Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə28/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   24   25   26   27   28   29   30   31   ...   412

Ġnsanlar artıq görünmür. Bəs Tanrı hanı? 

O, ―Xilas edin!‖ Xilas edin!‖ deyə hey çağırır. 

Heç bir Ģey görünmür. Göydə heç bir Ģey yoxdur. 

O, fəzalara, dalğalara, yosunlara, qayalara müraciət edir – onlar eĢitmir. O, fırtınaya yalvarır, 

lakin etinasız fırtına yalnız əbədiyyətə itaət edir. 

Onu qaranlıq, duman, yalqızlıq, mənasız və gurultulu bir coĢqunluq, azğın suların dağları əhatə 

edir. Onun özündə dəhĢət və yorğunluq, altında isə girdabdan baĢqa bir Ģey yoxdur. Heç bir 

istinad nöqtəsi tapılmır. O, hədsiz zülmət içində meyitinin ələmlə dolaĢdığını təsəvvürünə gətirir. 

ġiddətli soyuq onun bədənini hərəkətdən salır. Əlləri əsəbi bir halda boĢluqdan yapıĢır. Küləklər, 

buludlar, faydasız ulduzlar! Nə etməli? Ümidini itirmiĢ adam özünü taleyin ixtiyarına verir: 

yorulmuĢ adam ölməyi qərara alır, o daha çarpıĢmır, müqavimət göstərmir, dalğalara təslim olur; 

budur, okeanın qaranlıq dərinlikləri onu həmiĢəlik udur, o yox olur. 

Ah, bəĢər cəmiyyətinin amansız gediĢi! Bu gediĢ yol üzərində duran nə qədər adamı, nə qədər 

insan qəlbini məhv edir! Qanunun tulladığı hər Ģeyi udan okean! Heç kəsdən yardım yoxdur! Ah, 

mənəvi ölüm! 

Dəniz – amansız ictimai bir gecədir, cəza verənlər məhkum edilənləri bu dənizdə qərq edir. 

Dəniz – hədsiz bir iztirabdır. Bu uçuruma düĢən insan meyit ola bilər. Onu kim dirildəcəkdir? 

 

 



DOQQUZUNCU FƏSĠL. 

Yeni dərdlər. 

 

Həbsxananı tərk etmək vaxtı çatanda, ―Sən azadsan!‖ sözləri Jan Valjanın qulaqlarında 



səslənəndə görünməmiĢ, eĢidilməmiĢ bir Ģey oldu; onun qəlbini birdən-birə canlılar dünyasından 

gələn həqiqi iĢıq Ģüası bürüdü. Lakin bu Ģüa tez söndü. 

Azadlıq fikri Jan Valjanın gözlərini qamaĢdırdı. O yeni həyat baĢlanacağına inandı. Lakin sarı 

pasport almıĢ adam üçün azadlıq nə olduğunu çox tez baĢa düĢdü. 

O, bir çox acı dəqiqələr keçirdi. O hesablamıĢdı ki, katorqada olduğu müddətdə yüz yetmiĢ bir 

frank qazanmalı idi. Doğrudur, o, öz haqq-hesabında unutmuĢdu ki, bazar və bayram günləri on 

doqquz il ərzində onun kapitalını, təxminən, iyirmi dörd frank azaltmıĢdır. Hər halda, ora-bura 

çıxmaq nəticəsində onun qazancı yüz doqquz frank on beĢ suya çatdırıldı və bu məbləğ 

dustaqxanadan çıxanda ona verildi. 

Jan Valjan bu hesablardan heç bir Ģey anlamadı və özünü aldadılmıĢ, sadəcə desək, qarət edilmiĢ 

hesab etdi. 

Azad olduğu günün sabahı Qras Ģəhərindən keçərkən, narınc suları zavodunun qapıları 

qarĢısında araba boĢaldan adamları gördü. O iĢləmək istədiyini bildirdi. ĠĢ təcili olduğundan, onu 

qəbul etdilər. O, iĢə giriĢdi. O düĢüncəli, qüvvətli və çevik bir adam idi: var qüvvəsi ilə çalıĢırdı: 

iĢ sahibi, görünür, ondan razı idi. ĠĢlədiyi zaman yoldan keçən bir jandarm onu görüb, 

pasportunu soruĢdu. Sarı pasportu göstərməyə məcbur oldu. Sonra Jan Valjan yenə iĢləməyə 

baĢladı. Bir az bundan qabaq fəhlələrdən birinə müraciət edərək, onların gündə nə qədər 

aldıqlarını soruĢmuĢdu. ―Otuz su‖ deyə fəhlə cavab vermiĢdi. Jan Valjan sabah tezdən yola 

düĢməli olduğundan axĢam zavod sahibinin yanına gələrək haqqını verməsini xahiĢ etdi. 

Sahibkar heç bir söz demədən ona on beĢ su pul verdi. Jan Valjan etiraz etdi. ―Sənin üçün bu da 

bəsdir!‖ dedilər. Yenə israr etdi. Sahibkar düz onun gözünün içinə baxaraq, dedi: ―Gözlə ki, 

yenidən ayaqlarına kündə vurulmasın!‖. 

Jan Valjan özünü qarət edilmiĢ hesab edirdi. 

Cəmiyyət, dövlət onun haqqını azaldaraq, onu bütöv soymuĢdu. Ġndi də onu xırda-xırda soyan 

ayrı-ayrı Ģəxslərin növbəsi çatmıĢdı. 

Azad olmaq hələ azadlıq əldə etmək demək deyildir. Dustaqxanadan çıxmaq hələ mühakimədən 

yaxa qurtarmaq demək deyildir. 

Qrasda Jan Valjanın baĢına belə bir əhvalat gəldi. Dində isə necə qəbul edilmiĢ olduğunu bilirik. 

 



 

ONUNCU FƏSĠL. 

Adam yuxudan oyandı. 

 

Gecə yarısından sonra, böyük kilsənin saatı ikini çalanda Jan Valjan oyandı. 



Onun oyanmasına səbəb yatağın son dərəcə yumĢaq olması idi. Ġyirmi il olardı ki, o, yataqda 

yatmamıĢdı və soyunmadan yatmıĢ olduğuna baxmayaraq, bu rahatlıq hissi onun üçün o qədər 

yeni idi ki, yuxusu qaçmıĢdı. 

O, dörd saatdan çox yatmıĢdı. Yorğunluğu getmiĢdi. O çox istirahət etməyə adət etməmiĢdi. 

Gözlərini açıb bir dəqiqəyə qədər ətrafdakı qaranlığa baxdı, sonra yenə yatmağa çalıĢaraq 

gözlərini yumdu. 

Ġnsan gündüz çoxlu təəssürat aldıqda və beyni bir çox məsələlərlə məĢğul olduqda axĢamdan 

asanlıqla yatır, ancaq gecə oyanarsa daha gözlərinə yuxu getmir. Birinci yuxu ikincidən çox tez 

gəlir. Jan Valjanda da belə bir hal oldu. O daha yata bilməyib, düĢünməyə baĢladı. 

Ġnsanda bəzən elə hallar olur ki, fikirləri və təsəvvürləri bir-birinə qarıĢır, Jan Valjan da belə bir 

hal keçirirdi. Beynində qəribə bir hərc-mərclik vardı. KeçmiĢin xatirələri və yeni təəssürat bir-

birinə qarıĢır, Ģəklini dəyiĢir, hədsiz dərəcədə böyüyür və birdən coĢqun bulanıq suda qeyb olan 

kimi yox olurdu. BaĢına bir çox fikirlər gəlir və gedirdi, yalnız bir fikir ondan əl çəkmir və 

baĢqalarını qovurdu; o, madam Maqluarın axĢam süfrəyə qoyduğu altı dəst gümüĢ çəngəl-bıçağa 

və çömçəyə diqqət yetirmiĢdi. 

Bu altı gümüĢ çəngəl-bıçaq ona rahatlıq vermirdi. Onlar burada... lap yaxında idi... O indi yatdığı 

yerə gəlmək üçün qonĢu otaqdan keçəndə, qoca xidmətçi arvadın bunları çarpayının baĢ 

tərəfindəki kiçik Ģkafa qoyduğunu görmüĢdü... O bu balaca Ģkafa yaxĢıca diqqət etmiĢdi... ġkaf 

yemək otağından gələrkən sağ tərəfdə idi... çəngəl-bıçağın hamısı qədim gümüĢdən 

hazırlanmıĢdı, ağır idi... Çömçə ilə birlikdə bunlara ən azı iki yüz frank verərlər, on doqquz ildə 

qazandığından iki qat artıq... Doğrudur, katorqadakı rəisləri onu ―qarət‖ etməsə idi, o daha artıq 

qazanmıĢ olardı. 

O, düz bir saat tərəddüd və Ģübhə içində qaldı, onda daxili mübarizə gedirdi. Saat üçü vurdu. O, 

yenə gözlərini açdı, birdən yatağından qalxdı, əllərini uzatdı və çarpayının yanında küncə atmıĢ 

olduğu çantasına toxundu, sonra ayaqlarını çarpayıdan salladı və birdən, özü də bunun necə 

olduğunu dərk etmədən, yerində oturdu. 

O, bir müddət bu halda oturub qaldı. Hamının yatmıĢ olduğu bu evdə qaranlıqda bu adamın belə 

oturduğunu görən olsaydı, əlbəttə, qorxardı. Birdən o əyildi, ayaqqabılarını çıxartdı, çarpayının 

qabağındakı həsirin üzərinə qoydu, sonra yenə əvvəlki vəziyyəti aldı, hərəkətsiz oturaraq dərin 

düĢüncələrə daldı. 

BaĢından gəlib keçən bu dəhĢətli fikirlər içində yuxarıda dediyimiz fikir bir dəqiqə belə onu 

rahat buraxmırdı, bu fikir zehnində dolaĢaraq, gah yox olur, gah yenidən üzə çıxır, sanki, onu 

əzirdi: o nədənsə, Breve adında tanıĢ bir katorqalı haqqında hey düĢünürdü: həmin katorqalının 

Ģalvarını toxunma bir aĢırma saxlayırdı. Bu aĢırmanın Ģahmat Ģəkilli hörməsi gözlərinin önündə 

duraraq ondan əl çəkmək istəmirdi. 

O, hərəkətsiz bir halda oturmaqda davam edirdi. Əgər saat on beĢ dəqiqə və ya yarım saat 

keçdiyini göstərmək üçün bir dəfə vurmasa idi, kim bilir; o, bəlkə də, gün doğana kimi bu halda 

oturub qalacaq idi. Bu səs ona, sanki: ―Get!‖ dedi. 

O ayağa durdu, bir neçə saniyə tərəddüd içində dayanıb qulaq asdı: evin içində dərin bir sükut 

vardı; o, ayaqlarını yavaĢ-yavaĢ basaraq, qaranlıqda solğun bir ləkə kimi görünən pəncərəyə 

doğru getdi. Gecə çox da qaranlıq deyildi, göydəki bədirlənmiĢ ayın üzünü bəzən küləyin sürətlə 

qovduğu iri buludlar tuturdu. Buna görə də bayırda kölgə ilə iĢıq bir-birini əvəz edir, hava gah 

tutulur, gah açılırdı, otaqda isə alaqaranlıq vardı. Ətrafdakı Ģeyləri seçmək üçün kafi olan və ayın 

üzərindən buludların keçməsi ilə arabir qatılaĢan bu alaqaranlıq qarĢısından yolçuların oyan-

buyana keçdiyi nəfəslikdən zirzəmiyə düĢən göyümtül tüstüyə bənzəyirdi. Jan Valjan pəncərəyə 

yaxınlaĢıb, onu diqqətlə nəzərdən keçirtdi. Pəncərənin barmaqlığı yox idi. O, bağçaya açılırdı, 

yerli adətə görə, kiçik bir rəzə ilə bağlanırdı. O, pəncərəni açdı, lakin otağa kəskin soyuq hava 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə