VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənlərin modelinə görə VBİS-lərin təsnifatı



Yüklə 292,45 Kb.
səhifə42/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathLav vsait

4.3. Verilənlərin modelinə görə VBİS-lərin təsnifatı

Verilənlərin təsviri üçün istifadə olunan modelin tipinə görə VBİS-ləri aşağıdakı qruplara ayırmaq olar: iyerarxik, şəbəkə, relasiya, obyekt-relasiya, obyekt-yönlü və s.

İyerarxik və şəbəkə modelli sistemlər 1-ci nəsil VBİS-lər hesab olunur. Əsasən böyük hesablama maşınları (mainframe) üçün qurulan bu sistemlər qapalı olub, əlverişli interfeysə malik deyildirlər və proqram təminatı mobil xarakter daşımırdı. Müasir relasiya modelli VBİS-lərlə müqayisədə bu sistemlərin əsas çatışmayan cəhətləri aşağıdakılardır:


Bütün bu çatışmamazlıqlarla yanaşı, 1-ci nəsil VBİS-lərdə aşağı səviyyədə xarici yaddaşda verilənlərin idarə edilməsi üçün güclü vasitələr və əl üsulu ilə səmərəli tətbiqi proqramlar qurulması imkanı var idi.

1-ci nəsil iyerarxik modelli VBİS-lərə misal olaraq 1970-1990-cı illərdə geniş tətbiq olunan İMS sistemini və onun əsasında yaradılmış OKA sistemini göstərmək olar. Şəbəkə modelli VBİS-lərə misal olaraq İDS, TOTAL, ADABAS, CRT, CETOP sistemlərini göstərmək olar.

Relasiya modelli sistemlər VBİS-in təkamülündə 2-ci mərhələ L.Koddun təklif etdiyi relasiya modelinin verilənlərin təsviri və idarəedilməsi üçün tətbiqini əhatə edir. Relasiya modelinin və onu reallaşdıran VBİS-lərin meydana gəlməsi VB-nin yaradılmasında mütərəqqi addım oldu.

Relasiya modelində nisbət adlanan ikiölçülü cədvəllər şəklində təsvir olunan verilənlər arasındakı qarşılıqlı əlaqələr açar mexanizmi ilə asanlıqla reallaşdırılır. Riyazi çoxluqlar kimi nisbətlər üzərində çoxluq əməliyyatlarının aparılması imkanı relasiya modelli müasir VBİS-lərin hamısında nəzərə alınır. Bununla da istifadəçinin sorğusunda tələb olunan seçimi asanlıqla yerinə yetirmək mümkün olur.

Relasiya modelli VBİS-də relasiya prinsiplərinin reallaşdırılması hazırlıqsız istifadəçilər üçün asan qavranılan və istifadə edilən sadə sorğu dillərinin yaradılmasına imkan verdi. Beləliklə, istifadəçilərin hazırlığına təlabat azaldığından, VB-nin istifadəçilərinin dairəsi xeyli genişləndi.

Relasiya modelli verilənlər bazalarının inkişafının ilkin mərhələsində bir neçə sorğu dili yaradılmışdır. Onlardan ən çox yayılan QBE (Query By Example - nümunəyə görə sorğu), QUEL (Query Lanquage - sorğu dili) və SQL (Structured Query Language - strukturlaşdınlmış sorğu dili) dilləridir.

Hazırda relasiya modelli VBİS-lər geniş tətbiq edilir və onlara müasir informasiya sistemlərinin standart VBİS-i kimi baxmaq olar. Yuxarıda adları çəkilən tam funksional, fərdi və çoxistifadəçili VBİS-lərin hamısı relasiya modelli sistemlərdir.

Obyekt-yönlü sistemlər. Relasiya verilənlər bazalarının sürətli inkişafı, daha mürəkkəb məsələlərin həllinin mümkünlüyü və obyekt-yönlü proqramlaşdırma texnologiyasının inkişafı son illər obyekt-yönlü yanaşmanın verilənlər bazalarına tətbiqinə təkan vermişdir. Obyekt-yönlü yanaşma layihəçi üçün bir sıra üstünlüklərə malikdir. Onlardan əsasları aşağıdakılardır:



  • ümumi sistemi bir neçə müstəqil mahiyyətlərə (obyektlərə) ayırmaq və onların müstəqil spesifıkasiyasını müəyyənləşdirmək;

  • obyekt-yönlü texnologiyanın irsi keçid və polimorfızm mexanizmlərindən istifadə etməklə sistemin fəaliyyətini daha səmərəli təşkil etrmək;

  • tətbiq sahəsinə məxsus real mahiyyətlərin davranışlarını layihələndirmənin ilkin mərhələlərindən başlayaraq izləməyə imkan verən obyekt modelləşdirməsini tətbiq etmək.

Verilənlərin obyekt modeli real həyatın mahiyyətlərinə daha yaxındır. Obyektləri cədvəllərə yerləşdirmədən saxlamaq və istifadə etmək mümkündür. Verilənlərin tipləri layihəçi tərəfindən təyin edilir və əvvəlcədən qəbul olunmuş tiplərlə məhdudlaşdırılmır.

Mürəkkəb obyekti relasiya verilənlər bazasına daxil etmək üçün onun verilənlərini dekompozisiya proseduru vasitəsilə ayırıb, cədvəllərə yerləşdirmək lazımdır.

Relasiya verilənlər bazasından obyektin oxunması zamanı isə o ayrı-ayrı elementlərdən yığılır və bundan sonra istifadə edilməsi üçün yararlı olur. Obyekt-yönlü VBİS-də isə obyektin verilənləri və həmin verilənləri emal edən metodlar bazada birlikdə saxlanır.

Obyekt-yönlü VBİS-dən istifadə edilməsi obyekt-yönlü layihələndirmə ilə yaradılan korporativ informasiya sistemləri üçün daha cəlbedicidir.

Obyekt-yönlü VBİS-lər hələlik çox azdır. Haqqında məlumat olan ilk obyektyönlü sistem JASMİNE sayılır. Bu sistem İnternet/İntranet mühitləri üçün obyekt-yönlü multimedia tətbiqlərinin yaradılmasını dəstəkləyir.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə