Uzun Həsənin Qaraqoyunlular, Teymurilər və Ərdəbil hakimliyi ilə münasibətləri
Ağqoyunlular Azərbaycanda möhkələnmək üçün Qaraqoyunlular və Teymurilərlə mübarizə aparmışdılar.
Azərbaycanı qüdrətli mərkəzləşmiş dövlətə çevirmək siyasəti yeridən Uzun Həsən 1467-ci ildə Muş döyüşündə
Qaraqoyunlu Cahan şahı məğlub etdi və 1468-ci ildə Təbriz paytaxt olmaqla geniş ərazili Agqoyunlu dövlətini
yaratdı. Çox qısa zamanda Kürdən cənubdakı Azərbaycan torpaqlarına, Şərqi Anadolu, İraq, Qərbi İran və
Şərqi Gürcüstana sahib olaraq dövləti imperiyaya çevirdi. Uzun Həsən hakimiyyəti dövründə Tiflis daxil olmaqla
Şimal-şərqi Gürcüstanı da ələ keçirdi.
1467-ci ildə Teymuri hökmdarı Əbu Səid (1460-1469) Muş döyüşündə Qaraqoyunlu hökmdarı Cahanşahın
ölümünü eşidən Ağqoyunlulara qarşı müharibəyə (1468-1469-cu illərdə) başladı. Mharibə nəricəsində Uzun Həsən
Teymuri Əbu Səidi məğlub etdi və Teymurilər dövlətini özündən asılı vəziyyətə saldı.
Mərkəzləşdirilmiş güclü Azərbaycan dövləti yaratmağa çalışan Uzun Həsən ölkədə odlu silahlar istehsalına
başlamaq istəyirdi. Bunun üçün qərb ölkələrinə müraciət etmişdi. Uzun Həsən uzaqgörən dövlət xadimi kimi
qızılbaş hərəkatının gücləndiyini görürdü. O, ölkədə dini parçalanmanın qarşısını almaq üçün bacısını Ərdəbil
hakimi olan Şeyx Cüneyd Səfəviyə, qızını isə onun oğlu Şeyx Heydər Səfəviyə vermişdi.
Xeyli mübarizədən sonra Uzun Həsən feodalları mərkəzi hakimiyyətə tabe etmək, dövlətin siyasi vəziyyətini
və xarici müdafiəsini möhkəmləndirmək məqsədi ilə isə aşağıdakı tədbirləri həyata keçirdi:
•
Nizami ordu yaratdı
•
Odlu silah istehsal etməyə təşəbbüs etdi
•
Feodalların müqavimətini qırdı
•
Feodal özbaşınalığına da son qoydu
Bütün bunlar imperiyanın güclənməsinə səbəb oldu.
Ağqoyunluların Osmanli müharibələri və onun nəticələri
Trabzon hadisəsi Osmanlı-Ağqoyunlu münasibətini pozdu. Osmanlı dövlətinə zərbə endirmək məqsədi ilə
özünə müttəfiq axtaran Uzun Həsən Avropa dövlətlərinə üz tutdu. Avropa dövlətləri ilə ticarət əlaqələrini Osmanlı
dövlətinin iştirakı olmadan qurdu. Uzun Həsən Osmanlılara qarşı mübarizədə aşağıdakı dövlətlərlə Osmanlılara
qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı:
1.
Qaraman bəyliyini.
2.
Kipr krallığını.
3.
Rodos feodal dövlətini.
Avropa dövlətləri iki türk dövlətinin yaxınlaşmasını istəmir və onlar arasında ziddiyyət salmağa çalışırdı.
Osmanlı imperiyasının getdikcə güclənməsindən qorxuya düşən qərb ölkələri öz niyyətinə çatdı. Belə ki,
Ağqoyunlu-Osmanlı müharibəsi başlayarkən Venesiya və digər qərb dövlətləri müttəfiqlik borcunu yerinə
yetirmədilər və iki türk ölkəsini qarşı qarşıya qoydular.
Trabzonu fəth etdikdən bir qədər sonra II Mehmet Azərbaycanı ələ keçirmək üçün Ağqoyunlulara qarşı
müharibəyə başladı. Beləliklə Ağqoyunlu-Osmanlı müharibəsi başladı. 1473-cü il avqustun 1-də Malatiya
döyüşündə Ağqoyunlularla II Mehmetin qoşunları Malatyada üz-üzə gəldilər. Döyüş Ağqoyunluların qələbəsi ilə
nəticələndi. II Mehmet sülh təklif etsə də, Uzun Həsən onunla razılaşmadı. Malatya döyüşündən düz 10 gün sonra
Otluqbeli adlı yerdə rəqiblər arasında növbəti döyüş oldu. 1473-cü il avqustun 11-də Otluqbeli (Tercan)
döyüşündə Ağqoyunlular üstünlük təşkil etsələr də döyüş Osmanlların qələbəsi ilə başa çatdı. Otluqbeli
döyüşündə Ağqoyunluların məğlub olmasının əsas səbəbi Osmanlıların odlu silahla yaxşı təmin olunması idi.
Beləliklə, 1472-1473-cü illərdə Ağqoyunlu-Osmanlı müharibəsi
ümumtürk birliyi üçün mənfi nəticələri oldu. Müharibənin
Osmanlılar üçün nəticəsi belə oldu:
Osmanlı sultanı Cənubi Qafqazı və Azərbaycanı tuta bilmədi.
Osmanlıların Avropanın içərilərinə doğru yürüşü ləngidi.
Müharibənin Ağqoyunlular üçün nəticəsi isə aşağıdakı kimi oldu:
Ağqoyunlular müharibədə məğlub oldu və dövlətin
süqutu sürətləndi.
Malatiya döyüşü, rəsm əsəri (Milli
Azərbaycan dövlət Tarix muzeyi)
Uzun Həsənin vahid və mərkəzləşdirilmiş Azərbaycan
dövləti yaratmaq planı yarımçıq qaldı.
Ağqoyunlu dövlətinin daxilində hakimiyyət uğrunda
mübarizəni gücləndi.
Ölkədə bir sıra qiyamlar baş qaldırdı.
Ağqoyunlularla Osmanlılar arasında baş vermiş döyüşlər
Sultan Yaqubun hakimiyyəti (1478-1490)
Osmanlılarla müharibədə məğlubiyyət Ağqoyunlu dövlətinin daxilində hakimiyyət uğrunda mübarizəni
gücləndirdi. Ölkədə bir sıra qiyamlar baş qaldırdı. Uzun Həsən vəziyyəti sabitləşdirmək üçün hərbçilərə torpaqlar
payladı. 1478-ci ildə onun ölümü daxili ziddiyyətləri artırdı.
Uzun Həsəndən sonraonun oğlu Sultan Yaqub (1478-1490) hakimiyyətə gəldi. Yaqub Mirzə atasının
siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələri saxlamaqla yanaşı Sirvanşah Fərrux Yasarın qızı ilə evlənərək
bu əlaqələri daha da möhkəmləndirdi. Lakin Yaqub Mirzə atasının Səfəvilərin Ərdəbil hakimliyinə olan müsbət
meylini qoruyub saxlamadi. Bunun səbəbi getdikcə güclənən Ərdəbil hakimliyinin hakimiyyətini özü üçün təhlükə
hesab etməsi idi. Yaqub Mirzənin hakimiyyəti dövründə Səfəvilərin Ərdəbil hakimliyi ilə Ağqoyunlular arasında
ziddiyyətlər başladı. Şeyx Heydərin Şirvana və Dağıstana uğurlu yürüşləri qonşu dövlətləri Yaqub padşahı
qorxuya saldı. Buna görə də 1488-ci ildə Səfəvilər Şeyx Heydərin başçılığı ilə növbəti dəfə Şirvana yürüş edərkən
Yaqub Mirzə bu dəfə Şirvanşah I Xəlilullaha kömək etdi. Birləşmiş Ağqoyunlu və Şirvan qoşunları ilə qızılbaşlar
Yaqub Mirzə
(1478-1490)
Əlvənd Mirzə
(1497-1501)
Baysunqur
(1490-1492)
Rüstəm Mirzə
(1492-1497)
Gödək Əhməd
(1497)
Murad Mirzə
(1497-1503)
Uzun Həsəndən sonra Ağqoyunlu dövlətini idarə edən hökmdarlar
Şərqi Gürcüstanı Ağqoyunlu
dövlətinə birləşdirdi
Paytaxtı Təbriz olan Ağqoyunlu
dövlətinin əsasını qoydu
Sara xatun vasitəsilə Osmanlılarla
diplomatik danışıqlar apardı
Osmanlılara qarşı Venesiya ilə
hərbi ittifaq bağladı
Trabzon imperatoru və Səfəvilərlə
qohumluq əlaqəsi qurdu
Şirazda Uğurlu Məhəmmədin
üsyanını yatırtdı
Venesiya ilə Osmanlıya qarşı hərbi
ittifaq yaratdı
Muş döyüşündə Qaraqoyunlu
Cahanşahı məğlub etdi
Odlu silah əldə etmək üçün Avropa
ölkələri ilə əlaqələr qurdu
Feodal özbaşınalığına qarşı
Qanunnamə qəbul etdi,
nizami ordu yaratdı
Teymuri Əbu Səid ilə
müharibədə onu
məğlub etdi
Malatiya, Otluqbeli döyüşlərində
Osmanlılarla toqquşdu
Uzun Həsənin
hakimiyyəti
(1453-1478)
1473
1473
Malatiya
Otluqbeli
Ağqoyunlular qalib gəldilər
Ağqoyunlular məğlub oldular