VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
343
10. Богуславская И.Я., 1972. Русская народная вышивка. Москва
11. Жозен Бертин-Гест., 2007. Традиционная китайская вышивка. История, техника,
мотивы. Москва
12. Ращупкина С.Ю., 2012. Белая гладь. Русские мотивы. Москва
13. Хакимова Г.А., 2016. Узбекская вышивка- могучая ветвь на древе народная
творчества.// Молодой ученый. №11 (115)
VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
345
MÜASIR DÖVRDƏ AZƏRBAYCAN - TÜRKİYƏ MƏDƏNİ
MƏLAQƏLƏRİNDƏN (MILLI AZƏRBAYCAN TARİXİ MUZEYİNİN TƏCRÜBƏSİ
ƏSASINDA)
CURRENT CULTURAL RELATIONS BETWEEN AZERBAIJAN AND TURKEY
(BASED ON THE EXPERIENCE OF THE NATIONAL MUSEUM OF HISTORY OF
AZERBAIJAN)
Aynur BABAYEVA
ABSTRACKT
When North Azerbaijan achieved its independence, in all areas of cultural
life, including other fields has undergone sudden, unprecedented growth and has
been observed the flourishing of cultural relations between Azerbaijan and Turkey.
Today, friendly and brotherly relations between Turkey and Azerbaijan
tracing its roots back to ancient times are at a high level which is
based on mutual understanding
and mutual support.
Two of the
determining
factors of the relations between the two countries are described by the following
words by outstanding leader of the Turkic world, Mustafa Kemal Ataturk
who said that “Azerbaijan’s joy is ours, Azerbaijan’s grief is ours” and Nationwide
Azerbaijan’s leader, a prominent figure Heydar Aliyev described it as “one
nation, two states”. After looking at events unfolding in the early of the 20
th
century, it will be seen that that Azerbaijani people and Turkish have always
supported each other and had passed through severe trials and events of the
reviewed period. They have a common language and culture that unite them as
one nation. Turkey and Azerbaijan are two countries brotherly and friendly States
with cultural and language links have already attained a higher level both on the
state level and in nationwide level in all areas as well as in cultural relations,
linkages which are also being strengthened developing fast and effectively.
Şimali Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu
kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib. Qədim tarixi köklərə malik
olan Azərbaycan-Türkiyə münasibətləri bu gün birgə, qarşılıqlı səylər və sarsılmaz
iradə əsasında inkişaf etdirilir. İki ölkə əlaqələrindəki təyinedici faktorlar türk
dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” və Azərbaycanın ümummilli lideri, görkəmli
şəxsiyyət Heydər Əliyevin “bir millət – iki dövlət” sözləriylə ifadə edilib.
Azərbaycan - Türkiyə müasir mədəni münasibətlərini qısa bir məqalə
çərçivəsində əhatə etmək qeyri-mümkündür. Biz burada Milli Azərbaycan Tarixi
Muzeyinin bu əlaqələrdəki roluna da toxunacağıq.
Türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan qaynaqlanır. İndi
dünya yenidən qloballaşmaya, bütovləşməyə doğru üz tutub. XXI əsr bütün dünya
dövlətləri və millətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin artması, son
nəticədə qloballaşma ilə xarakterizə olunmaqla yanaşı, eyni zamanda ayrı-ayrı
xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də xarakterikdir.
Bakı, Milli Azərbaycan Tarixi Muzeyi.
VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
346
Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərliyinin I forumunda nitq
söyləyən Rəcəb Tayyib Ərdoğan da hər kəsin nəzərinə çatdırırdı ki, “Türkiyə və
Azərbaycan tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olmağın ən gözəl
nümunələrini göstərmişlər. 1918-ci ildə Nuri Paşanın komandanlığı ilə Türk Qafqaz
İslam ordusunun uzun mübarizələr nəticəsində Bakını xilas etməsi Azərbaycan
üçün önəmli dönüş nöqtəsi idi. Eynilə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün
öndərliyi ilə aparılan milli mücadilə həm də azərbaycanlı qardaşlarımızdan gələn
maddi və mənəvi yardımlar nəticəsində müvəffəqiyyət qazanmışdır. Bunu xüsusi
vurğulayıram. Həm də qarşılıqlı olaraq, bu yardım və dəstək, sadəcə, qardaşın
qardaşa borc verməsi kimi yox, yalnız yardım etmək düşüncəsi ilə göstərilmişdir”
(4).
Azərbaycan yazıçılarının IX qurultayında yazıçı Anarın cox haqlı qeyd etdiyi
kimi: “... Türkiyəylə sıx mədəni əlaqələr bizim müasirləşməyimizə, dünya dəyərlərini
mənimsəməyimizə,
dünyanın
qabaqcıl
millətləri
sırasında,
demokratik,
maariflənmiş, müasir bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Keçmişdə
bizim dünyaya pəncərəmiz yalnız rus mətbuatı vasitəsilə idisə, bu gün daha bir
pəncərə, Türkiyə pəncərəsi dünyanı tanımaqda və özümüzü dünyaya tanıtmaqda
əhəmiyyətli rol oynaya bilər” (4, s. 7).
Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin inkişaf etdirilməsi sahəsində
səmərəli fəaliyyət göstərilməsində qarşılıqlı elmi simpozium, seminar və
konfransların çox mühüm əhəmiyyəti olmuşdur. Azərbaycanın müstəqillik əldə
etdiyi ötən illər ərzində bu istiqamətdə bir sıra uğurlu işlər görülmüş, türkiyəli alimlər
Azərbaycanda, azərbaycanlı alimlər isə Türkiyədə keçirilmiş çoxsaylı elmi
tədbirlərdə faydalı iştirakları ilə Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin
problemlərini və həlli yollarını birgə araşdırmışlar. Bu baxımdan 2012, 2017-ci
illərdə Bakıda keçirilmiş birgə konfranslara nümunə olaraq AMEA Milli Azərbaycan
Tarix Muzeyində Türkiyənin Səlcuq Universiteti ilə birgə təşkil edilən Beynəlxalq
Türk Sənətləri, Tarixi və Folkloru Konqresini göstərə bilərik (5).
AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin Səlcuq Universitetinin
birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirlərin kecirilməsində
məqsəd qloballaşan və cağdaşlaşan dünyada türk xalqlarının layiq olduqları yeri
tutmasında, yeni dünya düzənində türk humanitar gerçəkliyinin, mövqeyinin
müəyyənləşməsində elmi konseptual strategiyanın və proqramın hazırlanmasıdır.
Məlum olduğu kimi, çağdaş dünya müxtəlif siyasi, iqtisadi, mədəni və mənəvi
əsaslar
üzərində
ortaq
bir
məxrəcə
gəlir,
sivilizasiyanın
gələcəyini
müəyyənləşdirmək üçün mənəvi resursları bir daha nəzərdən keçirir. Bəşəriyyətin
gələcək inkişafında mənəvi ehtiyatların rolu və funksiyası bütün xalqlar və
millətlərin humanitar elmləri qarşısında böyük və aktual vəzifələr qoyur. Bu
konfransın keçirilməsində həm də o məqsəd izlənilir ki, türk xalqlarının elmi
təşkilatlarının inteqrasiyası təmin olunsun, elmi və mədəni məsələlərin həlli üçün
ortaq bir məclisimiz olsun. Milli Azərbaycan Tarixi Muzeyi məhz belə bir təşəbbusu
gercəkləşdirir. Türk xalqlarının zəngin tarixi mədəni keçmişi vardır. Bu zənginlik
gələcəyə də aparılmalıdır. Bunun ucun mənəvi dəyərlərə ciddi elmi yanaşma ilə
yanaşı elm siyasəti və milli mədəniyyət konsepsiyası işlənib hazırlanmalıdır.
Muzeydə Səlcuq Universitetinin birgə əməkdaşlığı ilə 2012-ci ildə IV
Beynəlxalq Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər və 2017-ci ildə “Türk
sənəti, Tarixi və Folkloru Konqresi/Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfransları
keçirilmişdir.