Xronologiya
IX əsr
Xilafətin zəifləməsi və Azərbaycanda ilk feodal dövlətlərin yaranması
859
Məhəmməd ibn Yezidin Gəncəni bərpa etdirərək iqamətgahını buraya köçürməsi
861
Heysam ibn Xalidin Şirvanı müstəqil elan edərək Şirvanşah titulunu qəbul etməsi
918
Şirvanşah Əbu Tahirin Şamaxını bərpa etdirərək paytaxtı buraya köçürməsi.
920
Şamaxının Sündü kəndində günbəzli məscid inşa olunması
IX-X əsrlər
Naxçıvanda Əlincə qalasının inşa olunması
***
879-941
Sacilər dövlətinin mövcud olması
IX əsrin sonları
Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın adına pul kəsilməsi
912
Yusif ibn Əbu Sacın Xilafət xəzinəsinə xərac göndərməyi dayandırması
941
Sacilər dövlətinin sonuncu hökmdarı Deysəmin Salarilər tərəfindən taxtdan salınması və Sacilər
dövlətinin süqut etməsi
941-981
Salarilər dövlətinin mövcud olması
***
VIII əsrin sonları
Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi əmirliyinin yaranması
981
Əbülhica Rəvvadinin sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan salaraq Salarilər dövlətini
süquta uğratması və Rəvvadilər dövlətinin əsasının qoyulması
981-1054
Rəvvadilər dövlətinin mövcud olması
981-988
Əbulhica Rəvvadinin hakimiyyəti
1020-1059
Rəvvadi hökmdarı Vəhsudanın hakimiyyəti
X əsrin 20-ci illəri
Oğuz tayfalarının Azərbaycana yeni axınlarının baş verməsi
1028
Vəhsudanın Xorasandan gələn oğuz ailələrinin Azərbaycana köçməsinə iczə verməsi
1054
Səlcuqların Rəvvadilər dövlətini özlərindən asılı vəziyyətə salması
1108-1227
Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin Marağada hakimiyyəti
***
951
Məhəmməd ibn Şəddadın Dəbil əmirliyini yaratması
971
Şəddadilərin Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoyması
971-1054
Şəddadilər dövlətinin mövcud olması
1027
Fəzl ibn Məhəmmədin Araz çayı üzərində Xudafərin körpüsünü inşa etdirməsi
XI əsrin 30-cu illəri
Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində
Şədaddilərin hərbi qüdrətinin daha da artması
1037
Şəddadilərin Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vurması
1038
Bizans və gürcü feodallarının birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq
cəhdinin baş tutmaması
1054
Əbuləsrav Şavurun Səlcuq sultanı I Toğrulun hakimiyyətini qəbul etməsi
1063
İbrahim Osman oğlu tərəfindən Gəncənin qala qapılarının düzəldilməsi
***
IX əsrin sonları
Slavyanların Azərbaycana ilk hücumlarının başlanması
X əsrin əvvəlləri
Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına basqınlarının genişlənməsi və aramsız xarakter alması
914
Slavyanların Xəzərin Azərbaycan sahillərinə və Bakı ətrafına basqınlar etməsi. Lakin slavyanlar geri
qayıdarkən Xəzərin şimal sahillərində müsəlman-türk qoşunları arasında şiddətli döyüşdə darmadağın
edildilər.
944
Slavyanların Azərbaycana növbəti yürüşü. Bərdə faciəsinin baş verməsi
987
Dərbənd hakimi əmir Maymun ibn Əhmədin yerli əyanlara qarş mübarizədə slavyanları köməyə
çağırması
1032-1033
Şirvanın slavyanların növbəti hücumuna məruz qalması. Yürüş nəticəsində Şirvanşahların paytaxtı
Şamaxı şəhəri ələ keçirilərək qarət edildi
IX– XI əsrlərdə Azərbaycanda iqtisadi tərəqqi və dirçəliş
Təsərrüfat sahələrinin inkişafı
IX əsrdə Azərbaycanın xilafətin tabeliyindən çıxması nəticəsində:
•
Yeni müstəqil dövlətlər yarandı
•
Ölkədə iqtisadi inkişaf sürətləndi
•
İstehsal ənənələri dirçəlməyə başladı
IX əsrin ikici yarısı – XI əsrin ortalarında aşağıdakı amillər Azərbaycanda iqtisadi inkişafın sürətlənməsinə
səbəb oldu:
•
Azərbaycanın Xilafət zülmündən azad olması
•
Müstəqil yerli dövlətlərin meydana gəlməsi
IX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda
qədin və zəngin istehsal ənənələri dirçəlməyə başladı.
Azərbaycanda müxtəlif təsərrüfat ənənələrinin dirçəlməsi və tərəqqisinə müsbət təsir göstərən amillər bunlar idi:
•
Ölkənin əlverişli iqlimi, münbit torpaqları və zəngin təbii sərvətləri
•
Xalqın qədim istehsal və əkinçilik ənənələrinə malik olması
IX-XI əsrlərin ərəb coğrafiyaşünasları və
tarixçilərinin məlumatları təsdiq edir ki, o zaman Azərbaycan
bütün Yaxın və Orta Şərqin, ümumiyyətlə, İslam dünyasının ən inkişaf etmiş ölkələrindən biri idi.
Kənd təsərrüfatı. Ticarət. Sənətkarlığın inkişafı
Xilafət dövründə və ondan çox əvvəllər olduğu kimi, Azərbaycan əhalisi oturaq həyat sürür, başlıca olaraq
kənd təsərrüfatı ilə məşğul olurdu. Əhali əkinçilik və bağçılıqla məşğul olurdu. Kotanla şumlanan torpaqlarda taxıl
və digər dənli bitkilər yetişdirilirdi.
Bu dövrdə ipəkçilik inkişaf etmişdi. Əhali Şəkidə, Şirvanda, Bərdə ətrafında, habelə ölkənin digər
ərazilərində ipəkqurdu yetişdirmək məqsədilə tut ağacı bağları salmışdı.
Balıqçılıq əhalinin qədim peşələrindən biri idi. İbn Havqəl yazır ki, Kür və Araz çaylarından tutulan balıq
Ərdəbil, Rey və İraqa göndərilirdi. İxrac olunan məhsullar sırasında balın və mumun olması isə arıçılığın ölkə
həyatında mühüm rol oynamasının göstəricisidir.
Bol sərvətlərlə zəngin ölkəmizdə ticarət üçün geniş imkanlar vardı. Dağlarda qızıl, gümüş, civə, qurğuşun və
başqa qiymətli metallar çıxarılırdı. Təbriz, Naxçıvan və Bakıda duz istehsal olunurdu. Bakıda həm də neft quyuları
vardı. Beynəlxalq ticarət yolunun üstündə yerləşən Azərbaycan şəhərləri məşhur ticarət mərkəzləri idi.
IX—XI əsrlərdə Azərbaycanda ipək, yun, pambıq və kətan parçalar istehsal olunurdu. Bəzz qalası ətrafından
çıxarılan qırmızı kvas parçaların boyanmasında istifadə olunurdu. Hətta bu boya İraq və Yəmənə də göndərilirdi.
Toxucuların qırmız böcəyindən hazırladıqları «qırmız» adlanan boya isə ərəb tarixçisi əl-İs-təxrinin yazdığına görə,
Bərdədən Hindistana və başqa yerlərə ixrac edilirdi.
Ərəb zülmünün devrilməsindən
sonra Azərbaycanda iqtisadi
dirçəliş
İqtisadi
dirçəlişin
nəticələri
İqtisadi dirçəlişin səbəbi
Azərbaycanın Xilafət zülmündən azad
olması və müstəqil yerli dövlətlərin
meydana gəlməsi
İqtisadi tərəqqiyə müsbət təsir
göstərən amillər
Əlverişli iqlim şəraiti, münbit torpaqlar
və zəngin sərvətləri, xalqın qədin
istehsal və əkinçilik ənənələrinə malik
olması
Daxili iqtisadi əlaqələr genişləndi, Sənətkarlığın kənd təsərrüfatından ayrılması prosesini daha da
sürətləndi, Azərbaycan şəhərlərinin xarici ölkələrlə ticarət əlaqələri daha da canlandı, sənətkarlıq
və ticarət mərkəzləri olan yeni şəhərlər meydana gəldi, Azərbaycan dünyanın çoxlu şəhərləri olan
ölkələrdən birinə çevrildi