•
Dövlətin mülkiyyətində idi.
5.
Dövlət torpaqları - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi.
6.
Vəqf torpaqları - ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə
verilirdi. Vəqf torpaqlarında yaşayan kəndlilər vergini vəqf sahibinə və ya dini müəssisəyə verirdilər.
IX– XI əsrlərdə Azərbaycanda mədəni dirçəliş
Azərbaycan mədəniyyətinin inkişafı
IX-XI əsrlərdə iki mühüm amil Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır:
1.
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş.
2.
Müstəqil dövlətlərin yaranması, iqtisadi tərəqqi.
Ərəb xilafətinin süqutundan sonra Azərbayaycanda başlamış siyasi oyanış (dirçəliş) sənətkarlıq və ticarətin
tərəqqi etməsinə, şəhərlərin inkişaf edərək mədəniyyət mərkəzlərinə çevrilməsinə və Azərbaycan mədəniyyətinin
daha yüksək nailiyyətlər əldə etməsinə şərait yaratdı.
Bu dövrdə əsas ünsiyyət dili - rəsmi dil ərəb dili idi. Təhsil ocaqları bu dilin öyrədilməsi ilə məşğul olurdu.
Azərbaycanda çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi.
İslamın türklər tərəfindən qəbulu türk-islam birliyini yaratdı. Vahid dinin qəbulu dövlətçiliyin inkişafına
müsbət təsir göstərərək onun yüksəlişinə səbəb oldu. Beləliklə, xalqın adət-ənənələri və mədəniyyəti islam dəyərləri
ilə birləşərək türk-islam mədəniyyətini formalaşdırdı.
Azərbaycanda İslam dininin yayılması elmin inkişafına təkan verdi. IX əsrdən başlayaraq təbiət elmlərinə
maraq artmağa başladı. Tibb elmi inkişaf edir, ölkədə yaxşı həkimlər yetişirdi. Astronomiya və göy cisimlərinə
maraq artırdı.
IX-IX əsrlərdə ərəb dilinin Azərbaycanda mövqeyi
IX-XI əsrlər Azərbaycanın intibah dövrünün memarlıq abidələri
Azərbaycanda İslam dilinin qərarlaşması memarlığın inkişafına öz təsirini göstərdi. İslam
mədəniyyətinə uyğun olaraq məscid və minarələr, saraylar inşa olunurdu.Bəhs edilən dövrdə Azərbaycanda
aşağıdakı tarixi abidlər inşa olunmuşdur:
•
Naxçıvanda Əlincə qalası (IX-X əsr)
•
Şamaxının Sündü kəndində günbəzli məscid (920-ci il)
•
Araz çayı üzərində Xudafərin körpüsü (1027-ci il)
•
Gəncədə qala qapıları (1063-cü il)
Ticarətin inkişafında mühüm rol oynayan karvansaralar beynəlxalq ticarət yolları üzərində inşa edilirdi.
Möhkəm tikili olan bu abidələr, həm də tacirlərin təhlükəsizliyini təmin edirdi.
QEYD: Ərəblər dövründə inşa olunan memarlıq abidəsi VIII əsrdə Şamaxıda inşa olunan Cümə məscididir.
IX-X əsrlərə aid memarlıq abidələri içərisində xüsusi yer tutan sahələr
bürclər (minarələr)
saraylar
saraylar
məscidlər
Ərəb
dili
Rəsmi dövlət dili idi
Dini ibadətlər bu dildə icra olunurdu
Əsərlər bu dildə yazılırdı
Məktəb və mədrəsələrdə tədris bu dildə
aparılırdı
Xudafərin körpüsü
Gəncə qala qapıları
•
1027-ci ildə Araz çayı üzərində salınmışdır
•
Şədaddi hökmdarı Fəzl ibn Məhəmmədin (985-
1030) göstərişi ilə inşa edilmişdir
•
15 aşırımlı (tağlı) körpü tikilərkən təbii şəraitdən
məharətlə istifadə edilmişdir
•
Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi
hərbi və siyasi baxımdan mühüm rol oynamışdır
•
1063-cü ildə İbrahim Osmanoğlu düzəldilmişdir
•
Şəddadi hökmdarı Əbuləsvar Şavurun (1049-
1067) göstərişi
ilə düzəltdirilmişdir
•
1139-cu il Gəncə zəlzələsi zamanı gürcülər
tərəfindən qənimət kimi Gürcüstana aparılmışdır
Əlincə qalası
Sündü məscidi
Xudafərin körpüsü
Gəncə qala qapısı
«Kitabi-Dədə Qorqud» dastanı
Şifahi xalq ədəbiyyatının inkişafı bu dövrün mədəniyyətinin ən böyük uğurlarından biri idi. Azərbaycan
ədəbiyyatının ən qədim və zəngin tarixi abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanı buna parlaq nümunədir. Bu
dastan VII— IX əsrlərdə şifahi şəkildə el sənətkarlarının — ozanların dili ilə şimallı-cənublu bütün ölkə ərazisində
yayılmışdı. «Kitabi-Dədə Qorqud» dastanı türk dilində, ərəb əlifbası ilə yazıya alınmışdır. Bu dastan Azərbaycan
dilinin dünyanın ən qədim dillərindən biri olmasından xəbər verir. Çox sonralar isə Avropa kitabxanalarından
tapılan bu əsər Azərbaycana məxsus bir inci kimi dəyərləndirildi. Xalqımızın tarixən formalaşmış adət-ənənələri bu
əsərdə öz əksini tapmışdır. Dastanda Dərbənddən Diyarbəkirədək, Xəzərdən Trabzonadək geniş ərazilərdə baş verən
hadisələrdən bəhs edilir. Qarabağ, Göyçə götü, Naxçıvan, İrəvan elləri və başqa Azərbaycan torpaqlarının adı da
çəkilir. Bu dastan böyük türk dünyasının müştərək əsəri hesab olunur. Lakin onun Azərbaycan torpaqlarında
formalaşmasını, bizim xalqımıza məxsus olmasını sübut edən çoxsaylı və danılmaz dəlillər vardır. Oğuz bilicisi və
ağsaqqalı sayılan Dədə Qorqudun Azərbaycanda yaşaması, məzarının Dərbənddə olması bunu sübut edir. Eyni
zamanda dastandakı bütün yer adl arının Azərbaycana məxsusluğu, hadisələrin ölkəmizin ərazilərində cərəyan
etməsi bunu bir daha təsdiq edir. Elə buna görədir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə «Kitabi-Dədə
Qorqud» dastanlarının 1300 illiyi məhz bizim Vətənimizdə keçirilmişdir. Paytaxtımızın ən görkəmli yerində Dədə
Qorqud Parkı salınmış, məşhur Dədə Qorqud abidəsi ucaldılmışdır.
Türkün şirin dili Dədə Qorqudun dilində. Dastan baş qəhrəman olan sazlı-sözlü Dədə Qorqudun dili ilə
danışılır. O, oğuz igidlərinə nəsihət verir, yol göstərir. O, yuxunu «kiçik ölüm» sayaraq oğuzlara düşməndən
qorunmaq üçün ayıq-sayıq olmağı nəsihət edir. Oğuz türkləri üçün vətən müqəddəs idi. Buna görə də dastandakı
bütün hadisələrin sonunda oğuz igidləri nə qədər uzağa getsələr də, sonda öz yurd-yuvalarına dönürlər.
Öz aralarında nə qədər inciklik olursa-olsun oğuzlar birlik tələb olunan yerdə bütün kin-küdurəti
unudurdular. Əsasən də, yurd sevgisi onları incik qoya bilməzdi. Vətən sevgisi oğuz türklərini həmişə sıx
birləşdirirdi.
Dastanda oğuz tarixinin təsdiqi. Dastandan məlum olur ki, oğuz türkləri oturaq həyat sürür, taxılçılıq,
bağçılıq və bostançılıqla məşğul olurdular. Dastanda əmtəə-pul münasibətləri haqqında fikirlər də çoxdur. Boylarda
qızıl pul olan «altun axça»nın adına tez-tez rast gəlinir.
Ciddi hərbi intizama malik olan oğuzların başında «xanlar xanı» dururdu. Bütün məsələlərə hərbi məclisdə
baxılır, səfərə çıxmaq istəyən igidlər «xanlar xanı»ndan icazə alırdılar.
Azərbaycan İslamı qəbul etmiş ilk türk məskənlərindən biridir. İslamdan öncə Tanrıya sitayiş edən türk
xalqları bu dini tez qəbul etdilər. Onların Ulu Tanrıya - yəni tək Allaha sitayiş etməsi bunu asanlaşdırdı. Tezliklə