Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə34/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   30   31   32   33   34   35   36   37   ...   412

təhqir edirdilər: David artıq istedadlı, Arno ağıllı, Karno isə namuslu deyildi; Sult artıq heç bir 

müharibədə qələbə qazanmamıĢdı: Napoleon – bu bir həqiqətdir – daha dahi deyildi. Heç kimə 

gizli deyildir ki, Fransanın xaricində yaĢayan Ģəxslərə poçtla göndərilən məktublar onlara çox 

nadir hallarda çatırdı, çünki polis idarəsi bu məktubları ələ keçirməyi öz müqəddəs vəzifəsi 

hesab edirdi. Bu, o qədər də təzə bir fakt deyil; hələ Dekart belə sürgündə yaĢadığı zaman 

bundan Ģikayətlənirdi. Bir dəfə David Belçika qəzetlərindən birində ona göndərilən məktubları 

almadığına Ģikayətləndiyi zaman, royalist mətbuata bu çox məzəli göründü və sürgündə olan 

Davidin üzərinə istehzalar yağdırılmağa baĢlandı. Bəziləri ―padĢah qatilləri‖, deyirdi, o birilər -

―edama səs verənlər‖; biri deyirdi: ―düĢmən‖, o biri deyirdi: ―müttəfiqlər‖, biri deyirdi: 

―Napoleon‖, o biri deyirdi: ―Buona-parte‖, bu da insanları ən dərin bir uçurum kimi bir-birindən 

ayırırdı. Bütün sağlam fikirli adamlar bu qərara gəlmiĢdilər ki, ―Xartiyanın ölməz müəllifi‖ adı 

verilmiĢ kral XVIII Lüdovik inqilablar dövrünə həmiĢəlik son qoymuĢdu. Yeni körpü yanında 

sahil eniĢində, IV Henrixin heykəlinə müntəzir olan pyedestalın üzərində Redivivus1 sözünü 

qazmıĢdılar. Cənab Pyete, mütləqiyyəti möhkəmləndirmək məqsədilə, Tereza küçəsində 4 

nömrəli evdə gizli yığıncaq hazırlayırdı. Sağların baĢçıları çətin vəziyyətə düĢəndə deyirdilər: 

―Bakoya yazmaq lazımdır‖. Kralın böyük qardaĢı tərəfindən bir az təhrik edilən Kanüel, O 

Maqoni və de ġapdelen sonralar ―Sahil sui-qəsdi‖ deyə Ģöhrət tapan hadisənin layihəsini 

hazırlayırdılar. O biri tərəfdən ―Qara sancaq‖ cəmiyyəti də sui-qəsdə hazırlaĢırdı. Delaverdri 

Troqovla əlbir idi. Bir qədər liberal olan cənab Dekaz fikirlərə hakim idi. ġatobrian hər səhər 

Sen-Dominik küçəsindəki 27 nömrəli evinin pəncərəsi qabağında, əynində üzəngili uzun Ģalvar, 

ayaqlarında ev tuflisi, çal baĢında isə ipək yaylıq dayanardı. O, diĢ müalicə alətlərini qabağına 

düzüb, diqqətlə güzgüyə baxır və böyük diqqətlə qulluq etdiyi diĢlərini qayğı ilə gözdən 

keçirərək, ―Xartiyaya əsasən monarxiya əsərinin müxtəlif variantlarını‖ katibi cənab Pilorjuya 

diktə edərdi. Fikirlərə istiqamət verən tənqidçilər Lafonu Talmadan üstün tuturdular. De Feles A 

hərfi ilə, Qofman Z hərfi ilə imza edirdi. ġarl Nodye ―Tereza Ober‖ əsərini yazırdı. BoĢanma 

ləğv edilmiĢdi. liseylər kollec adlanırdı. Yaxalıqlarında qızıl zanbaq niĢanı olan kollec Ģagirdləri 

Roma kralı üstündə bir-birini kötəkləyirdilər. Sarayın gizli polis təĢkilatı hersoginiya de ġartra 

xəbər verirdi ki, hər yerdə qoyulmuĢ portretlərdə qusar polku general-polkovniki mundirində 

çəkilmiĢ hersoq d’Orlean draqun polkovniki mundirində çəkilmiĢ hersoq de Berridən daha 

görkəmlidir – bu böyük qanqaralıq idi. Paris Ģəhəri Əlillər evini öz hesabına yenidən qızıl suyuna 

tutdurmuĢdu. Ciddi adamlar bu və ya baĢqa vəziyyətdə cənab de Trenkelaqın necə hərəkət 

edəcəyini bir-birlərindən soruĢurdular; cənab Klozel de Montal bəzi məsələlərdə cənab Klozel de 

Kuserqlə razılaĢmırdı; cənab de Salaberi narazı idi. Komediya müəllifi Molyerin daxil ola 

bilmədiyi Akademiyanın üzvlüyünə qəbul edilən komediya müəllifi Pikar, Odeon teatrında ―Ġki 

Filiber‖ pyesini tamaĢaya qoyurdu, bu teatrın frontonunda, qoparılmıĢ hərflərin yerinə fikir 

verdikdə ―Ġmperatriçə teatrı‖ sözlərini oxumaq olardı. Bəziləri Künye de Montarlonun lehinə, 

bəziləri isə əleyhinə idi. Fabv’ye üsyançı idi, Bavu isə inqilabçı. Kitabçı Pelisye Volterin 

əsərlərini ―Fransa akademiyasının üzvü Volterin əsərləri‖ sərlövhəsi ilə nəĢr edirdi. Bu sadədil 

naĢir deyirdi ki, ―Bu, müĢtəriləri cəlb edir‖. Ümumun rəyincə cənab ġarl Luazon əsrin dahisi 

olacaqdı; paxıllıq onu zəhərləməyə baĢlamıĢdı, bu isə Ģöhrət əlamətidir. Onun haqqında belə bir 

Ģeir qoĢmuĢdular: 

 

Luazon oğrudur, fırıldaqçıdır. 



Özünü bir Ģahin sanır o ancaq. 

Ayaqları ifĢa eyləyir onu. 

Luazon Ģahin yox, bir qaz imiĢ, bax1. 

 

Kardinal FeĢ, Lion yeparxiyasına olan hüququndan könüllü surətdə əl çəkmək istəmədiyinə görə, 



indi bu yeparxiyanı Amazi arxiyepiskopu de Pen idarə edirdi. Ġsveçrə ilə Fransa arasında Dapp 

vadisi üstündə deyiĢmə gedirdi; bu deyiĢmə sonralar general rütbəsinə qaldırılmıĢ kapitan 

Dufurun məruzəsindən sonra baĢlamıĢdı. Hələ heç kəsin tanımadığı Sen-Simon öz əzəmətli 

xülyasını bəsləyirdi. Elmlər Akademiyasında nəsillərin çoxdan unutmuĢ olduğu məĢhur Furye 




əyləĢmiĢdi, bir damda isə baĢqa, naməlum bir Furye yaĢayırdı. Bu Furyenin xatirəsi isə heç bir 

zaman unudulmayacaqdır. Lord Bayronun ulduzu parlamağa baĢlayırdı. Milvua, bir Ģerinə 

yazdığı qeydində onun haqqında Fransaya məlumat verərək, onu ―lord Bayron adlı birisi‖ 

adlandırırdı. David d’Anje mərmərə həyat vermək üçün təĢəbbüs göstərməyə baĢlayırdı. ĠĢsiz 

Felyantinlər dalanında, bir neçə seminaristin hüzurunda abbat Karon kimsənin tanımadığı bir 

keĢiĢi mədh etmiĢdi. Bu keĢiĢ sonralar Lamenneyə çevrilən Felisit Rober idi. Suda çapalayan bir 

it kimi qəribə səslər çıxararaq, Sena çayında tüstüləyən və pıqqıldayan bir Ģey Tüilri sarayının 

pəncərələri qarĢısında Kral körpüsündən XV Lüdovik körpüsünə qədər oyan-buyana gedib-

gəlirdi. Bu, heç kəsə gərək olmayan, baĢı boĢ bir ixtiraçının uydurduğu mexaniki bir oyuncaq, 

bir utopiya, xülasə, paroxod idi. Parislilər bu faydasız əyləncəyə laqeyd baxırdılar. Dövlət 

çevriliĢi, əmrlər və yeni təyinat vasitəsilə Fransa institutunda dəyiĢikliklər yaradan cənab Voblan 

bir neçə akademikin də yaranmasına səbəb oldu, lakin bu qəhrəmanlığı göstərməklə bərabər özü 

onların sırasına daxil ola bilmədi. Sen-Jermen məhəlləsi ilə Marsen pavilyonu cənab Delavonu, 

dindarlığına görə, özlərinə polis prefekti istəmiĢdilər, Düpüitren və Rekamye Tibb məktəbinin 

anatomik teatrında bir-birilə söyüĢür və Həzrət Ġsanın Allahın oğlu olub-olmaması barədə 

mübahisə edərək, bir-birini kötəkləməyə hazır idilər. Künye bir gözü ilə Tövrat kitabına, o biri 

gözü ilə təbiətə baxaraq, yerin altından qazılıb tapılanları Tövrat mətnləri ilə barıĢdırmağa 

çalıĢaraq və mastodontları Musanı mədh etməyə məcbur edərək, mürtəce möminlərə xoĢ 

görünməyə cəhd edirdi. Parmantyenin xatirəsini əziz tutan ləyaqətli Fransua de NefĢato 

―kartofel‖ sözünün ―parmantofel‖ Ģəklində tələffüz olunması üçün çox səy göstərdisə də, buna 

müvəffəq ola bilmədi. KeçmiĢ yepiskop, keçmiĢ konvent üzvü, keçmiĢ senator abbat Qrequar 

royalistlərin mübahisələri nəticəsində ―mənfur Qrequar‖ dərəcəsinə endirilmiĢdi. Bizim bu saat 

iĢlətdiyimiz ―dərəcəsinə endirilmiĢdi‖ ifadəsi cənab Ruaye-Kollar tərəfindən neologizm elan 

edilmiĢdi. Ġen körpüsünün üçüncü tağı altında rənginin ağlığına görə baĢqalarından fərqlənən 

təzə bir daĢ vardı: körpünü barıt minası ilə partlatmaq istəyən Blüxerin əmələ gətirdiyi deĢiyin 

yeri iki il bundan qabaq həmin daĢla tutulmuĢdu. Notrdam kilsəsinə girən qraf d’Artuanı 

görərkən ucadan ―Lənət Ģeytana! Heyif o zamandan ki, Bonapartla Talma VəhĢilər balına qol-

qola gəlirdilər!‖ deyən adamı ədalət məhkəməsi müqəssirlər oturacağına oturtmuĢdu. Üsyankar 

sözlər. Yarım il həbs. Xainlər qol-qanad açmıĢdılar. VuruĢmadan bir gün qabaq düĢmən tərəfinə 

keçmiĢ adamlar aldıqları niĢanları gizlətmir, utanmadan günün günorta çağında gəzinir, öz 

sərvətləri və rütbələri ilə həyasızcasına öyünürdülər. Lini və Katr-Bra fərariləri Ġngiltərədə 

ictimai ayaqyoluların içəri divarlarında yazılmıĢ olan: Please adjust your dress before leaving1 

sözlərini yaddan çıxarıb, əclaf olduqlarını və sadiq təbəə hisslərini açıqdan-açığa nümayiĢ 

etdirirdilər. 

Bu gün unudulmuĢ olan 1817-ci ildə bir-birinin dalınca aĢkara çıxanlar budur. Tarix bu xüsusi 

təfsilata, demək olar ki, heç əhəmiyyət vermir, baĢqa cür də ola bilməz: əgər tarix baĢqa cür 

etsəydi, bu təfsilat sel kimi onu basıb məhv edərdi. Amma nahaq yerə xırda məsələ sayılan bu 

təfsilat faydalıdır, çünki bitki aləmi üçün həddindən artıq xırda yarpaqlar olmadığı kimi 

bəĢəriyyət üçün də həddindən artıq faktlar yoxdur. Əsrlərin siması məhz ayrı-ayrı illərin 

simasından yaranır. 

Həmin 1817-ci ildə dörd cavan parisli ―məzəli bir hiylə‖ düzəltmiĢdi. 

 

 



ĠKĠNCĠ FƏSĠL. 

Ġki kvartet. 

 

Parisli dediyimiz bu dörd nəfərin biri tuluzalı, o biri limojlu, üçüncüsü kaqorlu, dördüncüsü isə 



montobanlı idi; lakin onlar tələbə idilər, tələbə olmaq isə parisli olmaq deməkdir, çünki Parisdə 

oxumaq – Parisdə anadan olmaq kimi bir Ģeydir. 

Bu cavanların Ģəxsiyyətlərində heç bir maraqlı cəhət yox idi, bu cür cavanlara hamı təsadüf 

etmiĢdir. Elə ―hər yoldan ötən bu dörd nəfər üçün nümunə ola bilər. Bunlar nə mərhəmətli, nə 

kinli, nə alim, nə cahil, nə dahi, nə də axmaq idilər, lakin bunlarda bir sehr, bir cazibə var idi ki, 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə