Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə24/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   20   21   22   23   24   25   26   27   ...   412

lazım olduğunu baĢa düĢdüm və madam Maqluarla bərabər yuxarıya çıxdıq. Lakin bir az sonra 

mən otağımdakı keçi dərisini qonağın üstünə salmaq üçün madam Maqluarı aĢağıya göndərdim. 

Burada gecələr çox soyuq olur, xəz isə adamı yaxĢı isidir. Heyif ki, dəri köhnə idi, tükləri hey 

tökülürdü. QardaĢım onu Almaniyada olarkən Dünayın mənsəblərinə yaxın bir yerdən – 

Qotlingendən almıĢdı, mənim süfrədə iĢlətdiyim, sapı fil sümüyündən olan kiçik bıçağı da 

oradan almıĢdı. 

Madam Maqluar dərhal geri qayıtdı və hər ikimiz adətən camaĢır sərdiyimiz otaqda ibadətə 

baĢladıq; sonra bir-birimizə heç bir Ģey demədən hər birimiz öz otağımıza çəkildik‖. 

 

 

BEġĠNCĠ FƏSĠL. 



Sakitlik. 

 

Monsenyor Byenvenü bacısına ―gecəniz xeyrə qalsın‖ dedikdən sonra, gümüĢ Ģamdanların birini 



masanın üstündən götürdü, o birini qonağına verdi və dedi: 

– Cənab, gedək sizi otağınıza ötürüm. 

Yolçu onun dalınca getdi. 

Yuxarıda dediklərimizdən məlum olduğu kimi, evdə otaqların quruluĢu elə idi ki, çarpayı 

qoyulmuĢ ibadət otağına girmək və ya oradan çıxmaq üçün, hökmən, yepiskopun yataq 

otağından keçmək lazım idi. 

Onlar yataq otağından keçərkən madam Maqluar gümüĢ qabları yepiskopun çarpayısı üzərində 

asılı olan kiçik Ģkafa qoyurdu. Hər axĢam yatmağa getməzdən əvvəl öz təsərrüfat iĢlərini 

bununla qurtarırdı. 

Yepiskop qonağını pərdənin arxasındakı çarpayının yanına qədər ötürdü. Orada qonaq üçün 

təmiz yataq salınmıĢdı. Yolçu Ģamdanı kiçik masanın üstünə qoydu. 

Yepiskop: 

– Hələlik, gecəniz xeyrə qalsın, – dedi. – Səhər tezdən getməmiĢdən əvvəl inəklərimizin 

südündən isti-isti bir fincan içərsiniz. YaxĢı südümüz olur. 

Yolçu: 

– Çox sağ olun, cənab abbat, – dedi. 



O, bu dinc sözləri söylədikdən sonra, birdən-birə gözlənilmədən onda qəribə bir dəyiĢiklik əmələ 

gəldi: möhtərəm qadınlar bu zaman burada olsa idilər, bundan dəhĢətə gələrdilər. Həmin dəqiqə 

ona nə kimi bir hiss hakim olduğunu təsəvvürə gətirmək, hətta indi də, bizim üçün çətindir. Bu 

nə idi? Xəbərdarlıqmı, yoxsa təhdidmi? Yaxud o, özü belə izah edə bilməyəcəyi sövq-təbii bir 

hissə tabe olurdu? O, sərt hərəkətlə üzünü qocaya doğru çevirdi, qollarını sinəsində çarpazladı və 

vəhĢi bir nəzərlə ev sahibinə baxaraq, xırıltılı səslə qıĢqırdı: 

– Bəs belə, demək siz məni evinizdə bax burada, özünüzlə yanaĢı yatmağıma imkan verirsiniz? 

O susdu, sonra dodaqucu güldü, bu gülüĢdə nə isə dəhĢətli bir Ģey vardı. 

– Siz nə etdiyinizi yaxĢımı fikirləĢmisiniz? Kim bilsin – bəlkə, mən vaxtilə adam da 

öldürmüĢəm? 

– Bunu yalnız Allah bilir, – deyə yepiskop cavab verdi. Sonra o, xaç çəkmək üçün bükülmüĢ 

barmaqlarını təntənə ilə yuxarı qaldırdı, dua oxuyurmuĢ kimi, yaxud öz-özünə danıĢırmıĢ kimi 

dodaqlarını tərpədərək, yolçuya xeyir-dua verdi və geriyə belə baxmadan öz otağına girdi. Yolçu 

isə baĢını belə aĢağı əymədi. 

Ġbadət otağındakı çarpayıda bir adam yatan zaman, mehrab, divarın bir baĢından o biri baĢınadək 

çəkilmiĢ böyük pərdə ilə örtülərdi. Yepiskop bu pərdənin yanından ötərkən diz çökdü və qısa bir 

dua oxudu. 

Bir dəqiqə sonra o, artıq bağda gəzinir və Tanrının gecələr oyaq olanların gözləri qarĢısında açıb 

göstərdiyi böyük sirri bütün qəlbi və fikri ilə seyrə dalaraq düĢünürdü. 

Yolçuya gəlincə, o elə bərk yorulmuĢdu ki, gözəl təmiz mələfələrə belə sevinmədi. Katorqalılar 

kimi, burnunun bir deĢiyini tutub o biri ilə üfləyərək, Ģamı söndürdü, paltarını soyunmadan 

uzandı və dərhal dərin yuxuya getdi. 




Yepiskop bağdan öz yataq otağına qayıtdığı zaman gecəyarı idi. Bir neçə dəqiqə sonra kiçik evdə 

hamı yuxuya getmiĢdi. 

 

 

ALTINCI FƏSĠL. 



Jan Valjan. 

 

Gecəyarısı Jan Valjan oyandı. 



Jan Valjan Bri əyalətində yoxsul bir kəndli ailəsində anadan olmuĢdu. UĢaqlıqda savad 

öyrənməmiĢdi. Böyüdüyü zaman Faverolda ağac baĢı kəsməklə məĢğul olurdu. Anasının adı 

Anna Matye, atasının isə Jan Valjan və ya Vlajan idi. Ehtimal ki, ―Valjan‖ – voila lean1 

sözlərinin ixtisar olunmasından əmələ gəlmiĢ ləqəb idi. 

Jan Valjan xasiyyətcə dalğın idi, ancaq kədərli deyildi – bu, möhkəm ünsiyyət bağlayan 

adamlara xasdır. Ümumiyyətlə isə, Jan Valjan hər halda, zahirən çox süst və əhəmiyyətsiz bir 

adama bənzəyirdi. Hələ lap uĢaq ikən o, ata və anasını itirmiĢdi. Anası zahı yatarkən ona pis 

baxıldığından ölmüĢdü. Atası da özü kimi ağac baĢı kəsməklə məĢğul olduğundan, ağacdan 

yıxılaraq həlak olmuĢdu. Jan Valjanın özündən böyük olan dul bacısından baĢqa heç kəsi 

qalmamıĢdı. Bacısının da yeddi oğlan və qız uĢağı vardı. Jan Valjanı da bu bacı böyütmüĢdü. Nə 

qədər ki əri sağ idi o, Jan Valjanı yedirib saxlayırdı. Əri öldü. UĢaqların ən böyüyü səkkiz 

yaĢında, kiçiyi isə bir yaĢında idi. Jan Valjanın o vaxt iyirmi dörd yaĢı tamam olmuĢdu. O bu 

uĢaqlara ata oldu və onu bəsləmiĢ olan bacısına yardım etməyə baĢladı. Jan Valjan bunu 

düĢünmədən, bir borc kimi, həm də gizli bir narazılıqla etdi. Beləliklə, onun gəncliyi ağır və 

ucuz əməyə həsr olundu. Həyatında bir zaman rəfiqəsi olduğunu kimsə eĢitməmiĢdi. Onun 

sevməyə vaxtı yox idi. 

AxĢamlar o, yorğun halda evə gəlib, dinməz-söyləməz Ģorbasını yeyərdi. Çox zaman o, yemək 

yeyərkən bacısı Janna onun qabından ən yaxĢı ət parçasını, bir tikə quyruğu və ya kələm 

yarpağını çıxararaq, uĢaqlarından birinə verərdi. O isə sanki, heç nə görmürmüĢ kimi, bacısına 

mane olmaz və süfrənin üzərinə əyilib çənəsini və burnunu az qala Ģorba qabına soxaraq, 

gözünün üstünə düĢən və kasanın üzərində sallanan saçlarını yığıĢdırmadan yeməyinə davam 

edərdi. Faverolda Valjanın daxması yaxınlığında, dar küçənin o biri tərəfində Mari-Klod adında 

bir fermer qadın olurdu. Valjan ailəsinin demək olar ki, həmiĢə ac olan uĢaqları bəzən Mari-

Klodun yanına qaçaraq, guya, analarının adından bir qab süd alar, bir hasarın altında və ya bir 

xiyabanın küncündə bir-birinin əlindən qapa-qapa elə tələsik içərdilər ki, südün çoxunu 

ətəklərinə tökərdilər. Anaları onların bu kələklərini bilsəydi, müqəssirlərə Ģiddətli cəza verərdi. 

Kəskin sərt xasiyyətli Jan Valjan uĢaqların içdiyi südün pulunu bacısından gizli olaraq fermer 

qadına verər və uĢaqları cəzadan qurtarardı. 

Ağac kəsmə mövsümündə o, gündə on səkkiz su qazanardı, sonra isə biçinçilik edər, günəmuzd 

iĢləyər, fermada öküz otarar, fəhləlik eləyərdi. O, əlindən gələn hər iĢi görərdi. Bacısı da 

iĢləyirdi, ancaq yeddi uĢağı yedirmək asan deyildi. Ehtiyac bu bədbəxt ailəni getdikcə daha artıq 

sıxırdı. Bir dəfə qıĢ olduqca ağır keçdi. Jan Valjan iĢsiz idi. Ailəsi çörəksiz qaldı. Sözün tam 

mənası ilə. Yeddi uĢaq çörəksiz qalmıĢdı. 

Bir bazar axĢamı Faverol meydanındakı çörəkçixana sahibi Mober Ġzabo yatmağa hazırlaĢırkən, 

dükanın qabağındakı dəmir Ģəbəkəli ĢüĢə pəncərəyə nəyin isə bərk dəydiyini eĢitdi. O, tez 

dükana girdikdə yumruqla sındırılmıĢ ĢüĢədən və deĢilmiĢ Ģəbəkədən bir qolun içəri 

soxulduğunu gördü. Qol bir çörək götürüb yox oldu. Ġzabo dərhal küçəyə çıxdı, oğru var qüvvəsi 

ilə qaçırdı, Ġzabo oğrunun dalınca yüyürüb ona çatdı. Oğru çörəyi atmıĢdı, lakin əli qan içində 

idi. Bu, Jan Valjan idi. 

Bu hadisə 1795-ci ildə baĢ vermiĢdi. Jan Valjan məhkəməyə verilərək ―gecə vaxtı evi dəlib 

oğurluq etməkdə‖ ittiham olundu. Ondan bir tüfəng də tapdılar o, gözəl atıcı idi və bəzən 

brakonyerlik edərdi. Brakonyerlərə qarĢı tamamilə qanuni olan pis bir fikir var. Brakonyer də 

açıq mal gətirən kimi quldura yaxındır. Lakin ötəri qeyd etməliyik ki, bu cür adamlarla iyrənc 

Ģəhər qatilləri arasında böyük fərq vardır. Brakonyer meĢədə yaĢayır, qaçaqçı dağlarda, yaxud 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə