Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə29/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   25   26   27   28   29   30   31   32   ...   412

dolduğundan yenə pəncərəni qapadı. O, bağçaya sınayıcı bir nəzər saldı. Bağça alçaq ağ bir 

divarla əhatə olunmuĢdu; bu divarı asanlıqla aĢmaq olardı. Divarın o üzündə bir qədər uzaqda 

Jan Valjan bir-birindən eyni məsafədə əkilmiĢ ağacların baĢlarını gördü; bu göstərirdi ki, 

bağçanın divarı arxasında bir bulvar xiyabanı və ya hər iki tərəfində ağac əkilmiĢ bir döngə 

vardır. 

Hər tərəfi nəzərdən keçirdikdən və görünür, qəti qərara gəldikdən sonra o, çarpayının yanına 

qayıdaraq çantasını açdı, əli ilə içini eĢələdi və oradan bir Ģey çıxarıb, çarpayının üstünə qoydu, 

ayaqqabılarını cibinə soxdu, çantasını yenə bağlayıb çiyninə atdı, Ģapkasını qoydu, günlüyünü 

gözünün üstünə basdı, əsasını əli ilə axtarıb tapdı və pəncərəyə söykədi. Sonra yenə çarpayının 

yanına qayıdaraq, üzərinə qoymuĢ olduğu Ģeyi tərəddüdsüz götürdü. Bu Ģey bir ucu nizə kimi 

olan dəmir tirə bənzəyirdi. 

Qaranlıqda bu dəmir parçasının nə üçün olduğunu müəyyən etmək çətin idi. Ola bilsin, bu bir 

çilingər aləti idi. Bəlkə də, kiçik dəyənək idi. 

Gündüz olsaydı, bunun qazmaçı Ģamdanından baĢqa bir Ģey olmadığı görünərdi. O vaxt 

katorqalıları bəzən Tulonun ətrafındakı hündür təpələrdən qranit çıxarmaq üçün daĢ 

karxanalarında iĢlədər və onlara qazmaçı aləti verərdilər. Qazmaçı Ģamdanı ağır dəmirdən 

qayrılır və daĢı qırmaq üçün ucları ĢiĢ və iti olardı. 

Jan Valjan Ģamdanı sağ əlinə aldı, nəfəsini gizlədərək, ayaqlarının ucunda qonĢu otağa doğru 

yönəldi. Bu otaq, bildiyimiz kimi, yepiskopun yataq otağı idi. Qapıya çatdıqda onun yarıaçıq 

olduğunu gördü. Yepiskop qapını heç lazımınca örtməmiĢdi də. 

 

 

ON BĠRĠNCĠ FƏSĠL. 



O nə edir? 

 

Jan Valjan qulaq asdı. Heç bir səs-səda yox idi. 



O, qapını itələdi. 

Qapını gizlicə otağa girmək istəyən piĢik kimi barmağının ucu ilə yavaĢca itələdi. 

Qapı səssizcə aralandı. 

O, bir saniyə gözlədikdən sonra, qapını ikinci dəfə daha cəsarətlə itələdi. 

Qapı səssizcə açılmaqda davam edirdi. Ġndi qapı keçmək üçün kafi dərəcədə geniĢ açılmıĢdı. 

Lakin qapının yanında kiçik bir masa var idi ki, onun küncü keçməyə mane olurdu. 

Jan Valjan bu maneəni gördü. Necə olursa olsun qapının arasını bir qədər də açmaq lazım idi. 

O, qət etdi və qapını üçüncü dəfə, əvvəlki iki dəfədən daha bərk itələdi. Bu dəfə pas tutmuĢ 

rəzələrdən biri birdən qaranlıqda bərk və uzun-uzadı cırıldadı. 

Jan Valjan titrədi. Bu rəzənin cırıltısı onun qulağında qiyamət günündə çalınan suri-Ġsrafil kimi 

qulaqbatırıcı və dəhĢətli bir qüvvə ilə səsləndi. 

Qeyri-təbii bir dəhĢət içərisində ilk dəqiqələrdə ona elə gəldi ki, bu rəzə yatanlara xəbərdarlıq 

etmək və bütün evdəkiləri oyatmaq üçün qəflətən cana gəldi, dəhĢətli canlı bir məxluqa çevrildi 

və it kimi hürdü. 

O, titrəyə-titrəyə, özünü itirmiĢ halda dayandı, barmaqları ucunda yeriməkdə ikən, bütün ayağını 

yerə basdı. Ona belə gəldi ki, gicgahlarında damarlar iki dəmirçi çəkici kimi taqqıldayır. Nəfəsi 

isə mağaradan əsən külək kimi vıyıltı ilə çıxır. QəzəblənmiĢ rəzənin bu dəhĢətli fəryadının 

Ģiddətli bir zəlzələ kimi bütün evi titrətməyəcəyi ona mümkün olmayan bir Ģey kimi görünürdü; 

onun itələdiyi qapı haray salmıĢdı və köməyə çağırırdı; bu saat qoca oyanacaq, qadınlar 

bağıracaq, adamlar gələcəklər; on beĢ dəqiqə keçməmiĢ Ģəhərdə gurultu qopacaq, bütün polis 

ayağa qaldırılacaqdır. Bir an o özünü məhv olmuĢ hesab etdi. 

O, daĢ kimi yerindəcə donub qalmıĢdı, barmağını belə tərpətməyə cürət etmirdi. 

Bir neçə dəqiqə keçdi. Qapı taybatay açıq idi. O, baĢını uzadıb otağın içinə baxmağa cürət etdi. 

Orada heç bir Ģey tərpənmirdi. O, diqqətlə qulaq asdı. Evin içindən heç bir səs-səmir gəlmirdi. 

Paslı rəzənin cırıltısı heç kəsi oyatmamıĢdı. 



Birinci təhlükə keçmiĢdi, amma Jan Valjanın ürəyi yenə böyük bir vəlvələ içində idi. Lakin o, 

geri qayıtmadı. Hətta özünü büsbütün məhv olmuĢ zənn etdiyi dəqiqədə geri çəkilmək fikrində 

olmadı. Ġndi o, yalnız bir Ģey istəyirdi – qərarını yerinə yetirib qurtarmaq. O, irəliyə doğru bir 

addım atdı və otağa girdi. 

Otaqda tam sakitlik hökm sürürdü. Qaranlıqda bəzi Ģeylərin tutqun, qeyri-müəyyən cizgilərini 

seçmək olurdu, – gündüz bunların masa üstünə dağılmıĢ kağız parçaları, açıq kitablar, üzərinə 

paltar sərilmiĢ kreslo və ibadət fəhləsi olduğunu görmək olardı, indi isə, gecənin bir qaranlığında 

bütün bunlar tutqun bir kölgəyə və ya ağımtıl ləkəyə bənzəyirdi. Jan Valjan mebelə toxunmadan, 

qorxa-qorxa, ehtiyatla irəliyə doğru yeriyirdi. Otağın bir tərəfində yatmaqda olan yepiskopun 

yavaĢ-yavaĢ və sakit nəfəs aldığı eĢidilirdi. 

Jan Valjan birdən dayandı. O, artıq çarpayının yanında idi. O buraya gözlədiyindən tez çatmıĢdı. 

Bəzən təbiət öz effektləri və hadisələri ilə qorxunc və təsiredici bir məharətlə tam vaxtında bizim 

iĢimizə qarıĢır, sanki, bizi fikirləĢməyə vadar edir. Yarım saat olardı ki, bütün göyün üzünü 

böyük bir bulud bürümüĢdü. Jan Valjan çarpayının yanında dayandığı zaman, bu bulud, sanki, 

qəsdən parçalandı və ay iĢığı hündür pəncərədən içəri düĢərək, birdən-birə yepiskopun solğun 

üzünü iĢıqlandırdı. Yepiskop sakitcə yatırdı. AĢağı Alp dağlarında gecələr soyuq olduğundan, 

yepiskop əynində paltar yatırdı, darçını rəngdə yun donunun qolları əllərini biləklərinə qədər 

örtmüĢdü; barmağında yepiskop üzüyü olan, bu qədər xeyirli və mərhəmətli iĢlər görmüĢ əli 

çarpayıdan aĢağı sallanmıĢdı. Üzündən, sanki, bir məmnuniyyət, ümid və sakitlik yağırdı. Bu üz 

gülümsəmirdi, nur saçırdı. Onun alnında gözə görünməyən bir iĢığın qəribə inikası vardı. Qəlbi 

pak olan adamlar yuxuda əsrarlı göyləri seyr edirlər. 

Bu göyün parıltısı yepiskopun üzündə əks etmiĢdi. 

Bu iĢıq eyni zamanda içəridən də parıldayırdı, çünki bu göy onun özündə təcəssüm edirdi. Bu, 

onun vicdanı idi. 

Ayın iĢığı yepiskopun üzünə düĢdüyü və sanki, bu daxili nurla birləĢdiyi zaman o, bir nur haləsi 

arasında yatmıĢ kimi göründü. Lakin təsvirəgəlməz bir toranlıq bu mənzərəni bir qədər 

yumĢaltmıĢdı. Bu göydəki ay, bu yatan təbiət, yuxuya dalmıĢ bu bağ, bu sakit evciyəz, gecənin 

bu vaxtı, bu sükut – bütün bunlar bu insanın müqəddəs istirahətinə ifadə edilə bilməyəcək bir 

ehtiĢam verir, bu ağ saçları, bu qapalı gözləri, ümid və inam ifadə edən bu üzü, bu qoca baĢı və 

bu uĢaq yuxusunu əzəmət və sakitlik haləsi ilə əhatə edirdi. Özü də bilmədən bu qədər əzəmətli 

olan bu insanda ilahi bir Ģey hiss olunurdu. 

Jan Valjan əlində dəmir Ģamdan, kölgədə hərəkətsiz dayanmıĢdı və çaĢqın halda bu nurani 

qocaya baxırdı. O, ömründə belə bir Ģey görməmiĢdi. Bu etibar onu dəhĢətə gətirirdi. 

Mənəviyyat aləmində cinayət əməli qarĢısında dayanıb pak bir adamın yuxusunu seyr edən 

pəriĢan və natəmiz bir vicdandan əzəmətli bir mənzərə ola bilməz. 

Bu yalqızlıqda, onun kimi bir adamın yaxınlığında yatanın yuxusunda xüsusi bir ülviyyət vardı. 

Jan Valjan dumanlı olsa da yenilməz bir qüvvətlə bunu duyurdu. 

Onun qəlbindən nələr gəlib keçdiyini kimsə, hətta o özü belə söyləyə bilməzdi. Onun nələr hiss 

etdiyini təyin etmək üçün ən amansız bir Ģeylə ən mülayim bir Ģeyin qarĢı-qarĢıya durduğunu 

təsəvvür etmək lazımdır. Gözlərində də müəyyən bir ifadə görmək mümkün deyildi. Onlarda 

yalnız ələmli bir heyrət görünürdü. O baxırdı. Lakin o nələr düĢünürdü? Bunu kim baĢa düĢə 

bilərdi? Onun həyəcan keçirdiyi və dərindən mütəəssir olduğu hiss olunurdu. Lakin bu həyəcanın 

mənası nə idi? 

O, nəzərini qocadan ayıra bilmirdi. Üzündən və ümumi görünüĢündən yalnız bir Ģey aydın 

bilinirdi – o, qəribə bir tərəddüd içində idi. Sanki, o, iki uçurum arasında tərəddüd edirdi; bu 

uçurumlardan biri həlak edən, o biri qurtuluĢ gətirən idi. Sanki, o, bu baĢı əzməyə, yaxud bu əli 

öpməyə hazır idi. 

Bir neçə saniyə sol əlini yavaĢ-yavaĢ qaldırıb, Ģapkasını çıxartdı; sonra əli yenə yavaĢca aĢağı 

endi. Jan Valjan sol əlində Ģapkasını, sağ əlində isə dəmir parçasını tutaraq yenə tamaĢaya daldı. 

Qısa saçları qırıĢmıĢ alnı üzərində biz-biz durmuĢdu. 

Yepiskop bu dəhĢətli nəzərlər altında yenə də sakitcə yatırdı. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə