21
Diaskintestin və Mantu sınaqlarında istifadə olunan preparatların tərkib hissələrinin fərqli
olduğundan bu sınaqlar vərəm infeksiyası ilə əlaqədar iki fərqli aspekti müəyyən edir:
Müsbət Mantu sınağı tuberkulinin pasiyentin orqanizmi üçün tanış olduğunu müəyyən edir,
bu da öz növbəsində pasiyentin vərəm infeksiyası ilə təmasda olmasını, yenicə KJB peyvəndi
aldığını, və ya qeyri patogen mukobakteriyalarla yoluxmasını göstərir ki, bu hallar zamanı
spesifik müalicəyə ehtiyac yoxdur. Qeyd olunan son iki hal “yanlış müsbət” adlanır.
Mantu sınağından fərqli olaraq Diaskintest pasiyentin orqanizmində patogen vərəm
törədicilərinin aktiv çoxalma prosesində ifraz etdikləri zülalı müəyyən edir və müvafiq müsbət
reaksiya əldə olunur.
Bir qədər dəqiq desək: Diaskintest pasiyentin vərəmə yoluxduğunu və ya artıq vərəm xəstəsi
olduğunu daha dəqiq müəyyən edir.
Diaskintestin KJB peyvəndi ilə əlaqədar ləng tipli hiperhəssaslıq yaratmadığını nəzərə
alaraq, xəstədə eyni zamanda hər iki saiddə Mantu sınağını və diaskintesti də aparmaq
mümkündür (və ya daha sonra). Sınaqlar arası intervalın əhəmiyyəti yoxdur, belə ki, hər iki
müayinə dəri sınağıdır, peyvənd deyil. Bununla yanaşı, əgər Mantu sınağının nəticələrinə əsasən
viraj təyin edilirsə, diaskintestin mənfi nəticəsi bu diaqnozu inkar etmir. Bu halda mənfi test
nəticəsi xaricdən daxil olmuş patogen agentə qarşı orqanizmin fəal və uğurlu mübarizə
apardığını və xüsusi müalicəyə ehtiyacın olmadığını bildirir. Mütbət test izoniazidlə profilaktik
müalicəyə başlamaq üçün göstərişdir.
Üstünlükləri
Mantu sınağı ilə müqayisədə Diaskintestinin üstünlükləri:
Dəqiq nəticə əldə etməyə imkan verir və KJB peyvədi almış və ya qeyri-patogen
mikobakterilarla yoluxmuş xəstələrdə müşahidə olunan yanlış müsbət sınaq nəticələrini
fərqləndirməyə imkan verir.
Yüksək həssaslığa malikdir: vərəm xəstələri, vərəmlə yoluxmuş və yaxın müddətdə
vərəmlə xəstələnə biləcək şəxslərdə diaskintest müsbət nəticə verir. Diaskintestin həssaslığı bu
hallarda 90%, Mantu sınağının həssaslığı isə 50 – 70% -dir.
Vərəm əleyhinə müalicənin effektivliyini qiymətləndirməyə imkan verir: vərəm
infeksiyasından sonra sağalmış şəxslərdə diaskintestin nəticələri mənfidir.
Diaskintesti aparılması üçün maddələr gen modifikasiyasına uğramış bağırsaq çöpündən
alındığından xəstədə vərəm infeksiyasının yaranması mümkün deyil.
Beləliklə, bu test-sistemindən latent vərəmin aşkar edilməsi üçün digər müayinə üsulları ilə
birgə istifadə tövsiyə edilib:
-
müsbət Mantu sınağından sonra, əlavə olaraq, həkim-ftiziatr müayinəsi üçün yönəldilmiş
uşaqların
skrinini məqsədilə;
-
kontakt qruplarının
müayinəsində;
-
miqrantların müayinəsində;
-
tibb işçilərinin vərəmə dair skrininqi zamanı istifadə oluna bilər.
22
VƏRƏMİN DİAQNOSTİKASINDA BAKTERİOLOJİ DİAQNOSTİKA ÜSULLARI
Vərəmin törədicisinin xüsusiyyətləri
Vərəm xəstəliyi üç növ mikobakteriya-təqribən 90% hallarda Mycobacterium tuberculosis,
5% hallarda Micobacterium bovis, 5% hallarda isə Mycobacterium africanum ilə törədilir.
Vərəmin törədiciləri –
Mycobacterium tuberculosis Mycobacteriaceae fəsiləsinə
aid
olub
1882-ci ildə R.Kox tərəfindən kəşf edilmişdir. O, çöpvari bakteriyalara aiddir. Onun uzunluğu
0,4-5,5 mkm, eni isə 0,2-0,5 mkm-dir. Obliqat aerobdur. Qram usulu ilə boyadıqda çox zəif
Qram
müsbətdir.
Hüceyrə
divarında çoxlu miqdarda peptidoqlikan-arabinoqalaktan
kompleksindən ibarət çoxlu miqdarda lipidlərin və mumların olması ilə əlaqədar olaraq o,
turşuya və spirtə davamlıdır. Buna görə də mikobakteriyalar anilin boyaları ilə yaxşı boyanmır.
Buna görə də Mikobakteriyalar Sil-Nilson üsulu ilə boyanır. Bu üsulla boyadıqda
mikobakteriyalar mavi fonda qırmızı rəngdə tək-tək və ya V rəqəmini xatırladan bir neçə
hüceyrədən ibarət kiçik yığınlar şəklində yerləşmiş çöp şəklində görünür.
Süni qidalı mühitlərdə çöpvari, eləcə də kokkabənzər və sapşəkilli formalara rast gəlinir.
Eyni kulturda düz, əyilmiş, kolbaşəkilli, eləcə də çox kiçik-bakterial filtrlərdən süzülə bilən Mux
dənələri formasında ola bilər. Müxtəlif amillərin təsirindən həmçinin L-formalara çevrilə bilər.
Hərəkətsizdir,
spor və kapsul əmələ gətirmir, mikrokapsula malikdir.
Vərəm çöplərinin fərqləndirici kultural xassələri onun qidalı mühitlərə tələbkarlığı və
tədricən inkişaf etməsidir. İnkişaf və çoxalma, əsasən, ikiyə bölünmə və ya daha mürəkkəb olan
tumurcaqlanma yolu ilə baş verir. Kulturada yavaş inkişaf etməsinə səbəb M.tuberculosis-in çox
gec, təqribən 18-32 saatdan bir bölünməsidir.
M.tuberculosis pH 5,8-7 olan qidalı mühitlərdə, 37-38˚C-də temperaturda kultuvasiya
edilir. Qliserin onun inkişafını stimullaşdırır, ona görə də qliserinli bulyonda kultivasiya etmək
mümkündür. Hazırda M.tuberculosis-in kultivasiyası üçün bir çox mühitlərdən istifadə edilir.
Yarımsintetik aqarlı mühitlər Middlebrook 7H10 və 7H11, selektiv mühitlərdən Levenşteyn-
Yensen, Finn-II, Kuddon və Aqava mühitləri vərəm çöpləri üçün yaxşı qidalı mühitlərdir.
Maye qidalı mühitdə vərəm çöpləri çox tez, 5-7 gündən sonra krem rəngli ərp kimi bitir, bu
ərp altında qidalı mühit şəffaf qalır və tez də DHT-nin aparılması mümkündür. Ancaq belə
mühitlərdə kontaminasiya daha çox olur.
Bərk qidalı mühitdə M.tuberculosis R – və S – koloniyalar əmələ gətirir. R-koloniyalar 15-
20 gündən sonra mərkəzi qabarmış gül kələmini xatırladan, krem rəngli quru ərp şəklindədir.
M.tuberculosis zəif biokimyəvi fəallığa malikdir. Onun tərkibində aminotransferaza,
esteraza, treqallaza və amilaza tipli fermentlər aşkar olunmuşdur. Katalaza və peroksidaza
fermentləri xüsusi maraq doğurur. Belə ki, M.tuberculosis-in virulentliyi və izonikotin
turşusunun hidrazidləri qrupundan olan dərman preparatlarına (izoniazidə) qarşı davamlılığı bu
fermentlərlə (KatG geninin fəaliyyəti ilə) əlaqədardır. Vərəm törədicilərinin izoniazidə həssas
ştammları yüksək, izoniazidə davamlı ştamlar isə zəif katalaza və peroksidaza fəallığına malik
olurlar. Vərəm törədicilərində katalaza termolabil olmaqla 60˚C temperaturda 30 dəq.
müddətində inaktivləşir. Lakin şərti-patogen və saprofit mikobakteriyalarda bu ferment
termostabildir.