalara heç kim müdaxilə etməyəcəkdir. Biz xarici investisiyaları maksimum dərəcədə qorumaq üçün əlimizdən gələni edirik və bu günə qədər bu sahədə heç bir narahatçılıq olmamışdır. Biz bu etibarı qazanmışıq və yüksək qiymətləndiririk. Azərbaycan bu yaxınlarda Dövlət İnvestisiya Şirkətini yaratmışdır. Şirkətin əsas məqsədi ondan ibarətdir ki, dövlət xarici investisiyaları cəlb etmək üçün özü müəyyən layihələrdə səhmdar kimi iştirak edə bilər, edir və edəcəkdir”.
Azərbaycan iqtisadiyyatında xarici investisiyaların rolu 1995-ci ildən sonra sürətlə artmışdır.
1995-ci ildə ölkəmizə 375, 1 mln. dollar xarici investisiya qoyulduğu halda, 2007-ci ildə onun məbləği 11540, 3 mln. dollara çatmış və ya illik məbləği 31 dəfə artmışdır. Cəmi investisiyalarda onun xüsusi çəkisi də davamlı artım göstərərək 2002-ci ildə 80%-ə qədər yüksəlmişdir. Sonrakı illərdə yerli sahibkarlığın maddi-texniki bazasının möhkəmlənməsi daxili investisiyaların durmadan artmasına və xarici və daxili investisiyalar arasındakı nisbətin ikincisinin xeyrinə dəyişməsinə səbəb olmuşdur.
Neft kontraktlarının icrası ilə əlaqədar olaraq cədvəl 10. 2 məlumatlarından göründüyü kimi respublikaya cəlb olunmuş birbaşa xarici investisiyaların böyük əksəriyyəti neft sektoruna yönəldilmişdir.
Cədvəl 10. 2.
Xarici investisiyalar (mlyn. ABŞ dolları)*
|
2000
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
2007
|
Cəmi xarici investisiya
o cümlədən:
|
927, 0
|
2234, 9
|
3371, 0
|
4575, 5
|
4893. 2
|
5052. 8
|
6760. 3
|
Maliyyə kreditləri
|
262, 9
|
223, 0
|
238, 3
|
293, 0
|
698, 4
|
983. 5
|
1425. 8
|
Neft sənayesi
|
546, 1
|
1693. 0
|
2972, 4
|
4088, 1
|
3799. 9
|
3422. 3
|
4176. 3
|
Birgə və xarici investisiyalı
müəssələr ondan:
|
118
|
318, 9
|
45, 4
|
104. 2
|
230. 5
|
368. 4
|
376. 0
|
Türkiyə
|
31. 6
|
55. 6
|
17. 1
|
80. 1
|
96. 2
|
136. 6
|
139. 1
|
ABŞ
|
11. 2
|
41. 4
|
4. 9
|
8. 4
|
24. 8
|
70. 0
|
71. 4
|
İran
|
2. 9
|
2. 7
|
-
|
-
|
1. 2
|
17. 5
|
18. 0
|
Almaniya
|
1. 7
|
1. 7
|
-
|
2. 1
|
21. 5
|
17. 4
|
17. 6
|
Rusiya
|
-
|
0. 7
|
1. 2
|
1. 8
|
39. 5
|
4. 6
|
4. 5
|
Böyük Britaniya
|
6. 8
|
108. 1
|
9. 0
|
4. 2
|
5. 1
|
39. 1
|
40. 0
|
Birləşmiş Ərəb Əmirlikləri
|
2. 8
|
0. 2
|
4. 4
|
4. 4
|
5. 7
|
18. 3
|
18. 8
|
İsveçrə
|
-
|
-
|
-
|
-
|
0. 5
|
2. 7
|
2. 6
|
Fransa
|
39. 3
|
25. 7
|
2. 2
|
2. 2
|
2. 6
|
11. 1
|
11. 3
|
Kipr
|
-
|
-
|
-
|
-
|
0. 2
|
5. 4
|
5. 6
|
Çin
|
-
|
-
|
-
|
-
|
0. 2
|
1. 3
|
1. 5
|
İtaliya
|
-
|
-
|
-
|
-
|
4. 6
|
2. 8
|
3. 0
|
Pakistan
|
-
|
-
|
-
|
-
|
-
|
3. 1
|
3. 0
|
Norveç
|
-
|
31. 6
|
-
|
-
|
-
|
-
|
-
|
Yaponiya
|
16. 4
|
23. 7
|
-
|
-
|
-
|
-
|
-
|
Digər ölkələr
|
5. 3
|
27. 5
|
6. 6
|
1. 0
|
28. 4
|
38. 5
|
39. 6
|
Neft bonusu
|
-
|
-
|
58. 6
|
21. 6
|
1. 0
|
17. 0
|
67. 7
|
Portfel investisiyalar
|
-
|
-
|
-
|
19. 0
|
78. 0
|
57. 8
|
-
|
Digər investisiyalar
|
-
|
-
|
56. 3
|
49. 6
|
85. 4
|
203. 8
|
714. 5
|
*[43. s. 124, 125]
Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. Yeni sahələrin o cümlədən xarici sərmayəçilər üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirilməyə açılması xarici sərmayə axınına güclü təkan vermişdir.
Yeyinti, yüngül sənaye məhsullarının, inşaat materiallarının və digər məhsulların istehsalı ilə məşğul olan müəssisələrin xarici şirkətlər tərəfindən özəlləşdirilməsi, energetika, metallurgiya müəssisələrinin uzunmüddətli idarə etməyə verilməsi həyata keçirilən tədbirlərin uğurundan xəbər verir.
Bütün bunları nəzərə alaraq investisiyaların ölkəyə cəlb edilməsi ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruri hesab edilir.
1. Azərbaycan Respublikasında xarici investisiya qoyuluşlarının təcrübəsi ümumiləşdirilərək və ölkənin inkişaf perspektivləri nəzərə alınmaqla uzunmüddətli dövlət investisiya proqramı tərtib edilməli və bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsi üçün kompleks tədbirlər görülməlidir.
2. Ölkəyə xarici investisiyaların cəlb olunmasının daha da liberallaşdırılması istiqamətində işlərin sürətləndirilməsi, "Xarici investisiyaların qorunması haqqında" və "İnvestisiya fəaliyyəti haqqında" qanunların təkmilləşdirilməsi sürətləndirilməlidir.
3. Qeyri-neft sektoruna investisiya axınının sürətləndirilməsi işinə xüsusi qayğı göstərilməlidir. Bu zaman Azərbaycanın maşınqayırma, yüngül və yeyinti sənaye kimi ənənəvi emaledici sənaye sahələri, kənd təsərrüfatının inkişafı xüsusi əhəmiyyət kəsb etməlidir.
Xüsusi ixrac zonalarının yaradılması, neft sahəsində olduğu kimi iqtisadiyyatın digər sahələrində də xarici şirkətlərlə konsorsiumun yaradılması, məhsulun pay bölgüsü üzrə sazişlərin imzalanması və bu sazişlərə qanun statusunun verilməsi də qeyri-neft sektorunda xarici sərmayələrin əhəmiyyətli dərəcədə artırılmasında səmərəli mexanizm ola bilər.
Sərmayələrin sahələr və regionlar üzrə tarazlığının təmin edilməsi baxımından, regionlarda infrastruktur, ilk növbədə elektrik enerjisi, qaz, su ilə təminatın yaxşılaşdırılması, təşviq tədbirlərinin həyata keçirilməsi zəruridir.
5. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bu sahəyə maliyyə yardımı göstərilməsi üçün dövlət proqramının real həyata keçirilməsi mexanizm hazırlanmasıdır. Eyni zamanda beynəlxalq təşkilatlardan qeyd edilən strukturların inkişafı üçün ayrılmış kreditlərin və yardımların istifadəsində pərakəndəliyin aradan qaldırılması və bu işlərin bir mərkəzdən idarə olunması üçün tədbirlər görülməsi.
6. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri əmlak, pul və s. varidat sərmayə şəklində Azərbaycana gətirilərsə bunlara da xarici sərmayə üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunmalıdır.
7. Azərbaycan Respublikasının xarici investisiyaların cəlb olunması ilə bağlı reytinqinin yüksəldiyi nəzərə alınmaqla ölkəyə hökumət zəmanəti tələb olunmayan investisiyaların cəlb edilməsi praktikasından geniş istifadə edilməlidir.
Respublikamızda müştərək müəssisələr 1988-ci ildən yaradılmağa başlanmışdır. Lakin onların sayı yalnız 1992-ci ildə "Xarici investisiyaların qorunması" haqqında qanun qəbul edildikdən sonra sürətlə artmışdır. Azərbaycanda 2006-ci ildə xarici investisiyalı müəssisələrin və işinin əsas göstəriciləri cədvəl №10.3 məlumatları ilə xarakterizə edilir. Cədvəldən göründüyü kimi xarici investisiyalı müəssisələrin sayı 1.01.2007-cb ildə 863 olmuşdur. Onların buraxdıqları məhsulların həcmi 10.2 mlrd. manat təşkil etmişdir. Başqa sözlə 2006-cı ildə ÜDM-un 60% xarici investisiyalı müəssisələrdə istehsal edilmişdir. 742 müəssisədən 477 xarici mülkiyyət, 265-i isə qarışıq mülkiyyətdir.
Xarici investisiyalı müəssisələrin mənşəyi ölkələr üzrə araşdırıldıqda məlum olur ki, say etibarı ilə bu sahədə Türkiyə birinci yeri qoruyub saxlayır. Lakin onların çoxu kiçik və orta müəssisələrdir. Ona görə də Türkiyə firmalarının yaratdıqları xarici investisiyalı müəssisələr analoji müəssisələrin 35, 5%-ni təşkil etdiyi halda, istehsal etdikləri mal və xidmətlər cəmisi 8, 7%-dir.
Ölkəmizdəki xarici investisiyalı müəssisələrin 95, 6%-i, onların istehsal etdikləri mal və xidmətlərin isə 99, 7%-i həmin ölkələri təmsil edən firmalara məxsusdur. Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin cəmisi 54-ü MDB ölkələrinə, onların isə 40-ı Rusiyaya aiddir. Bu sahədə uzaq xarici ölkələr getdikcə mütləq hegemonluğu ələ keçirirlər.
Statistik məlumatların təhlili göstərir ki, 2006-cı ildə Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək müəssisələrin cəmisi 25%-i sənaye sahəsində fəaliyyət göstərdi. Lakin onlar əsas etibarilə iri həcmli və böyük kapitala malik müəssisələr olduqları üçün xarici və müştərək müəssisələrdə istehsal edilən məhsulun (iş və xidmətlərin) 84,3%-i sənaye məhsullarının payına düşür. Ölkəmizdə sənaye məhsulunun 28%-i həmin müəssisələrdə istehsal edilir. Tikinti, topdan və pərakəndə satış, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsində də xarici və müştərək müssisələr müəyyən mövqeyə malikdirlər.
Müştərək müəssisələr məşğulluq probleminin həll olunmasında müsbət rol oynayırlar. Respublika iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2006-cı ildə 149 manat təşkil etdiyi [44, 2003, s. 113] halda, müştərək müəssisələrdə həmin məbləğ 747 manat və ya 5 dəfə çoxdur. 2000-ci ildə sənayedə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin əsas iqtisadi göstəriciləri 10. 3 saylı cədvəldə verilən rəqəmlərlə xarakterizə edilir. [44, 2007, s. 115].
Cədvəl № 10. 3.
Dostları ilə paylaş: |