84
digər təhsil ocaqlarının, tibb, mədəni-maarif idarələrinin, həmçinin şəhərlərin və
yaşayış məntəqələrinin tikintisi və abadlaşdırılması geniş miqyasda həyata
keçirilmişdi.
Nəqliyyatın təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər qazanılmışdı.
Beş il müddətində respublikanın dəmir yollarında xalq təsərrüfatı yüklərinin
daşınması iki dəfədən çox artmışdı.
68
Azərbaycanın avtomobil təsərrüfatı bərpa olunmuşdu. Rayon və şəhərlərdə
yeni avtomobil təsərrüfatları yaradılırdı. 1950-ci ildə avtomobil nəqliyyatının yük
dövriyyəsi 1940-cı ilə nisbətən 3,5 dəfədən çox, ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə sərnişin daşınması isə iki dəfə artdı.
69
Su və hava nəqliyyatı da
inkişaf etməkdə idi.
Yeni müəssisələr yaradıldı. 1950-ci ildə şəhərlərarası teleqraf-telefon
xətlərinin uzunluğu 1945-ci ilə nisbətən 2,2 mln km artdı.
70
Lakin müharibədən sonrakı dövrdə iqtisadi həyatda müvəffəqiyyətlərlə
yanaşı, xeyli mənfi hallar da mövcud idi: planların yerinə yetirilməməsi obyektiv
təhlil əvəzinə "ziyankarlıq" və işi "qəsdən pozmaq kimi" qiymətləndirilirdi.
"Hücumçuluq", "növbədənkənar" işlər geniş miqyas almışdı. Müəssisə
rəhbərlərinin planı yerinə yetirmədiyinə görə cəzalandırılması qorxusu hesabatların
kütləvi surətdə təhrif edilməsinə, rəqəmlərin şişirdilməsinə və hər cür yalanlara
səbəb olurdu.
Müharibədən sonrakı beşillik inkişaf planının əsas vəzifəsi xalq təsərrüfatını
dinc quruculuq məqsədlərinə yönəltmək olduğundan əsas diqqət istehsalın bu
istiqamətdə bərpasına yönəldilirdi. Bununla belə, bir sıra yeni sahələrin inkişaf
etdirilməsi üçün də müəyyən addımlar atılmışdı, lakin bu sahədə fəaliyyətin
miqyası xeyli məhdud olmuşdu. Ona görə də Azərbaycan iqtisadiyyatında uzun
müddət davam edən birtərəfli inkişaf meyli bu dövrdə də qalırdı. Əsasən bütün
Sovet İttifaqının tələbatı ilə inkişaf edən yüksək vəsait tutumlu neft sənayesinə
əvvəlki illərdə olduğu kimi, böyük həcmdə sərmayə qoyulsa da, respublikada
həmin dövrdə neft və qaz hasilatı artmaq əvəzinə xeyli azaldı. Nəticədə
Azərbaycana ayrılan vəsaitin çox hissəsini istifadə edən yanacaq sənayesində
(1950-ci ildə sənaye üzrə əsas istehsal fondlarının 69,1 faizi onun payına
düşürdü)
71
artıma nail olunmadı. Başqa sahələrin inkişafında da əsaslı dönüş
yaranmadı, bir sıra sahələrdə məhsul istehsalı cüzi miqdarda artdı. Hətta mühüm
məhsulun istehsalının həcmi (kükürd turşusu, kirəmit, pəncərə şüşəsi, ipək
xammalı, pambıq parça ipliyi, yun parça və üst trikotaj, bitki yağı, makaron, duz,
qənnadı və s.)
72
müharibədən əvvəlki (1940-cı il) səviyyəsindən aşağı idi. 1950-ci
ildə kənd təsərrüfatının bir sıra göstəriciləri də 1940-cı ilin səviyyəsindən geri
qalırdı. Xüsusən də respublikanın yüksək fayda verən əkinçilik bitkilərinin
(pambıq, taxıl) əkin sahələri və məhsul istehsalının həcmi (taxıl, bostan məhsulları,
85
meyvə və s.) aşağı düşmüş, bir sıra başqa sahələrdə isə artım çox az olmuşdu.
73
Ümumiyyətlə, müharibədən sonrakı xalq təsərrüfatının ilk beşillik planı ölkə, o
cümlədən Azərbaycan iqtisadiyyatının bərpa və inkişaf vəzifəsini nəzərdə tutsa da,
respublikada onların gerçəkləşdirilməsi tam həyata keçirilmədi. Ona görə yenə də
birtərəfli inkişaf əlamətlərini özündə saxlayan Azərbaycan iqtisadiyyatının uzun
illərdən bəri yaratdığı sosial-iqtisadi problemlər məhz bu dövrdən özünü daha
kəskin şəkildə göstərməyə başladı. Respublika ərazisi daxilində məhsuldar
qüvvələrin həmahəng yerləşdirilməsində yaranan uyğunsuzluqlar nəticəsində onun
ayrı-ayrı bölmələri arasında sosial-iqtisadi inkişafın ümumi səviyyəsinə görə
tarixən özünü büruzə verən fərqlər artmaqda davam edirdi. Azərbaycan
sənayesinin əsas sahəsini neft-qaz hasilatı və onunla əlaqədar çoxlu başqa sahə
təşkil etdiyindən və onlar Bakı-Sumqayıt bölgəsində cəmləşdiyindən respublikanın
ümumi sənaye məhsulu istehsalının əsas hissəsi də bu regionun payına düşürdü.
Ərazinin başqa hissələrinin təbii sərvətlərindən və digər imkanlardan kifayət qədər
istifadə edilməməsi nəticəsində onların əksəriyyətində sənaye məhsulları
istehsalının həcmi xeyli aşağı səviyyədə idi. Kənd təsərrüfatının lazımi dərəcədə
inkişaf etməməsi, buna əsasən həm də emal sənayesinin xeyli zəif inkişafı əksər
regionların sosial-iqtisadi yüksəlişini məhdudlaşdırırdı. Nəticədə əhalinin yüksək
təbii artımı baş verən ərazilərdən Bakı-Sumqayıt bölgəsinə kütləvi və daimi axın
prosesi baş verirdi ki, bu da bütövlükdə respublikada ciddi sosial-iqtisadi
problemlərin yaranmasına səbəb olurdu.
50-60-cı illərin iqtisadi inkiĢaf problemləri. Respublikanın iqtisadiyyatını
daha da inkişaf etdirmək vəzifələri xalq təsərrüfatının V-VIII beşillik planlarında,
habelə yeddiillik (1959-1965-ci illər) planda müəyyən edilmişdi.
Azərbaycan SSR-də neft və təbii qazın hasilatı, neft emalı, maşınqayırma,
elektrik enerjisi istehsalı xeyli artmalı, neft kimyası, kimya, elektrotexnika, filiz-
mədən sənayesi, qara və əlvan metallurgiya sənayesinin yaradılması və inkişafı
sürətləndirilməli, xalq istehlakı malları istehsal edən sənaye sahələri
genişləndirilməli idi.
Kənd təsərrüfatı bitkilərinin, xüsusilə pambığın məhsuldarlığını yüksəltmək,
ictimai mal-qaranın sayını artırmaqla yanaşı, onun məhsuldarlığını xeyli
qaldırmaq, əkinçiliyin və maldarlığın ümumi və əmtəə məhsulunu çoxaltmaq,
irriqasiya tikintisini genişləndirmək kimi ciddi vəzifələr dururdu.
50-ci illər Azərbaycan üçün sənaye istehsalının artması, ağır sənayenin yeni
sahələrinin yaranması və inkişafı dövrü oldu. Ümumittifaq neft hasilatında onun
xüsusi çəkisinin 1940-cı ildəki 71,4 faizdən 39,1 faizə və 1960-cı ildə 32,1 faizə
qədər azalmasına baxmayaraq
74
Azərbaycan əvvəllərdə olduğu kimi, SSRİ-nin xalq
təsərrüfatını ən
keyfiyyətli neft məhsulları ilə təmin etməkdə mühüm rol oynayırdı.