Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə27/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   23   24   25   26   27   28   29   30   ...   412

üçün uĢaq oyunu kimi bir Ģey idi. O, kürək və ayaq əzələlərini gərginləĢdirərək divarın bir 

bucağından yapıĢıb dirsəklərini və dabanlarını daĢın kələ-kötür yerləri ilə sıxır və bir sehrbaz 

kimi dördüncü mərtəbəyə dırmaĢırdı. Bəzən bu üsulla həbsxananın damına belə çıxardı. 

Jan Valjan az danıĢırdı. O heç zaman gülməzdi. Ġldə bir, ya iki dəfə çox Ģiddətli mənəvi bir 

sarsıntı nəticəsində o, iblis qəhqəhəsinin əks-sədası kimi səslənən katorqalı qəhqəhəsi ilə – 

məĢum bir qəhqəhə ilə gülürdü. GörünüĢü daim dəhĢətli bir Ģeyi seyr etməklə məĢğul olan adamı 

xatırladardı. 

Doğrudan da, o, daim öz fikirlərinə aludə idi. 

Naqis bir Ģüurun xəstə təəssüratı pərdəsi arasından o, baĢı üzərində qorxunc bir qüvvənin hakim 

olduğunu dumanlı sürətdə hiss edirdi. Ġçində süründüyü tutqun və cansıxıcı alaqaranlıqdan 

gözlərini ayırıb ətrafa baxmaq istədikdə, o hər dəfə hiddət və dəhĢət içində baĢının üzərində 

gözlərinin görə bilmədiyi yüksəkliklərə doğru bir çox Ģeylərin – qanunların, batil etiqadların, 

insanların və hadisələrin dəhĢətli bir yığın kimi, pillə-pillə çıxdığını görürdü: cizgilərini sezə 

bilmədiyi bu yığınlar öz ağırlığı ilə onu əzərək, qəlbini ümidsizliklə doldururdu, gözləri 

qarĢısında o bizim mədəniyyət adlandırdığımız nəhəng bir ehramı görürdü.  

Daim hərəkətdə olan biçimsiz yığın içində birdən-birə o, gah lap öz yanında, gah da uzaqlarda, 

əlçatmaz yüksəkliklərdə parlaq iĢıqlanmıĢ bir dəstə, ya tək bir adam, əli dəyənəkli bir həbsxana 

nəzarətçisi, qılınclı bir jandarm, yaxud baĢı mitralı bir arxiyepiskop, ən yüksək bir nöqtədə isə 

günəĢ haləsi ilə əhatə olunmuĢ, gözqamaĢdırıcı, parlaq tac qoymuĢ imperatorun özünü görürdü. 

Ona elə gəlirdi ki, bu uzaq parıltı onu əhatə edən gecənin qaranlığını daha da qatılaĢdırır, onu 

daha da dəhĢətli edirdi. 

Bütün bunlar – qanunlar, batil etiqadlar, hadisələr, insanlar, Ģeylər Tanrının mədəniyyətə verdiyi 

mürəkkəb və gizli əmrə tabe olaraq, onun baĢı üzərində fırlanır, sarsılmaz bir amansızlıq və 

amansız bir laqeydliklə onu əzir və məhv edirdi. Ġnsanların düĢə biləcəyi fəlakətli uçurumun ən 

dərin yerinə düĢmüĢ olan, heç kəsin baxmağa cəsarət etmədiyi uçurumlarda sürünən zavallı 

insanlar, qanunun rədd etdiyi biçarələr qanun xaricində olanlar üçün bu qədər qorxunc və altında 

olanlar üçün bu qədər dəhĢətli olan bəĢər cəmiyyətinin bütün ağırlığını öz üzərlərində hiss 

edirlər. 

Fikirlərə dalmıĢ Jan Valjan bu vəziyyətdə idi. Onun fikirlərinin mahiyyəti nədən ibarət idi? 

Dəyirman daĢı altına düĢmüĢ bir darı dənəsi düĢünməyə qadir olsaydı, o da, ehtimal, Jan Valjan 

kimi düĢünərdi. 

Nəticə etibarilə xəyallarla dolu olan bu varlıq, real həyat surətləri ilə dolu olan bu 

fantasmaqoriya onda sözlə ifadə edilməsi mümkün olmayan xüsusi mənəvi bir vəziyyət 

doğurmuĢdu. 

Bəzən ağır, əzablı iĢin qızğın vaxtında o birdən-birə dayanar, düĢünməyə baĢlardı. Əvvəlkinə 

nisbətən daha çox yetiĢmiĢ, lakin eyni zamanda daha çox həyəcanlı olan zehni üsyan edərdi. 

BaĢına gələn hadisələrin hamısı ona mənasız görünürdü. Ətrafındakı hər bir Ģey həqiqətdən uzaq 

bir təsir bağıĢlayırdı. O, öz-özünə: ―Bu yuxudur!‖ – deyərdi. Bir neçə addımlıqda dayanmıĢ olan 

nəzarətçiyə baxardı: nəzarətçi onun gözlərinə bir kabus kimi görünərdü və birdən bu kabus onun 

baĢına bir dəyənək endirərdi. 

Zahiri aləm onun üçün yox kimi idi. Demək olar ki, Jan Valjan üçün nə günəĢ, bu gözəl yay 

günləri, nə parlaq və aydın göy, nə sərin aprel axĢamları, heç bir Ģey yox idi. ĠĢıq onun qəlbinə, 

sanki, dar bir yerdən daxil olurdu. 

Yuxarıda söylədiyimizə yekun vurmaq üçün, əgər buradan müsbət bir nəticə çıxarmaq mümkün 

olsaydı, bunu deməliyik ki, Faverolda yazıq bir ağackəsən olan Jan Valjan, qorxunc bir Tulon 

katorqalısı olan Jan Valjan, katorqa həbsxanasının ona verdiyi tərbiyə sayəsində, artıq iki cür 

cinayət iĢləmək iqtidarı əldə etdi: əvvələn, birdən-birə, heç düĢünmədən, sövq-təbii üzrə, çəkdiyi 

əzablar üçün intiqam olaraq etdiyi pis əməllər, ikincisi – baĢına gələn müsibətlərin doğurduğu 

yanlıĢ anlayıĢlara əsaslanan ciddi, əhəmiyyətli, qabaqcadan düĢünülmüĢ cinayətlər... 

əməllərindən qabaq baĢına gələn fikirlər yalnız müəyyən xasiyyətə malik olan insanlarda olduğu 

kimi, üç əsas ardıcıl mərhələdən keçirdi: ağıl, iradə, inad. Daimi bir etiraz hissi, qəlbinin 

iztirabları, çəkdiyi haqsızlıqları dərin bir surətdə düĢünüb anlaması, yaxĢı, günahsız, pis 




adamlara qarĢı – əgər belə adamlar varsa – hiddət və qəzəb hissi onun hərəkətlərini idarə edirdi. 

Fikirlərinin son və çıxıĢ nöqtəsi insan qanunlarına qarĢı bəslədiyi kin və nifrət idi, elə bir kin ki, 

hələ əvvəlindən qurtuluĢ gətirən bir təsadüflə dayandırılmazsa, zaman keçdikcə cəmiyyətə qarĢı, 

sonra isə bəĢər nəslinə qarĢı, ən axırda bütün varlığa qarĢı çevrilərək, hər kəsə, hər bir canlı 

cismə zərər vermək üçün yaĢayan tutqun, daimi və heyvani bir arzu halını alır. Gördüyümüz 

kimi, Jan Valjanın pasportu üzərində çox təhlükəli adam olması haqqındakı qeyd heç də əsassız 

deyildi. 

Ġllər keçdikcə onun qəlbi yavaĢ-yavaĢ müttəsil sərtləĢirdi. SərtləĢmiĢ, bərk bir qəlb isə göz yaĢı 

tanımaz. Jan Valjan katorqadan xilas olduğu vaxta kimi, tam on doqquz ildən bəri idi ki, bir 

damcı göz yaĢı axıtmamıĢdı. 

 

 

SƏKKĠZĠNCĠ FƏSĠL. 



Dəniz və zülmət. 

 

Dənizə insan düĢmüĢdür! 



Nə olsun ki! Gəmi dayanmır. Külək Ģiddətlə əsir. Bu məĢum gəminin öz yolu vardır, o yoluna 

davam etməlidir. Gəmi irəliləyir. 

Ġnsan suların altında yox olur və yenə görünür, gah batır, gah çıxır, əllərini uzadaraq köməyə 

çağırır. Lakin onun səsini eĢidən yoxdur. Fırtına gəmini sarsıdır, lakin gəmi yoluna davam edir. 

Matroslar və sərniĢinlər suda boğulan adamı daha görmürlər: bədbəxtin baĢı ucsuz-bucaqsız 

dalğalarda bir nöqtəyə bənzəyir. 

Onun dəhĢətli bağırtıları dənizin gurultusunda qeyb olur. Gözdən itməkdə olan bu yelkən 

boğulan adama nə qədər dəhĢətli görünür! O, sərsəm, çılğın baxıĢlarla bu yelkənə baxır. Yelkən 

uzaqlaĢır, solur, kiçilir. Bu adam bir neçə dəqiqə bundan əvvəl gəmidə idi, gəmi heyətinin üzvü 

idi, o da gəminin göyərtəsində baĢqaları ilə birlikdə gəzirdi, onun da hava və günəĢ payı vardı, o 

da baĢqaları kimi yaĢayırdı. Görəsən, ona nə oldu? O sürüĢüb yıxıldı – hər Ģey bitdi. 

O, dəhĢətli dəniz dalğalarının qoynundadır. Onun ayaqları altında hər Ģey axıb gedir, hər Ģey 

dağılır. Küləyin didib parçaladığı dalğalar onu qorxunc ağuĢuna alır, burulğan onu dənizin 

diblərinə çəkir, köpüklü dalğalar baĢının üstündən aĢır, azğın sular üzünə tüpürür, gözə 

görünməyən uçurumlar onu udmağa çalıĢır: hər dəfə suyun içinə batdıqda gözlərinə qaranlıq 

uçurumlar görünür: iyrənc məchul bitkilər ondan yapıĢıb, ayaqlarına dolaĢır, özlərinə tərəf çəkir: 

o, özünün də bu girdablara qarıĢdığını, dəniz köpüyünün bir hissəciyinə çevrildiyini hiss edir. 

Dalğalar onu bir-birinə tərəf tullayır, o dalğaların acılığını udur, qəddar okean onu qəzəblə qərq 

edir: ucsuz-bucaqsız dəniz onun can çəkiĢməsindən həzz alır. Sanki, bütün bu sular, dalğalar 

nifrət və kin mücəssəməsidir. 

Lakin o, yenə də mübarizə edir. 

O, müqavimət göstərməyə, suyun üzündə dayanmağa çalıĢır, son gücünü toplayaraq üzür. O – 

heç dərəcəsində olan, tez qüvvədən düĢən bir məxluq qüvvəsi tükənməzlə vuruĢur. 

Bəs gəmi necə oldu? O, uzaqdadır. Qaranlıq üfüqlərdə güclə görünür. 

Boğulan adama hər tərəfdən fırtınalar hücum edir, dənizin köpüyü onu boğur. O, baĢını 

qaldıraraq gözləri qarĢısında yalnız qara buludlar görür. Ölərkən o, dənizin təsvirəgəlməz 

quduzluğunun Ģahidi olur. O özü bu dəliliyin qurbanıdır. O, insanlara yad olan, gərək ki, o 

dünyadan gələn səslər eĢidir. 

Ġnsan müsibətlərinin üzərində uçan mələklər kimi, buludlarda quĢlar süzür, lakin bunlar ona nə 

ilə kömək edə bilərlər? QuĢlar uçur, oxuyur, göydə süzür. O isə əzabla can verir. 

O, özünün iki nəhayətsizlik, yəni okean və göy arasında dəfn edildiyini hiss edir, okean – onun 

məzarı, göy isə kəfənidir. 

Gecə çökür. Bir neçə saatdır ki, o dalğalar arasında üzür, artıq lap taqətdən düĢür: içində adamlar 

olan gəmi, o, uzaq mayak gözdən itmiĢdir. O, bu dibsiz, qorxunc uçurumun içində lap yalqız 

qalmıĢdır: o boğulur, çırpınır, suyun altında gözə görünməyən formasız əjdahaların tərpəndiyini 

hiss edir o, köməyə çağırır. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə