Vətəndaşların



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix13.11.2017
ölçüsü0,57 Mb.
#9731
1   ...   15   16   17   18   19   20   21   22   23

3.0.9. ətraf mühitin mühafizəsi

3.0.10. tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; 

3.0.11. silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, 

epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan 

qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə 

yardım göstərilməsi; 

3.0.12. cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan

məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi;  

3.0.13. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan 

digər fəaliyyət sahələri. 

 

Maddə 4. Könüllü fəaliyyətin iştirakçıları  



 

4.1. Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və 

könüllülərdən ibarətdir. 

4.2. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. 

4.3. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə 

yol verilmir. 

4.4. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə 

yol verilmir. 

4.5. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər Azərbaycan 

Respublikasının qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları 

tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq 

tənzimlənir. 

4.6. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni 

nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər.  

4.7. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 

18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının 

əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır. 

 

Maddə 5. Könüllü fəaliyyətin təşkilatçılarının hüquqları   



 

5.0. Könüllü fəaliyyətin təşkilatçıları aşağıdakı hüquqlara malikdir: 

5.0.1. bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata 

keçirilməsinə cəlb etmək; 

5.0.2. bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə 

bağlanmış müqaviləyə xitam vermək; 

5.0.3. könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və 

keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; 

5.0.4. görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq; 

 

62




5.0.5. könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi 

ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq tədbirlər görmək. 

 

Maddə 6. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri 



 

6.0. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri aşağıdakılardır: 

6.0.1. könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə 

bağlamaq; 

6.0.2.könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları 

təlimatlandırmaq; 

6.0.3. könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, 

könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək; 

6.0.4. könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar 

vermək; 


6.0.5. könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli 

olması barədə məlumatlandırmaq; 

6.0.6. könüllünün həyat və sağlamlığını sığorta etmək; 

6.0.7. könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların 

texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək

6.0.8. könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki 

məsələləri həll etmək; 

6.0.9. könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək; 

6.0.10. könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra 

hakimiyyəti orqanına məlumat vermək.  

 

Maddə 7. Könüllülərin hüquqları   



 

7.1. Könüllülərin aşağıdakı hüquqları vardır: 

7.1.1. müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin 

edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin 

normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək; 

7.1.2. könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək; 

7.1.3. könüllü fəaliyyət haqqında informasiya yaymaq; 

7.1.4. könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, 

xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış 

almaq; 


7.1.5. könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin 

hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini 

könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək; 

 

63




7.1.6. könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş 

zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq; 

7.1.7. sığorta olunmaq; 

7.1.8. öz əmlakından istifadəyə görə kompensasiya almaq. 

7.2. Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının 

alınmasına, habelə ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına 

və ya xitam verilməsinə səbəb olmur. 

 

Maddə 8. Könüllülərin vəzifələri 



  

8.0. Könüllünün əsas vəzifələri aşağıdakılardır: 

8.0.1. işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə 

müqavilə bağlamaq; 

8.0.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin 

mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; 

8.0.3. fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək; 

8.0.4. könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında 

məlumat və ya hesabat təqdim etmək; 

8.0.5. könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin 

təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək; 

8.0.6. vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 

8.0.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 

konfidensial informasiyanı gizli saxlamaq. 

  

Maddə 9. Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə 



 

9.1. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında 

yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. 

9.2. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə 

bağlanan müqavilədə aşağıdakılar göstərilir: 

9.2.1. müqavilə bağlayan tərəflər haqqında məlumatlar; 

9.2.2. tərəflərin hüquq və vəzifələri; 

9.2.3. görüləcək işlər və göstəriləcək xidmətlər; 

9.2.4. müqavilənin müddəti; 

9.2.5. tərəflərin məsuliyyəti

9.2.6. müqaviləyə xitam verilməsi qaydası. 

9.3. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə 

bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də 

nəzərdə tutula bilər. 

9.4. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü 

 

64




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə