Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə127/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   123   124   125   126   127   128   129   130   ...   137

278 
 
Bakteriosid qurğu yerləşdiriləcək məkanın hündürlüyü 3 m-dən az olmamalıdır.  
A qrupundan olan məkanlarda havanı zərərsizləşdirmək üçün buradakı insanları şüalanmaya 
məruz  qoymayan  qapalı  tipli  UB  bakteriosid  qurğulardan  və  ya  ekranlaşdırılmış 
şüalandırıcılardan istifadə etmək lazımdır.  
B  qrupundan  olan  məkanlarda  havanı  açıq  və  kombinə  olunmuş  şüalandırıcılı  UB 
bakteriosid qurğularla zərərsizləşdirmək olar.  
Bakteriosid  qurğular  yerləşdirilən  bütün  sahələr  verici-sorucu  ümumi  mübadilə 
ventilyasiyası  ilə  təchiz  olunmalıdır  və  ya  pəncərələr  hesabına  intensiv  havalandırma  üçün  15 
dəq-dən çox çəkməyən, birdəfəlik hava mübadiləsini təmin edən əlverişli şəraitə malik olmalıdır.  
Müasir  UB  lampaların  şüa  spektrinin  ozon  əmələgətirən  hissəsini  buraxmayan  uveol 
şüşəsindən  hazırlanmasına  baxmayaraq,  ozon  əmələgətirən  keyfiyyətsiz  lampalara  da  təsadüf 
olunur.  Ona  görə  də,  otaqda  ozon  iyi  hiss  edildikdə,  bakteriosid  şüalandırıcıları  söndürmək  və 
havada  ozonun  konsentrasiyasını  yoxlamaq  lazımdır.  Ozonun  konsentrasiyası  aşağıdakı  kimi 
qiymətləndirilir:  

 
A  qrupundan  olan  məkanlarda  –  ozonun  miqdarı  0.3  mq/m

–dən  çox  olmamalıdır 
(atmosfer havası üçün ozonun YVH – yol verilən həddi); 

 
    B qrup məkanlarda  –  0.1 mq/m

–dən çox olmamalıdır (işçi zona havasında ozonun 
YVH) 
Ozonun  konsentrasiyası  yuxarıdakı  normaları  keçdikdə,  onun  mənbəyini  təyin  etmək  – 
keyfiyyətsiz lampaları aşkar etmək və onları ozonsuzlarla əvəz etmək lazımdır.  
Açıq  şüalandırıcıya  malik  bakteriosid  cihazlarla  təchiz  olunmuş  otaqlarda  divarlar  və 
tavanlar UB şüalanmaya davamlı materialdan olmalıdır.  
Otağı  işə  hazırlayarkən,  bakteriosid  cihazın  fasiləsiz  işi  zamanı  havanın  effektiv 
şüalanmasının davamiyyəti qapalı şüalandırıcılar üçün 1 saat, açıq və kombinə olunmuşlar üçün 
isə 30 dəq-yə qədər olmalıdır.  
UB  bakteriosid  şüalandırıcıların  istismarı  pasportda  və  istismar  üzrə  təlimatda  göstərilən 
tələblərə ciddi şəkildə əməl edərək aparılmalıdır.  
Bakteriosid cihazların istismarı təlimatlandırılmış personala həvalə edilir.  
Şüalandırıcıların  şüa  əks  etdirən  səthini  və  lampanın  kolbasını  müntəzəm  olaraq  tozdan 
təmizləmək lazımdır. Bu prosedura hər ay,  bakteriosid cihazı  mütləq şəbəkədən xaric etdikdən 
sonra, hər lampaya 1-2 q hesabından 70 % -li etil spirti ilə aparılmalıdır. Bu məqsədlə su, sabun 
məhlulları  və  ya  digər  yuyucu  məhlulların  istifadəsi  yol  verilməzdir.  Çünki,  bundan  sonra 
lampanın  üzərində UB şüalanmanın  gücünü 20  – 30 % azaltmağa qadir olan və nəticədə onun 
effektivliyinə neqativ təsir edən mikroskopik pərdə əmələ gəlir.  
Zəmanət  müddətini  başa  vuran  bakteriosid  lampalar  yeniləri  ilə  əvəz  olunmalıdır.  UB 
radiometrin tətbiqi ilə aparılan müntəzəm nəzarət onların istifadə müddətini uzatmağa və bunun 
hesabına kifayət qədər vəsaitə qənaət etməyə imkan verir. UB bakteriosid lampanın vəziyyətini 
qiymətləndirmək  üçün  lampadan  1  metr  aralıda  şüalanmanın  səviyyəsi  ölçülür.  Şüalanma 
səviyyəsi 10 mkVt/sm
2
-dan aşağı olduqda lampanı dəyişdirmək lazımdır. 
UB  radiometr  olmadıqda,  lampanı  müəyyən  vaxt  işlədikdən  sonra  (hər  lampa  tipi  üçün 
pasportda göstərilmişdir) yenisi ilə əvəz edirlər.  
Otaqda  xarakter  ozon  iyi  aşkar  etdikdə  dərhal  bakteriosid  cihaz  şəbəkədən  ayrılmalı, 
insanlar  otaqdan  çıxarılmalı,  ozon  iyi  itənədək  otağı  havalandırmaq  üçün  ventilyasiya  işə 
salınmalı  və  ya  pəncərələr  açılmalıdır.  Sonra  bakteriosid  cihazı  yenidən  qoşmaq  və  1  saat 
fasiləsiz  işdən  sonra  (pəncərələr  bağlı  ikən  və  ventilyasiya  işə  salınmışkən)  havada  ozonun 


279 
 
konsentrasiyasını  təyin  etmək  lazımdır.  Bu  məqsədlə,  ozon  qaz  analizatoru  tətbiq  edilir.  Əgər 
ozonun  konsertrasiyasının  YVH-i  aşdığı  aşkar  olunarsa,  o  zaman  bakteriosid  cihazın  işi 
dayandırılmalı, ozon buraxan lampalar aşkar edilməli və yeniləri ilə əvəz olunmalıdır.  
Açıq  şüalandırıcıların  elektrik  şəbəkəsinə  qoşulması  və  ayrılması  otağın  xaricində,  giriş 
qapısının  yanında  yerləşmiş  xüsusi  elektrik  açarları  vasitəsilə  həyata  keçirilməlidir.  Bu  açarlar 
qapının  üzərindəki  “Giriş  qadağandır!  Təhlükəlidir!  UB  şüalanma  ilə  zərərsizləşdirmə  gedir!” 
işıqlı tablosu ilə blok şəklində quraşdırılır.  
Personalın  UB  şüa  ilə  təsadüfi  şüalanmasının  qarşısını  almaq  məqsədilə,  açıq 
şüalandırıcılarda  qapı  açılarkən  şəbəkə  cərəyanını  bloka  salan  cihazın  quraşdırılması  məsləhət 
görülür (layihənin elektrotexniki bölməsi tərəfindən həyata keçirilir). 
Qapalı şüalandırıcılar üçün elektrik açarları lazımi, istənilən əlverişli yerdə yerləşdirilir. Hər 
açarın üzərində “Bakteriosid şüalandırıcı” yazısı olmalıdır. 
Açıq  şüalandırıcılar  olan  otaqda  iş  zamanı  gözləri  və  üzü  UB  şüalanmadan  tam  mühafizə 
edən üz maskaları, eynək və əlcəklərdən istifadə etmək zəruridir.  
Bakteriosid  şüalandırıcının  lampasının  tamlığı  pozulduqda  və  civənin  otağa  xaric  olması 
zamanı  ixtisaslaşmış  təşkilatın  cəlb  edilməsi  ilə  otağın  əsaslı  demerkurizasiyası  aparılmalıdır. 
Hava verici-sorucu ventilyasiyanın çıxış kamerasında yerləşmiş istənilən lampanın pozulması və 
ya  yanmaması  zamanı  idarə  pultunda  sıradan  çıxmış  lampanın  dəyişilməsi  və  cihazın  dərhal 
cərəyandan ayrılmasını tələb edən vizual və ya səsli siqnal görünməlidir.  
Xidmət  müddətini  bitirmiş  və  ya  sıradan  çıxmış  bakteriosid  lampalar  ayrıca  otaqda  bağlı 
şəkildə saxlanılmalıdır. Bakteriosid lampanın utilizasiyası təlimata müvafiq olaraq aparılır.  
UB şüalanmanın ölçülməsi və bununla bağlı olan hesablamalar əlavə 2-də verilmişdir.  
 
 
Vərəm əleyhinə müəssisələrin bakterioloji laboratoriyalarında infeksion nəzarət 
 
Bakterioloji laboratoriyalarda ventilyasiyanın təşkili 
Vərəm  əleyhinə  müəssisələrin  yeni  tikilən  və  rekonstruksiya  olunan  laboratoriyalarında 
normativlərə  uyğun  olaraq  yüksək  effektiv  filtrlərlə  təchiz  olunmuş  avtonom  verici-sorucu 
ventilyasiya  cihazı  və  ya  digər  zərərsizləşdirmə  cihazları  olmalıdır.  BL-da  verici-sorucu 
ventilyasiya  sisteminə  vərəm  əleyhinə  müəssisələrdə  hava  mühitinin  kompleks  nəzarət 
sisteminin  bir  hissəsi  kimi  baxmaq  lazımdır.  Lakin  onun  qurulması  binanın  və  otaqların  digər 
ventilyasiya sistemlərindən asılı olmamalıdır.  
Təbii ventilyasiyanın  tətbiqi BL-da  yol  verilməzdir. Belə ki,  bu tip ventilyasiya nəzarətsiz 
hava mübadiləsinə və vərəm infeksiyasının yayılmasına şərait yaradır.  
Verici-sorucu  ventilyasiya  BL-da  havanın  hərəkətini  və  təyin  edilmiş  ətraf  mühit 
parametrlərini:  temperatur,  rütubət,  təmizlik  dərəcəsini  təmin  etməlidir.  Bu  tip  ventilyasiya  ilə 
xarici  hava  daxilə  axır  və  çirkli  hava  isə  xaric  edilir.  Bu  zaman  girişdə  havanın  tozdan 
təmizlənməsi üçün filtrlər qurulur. Çirkli zonadan çıxışda isə ətraf mühitin təhlükəsizliyini təmin 
etmək  üçün,  xaric  edilən  havanı  zərərsizləşdirmək  məqsədilə,  filtrlər  sistemi  və  cihaz 
yerləşdirilir. Belə ventilyasiya sistemləri normal hava mübadiləsini təmin etməlidir. 
Verici-sorucu  ventilyasiyanı  layihələndirməzdən  öncə  laboratoriya  sahəsini  dəqiq  zonalara 
ayırmaq lazımdır:  
PBA  (patogen  bioloji  agentlər)  ilə  iş  zonası-yoluxucu  zona-infeksiyalı  materiallarla 
manipulyasiyalar  aparılan  sahələr  və  “təmiz”  zona-infeksiyalı  materiallar  bu  zonaya 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə