275
HEPA filtrlərinin filtrasiya koefisienti, həmçinin, hava axınının sürətindən və rütubətdən
asılıdır. Bununla əlaqədar, filtrasiya prosesinin stabilliyini qorumaq üçün təmizlənməyə daxil
olan havanın temperaturunun və rütubətinin sabit qalmasını təmin etmək zəruridir.
Bəzi məkanlar verici-sorucu ventilyasiya sisteminin tərkibində, havanın zərərsizləşdirilməsi
üçün yüksək effektiv filtrlərdən istifadə etməklə, havanın çoxpilləli filtrasiyasını tələb edir.
Filtrlərin xidmət müddətini uzatmaq və belə məkanların təmizliyini etibarlı şəkildə qorumaq
üçün havanın 2 və ya 3 pilləli filtrasiyasından istifadə olunur (məsələn, G4, F9, H11 – sinif
filtrləri ilə).
Qurğunun fəaliyyətinin effektivliyinə müntəzəm nəzarət etmək və təyin edilmiş vaxtlarda
filtrləri dəyişdirmək vacibdir.
2.
Yüksək effektiv hava filtrləri (resirkulyator hava təmizləyicilərdə) mexaniki ventilyasiya
qurğularının quraşdırılması üçün əlverişli şərait olmayan qapalı məkanlarda havanın alternativ
təmizlənmə üsulu kimi istifadə oluna bilər.
Havatəmizləyicilər otaq havasının sorulmasını, eləcə də, HEPA filtrasiya, kataliz, UB
bakteriosid şüalanma və s. hesabına onun infeksion aerozollardan təmizlənməsini və havanın
yenidən otağa verilməsini təmin edir.
Lazımi nəzarət olmadıqda və vaxtında qulluq edilmədikdə hava təmizləyicilər özləri havanın
infeksiyalaşmasına səbəb ola bilər.
Vərəmin nozokomial transmissiyasını azaltmaq məqsədilə bu qurğulardan istifadəyə dair
məsələlərin həllində aşağıdakıları nəzərə almaq lazımdır:
•
Yüksək maliyyə;
•
Qısa təsir radiusu, buna görə hava təmizləyicilər infeksion aerozol mənbələrinin
yaxınlığında quraşdırılmalıdır;
•
Tərkib hissələrinin dəyişilməsi və baxımına dair, çox zaman bahalı olan, nizamlı işlərin
müntəzəm şəkildə aparılma
zərurəti;
•
Bir sıra sınanmış qurğuların istifadəsinin ilk aylarında, hətta onların nizamlı baxımı
aparıldıqda belə, effektinin əhəmiyyətli dərəcədə azalması;
•
Elektrik və elektromaqnit sahələrindən istifadə edən hava təmizləyicilərinin işi zamanı
məkanlarda ozonun konsentrasiyasının artma ehtimalı.
Ultrabənövşəyi bakteriosid cihazların tətbiqi
UB şüalandırıcılar mikroorqanizmlərə təsirinə görə fotobioloji təsirli qurğulara aid edilir.
Dalğa uzunluğu 200 – 300 nm olan ultrabənövşəyi bakteriosid şüa müəyyən şərtlərdə
mikroorqanizmlərin məhvinə (inaktivasiyasına) gətirib çıxarır. UB şüalanma bakteriyalar,
viruslar, göbələklər və mikroorqanizmlərin sporları daxil olmaqla, bəzi mikroorqanizmlərə
münasibətdə, geniş spektrli antimikrob təsirə malikdir. UB şüalanmanın maksimum bakteriosid
təsiri 254 nm dalğa uzunluğundadır.
UB şüalandırıcının əsas təyinatı mikroorqanizmlərə bakteriosid ultrabənövşəyi şüalanma
yolu ilə təsir edərək səthlərin və havanın mikroorqanizmlərlə çirklənməsini azaltmaqdır.
UB zərərsizləşdirmə metodunun öz çatışmayan cəhətləri və məhdudiyyətləri var. Əsas
problemlər tibb işçiləri və xəstələrdə yaranan xoşagəlməz reaksiyalardır (məs., selikli qişaların
kəskin və xroniki dəyişiklikləri, gözlərin zədələnməsi), bunlar bakteriosid lampaların montaj və
texniki baxım qaydalarının pozulması zamanı baş verir.
Bununla bərabər, UB bakteriosid cihazların nəzarət vasitələrindən (UB-radiometr) istifadə
etməklə düzgün tətbiqi onların təsirini daha effektiv edir. Belə lampaların istifadəsinə ehtiyac