VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
341
üsulu ilə bəzədilib. Astarı buta naxışlı çit parçadandır. Kənarları üçkünc formalı
tikmə naxışlarla bəzədilmiş qırmızı rəngli parça hissəsi (14x8.5sm ölçüdə) atma
qolları kürəkdə birləşdirilir. Qeyd edək ki, bu geyim tipi vaxtilə türk xalqları arasında
geniş yayılmışdır və Azərbaycan milli geyimləri arasında əsas yerlərdən birini tutan
çəpkənin ilkin formasıdır (Şəkil 1,2), (Abdulova, 2015:12).
Tikmə sənətinin araşdırılması baxımından, fondda mühafizə edilən araqçınlar
böyük maraq kəsb edir. Araqçınların üzərində doldurma tikmələrə geniş şəkildə rast
gəlinir. Araqçının üzərində doldurma texnikasıyla işlənən qabarıq dairələri görə bilərik.
Maraqlıdır ki, quşgözü dediyimiz tikmələr doldurma üsulu ilə ərsəyə gəlib. Bunu biz EF
1637, EF 1578, EF 1759 nömrəli araqçınların üzərində izləyə bilərik (Şəkil 3,4).
Ənənəvi türk evlərinin daxili interyerlərinin bəzədilməsində divar bəzəkləri
önəmli yer tutur. Buna görə də tikmə nümunələri arasında çoxlu sayda divar
bəzəklərinə rast gələ bilərik. Bəzi inventarlar “süzəni” adı ilə geydə alınmışdır. Süzəni
ifadəsi əsasən özbəklər arasında geniş yayılmışdır. Ola bilsin ki, Azərbaycana bu ifadə
ticarət-iqtisadi əlaqələr, etnik-mədəni təmas nəticəsində gəlmişdir. Süzəni tikmələrinin
tarixi mərkəzləri əsasən Buxara, Nurata, Şəxrisəbz, Səmərgənd və Daşkənd şəhərləri
hesab olunur. Süzəni pələkdən fərgli olaraq bütövlüklə tikmələrlə bəzədilirdi. Bu tip
divar bəzəkləri özbəklərdə XVIII əsrin sonralarından istifadə edilirdi. İnama görə,
tikməçi qadın tikmənin sonuncu ilməsini natamam saxlayırdı, çünki başa çatmış tikmə
onun həyatının sonunu simvolizə edirdi (Хакимова, 2016:1624). Bu inam
Azərbaycanda da geniş yayılmışdır.
Digər marqlı divar bəzəyi özünəməxsus doldurma texnikası ilə icra olunub.
Yerli qanovuz parçanın üzərində nəbati naxışlar həkk olunub. Bu naxışlar qayınağacı
yarpaqlarına oxşayır. Tikmə texnikası çox maraqlıdır. Doldurma ilmələr adətən eyni
qaydada sıx-sıx naxışı doldurur. Bu tikmə də isə ilmənin biri bütöv uzun, digəri qırıq
xətlər kimi icra olunub. Bu qaydada naxış bütövlüklə doldurulur. Göstərilən tikmə
texnikası başqa tikmələrdə rast gəlinməyib və ola bilsin ki, bu tikmə nümunəsi başqa
xalqa məxsusdur (Şəkil 5).
Kişi aksesuarlarına aid olan EF nomrəli qobur maraqlı eksponatlardan biridir.
Qoburun üstü nəbati naxışlarla bəzədilib. Xalçalarda, divar bəzəklərində olduğu kimi,
əsas kompozisiya zərif bir haşiyəyə alinib. Tikmə texnikasına gəldikdə, burada da biz
güləbətin və doldurma tikmənin vəhdətin görürük (Şəkil 6).
Maraqlı eksponatlardan biri EF 2244 nömrəli boğçadır. Bədii doldurma üsulu
ilə narıncı rəngli parça üzərində nəbati naxışlar icra olunub. Güldan şəklində olan
naxışlara dəmir piləklər xüsusi gözəllik verir (Şəkil 7). Eyni texnologiya və üsulla ərsəyə
gələn digər nümunəni də göstərə bilərik.
At bəzəklərinə gəldikdə, Milli Azərbaycan Tarixi Muzeyində sərgilənən XIX
əsrə aid olan yəhərüstü də göstərə bilərik. Örtmə üsulu ilə güləbətin saplarla bəzədilmiş
yəhərüstundə biz pilək tikməyə rast gəlirik. (Şəkil 8)
Dini məzmunlu tikmələrə gəldikdə bura doldurma üsulu ilə bəzənən
canamazları aid etmək olar. Namaz qılınarkən istifadə olunan canamazlar dini motivli
naxışlarla bəzənilirdi. Bu da onlara daha çox yaraşıq verməklə yanaşı, onun daha çox
hansı məqsədlərlə istifadə olunduğunu göstərirdi. EF 2529 nömrəli canamaz bədii
örtmə üsulu ilə tikilib. Tikmənin ortasında səkkiz güşəli ulduz həkk olunub. Nəbati
naxışlar canamaza xüsusi gözəllik verir (Şəkil 9).
EF 3982 nömrəli canamaz güləbətin və doldurma tikmənin vəhdətindən
yaranıb. Naxışlar canamazlara xass olan stildə tərtib olunub. Hamar doldurma texnikası
ilə icra olunub (Şəkil 10).
VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ
342
NƏTİCƏ
Beləliklə, məqalə doldurma sənətinin tarixindən, məişətdə istifadəsindən bəhs
edir. Tədqiqata muzey materialları da cəlb olunmuşdur. Doldurma tikmə məmulatları
türk xalqlarının məişətində geniş yer tutur. Azərbaycan xalq tətbiqi sənətinin gözəl və
əvəzolunmaz nümunələrindən olan tikmələr özündə xalqımızın etnoqrafıyasını, tarixini,
mədəniyyətini və adət-ənənəsini əks etdirir. Yəni bu tikmələrə baxaraq indi getdikcə yox
olan adət-ənənələrimiz, vaxtilə gündəlik həyatımızın ayrılmaz hissəsi olan nümunələr,
tikmələr haqqında təsəvvür əldə edirik. Bununla da öz zəngin mədəniyyətimizi
qoruyaraq gələcək nəsillərə çatdırımış oluruq.
Şəkil 1
Şəkil 2
Şəkil 3
Şəkil4
Şəkil 5
Şəkil 6
Şəkil 7
Şəkil 8
Şəkil 9
Şəkil 10
İSTIFADƏ EDILMIŞ MƏNBƏ VƏ ƏDƏBIYYAT SIYAHISI
Fond materialları:
1.Araqçın EF 1578, 1637, 1759
2. Boxça EF 2244
3. Divar bəzəyi EF 2246
4. Qobur EF 5398
5. Xalat EF 190
6. Yəhərüstü EF 1732
Ədəbiyyat siyahısı:
7. Abdulova G. S., 2014. Azərbaycan tikmələri//Azərbaycan xalçları cild 4 № 11
8. Abdulova G. S., 2015. Milli geyimlərdə qədim türk damğaları// V Respublika elmi
konfransın materialları.
9. Əliyeva G., 1990. Azərbaycan bədii parça və tikmələri XIX-XX əsrlərdə. Bakı