Qazan xanın islahatları
Qazan xanın islahatlar keçirməkdə məqsədi
Qazan xan Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün bir sıra islahatlar - torpaq, vergi,
məhkəmə, rabitə, ticarət və
pul islahatları həyata keçirdi. Qazan xanın islahatlarının təşkilində və həyata
keçirilməsində vəzir, tarixçi alim və həkim Fəzlüllah Rəşidəddinin böyük rolu olmuşdu.
Qazan xanın həyata keçirdiyi islahatlar nəticəsində əhalinin vəziyyətini yaxşılaşdırdı, Hülakü dövlətində
iqtisadiyyat canlandı.
Torpaq islahatı
Qazan xanın torpaq islahatı Elxanilərə xidmət edən yerli əyanların mənafeyinin
təmin olunmasına istiqamətləndirilmişdir. Qazan xanın torpaq islahatının əsasını
monqol
qoşun hissələrində xidmət edənlərə torpaq verilməsi təşkil edirdi. Qazan xanın torpaq
islahatı keçirməkdə məqsədi kənd təsərrüfatını inkişaf etdirmək, kəndliləri yaşadıqları
torpaqlarda oturaqlaşdırmaq idi. Çünki monqol işğalları nəticəsində məhsuldar Azərbaycan
torpaqları otlaqlara, köçəri maldarların örüş yerlərinə çevrilmişdi. Qazan xanın torpaq
islahatına əsasən:
•
Monqol qoşun hissələrində xidmət
edənlərə iqta torpağı verildi.
•
İqta torpaqları satılıb-alına, bağışlana və ya başqa şəkildə digərinə verilə
bilməzdi.
•
İqta sahibi öldükdən sonra hərbi işi kim davam etdirirdisə iqta da ona verilirdi.
Qazan xan istifadəsiz qalan
bayrat torpaqlarının becərilməsi üçün də tədbirlər gördü.
Həmin tədbirlərə görə:
•
Sahibsiz torpaqlar divanın tabeliyinə verildi.
•
Onların istifadəsi üçün yeni sahibkarlar müəyyən edildi.
Qazan xan 1303-cü ildə verdiyi fərmanla iqta torpaqlarında yaşayan kəndlilərin bir
yerdən başqa yerə getməsi qadağan olundu. Bu fərmanla kəndlilər öz yaşayış yerlərinə
təhkim olunurdu.
Vergi islahatı
Qazan xanın vergi islahatına əsasən vergi toplanması sahəsində aşağıdakı dəyişikliklər edildi:
•
Vergilərin növü, həcmi, toplama üsulu, vaxtı və.s məsələlərdə qayda qanun yaradıldı.
•
Vergi verənlərin siyahısı tutuldu, qeyri qanuni vergilərin toplanması qadağan olundu.
•
Əhalinin ödəyəcəyi vergilərin miqdarı lövhələrə həkk olunaraq baxımlı yerlərdə nümayiş etdirildi.
•
Vergilərin nağd pulla və ya məhsulla toplanması və toplama vaxtı dəqiqləşdirildi.
Məhkəmə islahatı
Qazan xanın məhkəmə islahatı keçirməkdə məqsədi özbaşınalığın və rüşvətxorluğun qarşısını almaq idi.
Qazan xanın məhkəmə islahatına əsasən:
•
30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirdi.
•
«Qazı» (din xadimi) vəzifəsinə ədalətli din xadimləri götürülürdü.
•
Qazilərdən qanuna düzgün əməl edəcəkləri barədə iltizam alınırdı.
•
cinayətkarların qanuni cəzalandırılmaları üçün tədbirlər görüldü.
Məhkəmə
Rabitə
Torpaq
Qazan xanın islahatları
Vergi
Ticarət
Monqol ağalığı
dövründə
Azərbaycanda
divan, iqta
torpaqları ilə
yanaşı incu və
bayrat torpaq
mülkiyyəti də geniş
yayılmışdı. İncu –
hökmüdar və xan
nəslinə məxsus
torpaqlar idi.
Bayrat isə
istifadəsiz qalıb,
sonradan monqol
feodallarının
himayəsinə keçmiş
torpaqlara
deyilirdi.
Lakin Qazan xanın məhkəmə islahatı
yarımçıq qaldı və tam şəkildə həyata keçirə bilmədi.
Rabitə islahatı
Qazan xanın rabitə islahatına əsasən:
•
Ticarət yollarında gömrük toplanması işi qaydaya salındı, yollarda
karvansaralar tikildi.
•
Əsas yollarda təxminən hər 20 km-dən bir rabitə dayanacaqları
adlanan yamlar yaradıldı.
•
Yamlara
əmirlər təyin olundu, onların sərəncamına lazımi
qədər qulluqçular, atlar və qoşqu verildi.
•
Əmirlərə əhalidən rabitə işinə görə hər hansı bir vəsaitin alınması qadağan edildi.
•
İki il müddətində həyata keçrilən bu islahat nəticəsində
rabitə sistemi yaradıldı.
Ticarət islahatı
Qazan xan ticarətin inkişafını təmin etmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirdi:
•
Vahid pul, çəki və ölçü sistemi yaradıldı.
•
Ticarət yollarında və bazarlarda gömrük toplanması işi qaydaya salındı.
•
Ticarət mərkəzləri, yollarda
karvansaralar tikildi.
•
karvan yollarının qorunması üçün xüsusi dəstələr təşkil olundu.
Azərbaycanda monqol ağalığı dövründə vergi və
mükəlləfiyyətlərin miqdarı 40-dan artıq idi. Vergi sahəsində
özbaşınalıq hökm sürürdü. Eyni verginin təkrar toplanması
adi hal almışdır. Monqollar dövründə əhali əvvəlki vergilərlə
yanaşı monqolların təyin etdiyi tamğa və qopçur vergilərini də
ödəyirdi. Tamğa şəhər sənətkarları və tacirlərdən pulla
alınırdı. Qopçur vergisini isə əvvəllər köçəri maldarlar
ödəyirdilər. Lakin sonrlar can vergisinə çevrilərək şəhər və
kəndlərin otlaq sahəsinə də şamil edildi.
Monqollar vergi yığarkən