VeriLƏNLƏr bazalari ümumi məlumat


İstifadə edilmənin xarakterinə görə VBİS-lərin təsnifatı



Yüklə 292,45 Kb.
səhifə41/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathLav vsait

4.2. İstifadə edilmənin xarakterinə görə VBİS-lərin təsnifatı

İstifadə edilmənin xarakterinə görə VBİS-ləri 2 sinfə bölürlər: 1) fərdi VBİS-lər; 2) çoxistifadəçili VBİS-lər.

1. Fərdi VBİS-lər adətən fərdi VB-nin və onunla işləmək üçün tətbiqi proqramların yaradılması üçün istifadə edilir. Fərdi VBİS-lərdən və ya onların vasitəsilə hazırlanan tətbiqi proqramlardan çoxistifadəçili VBİS-lərin kliyent hissələrində geniş istifadə olunur. Fərdi VBİS-lərə misal olaraq VİSUAL FOXPRO, ACCESS, PARADOX və s. sistemləri göstərmək olar.

2. Çoxistifadəçili VBİS-lər VB serverindən və kliyent hissəsindən ibarət olub, həmcins olmayan hesablama mühitində, yəni müxtəlif tipli kompüterlərdə və əməliyyat sistemlərində işləyə bilirlər. Odur ki, çoxistifadəçili VBİS-in əsasında kliyent-server texnologiyası ilə fəaliyyət göstərən informasiya sistemini yaratmaq olar. Çoxistifadəçili VBİS-in universallığı və fəaliyyət dairəsinin genişliyi onun qiymətinin yüksək olmasında və tələb olunan kompüter resurslarının çoxluğunda özünü göstərir. Odur ki, tanınmış çoxistifadəçili VBİS-lərin sayı cox deyil. Bu cür VBİS-lərə misal olaraq ORACLE və İNFORMİX sistemlərini göstərmək olar.




Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə