Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə26/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   22   23   24   25   26   27   28   29   ...   412

Bütün bu faciəli hadisədə müqəssir təkcə odurmu? Hər Ģeydən əvvəl, onun, fəhlənin iĢsiz 

qalması, onun kimi zəhmət sevən bir adamın bir parça çörəyə möhtac qalması mühüm bir məsələ 

deyilmi? Bundan baĢqa, öz cinayətini açıqcasına boynuna alan cinayətkar üçün bu cəza 

həddindən artıq ağır deyildimi? Ədalət məhkəməsi onu bu qədər Ģiddətli cəzalandırmaqla caninin 

özündən daha artıq cinayətə yol verməmiĢdirmi? Bütün bunlar mizan-tərəziyə qoyularsa, cəzanın 

qəbahətdən daha ağır olduğu meydana çıxmazmı? Cəzanın ağırlığı qəbahətin böyüklüyünü 

azaltmırmı? Cəza verənlərin cinayəti məhkum edilənin cinayətindən daha çox olmurmu? 

Müqəssir qurbana, borclu borc verənə çevrilmirmi? Haqq, bu haqqı pozanın tərəfində 

durmurmu? Nəhayət, bir neçə dəfə qaçmaqla daha da ağırlaĢmıĢ cəza qüvvətlinin zəifə təcavüz 

etməsi, cəmiyyətin Ģəxsiyyətə qarĢı cinayəti – hər gün təkrar olunan və on doqquz il davam edən 

bir cinayət deyilmi? 

O, özünə belə bir sual verdi: bəĢər cəmiyyətinin öz üzvlərinə qarĢı bir tərəfdən axmaq 

qayğısızlıq, digər tərəfdən amansız bir ehtiyatkarlıq göstərərək, bədbəxt insanı ehtiyac və ifrat 

arasında – iĢ azlığı ilə cəzanın böyüklüyü arasında məngənəyə qoyub əzməyə haqqı varmı? 

O, öz-özünə belə bir sual verdi: cəmiyyətin, həyat nemətlərini bölüĢdürən təsadüf üzündən 

hamıdan pis qismət sahibi olan və bunun üçün də baĢqalarına nisbətən daha çox güzəĢtə layiq 

olan üzvlərinə qarĢı bu cür münasibət bəsləməsi dəhĢət deyilmi? 

O, bütün bu məsələləri həll etdikdən sonra cəmiyyəti mühakimə etdi və hökm çıxartdı. 

O, cəmiyyəti öz nifrətinə məhkum etdi. 

O, taleyinin məsuliyyətini cəmiyyətin üzərinə qoyub, öz-özünə dedi: bəlkə, bir gün gələcək ki, o, 

bunun üçün cəmiyyətdən haqq-hesab çəkməyə cürət edəcəkdir. O öz-özünə dedi ki, onun 

vurduğu ziyanla ona vurulmuĢ ziyan arasında heç bir müvazinət yoxdur: nəhayət, o, belə bir 

nəticəyə gəldi ki, ona verilən cəza, qanunsuz olmasa da, hər halda, ədalətli də deyildir. 

Ġnsan düĢünmədən və ətrafına nəzər salmadan qeyzlənə bilər, səbəbsiz özündən çıxa bilər, lakin 

qəzəb həmiĢə daxilən əsaslandırılmıĢ olur. Jan Valjanın qəlbi qəzəblə dolu idi. 

Həm də bəĢər cəmiyyəti ona yalnız pislik etmiĢdi. Cəmiyyət ona ancaq ―ədalət‖ dediyi və yalnız 

zərbə vurmaq istədiyi adamlara göstərdiyi üzünü çevirmiĢdi. Ġnsanlar həmiĢə yalnız əzab vermək 

üçün ona yaxınlaĢırdılar. Hər dəfə insanlara yaxın olmaq onun üçün yeni bir zərbə almaq 

deməkdi. UĢaqlıq çağlarından, anasından, bacısından ayrıldıqdan sonra o, bir dəfə də olsa Ģirin 

söz eĢitməmiĢ, mehriban bir nəzər görməmiĢdi. O, əzabdan-əzaba düĢərək, tədricən bu nəticəyə 

gəlmiĢdi ki, həyat müharibədir və bu müharibədə o, məğlub edilənlər sırasındadır. Onun yeganə 

silahı kin idi. O, bu silahı katorqada itiləməyi, azadlıq günü uçun gəldiyi zaman onu özü ilə 

bərabər aparmağı qət etdi. 

Tulonda katorqalılar üçün bir məktəb vardı. Bu məktəbi inyorantlı rahiblər açmıĢdılar. Həvəsi 

olan bədbəxtlərə bu məktəbdə ən zəruri Ģeyləri öyrədirdilər. Jan Valjan da bu həvəskarlar 

sırasında idi. O, qırx yaĢında məktəbə girdi, oxumaq, yazmaq və hesab öyrəndi. O, ağıllandıqca 

kin və nifrətinin də artdığını hiss edirdi. Bəzən maarif və bilik yalnız Ģərin qüdrətini artırır. 

Bu barədə danıĢmaq çox kədərli olsa da, etiraf etməliyik ki, Jan Valjan bədbəxtliyinə səbəb olan 

cəmiyyəti mühakimə etdikdən sonra, bu cəmiyyəti yaratmıĢ olan Tanrını da mühakimə etdi və 

onun da barəsində hökm çıxartdı. 

Beləliklə, on doqquz il əzab və köləlik həyatı keçirdikdən sonra bu adam həm yüksəldi, həm də 

alçaldı. Onun qəlbinə bir tərəfdən nur yağdı, o biri tərəfdən də zülmət çökdü. 

Gördüyümüz kimi, Jan Valjan təbiətən pis adam deyildi. Katorqaya düĢdüyü zaman o hələ 

rəhmli idi. Məhz katorqada o, cəmiyyəti müqəssir etdi və ürəyinin kinlə dolduğunu hiss etdi: 

məhz katorqada Tanrını taqsırlandırdıqdan sonra, allahsız olmağa baĢladığını hiss etdi. 

Burada biz bir dəqiqə fikirləĢməyə bilməyəcəyik. 

Ġnsan təbiəti kökündən, yerli-dibli dəyiĢilə bilərmi? 

Allahın rəhmli yaratdığı bir insan, baĢqa bir israrlı təqsiri üzündən kinli ola bilərmi? Ġnsanın 

taleyi acı olmuĢsa, onun qəlbi taleyin təsiri altında tamamilə dəyiĢilib kinli ola bilərmi? Tavanı 

həddindən artıq alçaq olan daxmada onurğa əyildiyi kimi, ürək də hədsiz qəm-qüssənin ağırlığı 

altında dəyiĢərək, əlacı olmayan xəstəliyə tutula bilərmi, pis və eybəcər ola bilərmi? Bəlkə də, 

hər bir insanın qəlbində, xüsusən, Jan Valjanın qəlbində, bu dünyada sarsılmayan, o dünyada isə 




sönməyən, yaxĢılığın təsiri altında alovlanıb parlaq bir iĢığa çevrilən, pisliyin isə qətiyyən 

söndürə bilmədiyi əzəli bir qığılcım vardır ki, bunun əsası Allah tərəfindən qoyulmuĢdur? 

Bunlar mühüm və öyrənilməmiĢ suallardır, belə ki, hər hansı bir fizioloq Jan Valjanı Tulonda, 

istirahət saatlarında, zəncirin ucunu sürünməsin deyə, çiyninə qoyaraq, qollarını çarpazlayıb 

qaĢqabaqlı, ciddi, dinməz, dalğın halda gəminin çarxı üstündə oturan görsəydim, suala yox 

cavabını verərdi. Qanunun kölgəsi olan, mədəniyyətdən kənara atılmıĢ bu katorqalı bu düĢüncə 

saatlarında insanlara qəzəblə baxar, göyləri hiddətlə seyr edərdi. 

Bəli, bu Ģübhəsizdir, biz də qətiyyən gizlətmək istəmirik ki, bunu müĢahidə edən fizioloq burada 

əlacsız bir xəstəliyin olduğunu söylərdi: o, bəlkə də, qanunun mərhəməti sayəsində Ģikəst edilmiĢ 

olan bu adama acıyardı, lakin onu müalicə etməkdən çəkilərdi, o, bu qəlbin içindəki uçurumları 

görməmək üçün üzünü yana çevirir və Dantenin cəhənnəm qapılarından sildiyi, Tanrının isə hər 

bir insanın alnında yazdığı ümid sözünü bu adamın üzərindən silərdi. 

Jan Valjan özü onun təhlil etməyə çalıĢdığımız ruhi vəziyyətini bizim izahatımızdan sonra, bu 

kitabın oxucusunun təsəvvür etdiyi kimi, aydın baĢa düĢürdümü? Onun mənəvi xəstəliyini təĢkil 

edən ünsürlər əmələ gəldikcə və müəyyən Ģəkil aldıqca, Jan Valjan özü bunları tamamilə aydın 

görə bilirdimi? Bu yonulmamıĢ və savadsız adam, addım-addım onu gah yüksəldən, gah da uzun 

illərdən bəri onun həyat haqqındakı görüĢ dairəsini təĢkil edən qorxunc təsəvvürlərə qədər 

endirən fikirlərin ardıcıl surətdə dəyiĢildiyini dürüst baĢa düĢə bilərdimi? O, qəlbində nələr baĢ 

verdiyini, hansı hisslərin oyandığını dərk edirdimi? Biz bunu qəti söyləyə bilmərik. Hətta buna 

inanmırıq da. Jan Valjan çox cahil idi, hətta baĢına bu qədər bəlalar gəldikdən sonra öz daxilində 

olan bir çox Ģeylər onun üçün aydın deyildi. Bəzən öz hisslərindən çətinliklə baĢ çıxarırdı. Jan 

Valjan zülmət içində yaĢayır, zülmət içində əzab çəkir, zülmət içində nifrət edirdi; demək olar ki, 

o qabaqcadan hər kəsə və hər Ģeyə nifrət edirdi. O, bu zülmət içində dolaĢaraq, korlar və ya 

xəyalpərəstlər kimi gözü bağlı özünə yol axtarırdı. Lakin ara-sıra, daxili və xarici səbəblərin 

təsiri altında onun qəlbinə qəzəb hakim olur, əzab onu sıxırdı, zəif bir iĢığın ani parıltısı ĢimĢək 

kimi birdən qəlbini iĢıqlandırır və bu iĢığın məĢum parıltısında gələcəyin dəhĢətli uçurumları və 

qaranlıq mənzərələri qəflətən zahir olaraq, onu hər tərəfdən əhatə edirdi. 

Lakin ĢimĢək sönür və yenə qaranlıq çökürdü. Bu nə idi? O, özü də bunun nə olduğunu artıq 

xatırlamırdı. 

Amansızlığın, yəni insanın ağlını kütləĢdirən bir Ģeyin üstün gəldiyi bu cür cəzaların xüsusiyyəti 

ondan ibarətdir ki, onlar insanı mənasız sürətdə dəyiĢdirərək, onu yavaĢ-yavaĢ vəhĢi, bəzən də 

yırtıcı heyvana döndərir. Jan Valjanın daim inadla qaçmağa təĢəbbüs etməsi özü qanunun insan 

qəlbinə nə qədər qəribə təsir etdiyini aydınca göstərir. Jan Valjan bu qədər faydasız və ağılsız 

olan bu təĢəbbüsləri fürsət düĢdükcə davam etdirməyə hazır idi və qaçmağın nə kimi nəticə 

verəcəyi üzərində bir an belə düĢünmürdü. O, birdən-birə qəfəsinin açıq olduğunu görən bir 

canavar kimi sürətlə qaçırdı. Sövq-təbii ona ―Qaç!‖ deyirdi. Ağıl isə: ―Qal!‖ deyə bilirdi. Lakin 

bu qədər Ģiddətli sınaq qarĢısında ağıl susur, yalnız sövq-təbii hökm edirdi, yalnız vəhĢi heyvan 

iĢ görürdü. Tutulduqdan sonra verilən yeni cəzalar onun daha da vəhĢiləĢməsinə səbəb olurdu. 

Bunu da unutmamalıyıq ki, Jan Valjan çox böyük fiziki qüvvəyə malik idi: katorqada olanlar 

içərisində belə qüvvətli bir adam yox idi. Ağır dəmir kanatı çəkməkdə, yaxud gəminin çarxını 

döndərməkdə Jan Valjan dörd nəfəri əvəz edirdi. O, bəzən çox ağır Ģeyləri çiynində qaldırıb 

saxlaya bilir və yeri gəldikdə, indi domkrat, keçmiĢdə isə ―orgueil‖ adlanan aləti əvəz edirdi. 

Ötəri qeyd edək ki, Paris bazarlarının yaxınlığında olan Montarjeyl küçəsinin adı da bu sözdən 

əmələ gəlmiĢdir. YoldaĢları ona Domkrat Jan ləqəbi vermiĢdilər. Bir gün, Tulon Ģəhər idarəsinin 

balkonu təmir edilərkən, bu balkonu saxlayan gözəl Püje sütunlarından biri divardan ayrılıb az 

qala düĢəcək idi. Təsadüfən burada olan Jan Valjan çiynini bu sütuna vermiĢ və fəhlələr gəlib 

yetiĢənə qədər saxlamıĢdı. 

Qüvvəti nə qədər çox idisə, çevikliyi ondan da çox idi. Daim qaçmaq arzusunda olan bəzi 

katorqalılar ən, nəhayət, çevikliyi qüvvə ilə birləĢdirmək qabiliyyətindən xüsusi bir elm 

yaradırlar. Bu elm əzələləri idarə etmək elmidir. Bu, dustaqların, yəni, daim həĢərata və quĢlara 

qibtə edən insanların hər gün təkmilləĢdirdiyi gizli bir müvazinət ustalığıdır. Düz divara 

dırmaĢmaq və divarın güclə görünən xırdaca bir çıxıntısında istinad nöqtəsi tapmaq Jan Valjan 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə