VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
347
2013-cü ildə Muzeydə Azərbaycanın paytaxtı Bakının erməni- bolşevik
qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və
Bakının azad edilməsi- 95” adlı sərginin açılışı olmuşdur. Sərgi Milli Azərbaycan
Tarixi Muzeyi, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi,
Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin birgə səyləri ilə təşkil olunmuşdur.
Son dövrlər Muzeyin elmi-mədəni həyatında böyük uğurlar əldə edilmişdir.
Muzeyin bir sıra əməkdaşları Türkiyədə keçirilən elmi simpozium, konfrans,
forumlarda məruzə ilə çıxış etmişlər.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d.
Nərgiz Əliyeva Türkiyənin Samsun şəhərində keçirilən “Keçmişdən bugünə: Şəhər
və qadın” adlı V Beynəlxalq Simpoziumda iştirak etmişdir. Samsun şəhəri Canik
bələdiyyə rəhbəri Osman Gencin sədrliyi və prof. Osman Kösenin təşkilatçılığı ilə
keçirilən tədbirdə N.Əliyeva “XIX-XX əsrlərdə azərbaycanlı qadın geyimlərində
milli-dini dəyərlər” mövzusunda məruzə ilə çıxış etmişdir (5).
TÜRKSOY (20 illik yubileyi), T.C. Kültür Bakanlığı, Bursa Böyük Şəhər
Bələdiyəsi, TBMM Milli Sarayların təşkilatçılığı ilə, 2013-cü il tarixində Türkiyə
Cumhuriyyətinin Bursa və İstanbul şəhərində keçirilən “Türk Dünyasının Mədəni
Mirası ve Müzeylər” adlı Beynəlxalq Forumu baş tutmuşdur. Beynəlxalq Forumda
Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini,
t.ü.f.d. Həbibə Əliyeva «Günümüzdəki Azərbaycan Muzeyləri» adlı məruzəsi ilə
çıxış etmişdir.
Forumda türkdilli ölkələrin elmi müəssisə tədqiqatçıları muzeylərin
qorunması, materalların toplanması, muzeylərin müasir durumu və inkişaf
perespektivləri, modern muzeylər, muzey materiallarının restovrasiya və
konservasiyası, dünya muzeyləri ilə yaranacaq əlaqələr, muzyelərin təbliğ və
reklamları haqqında dərin məzmunlu və çox maraqlı məruzələrlə çıxış etmişlər.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi t.ü.f.d. Əli Fərhadovun “Mir
Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsərində dini, təsəvvüfi və ədəbi
rəmzlər” adlı məruzəsi 2013-cü ildə Eskişehirde “Qafqazdan Anadoluya
mədəniyyət körpülərimiz” beynəlxalq Seyid Yəhya Şirvani və xəlvətilik
simpoziumunun məqalələr toplusunda dərc olunmuşdur (5).
Keçmiş Qafqaz Universiteti (indiki Bakı Mühəndislik Universiteti) tərəfindən
nəşr edilmiş “Azərbaycan –Türkiyə əlaqələri və Heydər Əliyev (1-ci kitab), 1991-
2001” kitabında Azərbaycan – Türkiyə mədəni əlaqələrinin 1991-2001-ci illər dövrü
xronoloji ardıcıllıqla təqdim edilir, “İki dövlət, bir millət” arasındakı mədəniyyət
əlaqələrinin inkişafında Heydər Əliyev fenomeninin rolu faktik materiallar əsasında
geniş şərh edilir (1). Onu da qeyd edək ki, keçmiş Qafqaz Universitetinin elmi-
mədəni fəaliyyətində Azərbaycan tarixinin, fəlsəfəsinin araşdırılması da xüsusi yer
tutmuşdur. Məsələn, Universitetin keçmiş əməkdaşı, prof. Mehmet Rıhtımın
bilavasitə rəhbərliyi altında, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d.
Ə.Fərhadovun redaktə və tərcüməsi ilə Azərbaycanın XV əsr sufisi Seyid Yəhya
Şirvaninin, XIX əsr sufisi Seyid Nigarinin həyat və yaradıcılığını əks etdirən əsərlər
əski türkcədən müasir azərbaycan dilinə çevrilmişdir (6). Prof. Mehmet Rıhtım
tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycanın milli-mənəvi irsini əks
etdirən onlarla ərəb, fars, türkdilli əlyazmalar da bağışlanılmışdır. Muzeyə hədiyyə
edilən XVIII əsrə aid əmmamə etnoqrafik eksponatı xüsusi qeyd etmək lazımdlr.
İstanbulda Eyüb Sultan tərəfdə tapılan Xəlvətiliyin Sivasi qoluna aid əmmamə sufi
(Xəlvətiyyə) təriqətinə məxsusdur (5).
VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
348
Müasir dövrdə Azərbaycan-Türkiyə mədəni əlaqələri daha da genişlənir və
bu sahədə böyük uğurlar əldə edilmişdir. Masallıda keçirilən beynəlxalq folklor
festivalında iki ildir ki, Türkiyənin tanınmış folklor qrupları təmsil olunur. Kollektivin
çıxışı böyük maraqla qarşılanıb və əlbəttə ki, bu amil qarşıdakı illərdə çiyinlərimizə
belə tədbirlərə daha böyük səylə qatılma məsuliyyətini qoyur. Tarixi xüsusiyyətləri
və mədəni fəaliyyətləri ilə bütünləşən Şəki təkcə Azərbaycanda deyil, Türkiyədə də
diqqət çəkən bir şəhər olmaq yolundadır. “İpək yolu” festivalına TRT-nin “Axşam
səfası” musiqi qrupu ilə qatılımışdıq və çox yüksək səviyyədə qarşılandıq.
Son vaxtlar Azərbaycanla Türkiyə arasında “Qardaş şəhərlər” layihəsi də
genişlənməkdədir (8). Qarşılıqlı əlaqələrdə, xalqlarımızın bir-birini daha yaxından
tanımasında bu layihənin böyük əhəmiyyəti var. Türkiyədə Azərbaycan mənşəli
çoxlu vətəndaşlar yaşayır. Bu ölkədə çoxlu fəaliyyətlər həyata keçirmək, daha çox
şəhərlərə getmək lazımdır. Bu mənada xüsusilə də, “qardaş şəhər” münasibətləri
önəmlidir. Ona görə ki, şəhərin bir-birini tanıması lazımdır. Məsələn, Məramda bir
park salıb və adını da Şəki qoyublar. Bu şəhərdə Azərbayacan və Türkiyə
bayraqlarının yanaşı asılması, Şəki adına da park salınması önəmli hadisədir və
insanlar da bunu görür. Bundan başqa, Sumqayıtla Samsun, Masallı ilə Sandıklı,
Bakı ilə İzmir, Abşeronla Bursanın İldırım ilçəsi arasında da dostluq var ki, bunun
artırılması lazımdır.
Ankarada, İstanbulda, İzmirdə, əski şəhərdə türk folklor konqresində Aşıq
Ələsgərin adını Yunis İmrə, Pirsultan Abdal, Ərzurumlu Əmrah, Gövhəri kimi
qüdrətli saz şairləri ilə bir sırada çəkirlər. Türkiyə Folklor Araşdırmaları
Akademiyasının prezidenti İrfan Ünver Nəsrəddin oğlu aşıq Ələsgərin yaradıcılığını
çox yüksək qiymətləndirir və folklorşünas Nizaməddin Onk ömrünü A.Ələsgərə
həsr etmişdir (9, s. 15).
Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm rol oynayan
və 1992-ci ilin iyun ayında İstanbul şəhərində 6 ölkənin mədəniyyət nazirləri
tərəfindən bünövrəsi qoyulan Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi
Şurasının (TURKSOY) (7, s.344) 2003-cü il fevralın 5-də Bakı Muzey Mərkəzində
növbəti 19-cu iclası keçirilmişdir. İclasda türkdilli ölkələrin, o cümlədən 6 müstəqil
dövlətin və Rusiya Federasiyasının subyekti olan 6 türkdilli respublikanın
mədəniyyət nazirləri iştirak etmişlər. Mədəniyyət nazirləri türkdilli xalqların mədəni
inteqrasiyasında, bu qədim, zəngin irsin araşdırılıb üzə çıxarılmasında, dünyada
geniş təbliğ olunmasında, muxtəlif mədəni layihələrin gerçəkləşməsində
TURKSOY ilə qurduğu əməkdaşlıq əlaqələrindən danışmışlar (4, s. 241).
2001-ci il mart ayının 9-da Azərbaycanda Ataturk Mərkəzi yarandı ki, həmin
Mərkəzin qarşısına “Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi
və ilk Prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm
yeri nəzərə alaraq Atatürk irsini, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha
dərindən öyrənilməsi və təbliğ olunması” vəzifəsi qoyuldu. Azərbaycanda Atatürk
Mərkəzinin əsasnaməsi təsdiq olunandan cəmisi bir necə ay sonra – 2002-ci ilin ilk
günlərindən onun kifayət qədər məhsuldar fəaliyyəti başladı (2, s.6). Azərbaycanda
Atatürk Mərkəzinin yaradılmasından ötən qısa müddət ərzində Azərbaycan –
Türkiyə elmi-mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafı baxımından bir sıra
əhəmiyyətli işlər görülmüş, elmi konfranslar təşkil edilmiş, mədəniyyət tariximizə
dair araşdırmalar aparılmış və hər iki ölkənin rəsmi nümayəndələri, yaradıcı
insanları və mədəniyyət xadimləri ilə çoxsaylı görüşlər keçirilmişdir. Yarandığı qısa
bir muddət ərzində mərkəz xalqlarımızın mədəniyyət tarixində muhum hadisələrə