Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə33/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   29   30   31   32   33   34   35   36   ...   412

Valjanı, onun qorxunc sifətini qarĢısında gördü. O, bu adamın kim olduğunu az qala özündən 

soruĢacaqdı, bu adam ona iyrənc görünürdü. 

Onun beyni elə gərgin və eyni zamanda dəhĢət ediləcək qədər sakit bir halda idi ki, bu zaman 

dalğınlıq real həyatdan güclü olur. Ġnsan artıq ətrafdakı Ģeyləri görmür, xəyalının doğurduğu hər 

Ģey ona, onun özündən kənarda mövcud olan real həyat kimi görünür. 

Beləliklə, Jan Valjan, sanki, öz-özü ilə üz-üzə dayanaraq, özünü nəzərdən keçirirdi və eyni 

zamanda xəyalının yaratdığı bu surətin arxasında əsrarəngiz dərinliklərdə göz qırpan bir iĢıq 

görürdü. O bunu əvvəlcə məĢəl zənn etmiĢdi. Lakin daha diqqətlə baxdıqda Jan Valjan Ģüurunun 

dərinliyində yanan bu odun bir insan sifətində olduğunu və bu məĢəlin yepiskop olduğunu gördü. 

Onun fikri Ģüuru qarĢısında dayanmıĢ bu iki insanı – yepiskopla Jan Valjanı növbə ilə seyr 

edirdi. Ġkincinin qəlbini birincidən baĢqa heç kəs yumĢalda bilmədi. Bu cür hallüsinasiyaların 

qəribə bir xüsusiyyəti vardır: hallüsinasiya davam etdikcə, yepiskopun xəyalı böyüyür və 

getdikcə daha nurani olurdu. Jan Valjan isə getdikcə kiçilirdi. Bir anda o, kölgəyə çevrildi. 

Birdən bu kölgə də yox oldu. Yalnız yepiskop qaldı. 

O, bu bədbəxt insanın bütün qəlbini nurla doldurdu. 

Jan Valjan uzun müddət ağladı. O, acı göz yaĢları tökür, zəif qadınlar kimi, qorxmuĢ uĢaqlar 

kimi hönkür-hönkür ağlayırdı. 

O ağladıqca Ģüuru açılırdı və nəhayət, qəribə – həm fərəhli, həm də qorxunc bir iĢıqla iĢıqlandı. 

KeçmiĢ həyatı, birinci qəbahəti, uzun illər boyu çəkdiyi cəzalar, zahirən vəhĢiləĢməsi, daxilən 

sərtləĢməsi, intiqam almaq ümidində olduğundan onu daha artıq sevindirən qurtuluĢ dəqiqəsi; 

yepiskopun evindəki hadisə və nəhayət, son qəbahəti, yepiskop onu əfv etdikdən sonra daha 

alçaq və daha dəhĢətli görünən son cinayəti – uĢaqdan qırx suluq pul oğurlaması – bunlar hamısı 

onun yadına düĢdü və əvvəlki kimi tamamilə aydın və eyni zamanda tamamilə yeni bir iĢıqda 

göründü. O, öz həyatına göz gəzdirdi və bu həyat ona eybəcər göründü; o, qəlbinə nəzər saldı: 

qəlbi də iyrənc göründü. Bununla belə, bu həyat və bu qəlb üzərində yumĢaq bir iĢıq parlayırdı, 

ona elə gəlirdi ki, səmavi bir günəĢin Ģüaları altında bir iblisi görür. 

Görəsən, o neçə saat ağladı? Susduqdan sonra nə etdi? Haraya getdi? Bunu heç kəs bilmir. 

Ancaq bu məlumdur ki, Qrenobl ilə Din arasında iĢləyən və səhər saat üçə yaxın Dinə varid olan 

dilicanın sürücüsü o gecə Yeparxiya küçəsindən keçərkən, monsenyor B’envenünün qapısında 

qaranlıqda, küçə daĢları üzərində bir adamın diz çöküb ibadət etdiyini görmüĢdü. 

 

 

 



 

BĠRĠNCĠ FƏSĠL. 

1817-ci il. 

 

1817-ci il XVIII Lüdovikin bir qədər təkəbbürlə qarıĢıq əsl bir kral əzəməti ilə səltənətinin iyirmi 



ikinci ili adlandırdığı bir il idi. Bu il cənab Brüq’er de Sorsum üçün Ģöhrət ili idi. Bütün 

bərbərxanalar kirĢan və burulmuĢ saclar dövrünə qayıtmaq ümidi ilə öz lövhələrini abı rəngə 

boyamıĢ və ağ zanbaqlarla bəzəmiĢdilər. Bu, qraf Linçin hər bazar günü qırmızı orden lentası 

taxaraq, Fransa perinin bayram libasında Sen-Jermen-de Pre kilsəsində kilsə baĢçısının fəxri 

oturacağında əyləĢib, uzun burnu və Ģanlı qəhrəmanlıq göstərmiĢ adamlara məxsus əzəmətli 

ədası ilə hamının diqqətini cəlb etdiyi sadə zamanlar idi. Cənab Linçin Ģanlı qəhrəmanlığı isə 

bundan ibarət idi: Bordo Ģəhərinin meri olduğu zaman 1814-cü il mart ayının 12-də o bu Ģəhəri 

hersoq d’Anqulemə lazım olduğundan bir qədər əvvəl təslim etmiĢ və Per adını da buna görə 

almıĢdı. 1817-ci ildə dörd yaĢından beĢ yaĢına qədər balaca uĢaqların baĢına tumacdan tikilmiĢ 

yekə, qulaqlı papaq qoymaq bir dəb olmuĢdu. Bu papaqlar ucu ĢiĢ eskimos qalpaqlarına 

bənzəyirdi. Fransa ordusu Avstriya ordusu kimi ağ geyinmiĢdi; polklar legion adlanırdı; onları 

daha nömrə ilə göstərmirdilər, onlara departamentlərin adlarını vermiĢdilər. Napoleon müqəddəs 

Elena adasında idi və Ġngiltərə ona yaĢıl mahud vermək istəmədiyinə görə öz köhnə mundirlərini 

çevirtdirirdi. 1817-ci ildə Pelleqrini oxuyur, madmazel Biqottini isə rəqs edirdi; Pote hökmranlıq 




edirdi; Odri hələ Ģöhrət qazanmamıĢdı. Madam Saki Foriozonun yerini tutmuĢdu. Prussiyalılar 

hələ Fransadan çəkilməmiĢdilər. Cənab Delalo böyük adam sayılırdı. Qanuni intizam Plenye, 

Karbono və Toleronun əvvəlcə əllərini, sonra isə baĢlarını kəsdikdən sonra yenicə 

möhkəmlənmiĢdi. Oberkamerker knyaz Taleyran və maliyyə naziri olacağı ehtimal edilən abbat 

Lui iki Ģarlatan kimi bir-birinə riĢxəndlə baxırdılar; hər ikisi 1790-cı il iyul ayının 14-də Mars 

meydanında, federasiya bayramı Ģərəfinə təntənəli bir ibadət keçirmiĢdi; Taleyran yepiskop, Lui 

isə dyakon sifətilə 1817-ci ildə həmin Mars meydanının yan xiyabanlarında yağıĢ altında və otun 

arasında, göy rəngə boyanmıĢ iri taxta sütunlar çürüyürdü. Bu sütunların üzərində zəri tökülmüĢ 

qartal və arı təsvirləri vardı. Bu, iki il bundan qabaq May rəsm-keçidində imperator tribunasının 

altına vurulan dayaqlar idi. Sütunların bəzi yerləri Qro-Kayu yaxınlığında barak tikmiĢ 

avstriyalıların tonqallarından qapqara qaralmıĢdı. Ġki-üç sütun isə kayzer əsgərlərinin əllərini 

qızdırmaq üçün yanıb külə dönmüĢdü. May rəsm-keçidinin xüsusiyyəti bunda idi ki, o, Mars 

meydanında, həm də mayda deyil, iyunda keçirilirdi1. 1817-ci ilin iki ən maraqlı hadisəsi Tuke 

tərəfindən nəĢr edilmiĢ Volter, bir də içində konstitusiya haqqında fərman olan tütün qabı idi. 

Parisliləri həyəcana gətirən son hadisə öz qardaĢının baĢını kəsib Çiçək bazarındakı hovuza 

atmıĢ olan Dotenin cinayəti idi. Bəhriyyə nazirliyində baĢıbəlalı ―Meduza‖ freqatının iĢinə aid 

təhqiqata yenicə baĢlamıĢdılar, bu təhqiqat ġomareyə rüsvayçılıq, Jerikoya isə Ģöhrət gətirməli 

idi. Polkovnik Selv Süleyman paĢa olmaq üçün Misirə getmiĢdi. Laqarp küçəsindəki Term 

Sarayı bir çəlləkçi üçün alver dükanına çevrilmiĢdi. Klüni kaĢanəsinin səkkizguĢəli bürcünün 

meydançasında hələ də taxtadan qayrılmıĢ kiçik bir köĢk görmək olardı, bu, XVI Lüdovikin 

zamanında bəhriyyə idarəsinin astronomu Mesyenin rəsədxanası idi, Hersoginya Düra 

divarlarına səmavi-göy rəngli atlaz çəkilmiĢ və ayaqları xaç Ģəklində olan kürsülər düzülmüĢ 

otağında üç, ya dörd nəfər dostuna hələ nəĢr edilməmiĢ ―Urika‖nı oxuyurdu. Luvr sarayında hər 

yerdən ―N‖ hərfini qazıyıb təmizləyirdilər. Austerlis körpüsü adını üstündən götürmüĢ və özünü 

Kral bağının körpüsü adlandırmıĢdı ki, bu da ikiqat bir müəmma idi, çünki bu ad altında əvvəlki 

adlar: Austerlis körpüsü və Nəbatat bağı körpüsü adları gizlənirdi. XVIII Lüdovik yenə əvvəlki 

kimi Horasini oxuyur, kitabın haĢiyələrində dırnağı ilə iĢarələr qoyurdu, lakin indi o, dönüb 

imperator olan qəhrəmanların və Ģahzadə olan çəkməçilərin taleyi üzərində düĢünməyə 

baĢlamıĢdı. Onun təĢviĢə düĢməsinə iki nəfər səbəb idi: Napoleon və Matüren Brüno Fransa 

akademiyası ―Elmi məĢğələlərin verdiyi səadət‖ mövzusunda bir müsabiqə elan etmiĢdi. Cənab 

Bellar rəsmi natiqlikdə Ģöhrət qazanmıĢdı. Onun kölgəsi altında gələcək prokuror müavini de 

Broe yetiĢməkdə idi: Pol-Lui-Kureynin acı istehzalarına hədəf olmaq onun qismətinə yazılıbmıĢ. 

MarĢanjinin simasında yalançı ġatobrian tapılmıĢdı; d’Arlenkurun simasında yalançı MarĢanji 

isə hələ zühur etməmiĢdi. ―Klara Alba‖ və ―Məlik Adil‖ nümunəvi əsərlərdən sayılırdı: madam 

Kotten əsrin ən yaxĢı yazıçısı elan edilmiĢdi. Fransa institutu akademik Napoleon Bonapartın 

adını öz siyahısından pozmuĢdu. Kralın xüsusi fərmanı ilə bütün Anqulem bəhriyyə məktəbinə 

çevrilmiĢdi: axı hersoq d’Anqulem general-admiral olmuĢdu, ona görə də Anqulem haqlı olaraq 

bir dəniz limanı kimi qalmalı idi, yoxsa monarxiya üsuli-idarəsinin prinsipi pozulardı. Nazirlər 

Ģurasında afiĢalarda akrobat oyunlarını təsvir edən Ģəkillərin dərc edilməsinə icazə verilib-

verilməməsi məsələsi müzakirə edilirdi, çünki bu təsvirlər Frankoninin afiĢalarına xüsusi bir 

kəskinlik verir və afiĢaların qabağında dəstə-dəstə küçə uĢaqları yığıĢırdı. ―Aqneza‖nın müəllifi, 

kvadrat sifətli, yanağı ziyilli cənab Paer Vil l’Evek küçəsində markiza de Sasenenin evində kiçik 

kamera konsertlərinə dirijorluq edirdi. Bütün cavan qızlar ―Sent-Avel rahibinin‖ nəğməsini 

oxuyurdu: bunun mətnini Edmon Jero yazmıĢdı. ―Sarı cırtdan‖ jurnalı ―Güzgü‖ jurnalına 

çevrilmiĢdi. ―Lamblen‖ kafesi Burbonların tərəfdarı olan ―Valua‖ kafesinin acığına imperatora 

tərəf dururdu. Luvelin artıq qaranlıq bir yerdə pusduğu hersoq de Berriss Siciliya prinsesası ilə 

yenicə evləndirmiĢdilər. Madam de Stalın vəfatından bir il keçirdi. Qvardiyaçılar madmazel 

Marsı fitə basırdılar. Böyük qəzetlər lap balaca olmuĢdu. Bu qəzetlərin formatı 

məhdudlaĢdırılmıĢdısa da, azadlığı məhdudlaĢdırılmamıĢdı. ―MəĢrutəçi‖qəzeti, doğrudan da, 

məĢrutəçi olmuĢdu. ―Minerva‖ Chateaubriand familiyasını belə yazırdı: Chateaubriant.1 ―D‖ 

hərfi əvəzində adın axırında yazılan ―t‖ burjuaların böyük yazıçıya ucadan istehza etməsinə 

səbəb olurdu. Vicdansız jurnalistlər 1815-ci ildə sürgün edilənləri satqın qəzetlərin səhifələrində 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə