Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə124/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   120   121   122   123   124   125   126   127   ...   137

271 
 
Otaqda pəncərələrin ümumi açılma sahəsi həmin otağın döşəməsinin sahəsinin 20%-dən az 
olmamalıdır.  
2.
 
Vertikal  (kanal)  ventilyasiya  –  bu  havanın  binanın  daxili  və  xaricindəki  temperatur 
fərqinə  görə  hərəkətidir.  Havanın  hərəkəti  binanın  inşaat  konstruksiyasında  nəzərdə  tutulmuş 
xüsusi kanallar və ya qoşulmuş havaötürücülər vasitəsilə həyata keçirilir.  
İlin soyuq aylarında otaqda isti hava olur və bu hava bayırdakı havaya nisbətən yüngül olur. 
İsti  hava  vertikal  kanallarla  yuxarı  qalxaraq  xaricə  çıxır.  Xaric  edilən  havanın  miqdarı  xarici 
mühitin temperaturu aşağı düşdükcə artır, ilin isti aylarında isə azalır. Bu zaman vertikal kanallar 
havaverici kimi işləməyə başlayır.  
Vertikal  ventilyasiya  üçün  “geriyə  çəkilmə”  anlayışı  xarakterikdir,  bu,  zəif  cazibə  qüvvəsi 
zamanı (məs., isti küləkli havada) küləyin şaxtanın ağzına üfürülməsi nəticəsində baş verir.  
Hətta,  yaxşı  təbii  ventilyasiya  zamanı  bütün  bu  ətraf  mühitə  nəzarət  tədbirləri  infeksiyanın 
yayılma riski yüksək olan otaqlarda infeksion aerozolun konsentrasiyasını azatlmaq üçün kifayət 
etmir.  
ÜST-ün  “Tibb  müəssisələrində  infeksion  nəzarət  üçün  təbii  ventilyasiya”  rəhbərliyinə 
(Cenevrə,  avqust  2009-cu  il)  müvafiq  olaraq  qarışıq  ventilyasiyadan,  yəni,  eyni  zamanda  həm 
təbii, həm də mexaniki ventilyasiyadan istifadə etmək tövsiyə olunur.  
               
Mexaniki ventilyasiya 
Bu  xəstələrin  olduğu  zonalarda  infeksion  aerozolun  konsentrasiyasını  azaltmaq  və  onu 
kənarlaşdırmaq  məqsədilə  elektrik  mühərrikli  ventilyatorun  işi  hesabına  havanın  müəyyən 
istiqamətdə hərəkətidir.  
Vərəm  əleyhinə  müəssisələrdə  mexaniki  ventilyasiya  sistemləri  hava  mühiti  üçün  optimal 
parametrlərin  yaradılması  və  personalın,  eləcə  də,  xəstələrin  xəstəxanadaxili  infeksiyadan 
müdafiəsi üçün nəzərdə tutulur.  
Təbii  ventilyasiya  ilə  müqayisədə,  mexaniki  ventilyasiya  sistemləri  konstruksiya  cəhətdən 
daha mürəkkəb olub, böyük maliyyə və istismar xərcləri tələb edir.  
Mexaniki ventilyasiyanın klassifikasiyası:  
Təyinat üzrə: havaverici və sorucu:                                                                       
1.
 
Verici sistemlər xaric edilən havanın yerinə otağa təmiz havanın verilməsinə xidmət edir. 
Ehtiyac  olduqda,  verilən  hava  xüsusi  işlənməyə  (təmizlənmə,  isidilmə,  soyudulma  və 
nəmləndirmə) məruz qalır.  
2.
 
Sorucu ventilyasiya otaqdan çirkli havanı çıxardır.  
İşləmə yerinə görə: yerli və ümumi ventilyasiya.  
1.
 
Yerli ventilyasiya  
Vərəm  əleyhinə  müəssislər  üçün  yerli  sorucu  ventilyasiya  nəzərdə  tutulur  –  bu  infeksion 
aerozollu müəyyən yerlərdən havanın çıxarılmasıdır. 
Sorucu çətirlər, sorucu şkaflar, bəlğəm  yığımı üçün kabinlər  yerli mexaniki ventilyasiyaya 
misaldır: 
                                            
      


272 
 
                                            
      
 
Şəkil 1  
Şəkil 2 
Sorucu çətirlər                Sorucu şkaf  
         
                                                   
     
 
 
 
 
       Şəkil 3 
     
 
 
 
 
 
Bəlğəm yığımı üçün kabin 
     Bu vasitələr aşağıdakı tələblərə cavab verməlidirlər:  
-
 
Zərərli ifrazatlar olan yerləri mümkün qədər tam örtməli və ya oraya maksimum dərəcədə 
yaxınlaşdırılmalıdır; 
-
 
Çıxarılan  hava  küçəyə  təhlükəsiz  yolla  atılmalıdır  (açıq  pəncərələr,  insanların  toplaşdığı 
yerlər və havaverici sistemlərin havayığımı yerindən uzaq) 
2.
 
Ümumi  ventilyasiya  
 
 
 
  Şəkil 4. Palatada oxlu pəncərə ventilyatoru 
 
 
Ümumi  ventilyasiya  otaqların  bütün  həcmi  üçün 
nəzərdə tutulur.  
Məhdud  vəsaitli  müəssisələrin  əksəriyyətində 
istiqamətlənmiş  hava  axını  yaratmağın  ən  sadə  və  ucuz 
üsulu  –  oxlu  pəncərə  ventilyatorlarının  tətbiqidir.  “Çirkli”  otaqlarda  bu  ventilyatorlar  otaqdan 
havanın çıxarılmasını, “təmizlərdə” isə - havanın daxil olmasını təmin etməlidirlər.  
Pəncərə  ventilyatorlarının  işi  zamanı  qısa  dövriyyənin  qarşısını  almaq  və  havanın  bütün 
otağı dövr etməsini təmin etmək üçün onların quraşdırıldığı pəncərələr bağlı olmalıdır.  


273 
 
Ən effektiv ventilyasiya havanın həm verilməsi, həm də sorulması ilə gedən ventilyasiyadır. 
Çünki,  istiqamətlənmiş  hava  axınının  yaradılması  üçün  havanı  otaqdan  təkcə  çıxarmaq  deyil, 
eləcə də, onu otağa fəal şəkildə daxil etmək lazımdır.  
Ventilyasiya  olunan  otaqdakı  hava  axınının  istiqamətinə  külək  təsir  etməsin  deyə,  bütün 
qapı və pəncərələr qapalı vəziyyətdə olmalıdır.  
Vərəm əleyhinə müəssisələrdə ventilyasiyanın aşağıdakı xüsusiyyətləri var:  

 
Ventilyasiya  sistemlərinin  layihələndirilməsində  və  istifadəsində  hava  kütləsinin  “çirkli” 
zonadan “təmiz” zonaya axını istisna olunmalıdır; 

 
Sərbəst  ventilyasiya  sistemləri  cərrahiyyə,  reanimasiya  otaqları,  rentgen  kabinetlər, 
laboratoriyalar, sanitar qovşaqlar üçün nəzərdə tutulur

 
Havaverici  –  sorucu  ventilyasiyanın  ümumi  sistemləri,  A  təmizlik  sinfindən  olan  otaqlar 
istisna  olmaqla,  bir  və  ya  bir  neçə  struktur  bölməsinə  aid  olan  otaqlar  qrupu  üçün  istifadəyə 
buraxılır; 

 
Xəstələrin palatasında, eləcə də, infeksion aerozollu digər zonalarda təzyiqin  yaradılması 
üçün sorulan hava miqdarı verilən hava miqdarından ən azı 20 % üstün olmalıdır; 

 
Yüksək risk şöbələrində (ÇDD – BK(+), BK (+)) sorucu ventilyasiyanı hər palatada, verici 
ventilyasiyanı isə dəhlizdə quraşdırmaq olar; 

 
Bütün  otaqlarda  hava  yuxarı  zonaya  verilir.  Havanın  çıxarılması  yuxarı  zonada  aparılır. 
Cərrahiyyə,  narkoz,  reanimasiya,  rentgen  müayinə  otaqlarında,  fərqli  olaraq,  hava  2  zonadan 
çıxarılır: 40 % yuxarı zonadan və 60% aşağı zonadan (döşəmədən 60 sm hündürlükdə); 

 
Verici  və  sorucu  şəbəkələr  durğunluq  zonaları  yaranmasın  deyə,  otaqda  bir-birindən 
maksimum uzaqlaşdırılmalıdır;  

 
Yüksək  risk  şöbələrində  sorucu  ventilyasiya  sistemləri  havanı  zərərsizləşdirmə  qurğuları 
ilə və ya incə təmizləmə filtrləri ilə təchiz olunur; 

 
Ventilyasiya sistemələri üçün xarici hava yığımı yer səthindən ən azı 2 metr hündürlükdə 
aparılır; 

 
İşlənmiş  hava  damdan  0.7  metr  hündürlükdə  atılmalıdır.  Əgər  havanın  yüksək  effektiv 
filtrlərlə təmizlənməsi nəzərdə tutulubsa, tullantının hündürə qaldırılmadan atılması mümkündür; 

 
Kərpic  tikilidə  ventilyasiya  kanallarından  istifadəyə  yol  verilmir.  Bütün  ventilyasiya 
sistemləri “SPİRO” standartlı spiral – sarmalı havaötürücülərə müvafiq olan ikinci sinif hermetik 
(P sıxlıq sinfi) havaötürücülərdən hazırlanır. Avroşina üzərində hermetik birləşdirilən düzbucaqlı 
hava ötürücülərinin istifadəsi mümkündür

 
Havalandırma  -  verilən  havanın  mərkəzi  kondisionerin  soyutma  seksiyasında  düzaxma 
sxemi ilə soyudulması hesabına təmin edilir. Split tipli kondisionerlərin quraşdırılması kondensat 
yığan altlıqlar üzündən təhlükəli ola bilər. Belə ki, bu altlıqlarda mikrofloranın çoxalma ehtimalı 
var. Administrativ və yardımçı otaqlarda, həkimlərin kabinetlərində əlverişli və rahat temperatur 
şəraiti yaratmaq məqsədilə split sistemlərinin tətbiqi, istilik mübadiləsi kamerası və filtrlərin üç 
ayda bir dəfədən az olmayaraq təmizlənməsi və dezinfeksiyası şərtilə mümkündür. 
Havaverici  qurğuların  avtomatik  idarə  sistemi  verilən  havanın  təyin  edilmiş  temperatura 
uyğunlaşdırılmasını, kaloriferin donmadan mühafizəsini, eləcə də, hava klapanlarının avtomatik 
açılıb-qapanmasını  təmin  etməlidir.  Filtrlərin  çirklənməsinə  nəzarət  üçün  quraşdırılmış 
differensial manometrlərin idarə qovşağında siqnal lampasına çıxışı olmalıdır.  
Ventilyasiya  sistemləri  istismar  xarakteristikasına  uyğun  olub-olmamasına  görə  müntəzəm 
şəkildə  yoxlanılmalıdır.  Bu  qiymətləndirmənin  sadə  üsulu  tüstüdən  (tüstü  borucuqları,  ətirli 
çubuqlar),  eləcə  də,  xüsusi  vaneometr  (havanın  hərəkət  istiqamətinin  təyini  üçün)  və  aneometr 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə