Monqollar Marağadan sonra Ərdəbili işğal etdilər. Ərdəbili tutandan sonra isə üçüncü dəfə Təbriz üzərinə
hücum etdilər. Bu zaman:
•
Atabəy Özbək Təbrizin müdafiəsini buraxaraq Naxçıvana qaçdı
•
Şəhər hakimi Şəmsəddin Tuğyari əhalini monqollara qarşı mübarizəyə çağırdı
•
Şəmsəddin Tuğyarinin başçılığı ilə əhali Təbrizin müdafiəsinə qalxdılar
•
Təbriz hər tərəfdən möhkəmləndirildi və qala divarları təmir olundu
Cəba və Sabutay Təbrizin ciddi mübarizəyə hazır olduğunu gördüyü üçün açıq döyüşə girməkdən
çəkindilər və şəhərdən üçüncü dəfə xərac almaqla kifayətləndilər. Beləliklə, Təbriz şəhəri monqolların
birinci yürüşü zamanı üç dəfə xərac verərək dağıntıdan xilas oldu.
Monqolların Arrana və Şirvana hücumu (1222)
Cəba və Sabutay Beyləqan şəhərini işğal etdikdən sonra Gəncəyə tərəf irəlilədilər.
Gəncəlilərin
şəhərin müdafiəsinə əvvəlcədən hazırlaşdığını bildiyi üçün monqol
sərkərdələri şəhərdən xərac almaqla kifayətləndilər Beləliklə, Azərbaycana birinci yürüşü
zamanı monqolların Gəncəyə hücumu nəticəsində şəhər xərac verərək talan və dağıntıdan
xilas oldu. Azərbaycana birinci yürüşü zamanı monqolların Gəncə və Təbriz şəhərlərini işğal
edə bilməməsinin əsas səbəbi bunlar idi:
•
Hər iki şəhərin müdafiəsinin yaxşı təşkil olunması
•
Hər iki şəhərin mübarizəyə hazır olması
Monqol qoşunları 1222-ci ildə Şirvana hücum etdilər. Monqollar Şirvana hücum
edərkən Şirvanşah hökmdarı qalaların birinə çəkildi. Şamaxı əhalisi isə düşmənə üç gün qəti
müqavimət göstərdi. Lakin sayca üstün olan monqolllar Şamaxını işğal etdildilər.
Azərbaycanın Beyləqan və Şamaxı şəhərləri düşmənə daha ciddi müqavimət göstərdikləri
üçün amansız qırğın və talana məruz qalmdılar.
Monqolların Şamaxıya hücumu haqqında geniş məlumat vermiş ərəb tarixçisi İbn əl-
Əsir Şamaxı şəhərinin əhalisi haqqında yazır ki, əhali
“qılınca sarılmaq lazımdır, bizə
ölümdən qurtuluş yoxdur, döyüşmək və ölmək hər şeydən yaxşıdır” deyərək düşmənə
qəhrəmancasına müqavimət göstərdi.
Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf üz tutaraq Dərbənd keçidindən keçməklə ölkələrinə getməyi
qərara aldılar. Lakin Dərbənd keçidindən keçməyin çətinliyini bilən Cəba və Sabutay
Dərbəndi tuta
bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər.
Monqolların birinci yürüşü zamanı ələ keçirə bilmədiyi Azərbaycan şəhərləri
Gəncə
Təbriz
Dərbənd
Monqolların
Azərbaycana
birinci yürüşü
Beyləqan və
Şamaxı
şəhərləri düşmənə daha
ciddi müqavimət göstərdi
Gürcüstan iki dəfə
monqollar tərəfindən
tutuldu
Təbrizə və
Gəncəyə hücum
etsələr də işğal edə bilmədilər
Yürüşə monqol
sərkərdələri
Cəba və
Sabutay rəhbərlik edirdi
Yürüş 1220-1222-ci illəri
əhatə edirdi
Azərbaycana ilk dəfə
1220-ci ildə yürüşə
başladılar
Yürüşün məqsədi
kəşfiyyat
xarakteri daşıyırdı
“Tatarlar
(monqollar nəzərdə
tutulur) Beyləqanı
və onun ətrafını
qarət edib
dağıtdıqdan sonra
Gəncə şəhərinə tərəf
hərəkət etdilər.
Gəncə Arran
vilayətlərinin
mərkəzi idi. Ancaq
tatarlar şəhər
əhalisinin şücaətini
bildikləri üçün ora
yaxın gedə
bilmədilər. Adam
göndərib pul və
paltar istədilər.
Əhali onların
istədiklərini verdi.
Onlar da Gəncədən
çıxıb getdilər”.
İbn al-Əsir
Xarəzimşah Cəlaləddinin Azərbaycanda hakimiyyəti (1225-1231)
Xarəzimşah Cəlaləddinin Azərbaycana yürüşü
Monqollar ölkəni tərk etdikdən sonra 1225-ci ildə Xarəzimşah Cəlaləddin Azərbaycana yürüş etdi. Monqollar
Mərkəzi Asiyanı işğal etdikdən sonra hakimiyyətdən məhrum olmuş və torpaqlarını itirmiş Xarəzimşah Cəlaləddin
qonşu ölkələri, həmçinin İran və Azərbaycanı zəbt etmək qərarına gəldi. Xarəzimşah Cəlaləddinin öz torpaqlarını
müdafiə etmək əvəzinə İran və Azərbaycanı işğal etmək qərarına gəlməsinin səbəbi həmin ərazilərdə feodal
dağınıqlığının hökm sürməsi və müqavimət göstərə biləcək vahid qüvvənin olmaması idi.
Xarəzimşah Cəlaləddin Azərbaycana monqollar kimi cənubdan hücum etdi və Marağanı tutdu. Bundan
sonra o, Marağadan Təbrizə doğru yönəldi. Xarəzimşah Cəlaləddin
Təbrizə hücum edərkən:
•
Atabəy Özbək
Naxçıvana,
Əlincə qalasına qaçdı
(bununla da Eldənizlər dövləti süqut etdi).
•
Təbriz
hakimi
Şəmsəddin
Tuğyarinin
qardaşı
Nizaməddinin başçılığı ilə şəhər əhalisi Xarəzimşah
Cəlaləddinə qarşı mübarizəyə qalxdı.
Təbrizlilər 7 gün vuruşsalar da sonda müdafiəçilərinin
müqaviməti qırıldı və Cəlaləddinin Təbriz şəhərini ələ keçirdi.
Xarəzimşah Cəlaləddin Nizaməddin Tuğyarini Təbriz hakimi (rəisi) təyin etdi.
Daha sonra Gəncə zəbt edildi.
Xarəzmşah Cəlaləddinin Azərbaycanda idarəçiliyinin qurulması
Xarəzimşah Cəlaləddin Azərbaycana yürüşü nəticəsində:
•
Bütün Azərbaycan torpaqları Xarəzimşah Cəlaləddinin işğalı altına düşdü.
•
Atabəylər dövlətinin varlığına son qoyuldu (1225 ).
•
Marağada Ağsunqurilər sülaləsi süqut etdi (1227).
•
Şirvanşahlar dövləti ildə Cəlaləddindən asılı vəziyyətə düşdü.
•
Azərbaycan torpaqları 1225-1231-ci illərdə Cəlaləddinin idarəsinə keçdi.
Azərbaycan Xarəzimşah Cəlaləddin tərəfindən işğal edildikdən sonra:
•
Gəncə şəhərini Xarəzimşah Cəlaləddinin iqamətgaha çevrildi.
•
Azərbaycanın idarəsi Cəlaləddinin vəziri
Şərəf əl-Mülkə tapşırıldı.
Usta Bəndər üsyanı. Azərbaycanda Xarəzmşahların hakimiyyətinin başa çatması
Cəlaləddinin siyasəti sadə xalqın və yerli feodal əyanların narazılığına və üsyana
gətirib çıxardı. Üsyanların əsas səbəblərindən biri Cəlaləddinin əhali üzərinə ağır vergi və
mükəlləfiyyətlər qoyması idi. Cəlaləddinin Azərbaycanda hakimiyyəti zamanı
Təbriz şəhəri
üsyan qaldırdı. Təbrizdə qalxmış üsyan getdikcə bütün Azərbaycanı bürüdü.
Cəlaləddinə qarşı xalq hərəkatının ən yüksək zirvəsi 1231-ci ildə Gəncədə Bəndərin
başçılığı ilə üsyanı oldu. Xarəzmşah ordusuna hücum edən üsyançılar qanlı döyüşə çıxdılar.
Cəlaləddinin Gəncə üsyançıları üzərinə yürüşü nəticəsində:
•
Cəlaləddin çətinliklə də olsa
hiylə yolu ilə Gəncə üsyanını yatırdı.
•
Üsyan başçıları, o cümlədən Bəndər edam olundu.
Təbriz və Gəncədən başqa, digər ərazilərdə də Cəlaləddinə qarşı üsyanlar geniş vüsət
aldı. Lakin Cəlaləddin digər ərazilərdə baş verən üsyanları yatıra bilmədi. Cəlaləddinə qarşı
Azərbaycanda baş vermiş üsyanların nəticəsi olaraq:
•
Cəlaləddinin yaratdığı dövlətin möhkəm əsasa malik olmadığını göstərdi.
•
Monqolların Azərbaycanı və ətraf əraziləri zəbt etmələri üçün əlverişli şərait
yarandı.
1231-ci ildə Monqolların Azərbaycana ikinci yürüşü zamanı Cəlaləddin
Azərbaycanı tərk etdi və daha sonra
naməlum şəraitdə suiqəsd nəticəsində öldürüldü. Bununlada Azərbaycanda Xarəzmşahların hakimiyyəti başa çatdı.
Usta Bəndər
“Gəncə üsyanı
zamanı şəhər
hakiminin sarayı
dağıdıldı, Xarəzm
qarnizonu məhv
edildi.
Üsyançılarla
danışıqları heç bir
nəticə vermədi.
Nəticədə
Cəlaləddinlə
üsyançılar
arasında qanlı
döyüş baş
verdi...”.
Nəsəvi
Xarəzimşah Cəlaləddinin yürüşü