Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə25/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   21   22   23   24   25   26   27   28   ...   412

dənizdə. ġəhərlər qaniçən insanlar yaradır, çünki Ģəhər həyatı insanların əxlaqını pozur. Dağlar, 

dənizlər, meĢələr isə vəhĢi insanlar yaradır: onlar insanı sərtləĢdirirsə də, lakin çox zaman onun 

insanpərvərliyinə toxunmur. 

Jan Valjan müqəssir hesab olundu. Qanun maddələrinin tamamilə müəyyən mənası vardır. Bizim 

dövrümüzdə qorxunc dəqiqələr olur: bu, həmin dəqiqələrdir ki, cəza sistemi insan həyatının 

sarsıldığını elan edir. Cəmiyyətin düĢünən bir məxluqdan üz döndərdiyi, onu həmiĢəlik özündən 

rədd etdiyi bu an nə qədər məĢumdur! Jan Valjan beĢ il katorqa cəzasına məhkum edildi. 

1796-cı il aprelin 22-də, Parisdə Ġtalyan ordusu baĢ komandanının Montenote yaxınlığında 

çaldığı qələbə münasibətilə bayram edilirdi. Direktoriyanın BeĢyüzlər ġurasına göndərdiyi IV il 

2 floreal tarixli məktubunda bu baĢ komandan Buona-Parte adlandırılmıĢdı. Həmin gün Bisetrdə 

bir böyük dəstə katorqalını buxovlayırdılar. Jan Valjan da bu dəstənin içində idi. KeçmiĢ 

həbsxana qapıçısı – indi onun doxsan yaĢı vardır – həyətin Ģimal bucağında dördüncü zəncirin 

ucuna buxovlanmıĢ bu biçarəni indi də yaxĢı xatırlayır. O da hamı kimi yerdə oturmuĢdu. Elə bil, 

o öz vəziyyətini heç baĢa düĢmürdü. Yalnız onun çox dəhĢətli olduğunu dərk edirdi. Bəlkə də, bu 

yazıq, cahil adam taleyinin çox amansız olduğunu dumanlı bir Ģəkildə təsəvvür edirdi. ġiddətli 

çəkic zərbələri ilə dəmir xaltanı onun boynuna bənd etdikləri zaman o ağlayırdı, göz yaĢları onu 

boğur, danıĢmağa qoymurdu. Yalnız ara-sıra: ―Mən Faverolda ağac kəsirdim‖ deyə bilirdi. Sonra 

yenə hönkürə-hönkürə sağ əlini yuxarı qaldırır və yeddi dəfə getdikcə daha aĢağı salırdı, elə bil, 

yeddi uĢağın baĢına toxunurdu. Onun bu hərəkətindən baĢa düĢmək olurdu ki, onun cinayəti, 

nədən ibarət olur-olsun, yeddi körpəni yedirmək və geydirmək üçün edilmiĢdir. 

O, Tulona göndərildi. Onu iyirmi yeddi günə boğazı zəncirli halda arabada oraya apardılar, 

Tulonda ona qırmızı dustaq köynəyi geydirdilər. Vaxtilə onun həyatını təĢkil edən bütün 

keçmiĢi, hətta adı belə qeyb oldu. O artıq Jan Valjan deyildi: o, 24601-ci nömrə idi. 

Bacısı necə oldu? Onun yeddi kiçik uĢağı necə oldu? Kimə nə dəxli var! Cavan ağac kökündən 

kəsilərsə, onun üzərindəki bir ovuc yaĢıl yarpaq necə olar? 

Bu köhnə macəradır. Öz arxasını, himayəkarını, yurdunu itirmiĢ olan bu bədbəxt biçarə canlı 

məxluqlar yalqız qalaraq dörd bir tərəfə – kim bilir, məhz haraya, bəlkə də, hərə öz yolu ilə 

dağılıĢıb getdi və tək qalmıĢ biçarələri udan soyuq duman içərisində, bəĢər övladının bu nəĢəsiz 

yürüĢündə bu qədər bədbəxtlərin yox olduğu kədərli zülmət içində dağılıĢıb yox oldular. Onlar 

öz ana yurdlarını buraxıb getdilər. Kənd kilsəsinin zəng qülləsi onları unutdu: öz əkin yerləri 

onları unutdu, bir neçə il katorqada qaldıqdan sonra Jan Valjan özü də onları unutdu. Onun yaralı 

qəlbində yalnız yara yeri qaldı. Vəssalam. Tulonda olduğu müddət ərzində o, ancaq bir dəfə 

bacısı haqqında məlumat aldı. Gərək ki, bu, həbs olunduğunun dördüncü ilinin sonunda idi. 

Doğrusu, bu məlumatı ona kim çatdırdığını bilmirəm. Onların ailəsini hələ kənddən tanıyan bir 

adam onun bacısına rast gəlmiĢdi. O, Parisdə idi. Sen-Sülpis yaxınlığında balaca və yoxsul 

çörəkçilər küçəsində yaĢayırdı. Yanında yalnız bir uĢağı, ən kiçik oğlu qalmıĢdı. Bəs qalan altı 

uĢaq harada idi? Yəqin, özü də bunu bilmirdi. Hər səhər çəkməçilər küçəsində 3 nömrəli evdə 

olan mətbəəyə gedirdi, orada çap edilmiĢ vərəqləri bükməklə məĢğul idi. ĠĢə səhər saat altıda, qıĢ 

vaxtı iĢıqlaĢmağa hələ çox qalmıĢ getmək lazım idi. Mətbəə olan evdə bir məktəb var idi. Yeddi 

yaĢında olan kiçik uĢağını o, bu məktəbə aparırdı. Lakin o özü mətbəəyə saat altıda gedirdi, 

məktəb isə saat yeddidə açılırdı, odur ki, uĢaq hər gün məktəbin qapısı açılana qədər bir saat 

həyətdə durmağa məcbur olurdu, qıĢda, qaranlıqda tam bir saat gözləməli olurdu. Onu mətbəəyə 

buraxmırdılar ki, iĢə mane olar. Fəhlələr iĢə gəlirkən hər gün bu yazıq uĢağı qaranlıqda daĢların 

üstündə büzüĢüb kiçicik səbətinə söykənmiĢ halda mürgüləyən və ya çox zaman da yatmıĢ 

görürdülər. ġiddətli yağıĢ yağdığı zaman qapıçı qarının uĢağa yazığı gələr, onu öz daxmasına 

aparardı, orada yalnız köhnə bir çarpayı, bir cəhrə və iki taxta stul var idi. UĢaq isinmək üçün 

piĢiyi qucaqlayaraq bir küncdə yatardı. Saat yeddidə məktəb açılar, uĢaq dərsə gedərdi. Jan 

Valjana verilən xəbər ancaq bundan ibarət idi. Bu xəbər birdən-birə çaxan bir ildırım, qəflətən 

açılan pəncərə kimi, onun bir zaman sevdiyi bu adamların həyatını bir saniyəliyə görməyə imkan 

verdi, sonra yenə bağlandı, onlardan daha heç bir xəbər gəlmədi, o, onları heç bir zaman 

görmədi, onlara bir dəfə belə rast gəlmədi. Bu kədərli hekayəmizdə biz də onlardan bir daha bəhs 

etməyəcəyik. 




Həmin dördüncü ilin sonunda Jan Valjanın katorqadan qaçmaq növbəsi çatdı. Bu nəĢəsiz yerlərin 

adətinə görə, yoldaĢları ona kömək etdilər. O qaçdı, iki gün düzlərdə azad dolaĢdı, lakin təqib 

edilmək, hər saniyə dönüb geriyə baxmaq, cüzi xıĢıltıdan diksinmək, hər Ģeydən, bacadan çıxan 

tüstüdən, yoldan keçən adamdan, hürən itdən, çapan atdan, zəng qülləsindəki saatın səsindən 

qorxmaq: iĢıq olduğu üçün gündüzdən, qaranlıq olduğu üçün gecədən qorxmaq, yoldan, cığırdan, 

koldan, yatmaqdan qorxmaq – azadlıqdırmı? Ġkinci gün axĢamçağı onu tutdular. Otuz altı saat o 

heç bir Ģey yeməmiĢ və yatmamıĢdı. Dəniz məhkəməsi bu hərəkəti üçün onun cəza müddətini üç 

il artırdı və bu surətdə cəzası səkkiz ilə çatdı. Altıncı il yenidən onun qaçmaq növbəsi gəldi, o 

fürsətdən istifadə etdi, lakin qaça bilmədi. Dustaqlar yoxlandıqda, onu tapmadılar. Top atıldı və 

həmin gecə həbsxananı dolaĢan qarovulçular onu axtararaq, tikilməkdə olan bir gəminin altında 

tapdılar: onu tutmaq istədikdə müqavimət göstərdi. Həm qaçmaq, həm də üsyan. Qanun 

məcəlləsinin xüsusi maddəsində nəzərdə tutulmuĢ bu cinayət cəza müddətinin beĢ il uzadılması 

ilə cəzalandırılır. Bunun da iki ilini Jan Valjan ikiqat qandal daĢımalı idi. Oldu on üç il. Onuncu 

il yenə də onun qaçmaq növbəsi gəldi, o yenə bundan istifadə etdi. Yenə də müvəffəq olmadı. Bu 

eyni cəhd üçün iĢinin üstünə daha üç il əlavə olundu. Oldu on altı il. Nəhayət, gərək ki, on 

üçüncü ildə o, son dəfə qaçdı və dörd saatdan sonra tutuldu. Bu dörd saat yox olması üçün də üç 

il cəza aldı, oldu on doqquz il. 1815-ci ilin oktyabrında onu azad etdilər. Katorqaya isə 1790-cı 

ildə bir pəncərə sındırıb, bir çörək götürdüyü üçün göndərilmiĢdi. 

Məsələn, bir az kənara çıxaq. Bu kitabın müəllifi, cinayət hüququ və qanun adına cəza vermək 

məsələlərini öyrənərkən ikinci dəfədir ki, insan taleyinin fəlakətə uğraması səbəbi kimi çörək 

oğurlamaq hadisəsinə rast gəlir, Klod Ge də çörək oğurlamıĢdı, Jan Valjan da. Ġngiltərə 

statistikası müəyyən etmiĢdir ki, Londonda beĢ oğurluqdan dördünə səbəb bilavasitə aclıq 

olmuĢdur. 

Jan Valjan katorqa həbsxanasına titrəyə-titrəyə və ağlaya-ağlaya girmiĢdi, oradan isə qəlbi daĢa 

dönmüĢ halda çıxdı: katorqaya gedəndə ümidsizlikdən onun qəlbi parçalanırdı, çıxanda isə çox 

kədərli idi. 

Bu adamın qəlbində nələr olmuĢdu? 

 

 



YEDDĠNCĠ FƏSĠL. 

Ümidsizliyin dərinliyi. 

 

Bunu izah etməyə çalıĢaq. 



Cəmiyyət bu cür hadisələrə dərindən diqqət etməyə borcludur, çünki bunları özü yaradır. 

Söylədiyimiz kimi, Jan Valjan cahil bir adam olsa da, ağılsız deyildi. Onda fitri bir zəka vardı. 

Ġnsanın gözünü bir növ açan bədbəxtlik isə onun qəlbindəki zəif odu alovlandırdı. Dəyənək 

zərbələri, qandallar, zəncirlər onu ayıltdı, qızğın günəĢin altında, yorğun və taqətsiz bir halda 

həbsxananın quru taxtaları üzərinə uzanarkən o, öz vicdanını yoxladı və düĢünməyə baĢladı. 

O, özünü hakim elan etdi və hər kəsdən əvvəl özünü mühakimə etdi. 

O, taqsırsız olmadığını və boĢ yerə cəzalandırılmadığını etiraf etdi: o baĢa düĢdü ki, məzəmmətə 

layiq pis bir iĢ görmüĢdür, çörəyi oğurlamaq deyil, istəmiĢ olsaydı, bəlkə də, ona verə idilər; hər 

halda, bu çörəyi bir sədəqə, yaxud iĢ muzdu olaraq ona vermələrini gözləsəydi yaxĢı olardı: 

―insan ac olduqda, gözləyə bilərmi?‖ sözlərinə etiraz etmək çətin deyildir: əvvəla, həqiqi mənada 

acından ölən insanlara çox az təsadüf edilir; ikincisi, xoĢbəxtlikdənmi və ya bədbəxtlikdənmi, 

nədənsə, insan belə yaranmıĢdır ki, uzun müddət ölmədən istər cismani, istərsə də mənəvi əzab 

çəkə bilər: deməli, səbir etmək lazım idi, hətta onun yazıq balaca uĢaqları üçün də belə yaxĢı 

olardı: o, aciz, əhəmiyyətsiz adam, axmaqcasına hərəkət etmiĢ, cəmiyyətin boğazından yapıĢaraq 

elə güman etmiĢdir ki, oğurluq etmək sayəsində yoxsulluqdan yaxa qurtarmaq olar: hər halda, 

insanı yoxsulluqdan Ģərəfsizliyə aparan yol yaxĢı çıxıĢ yolu deyildir. Bir sözlə, o, özünün 

müqəssir olduğunu etiraf etdi. 

Sonra o, özünə belə bir sual verdi: 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə